Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
20 
3) delik qabiliyyəti  öz hərəkətlərinə görə hüquqi məsuliyyət daşıma 
qabiliyyəti. 
Ümumilikdə, hüquq münasibətlərinin subyektlərini aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1. fiziki şəxslər; 
2. hüquqi şəxslər; 
3. dövlət; 
Hüquq münasibətlərinin iştirakçıları kimi hüququn subyektləri hüquq 
qabiliyyətinə və fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Hüquq qabiliyyətinə və 
fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Hüquq qabiliyyəti dedikdə şəxsin dövlət
tərəfindən müəyyən edilən hüquq və vəzifələrə malik olma qabiliyyəti başa düşülür. 
Fəaliyyət qabiliyyəti isə şəxsin öz hərəkətləri ilə hüquqları həyata keçirmək və 
vəzifələr daşımaq qabiliyyətinə malik olması deməkdir. Subyektin hüquq qabiliyyəti 
ilə fəaliyyət qabiliyyəti birlikdə hüquq subyektliyini əmələ gətirir. 
Hüququn bəzi sahələrinin normaları üzrə vətəndaşların hüquq və qabiliyyət 
fəaliyyət qabiliyyəti eyni zamanda meydana gəlir. Məsələn, əmək hüquq 
münasibətləri sahəsində şəxsin əmək hüquq və fəaliyyət qabiliyyəti onun 16 yaşa 
çatması ilə başlayır. cinayət hüququ sahəsində cinayət məsuliyyəti 16 yaşdan, 
müstəsna hallarda isə 14 yaşdan, müstəsna hallarda isə 14 yaşdan başlayaraq 
meydana gəlir. seçki hüququ sahəsində həm hüquq, həm də fəaliyyət qabiliyyəti 
şəxsin həddi-buluğa, yəni 18 yaşa çatması ilə başlayır. (Burada passiv seçki hüququ 
istisnalıq təşkil edir). 
Mülki hüquq normaları üzrə vətəndaşların hüquq və fəaliyyət qabiliyyəti 
müxtəlif vaxtlarda başlayır. 
Vətəndaşın hüquq qabiliyyətliliyi doğum anından (məsələn, mülkiyyət hüququna 
malik olma), fəaliyyət qabiliyyəti daha sonralar – 14 yaşından məhdud və 18 yaşında 
tamam yaranır.
Vətəndaşın hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyən 
olunmuş tərzdə – məhkəmə qaydasında məhdudlaşdırıla bilər. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin