Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
12 
salınmır. Hüquq münasibətlərinin subyektləri hüquq normalarında təsbit edilmiş 
hüquq və vəzifələrə malik olurlar, subyektlərin davranışı həmin hüquq və vəzifələrə 
uyğun şəkildə qurulur. Əgər hüquq münasibətlərinin bir subyektinin hər hansı hüququ 
varsa, o birinin isə üzərinə müəyyən hüquqi vəzifə düşür. Bu haqda Karl Marksın 
“Hüquqsuz vəzifə olmadığı kimi, vəzifəsiz hüquq yoxdur.” sözləri bu fikri daha dəqiq 
ifadə edir.
Hüquq 
münasibətləri 
şüurlu-iradəvi 
mahiyyətə 
malikdir. 
İqtisadi 
münasibətlərdən fərqli olaraq hüquq münasibətləri fərdi iradəvi mahiyyət daşıyır. 
Hüquq münasibətləri insanların şüurlu fəaliyyətinin məhsulu olaraq hüquq normaları 
əsasında yaranırlar. Həmçinin hüquq münasibətlərinin subyektləri hüquq 
normalarında göstərilmiş hüquq və vəzifələrini şüurlu surətdə öz hərəkətləri ilə 
həyata keçirirlər. 
Hüquq münasibətlərini fərqləndirən digər cəhətdən biri onun həmişə dövlət 
məcburiyyətinin tətbiqi ilə təmin oluna bilməsidir. Dövlət vətəndaşların hüquq və 
azadlıqlarının təminatçısı olmaqla yanaşı, onların hüquq və azadlıqlarını mühafizə 
edir. Hüquq münasibətlərində dövlət məcburiyyətinin tətbiqi müəyyən hallarda baş 
verir. Dövlət məcburiyyətindən yalnız vətəndaşların və bütün hüquq subyektlərinin 
mənafeyi pozulduğu halda istifadə edilir. Hüquq münasibətləri dövlət tərəfindən 
təmin edilir.
Hüquq münasibətləri həmişə iradəvi xarakter daşıyır. Xalqın iradəsinin həyata 
keçirilməsinə yönəlir. Hüquq münasibətlərinin yaranması münasibət subyektlərinin 
iradəsinin ifadəsi ilə əlaqədardır. Hüquq münasibətləri şəxsin hüquqlarının həyata 
keçirilməsinə formasıdır. Hüquq münasibətlərinin xüsusiyyətlərindən biri də 
subyektlərin iradə ifadəsinin azadlığıdır.
Hüquq münasibətləri müxtəlif əlamətlərə malikdir. Bunlara ideoloci, iradəsi, 
ikitərəflilik, hüquq subyektivliyi və s. əlamətlər aiddir. İradəvi əlamətdə hüquq 
münasibətinin tərəflərinin, yaxud da bir tərəfinin iradəsi ifadə olunur. İkitərəflilik 
əlamətində tərəflər arasında əlaqə onların hüquqları və vəzifələri vasitəsi ilə olur. 
İctimai həyatda hüquq normaları ilə bir çox hüquq münasibətləri yaranır. Hüquq 
münasibətlərinin bir qismində dövlət tərəflərdən biri kimi çıxış edir. Digər ictimai 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin