Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   75   76   77   78   79   80   81   82   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
86 
lir. Yardımçı obraz olan rəssam Hüseyn Əlioğluna da 
imam Hüseynin adının verilməsinin təsadüfi olmadığı, ya-
zar tərəfindən düşünülərək verilməsini görürük. 
İkinci dərəcəli (yardımçı) obraz kimi əsərdə qəhrəman-
ların dili ilə təhkiyə aparan müəllif obrazını da müşahidə 
etmək olur. Bu təhkiyə bəzən baş qəhrəmanın, bəzən də 
müəllifin özünün iştirakı ilə müxtəlif formalarda baş verir. 
Müəllif obrazı hadisənin iştirakçısı da ola bilir, ya baş ver-
miş hadisələrin şahidi olur, ya da ki, müəllif obrazının di-
gər obrazlarla münasibətləri özünü büruzə verir. Əsərdə 
müəllif obrazı təhkiyə vasitəsilə əsərdə təsvir edilən hadisə 
və obrazlara, vəziyyət və situasiyalara öz münasibətini bil-
dirir ki, bu da müəllif haşiyəsi kimi dəyərləndirilir. Qeyd 
etmək istərdim ki, müəllif haşiyəsi ilə söylənilən fikirlər 
müəllifin münasibətini ifadə edir. Məsələn, Pərviz Cəbra-
yılın «Yad dildə» romanında müəllif təhkiyəsi təsvir edi-
lən mənzərəni tam açmağa yardım edir: «Selcan bayaqdan 
Çenin necə əl-ayağa düşdüyündən, onu saxlamaq üçün 
şeirdən başqa nəyəsə gümanı gəlmədiyindən ləzzət almışdı 
və səssizcə içində qəşş eləmişdi. Çenin onun üçün belə 
əldən-ayaqdan getməsi, canfəşanlıq eləməsi, öz sevgisini 
göstərmək üçün dəridən-qabıqdan çıxması ona çox, amma 
olduqca xoş gəlirdi». Qeyd etmək istərdim ki, əksərən 
müəllifin obyektiv nağılçı kimi də qəbul edilməsi özünü 
büruzə verir. 
Bədii refleksiyanın variasiyaları ilə bağlı roman növlə-
rini nəzərdən keçirəndə, müəllif tərəfindən təqdim edilən 
obrazların özlərindən gələn mətn kimi əsərə daxil edilməsi 
ilə bağlıdır. Bu sənətkar haqqında roman janrının qarışıqlı-
ğı xüsusiyyətlərini müəyyənləşdirən amillərdən biri sayılır. 
Belə əsərlər özlərinə obrazların yaradılmasına və başqa 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin