23 öhdəliyin yerinə yetirilməsini tələb etmə). “İmkan” kateqoriyası subyektiv hüququn
müəyyən edilməsində əsas əlamətlərdən biri olmaqla onu hüquqi vəzifədən
fərqləndirir. Bu mənada subyektiv hüquq şəxsin mümkün ola bilən davranışından
dövlət tərəfindən müəyyən edilən və təmin olunan ölçüsü olub, müəyyən hərəkətləri
etməkdən və digər şəxsdən müəyyən hərəkətləri yerinə yetirməyi, yaxud onları
etməkdən çəkinməyən tələb etməkdən ibarətdir.
Hüquqi vəzifələrin anlayışı “lazımı davranış” kateqoriyası ilə əlaqədardır. Bu
kateqoriya hüquqi vəzifələr anlayışının əsas ünsürünü təşkil edir. Beləliklə, hüquqi
vəzifələr dövlət tərəfindən müəyyən edilən lazımı davranış ölçüsü olub, müəyyən
hərəkətləri etmək və ya onları etməkdən çəkinməkdən ibarətdir.
Hüquq münasibətlərində subyektiv hüquqlar və hüquqi vəzifələri xarakterizə
edən belə bir xüsusiyyəti qeyd etmək lazımdır ki, konkret hüquq münasibətlərində
subyektiv hüquqlar və hüquqi vəzifələr qarşılıqlı əlaqədə olur. Bu onda ifadə olunur
ki, hüquq münasibətlərində subyektiv hüququn olması hüquqi vəzifələrin olmasını
nəzərdə tutur.
Hüquq münasibətlərində bir şəxsin davranışı digər şəxsin tələblərinə uyğun
olmalıdır, yəni hüquqi vəzifələr daşıyan şəxs məhz səlahiyyətli şəxsin ondan tələb
etdiyi hərəkətləri yerinə yetirməyə borcludur. Bu mənada hüquq münasibətlərinin
iştirakçıları bir-biri ilə qarşılıqlı hüquq və vəzifələrlə əlaqəlidirlər.
Hüquq münasibətləri obyekti ilə maddi, mənəvi və başqa sosial nemətlərdir ki,
həmin münasibətlərin iştirakçılarının subyektiv hüquq və vəzifələri onların
mühafizəsinə yaxud istifadəsinə yönəldilmişdir.
Hüququn subyektləri bu və ya digər hüquq münasibətlərinə müəyyən məqsədlə
daxil olurlar. Məsələn, onlar əmlaka hüquq əldə etmək, istifadə və ya sərəncam
hüququnu başqasına vermək, hər hansı hərəkətləri etmək və yaxud bunları etməkdən
çəkinmək məqsədilə hüquq münasibətlərinə daxil olurlar. Deməli, hüquq
münasibətləri subyektlərin qanun marağı ilə əlaqədardır. Hüquq münasibətlərində bu
marağın məzmununu müxtəlif maddi, mənəvi və digər ictimai sərvətlər təşkil edir.
Buradan o nəticə çıxır ki, maddi nemətlər (məsələn, alqı-satqı, bağışlama, saxlanc və
s. müqavilələr üzrə hüquq münasibətlərinin obyekti şeylərdir), qeyri-maddi nemətlər