Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


VII. T ƏHLÜKƏ BARƏDƏ XƏBƏRDARLIQ SİSTEMİ



Yüklə 233,53 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix31.01.2023
ölçüsü233,53 Kb.
#82018
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   20
10 Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

VII. T
ƏHLÜKƏ BARƏDƏ XƏBƏRDARLIQ SİSTEMİ
7.1. T
əhlükə barədə xəbərdarlıq sistemi (TBXS) aşağıdakılardan ibarətdir:
a) n
əqliyyat vasitələrinə quraşdırılan və ya yazılan xəbərdarlıq nişanları (9 nömrəli əlavə);
b) yol-n
əqliyyat hadisəsini aradan qaldırmaq üzrə tədbirləri müəyyən etmək üçün TBXS-in qəza vərəqəsi (8 nömrəli əlavə);
c) x
əbərdarlıq nişanındakı təcili tədbirlər kodunun (TTK) şifrələrini açmaq üçün təhlükə barədə xəbərdarlıq sisteminin qəza məlumat vərəqəsi (10 nömrəli əlavə).
7.2. TBXS-in x
əbərdarlıq nişanı müqavilədə razılaşdırılmış və lisenziyada göstərilən şərtlər əsasında təhlükəli yükləri qəbul edənlər, göndərənlər və ya istehsal edənlər tərəfindən tərtib edilir.
7.3. X
əbərdarlıq nişanının ölçüləri nümunədə (9 nömrəli əlavə) göstərilən ölçülərə uyğun olmalıdır.
X
əbərdarlıq nişanları hazırlanarkən aşağıdakılara əməl edilməlidir:
a) x
əbərdarlıq nişanının sol hissəsinin fonu ağ rəngdə olmalıdır;
b) t
əhlükə işarəsinin fonu bu Qaydalara 10 nömrəli əlavədə göstərilən tələblərə uyğun olmalıdır;
c) TTK v
ə BMT siyahısı üzrə nömrəsi qeyd edilən hissənin fonu çəhrayı rəngdə olmalıdır.
ç) «TTK v
ə BMT -si» sözləri və «Aşılayıcı maddə» sözləri ağ rənglə yazılır;
d) ni
şanın hüdud xətləri, hissələri ayıran xətlər qara rənglə çəkilir;
e) ni
şanın hüdud xətləri, nişanın kənarından 5 mm məsafədə və ən azı 5 mm enində qara rəngli düz xətt şəklində çəkilir;
ə) TTK və BMT yazılan hissənin hərf və rəqəmlərinin eni ən azı 15 mm, təhlükə işarəsininki isə ən azı 3 mm olmalıdır;
f) ni
şanın hüdud xətlərinin eni ən azı 15 mm olmalıdır;
g) TTK hiss
əsində əvvəlcə rəqəmlər, sonra isə hərflər yazılır.
Az yük götür
ən avtomaşınlarda 350x150 mm ölçülü kiçik xəbərdarlıq nişanlarından da istifadə etmək olar.
7.4. TBXS-ın q
əza vərəqəsi yükü göndərənlər və ya qəbul edənlər tərəfindən müəyyən növ təhlükəli maddə və məmulat üçün dövlət standartında, texniki normativ aktlarda və lisenziyada göstərilən şərtlərdə
n
əzərdə tutulmuş təhlükəsiz daşınma şərtlərindəki məlumatlar əsasında doldurulur və avtonəqliyyat təsərrüfatı tərəfindən verilmiş yol vərəqəsinə əlavə edilir. O, təhlükəli yükü daşıyan avtomaşında, yaxud

şayiət avtomaşınında olur.
7.5. T
əhlükəli yükün nəqliyyat vasitələri ilə daşınmasına nəzarət edən yol polisi bölümləri də TBXS-in qəza vərəqələri ilə təmin edilirlər.
7.6. TTK-ni mü
əyyən edərkən nəzərə alınmalıdır ki, TTK-da rəqəmlərlə yanğın və sızma, həmçinin təhlükəli maddələrin axar sulara və su anbarlarına düşməsi nəticəsində yaranan təhlükənin dərəcəsi,
h
ərflərlə isə insanların mühafizəsi işarə edilir. TTK bir, iki və ya daha çox hərf və rəqəmdən ibarət ola bilər. Hər bir işarə ilə yol-nəqliyyat hadisələrinin nəticələri və ya digər hadisələr zamanı görülən müəyyən
t
ədbirlər ifadə edilir. Məsələn, ağ, yaxud sarı fosfor (bu maddənin BMT üzrə qeydiyyat nömrəsi 1881-dir) daşınarkən yol-nəqliyyat hadisəsi və ya digər hadisə baş verdikdə TTK 15D işarəsi aşağıdakıları müəyyən
edir:
1) sudan istifad
ə etməmək, quru odsöndürən maddələr tətbiq etmək;
5) t
əhlükəli məmulatın axar suya və su anbarına düşməsinin qarşısını almaq;
D) n
əfəs cihazının və qoruyucu əlcəyin zəruri olmasını.
7.7. T
əhlükəli yüklərin daşınması zamanı baş verən yol-nəqliyyat və ya qəza hadisələrinin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər TBXS-ın qəza vərəqəsinə və məlumat vərəqəsinə uyğun olaraq
h
əyata keçirilir.
T
əhlükəli yüklərin avtomobil nəqliyyatı ilə
da
şınması Qaydalarına
1 NÖMR
ƏLİ ƏLAVƏ

Yüklə 233,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin