10 Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında
II. T ƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMA MARŞRUTLARININ MÜ ƏYYƏN EDİLMƏSİ VƏ RAZILAŞDIRILMASI QAYDALARI 2.1. T
əhlükəli yüklərin daşınma marşrutunun müəyyən edilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və DYP ilə razılaşdırılması həmin yükləri daşıyan avtonəqliyyat müəssisələri və ya
s
ənaye müəssisələrinin (hüquqi şəxslərin) avtonəqliyyat təsərrüfatları və fiziki şəxslər tərəfindən həyata keçirilir.
2.2. Da
şınma marşrutu müəyyən edilərkən aşağıdakılar nəzərdə tutulmalıdır:
a) da
şınma marşrutunun mümkün qədər yaşayış məntəqələrindən, eləcə də sənaye obyektlərinin, istirahət zonalarının, təbii qoruqların və memarlıq abidələrinin yaxınlığından keçməməsi;
b) t
əhlükəli yüklər iri yaşayış məntəqələrindən daşındığı təqdirdə marşrutun mədəni-maarif, tədris, müalicə və məktəbəqədər təhsil müəssisələrindən mümkün qədər aralı keçməsi.
[2] 2.3. T
əhlükəli yüklərin daşınma marşrutları onların daşınmasını həyata keçirən avtonəqliyyat müəssisələrinin yerləşdiyi ərazi üzrə və yaxud həmin nəqliyyat vasitələrinin müvəqqəti qeydiyyata alındığı
n
əzarət orqanları tərəfindən aşağıda göstərilən qaydada:
a) yükl
ərin daşınma marşrutu rayon tərkibinə daxil olan şəhər hüdudundan keçdikdə rayon icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyinin təhlükəli yüklərin daşınmasına nəzarət müfəttişliyi ilə;
b) yükl
ərin daşınma marşrutu respublika əhəmiyyətli şəhər hüdudlarından keçdikdə şəhər icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyinin təhlükəli yüklərin daşınmasına nəzarət müfəttişliyi ilə;
c) mar
şrut Naxçıvan Muxtar Respublikasının ərazisindən keçdikdə Muxtar Respublikanın DYP və Fövqəladə Hallar Nazirliyinin Naxçıvan üzrə bölgə müfəttişliyi ilə;
ç) mar
şrut Respublikanın magistral avtomobil yollarından keçdikdə Azərbaycan Respublikası DİN-in YPD İdarəsi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
2.4. T
əhlükəli maddə və məmulatların daşınma marşrutlarının razılaşdırılması üçün avtonəqliyyat müəssisələri onların daşınmasına ən azı 10 gün qalmış DYP-yə aşağıdakı sənədləri təqdim edir:
a) Dövl
ətdağmədəntexnəzarət Komitəsindən təhlükəli yüklərin daşınması ilə əlaqədar fəaliyyət növlərinin həyata keçirilməsi üçün alınmış xüsusi razılığın (lisenziyanın) surəti;
b) Az
ərbaycan Respublikası DİN-in qüvvədə olan müvafiq normativ aktlarına uyğun olaraq daxili işlər orqanlarının icazəsi;
c) t
əhlükəli yükün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən razılaşdırılmış daşınma marşrutu blankı (4 nömrəli əlavə);
ç) n
əqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş şəhadətnamənin surəti (5 nömrəli əlavə).
Da
şınma marşrutu əcnəbi dövlətlərin ərazilərindən keçdiyi halda, bu Qaydaların tələbləri ilə yanaşı əcnəbi dövlətlərin hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş qaydada onların müvafiq nəzarət
orqanları il
ə razılaşdırılmış marşrut barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və DİN-in DYP İdarəsinə əlavə sənəd təqdim edilir.
2.5. T
əhlükəli yüklərin daşınmasını həyata keçirən avtonəqliyyat müəssisələri daşınma marşrutunun təsdiq edilməsi üçün DYP-yə və Fövqəladə Hallar Nazirliyinə bu Qaydaların 6 nömrəli əlavəsində
verilmi
ş siyahıya uyğun olaraq məlumatlar təqdim edir.
2.6. DYP v
ə Fövqəladə Hallar Nazirliyi həmin məlumatları aldıqdan sonra 10 gün ərzində daşınma marşrutunu razılaşdıraraq avtonəqliyyat müəssisəsinə qaytarır (6 nömrəli əlavə).
2.7. Avton
əqliyyat müəssisəsi təsdiq edilmiş məlumatlar əsasında 4 nüsxədən ibarət daşınma marşrutu tərtib edir və onu razılaşdırmaq üçün digər sənədlərlə birlikdə müvafiq DYP İdarəsinə və Fövqəladə
Hallar Nazirliyinin t
əhlükəli yüklərin daşınmasına nəzarət edən müfəttişliyinə təqdim edir. Razılaşdırılan marşrutun etibarlılıq müddəti 12 aydan çox olmamalıdır.
2.8. Da
şınma marşrutunun birinci nüsxəsi DYP-də, ikinci nüsxəsi Fövqəladə Hallar Nazirliyinin təhlükəli yüklərin daşınmasına nəzarət edən müfəttişliyində, üçüncü nüsxəsi avtonəqliyyat müəssisəsində
saxlanır, dördüncü nüsx
əsi daşınmaya məsul şəxsə, o olmadıqda isə sürücüyə verilir.
2.9. Da
şınma marşrutunun dəyişdirilməsi zəruri olduqda avtonəqliyyat müəssisəsi yeni marşrutu əvvəlki marşrutu təsdiq etmiş DYP və Fövqəladə Hallar Nazirliyi ilə təkrar razılaşdırır.
2.10. Razıla
şdırılması tələb olunmayan marşrutlar üçün marşrut vərəqəsi 2 nüsxədən ibarət tərtib edilir, birinci nüsxə avtonəqliyyat müəssisəsində saxlanır, ikinci nüsxə daşınmaya məsul olan hüquqi və
fiziki
şəxsə, onlar olmadıqda isə sürücüyə verilir.
2.11. T
əbii fəlakətlər, bədbəxt hadisələr və s. zamanı qəza-bərpa işlərinin icrası üçün məhdud miqdarda partlayıcı maddə və məmulatların təcili daşındığı hallarda marşrutun DYP ilə razılaşdırılması
m
əcburi deyildir. Bu cür daşınma halları, daşınmanın məqsədi və daşınan təhlükəli maddə və məmulatın miqdarı göstərilməklə daşınma üçün verilmiş xüsusi razılığın (lisenziyanın) şərtlərində öz əksini
tapmalıdır.
H
əmin daşınmaların təcili və təhlükəsiz həyata keçirilməsinə şərait yaradılması üçün DYP-yə məlumat verilməlidir.