Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   77   78   79   80   81   82   83   84   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
88 
bir janrdır. Roman və mif süjetləri arasında paralel addım-
lama prosesi ədəbiyyatda yeni janrın yaranmasına səbəb 
oldu. Roman-mif janrının ilk nümunələri C. Coys, 
T. Mann, F. Kafka, Q. Markes yaradıcılığında özünü gös-
tərdi. Y. Lotman, E. Meletinski və digər tədqiqatçılar ro-
man-mifi yeni janr hadisəsi kimi qəbul etmişdilər. Roman-
mif kimi qələmə alınmış əsərlərin əksəriyyətində genetik 
yaddaşa söykənən karnaval texnikası izlənilir. 
Roman-antimif janr formasına aid olan Kəramət Bö-
yükçölün «Çöl» əsərində Koroğlu obrazı dekonstruksiyaya 
edilir. Müəllifi tərəfindən romanın adı dastandakı baş qəh-
rəman Koroğlu obrazının adı ilə adlandırılıb. K. Böyükçöl 
əsərində təsvir etdiyi Koroğlu folklor dünyasının qəhrəma-
nı Koroğlu deyil (qeyd etmək lazımdır ki, əsərdə Koroğlu-
dan başqa Halaypozan, Sarı donlu Selcan xatun və digər 
dastan qəhrəmanları var), o, dastandan qopub gələn qəhrə-
man deyil, sadəcə adındakı simvolik məna ilə reallığı təs-
vir edən bir obraz kimi yaddaşlara hopur. Müəllifin sar-
kazmla qələmə almış olduğu bu əsərdə Koroğlu öz dastan 
prototipi Koroğlu kimi İstanbul, Dərbənd səfərləri etmir. 
Böyükçölün qələmə aldığı «müasir» Koroğlu «Urusyetə» 
səfər edir. Burada Koroğlu «Çənlibel» supermarket açır. 
«Müasir» Koroğlu sələfindən irəli gedərək Amerikaya, qı-
sası Vaşinqtona səfər edir. Prezident Puşla (Buş) görüşərək 
İraq məsələləri ətrafında müzakirələr aparır. 
İlqar Fəhmi Koroğlu və Cəlalilər hərəkatı haqqında 
yazdığı «Qarğa yuvası» əsərində mifikləşmiş Koroğlu ob-
razına müraciət özünü qabarıq göstərir. İ. Fəhminin «Qar-
ğa yuvası» əsəri bəzi tədqiqatçılar tərəfindən yarımtarixi 
roman adlanır. Əsərin yarımtarixi roman olmasının səbəbi 
nədir? «Qarğa yuvası»nda yazar tərəfindən tarixi həqiqət-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin