Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   2   3   4   5   6   7   8   9   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 

XVII əsrin sonlarında klassik düşüncə tərzinin dağılıb 
məhv olduğu kimi, «Mən»i ön plana çəkən məqsədlər kimi 
insan da yox ediləcək. 
Postmodernistlər varlığı müxtəlif fraqmentlərdən iba-
rət olmasına əsaslanırlar. Məfhumların yanlış olması və 
onların dekonstruksiyaya uğraması, yəni reallığın dağıdıl-
ması və eyni yolla yenisini qurmaq prinsipi üzərində da-
yanmış Jak Derrida tərəfindən irəli sürülmüş dekonstruksi-
ya («destruksiya» (dağıtma, sökmə) və «konstruksiya» 
(quraşdırma, tikmə)) anlayışlarına xüsusi yer verilir. Jak 
Derrida məfhumların yanlış olmasını və onların dekon-
struksiyaya uğraması, yəni reallığı dağıtmaq və eyni yolla 
yenisini qurmaq prinsipi üzərində dayanmışdır. Loqosen-
trizmi əsas götürən «dünya-mətndir» və «mətn-reallığın 
yeganə mümkün modelidir» prinsipinə söykənən J. Derri-
da dil və danışığa önəm verməyərək, əsas mətni qəbul 
edir. Dildəki simvolların yazıda həkk olunub qalması və 
dilin və danışığın yazıdan, yəni mətndən asılı olmasını 
əsas gətirərək, onların törəmə olmasını iddia edir. Dekon-
struksiyanın üsullarını həmçinin R. Bart da işləyib hazırla-
mışdır. Dekonstruksiya elementlərin xaotik (nizamsız) yı-
ğınını təmsil edən varlığın bədii inikasını əks etdirən alət-
dir. Postmodernizm dünyanı səbəb-nəticə bağlarının qırıl-
dığı bir xaos kimi dəyərləndirir. Şüur isə həmin situasiya-
da xaosu anlamaq vasitəsinə çevrilir. Kosmos və xaos və 
«qızıl orta» kimi universaliyalar arasında balans edərək 
kompromisdə dayanırlar. Göstərilən iki başlanğıcın məna-
sız birləşməsi kimi «xaosmos» termini əmələ gəlmişdir. 
«Fraqmentləşdirilmiş» varlıq ideyası əsasında postmo-
dernizm yeni gnosoloji prinsiplər irəli sürür. Postmoder-
nizmin daxildəki həqiqəti anlaya bilməmək, bütünlük anla-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin