10 Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında
IV. T ƏHLÜKƏLİ YÜKLƏRİ DAŞIYAN NƏQLİYYAT VAS İTƏLƏRİ ÜZRƏ ƏLAVƏ TƏLƏBLƏR 4.1. T
əhlükəli yüklər ixtisaslaşdırılmış xüsusi banlı və ya onların daşınması üçün avadanlıqlaşdırılmış xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ilə daşınır.
H
əmin nəqliyyat vasitələrinin texniki-istismar göstəriciləri və texniki vəziyyəti onları istehsal edən zavodun təlimatının, «Nəqliyyat haqqında» və «Yol hərəkəti haqqında» qanunların, müvafiq normativ
aktların, bu Qaydaların v
ə xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməlidir.
Yuxarıda göst
ərilən texniki vasitələr Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında DYP-də qeydiyyata alına bilər.
4.2. Partlayı
ş təhlükəli maddə və məmulatları, tez alışan maye və qazları (çəndə və ya konteynerlərdə) daşıyan nəqliyyat vasitəsi radiatorun qabağından sağ tərəfə çıxan səsboğanla təchiz edilir. Mühərrikin
yerl
əşməsi bu cür avadanlıqlaşdırmaya imkan vermədikdə, səsboğan yanacaq borularından, bandan və çəndən aralı sağ tərəfə çıxarılır.
Tez alı
şan maye və qazları daşıyan nəqliyyat vasitəsinin səsboğanı asan sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilir.
*
H
əmin nəqliyyat vasitələrinin yanacaq çənlərinin qabaq və arxa tərəfləri metal lövhələrlə qorunmalı, oturacağına 10x10 mm ölçüdə deşikləri olan metal tor quraşdırılmalıdır. Metal lövhə və torla çənin
arasındakı m
əsafə 20 mm-dən az olmamalıdır.
4.3. 1, 2, 3, 4 v
ə 5-ci sinif təhlükəli yükləri daşıyan avtomaşınların elektrik avadanlığı aşağıdakı tələblərə cavab verməlidir:
a) g
ərginlik 24 voltdan yüksək olmamalıdır;
b) elektrik
şəbəkəsi gərginliyin artmasına qarşı elektrik qoruyucuları ilə təchiz edilməlidir;
c) elektrik
şəbəkəsi yalnız sürücünün kabinəsindən idarə edilən elektrik düymələri ilə işə salınmalıdır;
ç) banın v
ə kabinənin daxilində olan elektrik lampaları metal torla örtülməlidir.
4.4. 1, 2, 3, 4, 5 v
ə 7-ci sinif təhlükəli yükləri daşıyan furqon tipli avtomaşınların banı möhkəm bağlı olmalı, banda yarıqlar olmamalı, ban kabinədən ayrı olmaqla aralarındakı məsafə ən azı
150 mm olmalıdır.
T
əhlükəli yükləri daşıyan furqon tipli avtomaşınların banı lazım olduğu təqdirdə təhlükəsiz daşınmanın şərtlərinə uyğun olaraq havadəyişən cihazlarla təchiz edilərək, qapıları cəftə ilə bağlanır.
4.5. T
əhlükəli yüklər açıq banlı avtomaşınlarla daşındığı hallarda onların banları çətin yanan, su keçirməyən çadırla örtülməli, çadır tarım çəkilməli və banın yanlarını ən azı
200 mm örtm
əlidir.
4.6. Z
əruri olduğu tədbirdə təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün təhlükəsiz daşınma şərtlərinə uyğun olaraq əlavə tələblər də nəzərdə tutula bilər.
4.7. T
əhlükəli yükləri daşıyan hər bir nəqliyyat vasitəsi yol hərəkəti üzrə normativ aktlarda nəzərdə tutulduğundan əlavə aşağıdakı ləvazimatlarla da təchiz edilməlidir:
a) n
əqliyyat vasitəsinin xırda təmiri üçün alətlər dəsti ilə;
b) h
əcmi 5 litrdən az olmayan toz və ya karbon qazlı odsöndürənlə;
c) öz-özün
ə hərəkət etməyə qarşı tıxacla.
T
əhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsində (8 nömrəli əlavə) nəzərdə tutulan hallarda nəqliyyat vasitələri daşınan təhlükəli maddə və məmulatların zərərsizləşdirilməsi, müşayiətçinin və
sürücünün t
əhlükəsizliyinin təmin edilməsi üçün müvafiq ləvazimatlarla təchiz edilməlidir.
1, 3 v
ə 7-ci sinif təhlükəli yüklər, tez alışan və zəhərli qazlar, güclü təsirə malik zəhərləyici maddələr daşınarkən nəqliyyat vasitələri əlavə olaraq iki ədəd «Giriş qadağandır» nişanı ilə təchiz edilməlidir.
4.8. T
əhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinə və avtoçənlərə bu Qaydaların «Təhlükə barədə xəbərdarlıq sisteminin» müvafiq bölməsinin tələbinə uyğun olaraq xəbərdarlıq nişanları quraşdırılır.
N
əqliyyat vasitəsi (o cümlədən çənli) müxtəlif növ təhlükəli yüklər daşıyarkən ona quraşdırılan xəbərdarlıq nişanında daha çox təhlükəli yüklər barədə məlumatlar qeyd edilir.
X
əbərdarlıq nişanları nəqliyyat vasitələrinin bamperlərinin sağ tərəfinə və arxadan banın (çənin) arxasına yola şaquli vəziyyətdə quraşdırılır.
T
əhlükəli yüklər boşaldıqdan və qablar təmizləndikdən sonra nəqliyyat vasitələrinə quraşdırılan xəbərdarlıq nişanları çıxarılır, yaxud üstü örtülür və ya rənglənir.
4.9. 1-ci sinif t
əhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin və avtoçənlərin texniki vəziyyətinin onları istehsal edən zavodun təlimatının, «Yol hərəkəti haqqında» Qanunun, bu Qaydaların tələblərinə və
mü
əyyən növ təhlükəli yüklərin təhlükəsiz daşınması üzrə lisenziyaların şərtlərinə cavab verib-verməməsinin yoxlanması üçün onlar qanunla müəyyən edilmiş hallarda DYP-də texniki baxışından
keçirilm
əlidir.
[5] N
əqliyyat vasitələrinin texniki vəziyyətləri yuxarıda göstərilən tələblərə cavab verdikdə, Fövqəladə Hallar Nazirliyi və DYP təhlükəli yüklərin daşınmağa buraxılması haqqında onlara şəhadətnamə verirlər (5
nömr
əli əlavə).
1-ci sinif t
əhlükəli maddə və məmulatları daşıyan nəqliyyat vasitələrinə və avtoçənlərə DYP-də təkrar qeydiyyat vərəqələri yazılır və ayrıca kartoteka yeşiklərində saxlanılır.