Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
17 
Hüquq münasibəti bazis münasibətinin hüquqi formasıdır, yəni ideoloci 
münasibətdir. Bazis münasibəti dedikdə, hüquq normaları ilə tənzimlənən ictimai 
münasibət başa düşülür.
Hüquq münasibətinə forma və məzmunun vəhdətindən ibarət kateqoriya kimi 
baxsaq görərik ki, bu kateqoriya həm bazis münasibətini, həm də ideoloci münasibəti 
əhatə edir. Hüquq münasibəti hüquq norması ilə tənzimlənən faktiki-real münasibətin 
özüdür.
Hüquq münasibəti iki mənada işlənir: 
1) Məhdud mənada 
2) Geniş mənada 
Məhdud mənada hüquq münasibəti faktiki-real münasibətlərin hüquqi 
formasıdır. Geniş mənada hüquq münasibəti isə bazis münasibətilə ideoloci 
münasibətin vəhdətini təşkil edir.
Hüquq münasibətləri mürəkkəb xarakterə malikdirlər. Hüquq münasibətləri 
bütün hallarda hüquq normaları ilə bağlı olur. Əgər ictimai münasibətlərdən hansısa 
hüquq normaları ilə tənzimlənirsə o, hüquq münasibətləridir. Əgər hüquq norması 
yoxdursa, onda hüquq münasibəti də olmur. Hüquq münasibətinin iradəvi xarakterə 
malik olması onun ideoloci münasibətin bir növü olması ilə izah olunur. İdeoloci 
münasibətlər həmişə iradəvi xarakter daşıyır. Hüquq münasibəti də ideoloci 
münasibətin növü kimi, insan şüur və düşüncəsindən keçərək, iradəvi xarakter 
daşıyır. Əgər hüquq münasibətində dövlətin iradəsi ifadə edilmişsə, bu münasibətlər 
obyektiv və ya geniş mənada iradəvi xarakterə malik olan hüquq münasibətləri 
adlanır. Hüquq normaları hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri üçün 
məcburi qüvvəyə malikdir. Hüquq münasibətlərində dövlətin iradəsi ifadə olunur və 
dövlət iradəsi hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Karl 
Marks hüquq münasibətlərinin iradəvi xarakterə malik olması barədə demişdir: 
“Hüquq münasibətləri elə iradəvi münasibətlərdir ki, burada iqtisadi münasibətlər 
ifadə olunur”. 
Hüquq münasibətlərinin əmələ gəlməsi və ya başlanğıcının qoyulması 
münasibət tərəflərinin iradəvi aktı nəticəsində baş verir. Ancaq heç də bütün 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin