21 Məs; yetkinlik yaşına çatmış insan narkotik vasitələrə, alkoqolizmə qurşanıb və
onun bu hərəkəti ailənin vəziyyətini ağırlaşdırır. Məhkəməyə müraciət olunur və
məhkəmə işə baxdıqdan sonra qərar çıxararaq və şəxsin fəaliyyət qabiliyyətini
məhdudlaşdırır. Əgər şəxsin narkotik maddələrdən istifadəsi ailənin vəziyyətini
ağırlaşdırmırsa, onun fəaliyyət qabiliyyəti məhdudlaşdırılmır. Fəaliyyət qabiliyyəti
məhdudlaşdırılan şəxsin əmlak münasibətləri məhdudlaşdırılır. Onun üzərində hami
təyin olunur. Bu zaman hami onun yoldaşı, oğlu (əgər tam fəaliyyət qabiliyyəti varsa)
ola bilər. Fəaliyyət qabiliyyəti yenidən bərpa oluna bilər. Əgər şəxs narkotik
maddələrdən istifadəni tərgitərsə, yenidən məhkəməyə iddia ilə müraciət olunur.
Əgər ona təyin olunmuş hami bu bərpadan imtina edərsə, həmin şəxs başqasına
iddia qaldırmaq üçün müraciət edə bilər.
Fəaliyyət qabiliyyəti ruhi xəstəliklə əlaqədar xitam oluna bilər. Əgər şəxs,
sonra sağalarsa, fəaliyyət qabiliyyəti bərpa olunur.
Fərdi subyektlərin hüquqsubyektliliyi (hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti,
delikt qabiliyyəti) aşağıdakı şərtlərdən asılıdır:
- yaş;
- vətəndaşlıq;
- ruhi sağlamlıq durumu;
- cins;
- digər şərtlər;
Kollektiv subyektlərin hüquqsubyektliliyi onların qanunla (digər normativ
aktlarla) müəyyən edilmiş səlahiyyətlərinin həcmi və məzmunundan asılıdır.
Bütün təşkilatların hüquq və fəaliyyət qabiliyyəti onların nizamnaməsi və ya
əsasnaməsinin təsdiq edilməsi ilə bir vaxtda əmələ gəlir. Hüququn subyekti kimi
təşkilatların xarakterik xüsusiyyəti onlarda xüsusi hüquq qabiliyyətinin olmasıdır. Bu,
o deməkdir ki, hər bir təşkilat onun nizamnaməsi və ya əsasnaməsi ilə müəyyən
edilən və məhz ona məxsus olan hüquq qabiliyyətinə malikdir. Təşkilatlar fəaliyyət
qabiliyyətini öz orqanları (müdir, ümumi yığıncaq, idarə heyəti) və yaxud
nümayəndələri vasitəsilə həyata keçirilir.