Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   76   77   78   79   80   81   82   83   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
87 
janr formalarına həsr olunan və romandan fərqlənən əlavə 
mətnlərə əlavə hissələri daxil edə bilər. D.P. Bak, belə 
əsərləri nəzərdən keçirərkən təsdiq edir ki, belə halda mət-
nin refleksiyasının və reallığın refleksiyasının yeri var. 
«Ədəbi şüurun tarixi və nəzəriyyəsi: yaradıcı refleks bədii 
əsərdə» əsərində D.P. Bak yazırdı: «Yazıçı xarakteri mey-
dana çıxdı, hansı ki, amma yanaşı dayana bilən, xarici əsə-
rə alternativ olan natamam əlavə əlyazma yaradır». 
İlqar Fəhminin «Akvalanq» 
51
romanında sənətkar ob-
razına xüsusi diqqət yetirmək lazımdır. İstirahət üçün bağa 
köçmüş gənc qadın təklikdən sıxılır. Yoldaşının məşğul 
olması və ona diqqət yetirməməsindən can qurtarmağa can 
atır. Müxtəlif yollar düşünsə də, nəhayət rahatlığını dəniz, 
balıq və boya iyisi arasında tapır. Bu trio arasında öz dün-
yasını qurur, yaradıcılığında rahatlıq tapır. Buna isə təsa-
düfən dənizdə tapılan medalyon şərait yaradır. Bundan 
sonra əsərin qeyri-adi inkişaf xətti, yəni «əsər içində əsər» 
strukturu formalaşır və reallıqla təxəyyül arasında sərhədin 
itməsi baş verir. Romanda sənətkar qadın kimi həyatını ta-
mam fərqli, başqa cür davam etdirir. Qadının gündəliyinin 
əsas mətndən fərqləndirilməyən əsər novellavari sonluqla 
başa çatır. 
Postmodern romanlarda mifoloji obrazların təsvir edil-
mə məqamı özünün rəngarəngliyi ilə seçilir. Mifoloji ob-
raz konkret obraz olmaqdan çox, müəyyən təsəvvürün ifa-
dəsi kimi özünü göstərir. 
Mif tarixi faktları əks etdirməyən harmoniya yaradıcı-
sıdır. Roman isə tarixilik və müasirliyi özündə əks etdirən 
51
Fəhmi İ. Akvalanq. http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id 
=1595 


S
S

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin