Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   73   74   75   76   77   78   79   80   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
84 
dırma aparmaq üçün gəlmiş Elendir. Romanda Mirasın və 
babasının gündəliklərindən bəlli olur ki, Çin Xalq İm-
periyası, həmçinin də digər imperiyalar və onların tərki-
bindəki cəmiyyətlər təcrid olunub, biri digəri haqqında 
yanlış məlumatlara malikdir. Bu yanlış məlumatlar simul-
yakr xarakter daşıyan bədii varlıq yaradır. 
Bir sıra postmodern romanlarda baş (əsas) qəhrəman 
tarixi şəxsiyyət prototipi və ya mifoloji irs əsasında yaradı-
lır. Sabir Rüstəmxanlının «Göy Tanrı» romanın əsas qəh-
rəmanının prototipi ilk türk dövlətinin qurucusu Oğuz xan-
dır. Oğuz xanın tarixi şəxsiyyət olması ətrafına mübahisə-
lər bu gün də davam etməkdədir. Xivəli Əbülqazi xanın 
verdiyi məlumata görə, Oğuz xan Məhəmməd Peyğəmbər-
dən 4000 il əvvəl, yəni eramızdan əvvəlki dövrün IV min-
illiyinin sonlarında, təxminən 3400-3500-ci illərdə yaşa-
mış tarixi şəxs olmuşdur. N.Y. Biçurin (İakinf) isə Oğuz 
Xanın tarixi şəxsiyyət olmasını və onun eramızdan əvvəlki 
III - II minilliklərdə yaşadığını qeyd etmişdir 
50
. Sabir Rüs-
təmxanlının «Göy Tanrı» romanında təsvir edilən Oğuz 
xan real tarixi şəxsiyyət kimi Azərbaycan, İran, İraq, Suri-
ya ərazilərini əhatə edən geniş bir arealda hökmdarlıq et-
miş Oğuz xanın mifoloji irs əsasında yaradılmış obrazıdır. 
Romanlarda əsərin mərkəzi ilə birbaşa əlaqəsi olmayan 
və təsvir edilən hadisələrin gedişatına ciddi təsir göstərmə-
yən ikinci dərəcəli (yardımçı) qəhrəmanlar baş (əsas) qəh-
rəmanın daxili və mənəvi aləminin müəyyənləşməsində bu 
və ya digər dərəcədə yardımçı olur. Bədii əsərdə ikinci də-
rəcəli (yardımçı) obrazlar personaj da adlandırılır. İkinci 
50
Бичурин Н.Я. Собрание сведений о народах, обитавших в 
Средней Азии в древние времена. М.-Л., 1950. С. 225. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin