Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   78   79   80   81   82   83   84   85   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
89 
lərin üzə çıxarılmasına cəhdi və Koroğlunun real təsviri 
deyil, Koroğluya və o dövrə müəllif təxəyyülündən gələn 
ştrixlərin əldə edilməsidir. «Koroğlu» dastanındakı qəhrə-
mandan fərqli olaraq, İ. Fəhminin əsərindəki qəhrəmana 
müəllif tərəfindən əlavə edilən qorxaqlıq ştrixləri ilə qarşı-
mızda başqa bir obraz yaranır. Əsərdə Koroğlu islama ta-
pınır, yanında molla saxlayır, məscidi var, Ramazanı qeyd 
edir, dəliləri namaz qılır, cin-şeytandan qorunmaq üçün 
üstlərində dua gəzdirirlər, Koroğlunun hərəmxanası var. 
İ. Fəhmi Koroğlunu qorxmazlıq zirvəsindən endirir, «atan 
kor edilənə qədər niyə xalq üçün döyüşmürdün» sualını 
verməklə qəhrəmanın xalqı deyil, özünü fikirləşdiyini qa-
bardır. Dastandan fərqli olaraq əsərdə Koroğlunun öz gü-
cünə deyil, «Çənlibel tülküsü» adlandırdığı Həmzənin hiy-
ləsinə inanması özünü göstərir. 
Postmodernizm romanlarda mifoloji obrazlar qədim 
varislik təsiri ilə yanaşı, yenidən yaradılan «şəhər mifolo-
giyası»nın elementləri əsasında yaradılır. Şəmil Sadiqin 
«OdƏrlər» 
52
romanında mifologizmə xüsusi yer ayrılmış-
dır. Romanda eposlarımızdan gələn obrazların təsirini gör-
məmək qeyri-mümkündür. Belə ki, Dədə Əfəndi, Ata kişi, 
Dəmirçioğlu ağsaqqal obrazları gözümüzdə Dədə Qorqudu 
canlandırır. Söhbətlərində əsasən dini və tarixi mövzulara 
toxunan Dədə Əfəndi əcdad kultunu yeni-yeni elementlər-
lə zənginləşdirərək Dədə Qorqud kimi ibratəmiz söhbətləri 
ilə gələcək nəsillərə nəsihət edir. Bununla belə, «şəhər mi-
fologiyası» «Ulu Şaman» adlı məxfi təşkilatına daxil olan 
insanların obrazlarına təsir göstərir. 
52
Sadiq Ş. OdƏrlər. Bakı, Hədəf Nəşrləri, 2013. 244 səh. 


S
S
a

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin