Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
14 
Hüquq münasibətlərinin subyektləri ilə əxlaq münasibətlərinin, maddi istehsal 
münasibətlərinin, siyasi münasibətlərin, iqtisadi münasibətlərin subyektləri bir-
birindən daxil olduqları münasibətlərə görə fərqlənirlər. Məsələn, əxlaq 
münasibətlərinin subyektlərinə nəzər yetirsək görərik ki, onun subyektləri hamı ola 
bilər. Çünki istər azyaşlılar, istərsə də böyüklər münasibətlərə daxil olarkən müəyyən 
davranış qaydalarına riayət edirlər. Bu davranış qaydalarını isə əxlaq normaları 
yaradırlar. Hüquq münasibətlərinin subyektləri isə müəyyən hüquq və vəzifələrə 
malik olurlar. Bu hüquq və vəzifələr hüquq normaları əsasında yaranırlar. Əxlaq 
münasibətlərinin subyekti olmaq üçün müəyyən vaxt, yaş həddi qoyulmamışdır. 
Ancaq hüquq münasibətlərində hüquq normaları üzrə vətəndaşların hüquq və 
fəaliyyət qabiliyyəti müxtəlif vaxtlarda başlayır. Məsələn, mülki hüquqda vətəndaşın 
hüquq və fəaliyyət qabiliyyətinin başlama vaxtları fərqlidir. Hüquq qabiliyyəti 
vətəndaşda doğum anında, fəaliyyət qabiliyyəti isə 14 yaşından məhdud formada, 18 
yaşından isə tam yaranır. Hüquq münasibətlərinin subyektlərinin fəaliyyət qabiliyyəti 
məhkəmə qaydasında məhdudlaşdırıla bilər. Məsələn, yetkinlik yaşına çatmış şəxs 
narkotik vasitələrə, alkoqolizmə qurşanıbsa və bu hərəkətlər onun ailə ağırlaşdırırsa 
şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdırılır. Əgər şəxsin bu hərəkətləri ailə 
vəziyyətini ağırlaşdırmırsa, onda şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdırılmır. 
Şəxsin fəaliyyət qabiliyyəti yenidən bərpa oluna bilər. Fəaliyyət qabiliyyəti həmçinin 
ruhi xəstəliklə əlaqədar olaraq xitam oluna bilər. 
Hüquq münasibətlərinə vətəndaşlar adətən hər hansı bir iş ilə əlaqədar olaraq 
daxil olurlar, münasibət subyektinə çevrilirlər. Ancaq əmək münasibətlərinə diqqət 
yetirsək onun subyektləri gündəlik bu münasibətlərə daxil olurlar. Çünki öz 
ehtiyacını təmin etmək üçün insan işləməlidir, yəni əmək münasibətlərinə daxil 
olmalıdır. 
Hüquq münasibətləri müəyyən məzmuna malikdir və hüquq münasibətlərinin 
məzmunu dedikdə münasibət subyektlərinin subyektiv hüquq və hüquqi vəzifələri 
başa düşülür. Hüquq münasibətlərində tərəf iştirak edə bilər. Konkret hüquq 
münasibətlərində bu tərəflərin hər birində bir neçə subyekt çıxış edə bilər. İstənilən 
tərəfin subyektləri arasındakı münasibətlər subyektiv hüquqları və hüquqi vəzifələr 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin