15 vasitəsi ilə həyat keçirilir. Bəzən hüquq münasibətlərində tərəflərdən biri yalnız
hüquqlar həyat keçirir, digər tərəf isə yalnız vəzifələr daşıyır. Əksər hüquq
münasibətlərində tərəflərin hər iksi hüquqlara və vəzifələrə malik olurlar. Konkret
hüquq münasibətlərinin subyektlərinin subyektiv hüquqları və vəzifələri qarşılıqlı
əlaqədə olur.
Hüquq münasibətlərinin digər xüsusiyyəti subyektin birinin davranışının digər
subyektin tələblərinə uyğun olmasıdır. Yəni hüquqi vəzifələr daşıyan şəxs
səlahiyyətli şəxsin ondan tələb etdiyi hərəkətləri yerinə yetirməyə borcludur. Buradan
göründüyü kimi hüquq münasibətlərinin subyektləri bir-bir ilə qarşılıqlı hüquq və
vəzifələrlə əlaqəli fəaliyyət göstərirlər. Hüquq münasibətlərinə daxil olan
subyektlərin bu münasibətlərə girməkdə məqsədləri olur. Məsələn, onlar əmlaka
hüquq əldə etmək, hər hansı hərəkətləri etmək və yaxud bunları etməkdən çəkinmək
məqsədi ilə hüquq münasibətlərinə daxil olurlar. Hüquq münasibətləri subyektlərin
qanun marağı ilə əlaqədardır. Bu marağın məzmununu maddi, mənəvi və digər
ictimai sərvətlər təşkil edir.
Hüquq münasibətlərinin digər fərqli cəhəti onların obyektlərindədir. Yuxarıda
göstərdiyimiz maddi və qeyri maddi nemətlər, həmçinin müəyyən hərəkəti etmək və
ya hərəkətdən çəkinmək hüquq münasibətlərinin obyektini təşkil edir. Hüquq
münasibətlərinin obyektləri arasında insanların hərəkətləri, davranışları xüsusi yer
tutur.
Hüquq münasibətləri maddi münasibətlərin əsasında meydana gəlir, dəyişilir
və xitam olunur. Hüquq normasında olan və hüquq münasibətlərinin əmələ gəlməsi,
dəyişməsi və ya xitam olunmasının əsasını təşkil edən həyati hallar da hüquq
münasibətlərinin xüsusiyyətlərindəndir. Bu həyati hallar hüquqi faktlar adlandırılır.
Hüquqi faktlar hüquqi nəticələrinə görə aşağıdakı kimi təsnif olunur. Hüquq
münasibətlərinin əmələ gəlməsinə səbəb olan faktlar, hüquq münasibətlərinin
dəyişdirilməsinə səbəb olan hüquqi faktlar və hüquq münasibətlərinin xitam
edilməsinə səbəb olan hüquqi faktlar. Hüquqi faktlar hüquq normalarının göstərişləri
əsasında subyektlər arasında münasibətləri yaradır. Hüquq münasibətlərinin