Çağdaş Azərbaycan postmodern romanı 7
tika, poststrukturalizm, dekonstruktivizm (ierarxiyaların
desentrasiya və dekonstruksiyası) istiqamətləri dayanır.
Postmodernizm Qərb fəlsəfəsinin dərin transformasi-
yası ilə əlaqəlidir. XIX əsrin sonu XX əsrin əvvəllərində
maarifçilik hərəkatı, elmi-texniki tərəqqi və sənayeləşmə
nəticəsi kimi cəmiyyətdə modernləşmə prosesi gedir. XX
əsrin ikinci yarısından başlayaraq rasional düşüncənin tən-
qid olunmasını müşahidə edirik. Postmodern tarix fəlsəfəsi
və fəlsəfi ontologiya önəmli yeniliklər ilə əlaqəlidir.
Postmodernizm tarixi prosesə yeni yanaşma ilə səciy-
yələnir. Maraqlıdır ki, Arnold Toynbi 1947-ci ildə nəşr et-
dirdiyi «A study of History» («Tarixin öyrənilməsi») əsərin-
də O. Şpenqlerin sivilizasiyaların hermetik şəkildə bir-bi-
rindən təcrid olunması zəminində süquta uğraması konsep-
siyasını sübuta yetirməklə «postmodernizm» anlayışına
müraciət edir. Postmodernizm tarixi və inkişafı düz xətt
boyu olan proses kimi qəbul etmir. Tarixi dalğavarı inkişaf
prosesi kimi anlayır. Tarixə münasibət bildirən postmoder-
nistlər vurğulayırlar ki, tarix dağınıq, bir – biri ilə əlaqəsi
olmayan hadisələri süni şəkildə bir araya gətirməyə cəhd
göstərən mifdən başqa bir şey deyildir.
Postmodernistlərə görə tarixilik ideyası təkcə zamanın
xəttilik prinsipinin təsdiqi deyildir. Onların fikrincə bu
konsepsiya tarixi gedişin mütləq bir sonu olması prinsiplə-
rinin təsbit olunmasına, yəni zamanın vahid tarixi məntiqə
malik olması ideyasına gətirib çıxarır. Postmodernistlərə
görə insanların tarixi proseslərə düşünülmüş və məntiqi şə-
kildə müdaxilə etmək cəhdləri, prosesləri istədiyi istiqa-
mətə yönəltmək niyyətləri heç bir nəticə vermir.
Postmodernizm keçmişi inkar etmir. Bir sıra postmo-
dernistlər irəli sürdükləri konsepsiyalarda postmodernizmə