IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
273
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Таблица. Содержание радионуклидов в плодовых телах Lactariusmitissimus и Clitocybeodora, Бк/г.
Радионуклид
Lactarius mitissimus
Clitocybe odora
Ra
226
<1,8·10
-2
<1,3·10
-2
Th
232
<1,3·10
-2
<1·10
-2
K
40
9,3·10
-1
±7·10
-2
1,2±6,5·10
-3
Co
60
<9,6·10
-3
<7,5·10
-3
Cs
134
<8,9·10
-3
<6,7·10
-3
Cs
137
<9,2·10
-3
<7,1·10
-3
Анализ содержания долгоживущих радионуклидов в плодовых телах шляпочных грибов
Lactariusmitissimus и Clitocybeodoraпоказал наличия в образцах естественного радионуклида
K
40
. Как видно из таблицы вид гриба Clitocybeodoraпроявляет большую аккумуляционную
способность по отношению к естественному радионуклиду K
40
, чем вид Lactariusmitissimus.
Это является основой для предположения, что вид гриба Clitocybeodoraявляется
биоиндикатором естественного радионуклида K
40
.
ABŞERON ŞƏRAITINDƏ EVKALIPT CINSINƏ AID BƏZI
NÖVLƏRIN (E.CAMALDULENSIS, E.VIMINALIS, E
CINEREA) EKOLOJI DAVAMLILIĞININ QIYMƏTLƏNDIRILMƏSI
S.B.BAĞIROVA
AMEA Dendrologiya İnstitutu
Samira.baqirova.2013@mail.ru
AZƏRBAYCAN
Abşeron yarımadasında son dövrlərdə yeni salınan sənaye müəssisələrinin, yolların, körpülərin
ətrafının, park və bağların müasir yaşıllaşdırma prinsipləri əsasında qurulması, şəhər landşaftının ayrıl-
maz elementi olub, flora biomüxtəlifliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Abşeron
şəraitində bəzək bitkilərinin bioekoloji xüsusiyyətlərinin, eləcə də ekoloji şəraitə davamlılığının elmi
əsaslarla öyrənilməməsi onların müəyyən müddətdən sonra yerli şəraitə uyğunlaşmasında problemlər
yaradır.
Son dövrlərdə Abşeron yarımadasında yaşıllaşdırılmada bir çox dekorativ bitkilərlə yanaşı Mərsin
fəsiləsinin (MyrtaceaeJ
USS
.) Evkalipt (EucalyptusL'H
ÉR
.) cinsinin bəzi növlərinə də rast gəlinir. Bu
məqsədlə tədqiqat istiqamətini Evkalipt (EucalyptusL'H
ÉR
.) cinsinin E.camaldulensis, E.viminalis, E
cinerea növlərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsinə yönəltmişik. Evkalipt növləri hündür,
möhkəm oduncaqlı, güclü kök sisteminə malik, uzunömürlüdür və ətraf mühitin mühafizəsində,
zəhərli tullantıların mənimsənilməsində, bataqlıq ərazilərin qurudulmasında, torpaqda deqrodasiyanın
qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edir.
Tədqiq olunan növlər üçün tоrpаğın tərkibi və xüsusiyyətləri də əsas amildir. Evkaliptlər quru,
gilli topacıqlı torpaqlarla müqaisədə, yumşaq torpaqlarda sürətlə inkişaf edir, 10 il ərzində bitkilərin
boyu 13-15 m-ə çatır. Çox nəmişli yerlərdə 35 yaşlı nümunələri 200 illik palıdın ölçüsünə çatır.
2010-2015 illərdə bu növlərin qışа dаvаmlılığını öyrənmək məqsədi ilə yaşlı və cavan nüsxələrin
şaxtaya davamlılığı müqaisəli təhlil edilmiş və məlum olmuşdur ki, 2-4 illik evkalipt növlərinin
şaxtaya davamlılığı nisbətən zəifdir.
Tədqiqat zamanı Evkalipt növlərinin qışа dаvаmlılığını qiymətləndirmək məqsədi ilə Rusаnоv
(1963), Lаpin, Sidnеvа, (1973) metodikalarına əsaslanmışıq. 2013-cü ildə Аbşеrоndа qış аylаrındа
hərаrətin -12-14
0
C olması, əsən güclü şimаl küləyinin sürətinin 25-30 m/sаn çаtması nətiçəsində cаvаn
bitkilərin оduncаqlаşmаyаn budаqlаrı məhv оlmuşdur. Abşeron şəraitində yanvar-fevral aylarında
havanın hərarəti nadir hallarda qeyd olunan göstəriciyə çatır. Apardığımız tədqiqtlardan məlum oldu
ki, Abşeron şəraitində evkalipt növlərinin birillik cücərtilərinə qısamüddətli 7-8
0
C şaxtalar təsir
göstərmir. Bəzən 8-9
0
C-də ciddi dəyişkənlik olmasa da, 10-11
0
C-də şaxtaların uzun müddət davam
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
274
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
etməsi evkalipt növlərinin əksəriyyətində yerüstü hissənin donması ilə nəticələnir. Buna səbəb evkalipt
növlərinin toxuma və hüceyrələrinin su ilə zəngin olmasıdır. Sürətli donvurma şəraitində su hüceyrəni
dağıdır ki, bu da ağacın müəyyən hissəsinin məhv olmasına gətirib çıxarır.
Mart ayından başlayaraq temperaturun qalxması nəticəsində şaxtalı qış mövsümündə məhv olmuş
yerüstü hissələr tədricən - aprеl-mаy аylаrındа kök boğazından pöhrələr vеrməklə bərpа оlunmuş-
dur. Pöhrələr 3-4 həftə ərzində sərbəst böyüdükdən sonra, əsasən aşağıda bitən 3-4 zoğu saxlayaraq,
qalanını kəsmək lazımdır. Yаzdа qurumuş gövdələri kəsdikdən sоnrа təzə pöhrələr əmələ gəlmiş və
bunlаr еlə I ildə çiçək аçmışdır. I vеgеtаsiyа ilinin sоnundа pöhrələrdən əmələ gəlmiş budаqlаrın
uzunluğu 80-130 sm-ə çаtmışdır.Təbii şəraitdə vətənində yüksək dağ yamaclarında bitən elə fərdlər
(E. citriodora, E.aggregata, E. mannifera) vardır ki, onlar -20-24
o
C-yədək şaxtaya davam gətirir. Bu
da onu göstərir ki, tədqiq olunan evkalipt növlərinin vətəninə nisbətən Abşeronda şaxtaya davamlılığı
aşağıdır.
Evkaliptləri şaxtadan qorumaq üçün payız fəslində hələ şaxtalar düşməmiş gövdələrin dibini
torpaq və xüsusi olaraq gətirilmiş qumla 25-30 sm hündürlükdə örtürlər. Donmuş evkaliptlər çıxarıl-
mamalıdır, çünki ağaclar tamamilə donduqdan sonra onların kök boğazından çoxlu zoğlar göyərməyə
başlayır. Bu zaman təzə pöhrələri zədələmədən, ağacın qurumuş hissəsi iti balta və ya mişarla kəsilib
götürülür.
Ədəbiyyat materiallarından məlumdur ki, vеgеtаsiyа müddətində tədqiq olunan növlər 500-1000
ml-ə qədər su buхаrlаndırа bilər. Tədqiqat illərində evkalipt növlərinin özünü su ilə təmin еtməsinin
və istiliyə dаvаmlılığının təsirini öyrənmək üçün iul-аvqust аylаrındа tеrmоs kоlbаlаrının köməkliyi
ilə müşаhidələr аpаrılmışdır.Nəticələr göstərmişdir ki, tədqiq еdilən növlərin istilik və qurаqlığа
dаvаmlılıq dərəcəsi 45
0
C ilə 55
0
C аrаsındа dəyişilmişdir. Tədqiq еdilən evkalipt növləri yüksək hərа-
rətin təsirinə dаvаmlılığlаrınа К.А. Ахmаtоv (1974-1976) şkalasına görə 2 bаllı şkalaya, yəni аz dərə-
cədə qurаqlığа dаvаmlılara aid edilirlər. Belə ki, onlarda isti yay dövrlərində, bоy аrtımı zəif gedi,
yаrpаqlаr üzərində müşahidə apardıqda yаnmаya meyilli olduqlarını müşahidə etmişik.
Bitkilərin nоrmаl böyümə və inkişаfı üçün işıq əsаs rоl oynayır. Tədqiq olunan evkalipt növləri
birbаşа günəşin şüаlаrının təsiri аltındа normal böyüyüb, inkişaf edir. Yalnız birillik cücərtiləri günəş
şüаlаrının təsirindən qоrumаq lаzımdır. İşığа münаsibətinə görə еvkаliptlər işıqsеvən bitkilər hesab
olunurlar. Evkaliptlərin tacı qeyri-düzgün formalıdır, keçiricidir, belə ki, yarpağın ayası hər zaman
saplağın üzərində düşən günəş şüalarına paralel olur. Ona görə də evkalipt meşələri işıqlıdır, yaxşı
inkişaf etmiş bitki təbəqəsi vardır.
Tədqiqatlarımızın nəticəsində məlum oldu ki, evkаlipt növləri Abşeronda şaxtalara davamsız
olub, sərt şaxtalarda dоnur, аncаq yаzdа pöhrələrlə bərpа оlur, təzə pöhrələr еlə I ildə çiçək аçır. Bu da
onu göstərir ki, tədqiq olunan evkalipt növlərinin vətəninə nisbətən Abşeronda şaxtaya davamlılığı
aşağıdır.E.camaldulensis, E.viminalis, E cinerea sürətlə böyüdüyü, sərt küləklərə davamsız olduğu
uçun, gövdəsi xeyli deformasiyaya uğrayır. Buna görə də Abşeron yarımadasında yaşıllaşdırma
zamanı onlar küləksiz səmtdə əkilməli və bərkidilməlidir. Öyrənilən evkalipt növləri Abşeron
şəraitində yаy dövrünü yахşı kеçirir, çox quraqlıq zamanı böyüməsi nisbətən zəifləyir, rütubətsеvən
bitkidirlər. Vegetasiya dövründə ardıcıl suvаrmа tələb еdilir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
275
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ABŞERON YARMADASININ ŞƏRQ HİSSƏSİNDƏ İNTRODUKSİYA
OLUNMUŞ ŞAM CİNSLƏRİNİN YAYILMA ƏRAZİLƏRİ VƏ
MONİTORİNQİ
Z.R.MƏMMƏDOV
AMEA Dendrologiya İnstitutu
zam81@mail.ru
AZƏRBAYCAN
R.R.ƏFƏNDIYEVA
AMEA Dendrologiya İnstitutu
AZƏRBAYCAN
N.Z.MƏMMƏDOVA
AMEA Dendrologiya İnstitutu
AZƏRBAYCAN
H
.
İLHAM QIZI
AMEA Dendrologiya İnstitutu
AZƏRBAYCAN
Təbiət–cəmiyyət münasibətlərinin kəskinləşməsi və vəhdətin pozulması bəşəriyyət üçün çox
neqativ fəlakətlərlə nəticələnə biləcəyi barədə həyəcan təbili çalınmağa baxmayaraq, bu proseslər get-
gedə daha da dərinləşir. İnsanlar sanki təbiətin, onun sərvətlərinin ən qəddar düşməninə çevrilərək
dəhşətli ekosid törədirlər. Elə bu baxımdan da hazırda dünyanın ekoloji durumu heç də ürək açan
vəziyyətdə deyil. Qeyd etmək lazımdır ki, bu neqativ hal respublikamızdan da yan keçməmişdir.
Ancaq bütün bunlara baxmayaraq ölkədə bir sıra bərpa tədbirləri də həyata keçirilməkdədir.
Respublikamızın zəngin torpaq-bitki örtüyü hər zaman diqqət mərkəzində olmuşdur ki, belə
ərazilərdən biri də Abşeron yarımadasıdır. Abşeron yarımadası üçün yarımsəhra və quru bozqırların
mülayim isti iqlimi səciyyəvidir. Havanın orta temperaturu 13,5
0
- 13,7
0
C, maksimal temperatur 40
0
-
42
0
C təşkil edir. İllik yağıntıların miqdarı 150 - 310 mm arasında dəyişir. Yarımadada il ərzində əsən
güclü küləklərin sayı 139-a çatır. Yarımadanın şərqində qrunt sularının minerallaşma dərəcəsi müxtə-
lifdir və çox vaxt səthə yaxın yerləşir. Abşeron iqtisadi coğrafi bölgəsində çayır torpaqlar az yararlı və
şərti yararsız sahələrdən ibarət olub bölgənin ümumi torpaq ehtiyatının 51%-ni təşkil edir. Bu
torpaqlar gələcəkdə əkinə yararlı torpaqların genişləndirilməsində yeganə ehtiyat mənbələrindən
sayılır. Bu torpaqlar daxilində müxtəlif dərəcədə çirklənmiş və texnogen pozulmuş torpaqlara rast
gəlinir.Belə torpaqların ümumi sahəsi 30 min ha-dan çoxdur və əsasən şəhərətrafı köhnə neft mədən
ərazilərində geniş yayılmışdır. Suvarılan sahələrin meliorativ vəziyyətinə görə 1,4 min ha yaxşı, 2 min
ha kafi və 0,5min ha qeyri-kafi qiymətləndirilir.
Qeyd etməliyik ki, Abşeronun təbii florasında ağac və kol növləri az saydadır. Əhalinin istirahət
zonası hesab edilən Abşeronda insanlar qədim tarixi dövrdən meyvə ağacları və kolları əkmişlər.
Sonrakı dövrlərdə əhali sıxlığının yaranması ilə əlaqədar olan bir çox ağac və kollar yaşıllaşdırması
məqsədilə istiliyə davamlı ağac və kollar introduksiya olunmuşdur.Artıq yaşı 80-100 olan uca boylu
şam cinsləri üfüqi və horizontal sərv, daş palıd müxtəlif yaşlı palma növləri, adi və xəzər lələyi,
meymun alması və s. ağaclar park və yaşıllıq zonalarında inkişaf etməkdədir.
Azərbaycanın iqlim-torpaq şəraiti xüsusilə də Abşeron yarımadasının mürəkkəb təbii mühiti,
ekoloji faktorların dəyişkənlik dinamikası, mövcud ekoloji sistemi vahid çərçivədə izah etməyə imkan
vermir. Bu ərazinin təbii bitkiliyi efemer və efemeroidlərdən ibarət olub aşağıdakılardır: Çirklənmiş və
şoran torpaq ərazilərində sahil cığı (Juncus Litoralis C.A.M.), çoxbudaqlı yulğun (Tamarix
ramosissima Lebed), adi yovşan (Artemisia), Xəzər sarıbaşı (Kalliduim capsicum L. Ung. Strenb),
buruq sularının yayıldığı ərazilərdə isə hallofitlər-petrosimoniya (quş otu), salikorniya (şorangə),
kermek (süpürgə) dəniz sahilində itiuclu cığ, Capparis herbacea Willd-otlu yerqulağı (gəvən) bitir.
Şamdanvarı öldürgən isə (Anabasis brachiata F. Et M.) Abşeronun şoranlı, təpəcikli qumluqlarında
seyrək, qruplar halında rast gəlinir. Dəniz sahillərində tikanlı yerqulağı (Salsola nodulosa (Moq),
kəngiz çərən (Suaeda confusa İljin) növü və s. yayılmışdır.
Yuxarıda qeyd olunanları və yarmadanın turizm potensialını nəzərə alaraq tərəfimizdən
müəyyən tədqiqatlar aparılmışdır.Son illər Abşerona xarici ölkələrdən gətirilmiş həmişəyaşıl növlər
xeyli artmışdır. Bunların arasında iynəyarpaqlılar daha çox üstünlük təşkil edir. Çünki iynəyarpaq-
lıların davamlılığı digər bitkilərə nisbətən daha yüksəkdir.Şam cinsinə aid olan Eldar şamı (P. Eldarica
Medw.) Abşeron şəraitinə qədim dövrlərdən introduksiya edilmişdir. Bu prosesin tarixi bəlkə də 200
ildən çoxdur. Bu bitkinin morfoloji–anatomik quruluşu, yarpaqların (iynələrin) qalın hipoderma ilə
örtülməsi, ağızcıqların sayca çoxluğu və kiçik ölçülü olması, efir yağı və qətranlı olması suyun
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
276
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qənaətlə ağızcıqlardan buxarlanmasını təmin edir. Eldar şamı bioloji xassələrinə görə nisbətən qısa
boylu ağacdır, bağ və xiyabanlarda yaşıllaşdırma üçün çox əlverişlidir. O, torpağa tələbkar deyildir və
buna görə də Abşeron yarımadasının bozqır və qumsal torpaqlarında zəif dərəcədə şoranlaşmış
torpaqlarında boy ataraq inkişafını təmin edir.
Tədqiqat obyektimiz olan Eldar, İtaliya və Hələb şamları vegetasiya dövrünü aprel ayının sonu
və may ayının əvvəllərində başlayır. Qusevinmetodikası əsasında aparılan tədqiqat dövründə məlum
olmuşdur ki, Eldar şamının birillik iynələrinin boyatma sürəti orta, Hələb şamının boyatma sürəti xeyli
zəifdir. Lakin İtaliya şamının iynələrinin boy artması digərlərindəngec başlamasına baxmayaraq, daha
sürətlə inkişaf edir.Şam cinslərində efir yağlarının və qətran maddəsinin toplanması iynələrin müxtəlif
ekoloji amillərə davamlı olmasına imkan verir.
Bitkilərin istiliyə və quraqlığa davamlılığını izah etmək məqsədi ilə həcmi 1 kq torpaq tutan
dibçəklərə 3 illik Eldar şamı fidanları əkilmişdir.
Bəzi şam növlərinin birillik iynələrində ümumi suyun miqdarı, %-lə
Şam cinsləri
Birillik iynəlin yaş
kütləsi, mq-la
İynələrin quru
kütləsi, mq-la
Buxarlanmış suyun
miqdarı, %-lə
Eldar şamı (Pinus eldarica Medw)
65,5±1,3 40,1±1,0 25,0±1,1
Hələb şamı ( Pinus halepensis Mill.) 62,3±1,4 33,6±0,7 28,7±1,3
İtaliya şamı (Pinus pinea L.)
38,0±1,1 16,6±0,5 22,1±0,3
Abşeron şəraitinə introduksiya olunmuş Eldar şamı həm quraqlığahəm də istilik və şoranlaş-
maya yüksək davamlı növdür. Hələb şamı istiliyə və şoranlaşmaya ortadavamlı, İtaliya şamı istiliyə və
şoranlaşmaya davamlı olsada, suya tələbkardır.
Qeyd olunmalıdır ki, payızın ilk ayından (sentyabr) Eldar şamının birillik iynələrində fotosintez
zəiflədiyindən iynələrin boy artımı dayanır. Halbuki, Hələb və İtaliya şamında qeyd etdiyimiz əlamət-
lər davam etdiyindən, onların boyatma tezliyi xeyli sürətlidir.
Abşeronun keçmiş bitki örtüyü ilə müasir dövrü arasında xeyli dəyişkənlik diqqəti cəlb edir.
Müasir dövrdə yaşıllaşdırma apararkən Abşeron yarımadasının iqlim-torpaq quruluşunun xüsusiy-
yətləri nəzərə alınaraq bir çox introdusent ağac və kollardan istifadə olunmaqdadır.
İNSANIN HƏZM SİSTEMİNDƏ SİMBİOZOLAN E.COLİNİN
İNKIŞAFINA AŞAĞISAR (SPECIFIC ABSORBTION
RATE)ELEKTROMAQNİT ŞÜALARIN TƏSİRİ
Gültac QƏHRƏMANOVA
Qafqaz Universiteti
gultac.qehremanova83@gmail.com
AZƏRBAYCAN
Qloballaşan dünyamızda elmi texniki tərəqqinin irəliləməsi ilə bir çox problemlərdə sürətlə
inkişaf etmədədir. Hazırda həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş müasir mobil texnologiyalar
bu qəbildən olan vasitələrdəndir. Belə ki, hal - hazırda orqanizmin sağlamlığı və onunla bağlı olan
problemlər aktualdır. Digər tərəfdən müasir zamanda artan xəstəliklər içərisində həzm sistemində olan
problemlər kifayət qədər böyük reytinqə sahibdir. Məlumdur ki, insan orqanizmimdə olan həzim
sistemində simbioz mikroorqanizmlərdə iştirak edirlər. Bu mikroorqanizmlər orqanizm üçün vacib
olan vitamin və mineral tərkibli maddələrin mənimsənilməsində mühüm əhəmiyyətə malikdir. Digər
tərəfdən insanın həzm sistemində olan mikroorqanizmlərin stress təsirlərdən etioloji xüsusiyyətini
dəyişə bildiyi yaxın zamanlarda aparılmış tədqiqatlarda öz əksini tapmışdır (Монич и др. 2010,
Чилочи и др. 2011). Bununla əlaqədar olaraq həzm sistemində fiziki xüsusiyyətə malik elektromaqnit
stress təsirindən simbioz mikroorqanizmlərin inkişaf xüsusiyyətinin hansı istiqamətdə dəyişilməsi
marağımızı cəlb etmişdir. Ümumiyyətlə elektromaqnit şüalarının membran proseslərinin dəyişilməsinə
səbəb olduğu və bu stressin fiziki xüsusiyyət daşıdığı nəzərə alınarsa, insan orqanizmində E.coli
simbioz mikroorqanizmin inkişafına aşağı SAR (Specific Absorbtion Rate) göstəriciyə malik müxtəlif
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
277
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
müasir mobil telefonların (SAR – 1,2; 0,93; 0,4 ) yaydığı elektromaqnit şüalarının təsirini öyrənmək
maraqlı olmuşdur. Tədqiqatlarda mikroorqanizmlərin əkilməsi üçün istifadə olunan mediumdan (0.9
% NaCl) və insanın həzm sistemində olan E.coli mikroorqanizmindən istifadə olundu. Əkilmiş hər bir
mikroorqanizm olan Petri qabları paralel – kontrol və təcrübə qrupuna ayırdıq. Kontrol qrupu heç bir
təsirə məruz edilmədi, təcrübə qrupları isə ardıcıl olaraq 10, 30, 60 dəqiqə şüalanmaya məruz edildi.
Tədqiqat obyektini 10 ədəd müxtəlif insandan toplanmış nəcislərdən istifadə olundu. Petri kasalarına
əvvəlcə maye şəklinə salınmış Aqar maddisi əlavə edilir. Obyektin əldə olunması üçün nəcisləri
mediumlu mühitə əkmək üçün tampondan istifadə etdik (0.9 % 3ml NaCl + E.coli koloniyaları = 0.5
McF). İstifadə etdiyimiz Petri kasaları və tampon tam steril idi. Suspenziyanın tam homogen olması
üçün suspenziyalar Vortex cihazından keçirildi. Hər bir Petri qablarına mikroorqanizm əkildikdən
sonra termostat qurğusunda 37.0 C temperaturda çoxalması məqsədilə 24 saat müddətə qoyuldu. 24
saat sonra inkişaf etmin E.coli koloniyalarından suspenziya hazırlanaraq Macfarland cihazı vasitəsilə
sayıldı.
Tədqiqatda əldə edilmiş nəticələrdən aydın oldu ki, koloniyaların sayı müxtəlif SAR göstəriciyə
malik qurğuların tərsindən ilk 10 dəqiqədə qismən koloniyanın sayında artma tendensiyası qeydə
alınırsa, təsir müddətinin artması ilə koloniyaların sayı kontrol göstərici ilə eyni səviyyədə inkişaf
etdiyi qeydə alındı. Belə ki, şüalanmanın 10 dəqiqəsində (SAR göstəricisi 0,93) koloniyanın sayı
4x10
4
± 1,5x10
4
KƏV(koloniya əmələgətirmə vahidi)/ml-dirsə, bu göstərici kontrolda 2x10
4
±1,0x10
4
KƏV/ml - dir. Digər dəqiqələrdə isə koloniyaların sayı kontrolda olduğu kimi demək olar ki, sabit
səviyyədə (2.5x10
4
±0,5x10
4
) saxlanılır. Beləliklə apardığımız tədqiqatdan əldə olunmuş göstəricilərə
əsasən demək olar ki, müasir aşağı SAR göstəriciyə malik mobil telefonların İnsanın həzm sistemində
simbioz E.colinin inkişaf dinamikasına təsir etmir.
VIRUS DISEASES OF TOMATO AND PEPPER CROPS IN
AZERBAIJAN
N.F.SULTANOVA
Institute of Molecular Biology
and Biotechnology, ANAS
nargizsultanova@mail.ru
AZERBAIJAN
S.T.MIRZOYEVA
Institute of Molecular Biology
and Biotechnology, ANAS
AZERBAIJAN
M.F.GURBANOVA
Institute of Molecular Biology
and Biotechnology, ANAS,
Baku State University
AZERBAIJAN
Tomato and pepper are the most important vegetable plants in the world. Diseases of tomato
and pepper caused by viruses can be severe, annually reduce crop yield and quality, and generally are
more difficult to control than those caused by fungi and nematodes.Virus diseases affect these crops
production to some degree every year in Azerbaijan. Therefore, surveys were carried out to identify
viruses affecting tomato and pepper crops in the major production areas, such as Ganja, Samukh and
Absheron penisulla during June 2014 and July 2015. The survey covered randomly selected 8 farmers’
gardens and greenhouses (6 tomato and 2 pepper) during 2014, 6 gardens (4 tomato and 2 pepper) and
2 experimental fields of the Azerbaijan Research Institute of Vegetable during 2015. Viral diseases
were expressed by symptoms of mosaic-mottling with light and dark green mottled areas, yellow spots
and vein necrosis of leaves. Growth and fruiting of plants were reduced and leaves on infected plants
were often small, curled and brown streaked. During the expedition a total of 86 (56 tomato and 30
pepper) samples with symptoms suggestive of virus infection and 16 random samples (7 tomato and 9
pepper) were collected from each field. The collected plant samples were testedby themodern
serological diagnostic techniques using AngriStrips and ELISA (Bioreba AG., Switzerland and Agdia
Inc., USA) that allows analyses a large number of samples at the same time based on
immunochromato test. The concentration of virus samples has been identified spectrophotometrically
on the basis of optical absorption of enzymatic reaction products at 405 nm. Samples were considered
to be positive if the A405 nm values were more than three times those of the healthy control. As a
result of serological tests, Tomato mosaic virus (TMV), Tobacco mosaic virus (ToMV) belonging to
|