22 Dövlət də hüququn subyekti kimi çıxış edir. Dövlət təkcə beynəlxalq hüquqda
yox, həm də milli hüquqda hüquq subyekti olur. Məlumdur ki, milli hüquq sahələrə
bölünür. Dövlət bu sahələrdən eləsi var ki, onun subyekti ola bilməz. Məs; nikah.
Amma cinayət hüququ, inzibati hüquq, Konstitusiya hüququnun subyekti ola bilər.
Xalq həm milli hüquqda, həm də beynəlxalq hüquqda subyekt ola bilir.
Məsələn, milli hüquqda referendum, beynəlxalq hüquqda öz
müqəddəratını həll etmək.
Milli hüquqda xalq yalnız Konstitusiya hüququnda subyekt ola bilir. Digər
hüquq sahələrində (ailə, mülki hüquq və s.) subyekt ola bilməz.
Hüquq münasibətlərinin məzmunu dedikdə, bu münasibətlərin iştirakçılarının
subyektiv hüquqlarını və hüquqi vəzifələrini başa düşmək lazımdır.
Hər hansı hüquq münasibəti iki tərəfdən ibarətdir. Konkret hüquq
münasibətlərində bu tərəflərin hər birində bir neçə subyekt çıxış edə bilər. Hər tərəfin
subyektləri arasındakı münasibətlər subyektiv hüquqlar və hüquqi vəzifələr vasitəsilə
həyata keçirilir. Elə hüquq münasibətləri vardır ki, orada tərəflərdən biri yalnız
hüquqlar həyata keçirir, digəri yalnız vəzifələr daşıyır. Məsələn, borc müqaviləsi
əsasında əmələ gələn hüquq münasibətlərində borc verən müəyyən səlahiyyətə
malikdir, borc alan isə hüquqi vəzifə daşıyır. Lakin əksər hüquq münasibətlərində
tərəflərin hər ikisi hüquqlara və vəzifələrə malik olurlar. Məsələn, alqı-satqı
müqaviləsi əsasında əmələ gələn hüquq münasibətləri.
Subyektiv hüquqlar və hüquqi vəzifələr dedikdə nəyi başa düşmək lazımdır?
Məlum olduğu kimi hüquq dövlət tərəfindən sanksiyalaşdırılan və ya müəyyən
edilən davranış qaydaları sistemidir. Bu mənada hüquq obyektiv hüquq kimi çıxış edir. Subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi üçün obyektiv hüququn olması
zəruridir. Subyektiv hüquq və vəzifələr ayrıca fərd, konkret şəxs tərəfindən həyata
keçirilən hüquq və vəzifələrdir. Subyektiv hüquqlara malik olan şəxs müəyyən
hərəkəti etmək imkanına malik olur. Məsələn, o, şəxsi mülkiyyət hüququ əsasında
özünəməxsus olan əmlakdan istifadə edə, bu əmlak üzərində sərəncam verə bilər,
həmçinin başqa şəxsdən müəyyən hərəkətləri yerinə yetirməyi və ya bu hərəkətləri
etməkdən çəkinməyi tələb edə bilər (məsələn, borcun ödənilməsini, hər hansı