Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   5   6   7   8   9   10   11   12   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
12 
Postmodern ədəbiyyatda roman janrı xüsusi yer tutur. 
XX-ci əsrin ortalarında romanın növbəti «ölümü» barədə 
mülahizələr yayılmışdır. Lakin həmin dövrdə fransız ədə-
biyyatında yaranmış «yeni roman» bu mülahizələrin əsas-
sız olduğunu sübut etmişdir. Postmodernizm romana yeni 
canlama gətirmiş, «janr-antijanr» ziddiyyətlərini istifadə 
edərək yeni tip romanların yaranmasına səbəb olmuşdur. 
Postmodern roman əvvəlki roman ənənəsindən uzaqla-
şaraq, pastiş, kollaj, montaj, mətnlərarası əlaqə, dekon-
struksiya, təhtəlşüur, mistifikasiya və digər üslubları özün-
də birləşdirərək zənginləşir. Postmodern romanda obrazlar 
arasında müəllifin olması, mətn daxilində digər bədii əsə-
rin qələmə alınması, bədii yaradıcılıq haqqında fikirlər 
mübahisəsi, janr qarışılığı, müxtəlif süjet xətlərinin bir 
birinə qarışması özünü qabarıq şəkildə göstərir. 
Postmodern roman təsnifata gəlməyən şəkildə meyda-
na çıxan mətnə malikdir. Postmodernistlər metanəsr xüsu-
siyyətlərindən geniş istifadə edirlər. Eyni zamanda post-
modern ədəbiyyat, o cümlədən də postmodern roman xü-
susi işarələr dili ilə səciyyələnir. Postmodernistlər dilin 
gerçəkliyi təmsil və təsvir edə biləcəyi faktını inkar edə-
rək, dilin konkret olmasına inanmırlar və qələmə aldıqları 
əsərlərdə dil oyunlarına gedirlər. F. Sossur dili işarələr sis-
temi kimi dəyərləndirərək, onların ayrılıqda məna vermə-
diyini qeyd etmişdir. Onun fikrincə, dil simvolları işarə et-
dikləri ilə bağlı deyillər, çünki söz, işarə, simvol işarə et-
dikləri predmetin xüsusiyyətini göstərmirlər. F. Sossur hər 
işarənin ayrılmaz iki tərəfi olduğunu göstərmişdir. Bir-bi-
rindən ayrılmayan bu iki tərəfdən biri işarənin mənası, in-
formasiyası, o birisi isə insanın bu predmet haqqında tə-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin