IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
263
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu iki superailənin nümayəndələrinin quraqlıq və duzluluq kimi stress faktorlara qarşı cavab
reaksiyasının hazırlanmasında iştirakı tədqiqatlarımızda öyrənilmişdir. Tədqiqatlarda bir superailəyə
daxil olan ERF5 və WRKY33 transkripsiya faktorlarının tomat bitkisində toxuma spesifik ekspresiya
profili tədqiq olunmuşdur. Tədqiqatlar əsasən imunoblotinq metodu vasitəsi ilə aparılmışdır. Bunun
üçün tomat bitkisinin (Solanum lycopersicum L.) 8 həftəlik cücərtilərin istifadə olunmuşdur.
Təcrübələrdə bitkinin cavan budaqlarının uc nahiyələri (artıq çiçək yataqları görünən vəziyyətdə),
cavan yarpaqlar, cavan gövdə və kök nahiyələri istifadə olunmuşdur. İlk öncə tədqiqat nümunələrinin
ümumi zülal fraksiyası alınmışdır. Daha sonra bu zülalları ayırmaq məqsədi ilə PAAG elektrofore-
zindən istifadə olunmuşdur. Sonda zülalların Vestern blottinq hibridləşməsi aparılmış və vizualizasiya
“ECL Western Bloting detection” reagent (Amersham Biosciences) vasitəsi ilə istehsalçı kompa-
niyanın təqdim etdiyi protokol üzrə həyata keçirilmişdir.
Zülalların vestern hibridləşməsi tədqiqatları sübut etdi ki, tomat bitkisində su çatışmazlığı
zamanı ERF ailəsinin nümayəndələrindən ERF5/AP2 domenli TF və WRKY ailəsinin nümayən-
dələrindən WRKY33A və WRKY33B faktorları müxtəlif toxumalarda intensiv ekspresiya olunurlar.
Analizlər aşkar etdi ki, ERF5/AP2 əsasən gövdənin uc meristem nahiyəsində, yarpaqlarda, kökdə və
gövdədə ekspresiya olunur. Amma, WRKY33A uc meristem nahiyəsində, cavan yarpaqlar, yarpaq
saplağı və çiçək saplağında ekspresiya olunur, WRKY33B isə WRKY33A-dan fərqli olaraq kökdə və
aksillar meristem toxumasında da ekspresiya olunur. Ekspresiya olunan transkripsiya faktorlarının
toxumadaxili imunolokalizasiyası aşkar etdi ki, hər üç TF-spesifik anticisimlər toxumaların xarici qat
hüceyrələrində hibridləşmə profilini göstərir, bu da hər üç faktorun ekspresiya olunduğu nahiyələri
aşkar edir.
Yuxarıda qeyd olunduğu kimi, ERF5 və WRKY33 faktorlar tomat bitkisində yüksək duzluluğa
və quraqlığa qarşı etilen, absis turşusu, salsil turşusu və Ca
2+
ilə bağlı cavab reaksiyasında iştirakı
eksperimental yollarla artıq göstərilmiş və bu zülal faktorları kodlaşdıran DNT ardıcıllıqları analiz
olunmuşdur. Bizim, vestern hibridləşmə yolu ilə aldığımız nəticələr isə artıq bu faktorların tomat
bitkisinin müxtəlif toxumalarında quraqlıqdan asılı olan ekspresiyasını sübut etdi.
Tədqiq etdiyimiz
hər iki ailə nümayəndələri ERF5 və
WRKY33 faktorların ABA və salsil turşusu sistemləri ilə əlaqəsi
şübhəsiz onların ABA və salisil tutrşularını sintez edən müxtəlif fermentlərin genlərinin tənzim-
lənməsindəki danılmaz rolu ilə bağlıdır.
INVESTIGATIONS OF MUTAGENIC AND CYTOTOXIC EFFECTS
OFCARVONE EPOXIDE AND CARVACROL ACETATE
Ahmad RAZA
University of Agriculture
ahmed.uaf@hotmail.com
PAKISTAN
Faqir
MUHAMMAD
University of Agriculture
PAKISTAN
Tanweer KHALIQ
University of Agriculture
PAKISTAN
Bilal ASLAM
University of Agriculture
PAKISTAN
Many natural compounds have pharmacological properties and used in cosmeceutics for
fragrance and skin protection.Toxicological evaluation is required before availing the pharmacological
benefits of such compounds. In present study we investigate the mutagenic and cytotoxic effects of
carvone epoxide (CE) and carvacrol acetate (CA).The mutagenic effect of CE and CA was assessed at
a concentration of 10 mg/ml with Ames assay using two strains of Salmonella typhimurium TA98 and
TA100. The cytotoxicity of above compounds was determined with hemolytic assay and brine shrimp
lethality bioassay (BSLB) at the concentrations of 5-80 mg/ml and 0.1-20 mg/ml, respectively. While,
dermal and ocular irritation studies were conducted on healthy rabbits (n=8) for 96 and 12 h post
topical application of test compounds, respectively.The results of mutagenicity testing showed thatthe
number of yellow wells for S. typhimurium TA98 was 10 and 2 while for TA100 8 and 10 for CE and
CA, respectively which were significantly lower than the number of positive wells in the background
plate (spontaneous mutations) proves them to be non-mutagenic. While in case of cytotoxic assays, CE
produced 3-14% hemolysis of red blood cells (RBCs) at all the tested concentrations while CA
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
264
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
produced 50 & 85% hemolysis at concentrations of 40 and 80 mg/ml, respectively. The LC
50
values of
CE and CA were12.51 and 2.88 mg/ml, respectively in BSLB. Ocular irritation showed slight irritation
which was negligible, while dermal irritation was also negligible which was further confirmed by
histopathology. In conclusion,CE and CA were non-hemolyitc and non-mutagenic. The LC
50
values
for both the compounds were more than 1 mg/ml proved it that both are also non-toxic. While dermal
and ocular irritation also proved them non-irritant for both skin and eye at tested concentration.The
present investigation concludes that these compounds are non-toxic/non-irritant and might be used for
their pharmaceutical benefits.
ZOLAQLI YAŞILKƏRTƏNKƏLƏ-LACERTA STRIGATA
(EICHWALD, 1831)
Ramin HƏŞIMOV
Azərbaycan Tibb Universiteti
raminhesimov@mail.ru
AZƏRBAYCAN
Zolaqlı yaşılkərtənkələ-Lacerta strigata (Eichwald, 1831) bitki ilə zəngin olan ərazilərdə
otluqlarda, kolluqlarda yayılıb. Antropogesenozlardan-bağçalarda bağlarda və parklarda rast
gəlinir.Yaxşı qaça bilən, ağac və kol bitkilərinin üzərinə, 90
0
-li bucaq altında yerləşmiş divara dırmaşa
bilir və hətta hündürlükdən müəyyən məsafəyə tullana bilir. İsti vaxtlarda nəm torpaqda dayanıb
sərinləyir və suya girib üzdüyü də müşahidə edilmişdir. İsti yay günlərində yağışdan dərhal sonra
sığınacağı tərk edib nəm torpaqda gəzlənir.
Cücülər və hörümçəklər sinfinin nümayəndələri ilə qidalanırlar. Bu kərtənkələ şikarını əvvəlcə
ehtiyyatla izləyir və məqam tapan kimi cəld üzərinə atılır.Sığınacaqlarını tərk edilmiş gəmirici
yuvalarında, torpaqda olan çatlar arasında, daş topalarının altı və ya özlərinin qazdığı yuvalar təşkil
edir. Simpatriontları Şneyder uzunayaqlısı, əlvan kərtənkələcik, qurdvari korilan, qərb yatağanı,
xaltalı eyrenis, zeytuni yastıbaştəlxə, adi əlvantəlxə, levantiya irigürzəsi, çökəksifət kələzilanı və
aralıqdənizi tısbağasıdır.
Zolaqlı yaşılkərtənkələ mart ayında qış yuxusundan oyanır və sığınacaqdan kənarda olan
aktivlikləri iyul ayına qədər artır. Daha sonra getdikcə nisbətən zəifləyir. Oktyabr ayında qış yuxusuna
gedir. Bu kərtənkələ yaz və payız fəsillərində gün ərzində sığınacaqdan kənarda olan aktivlikləri gün
ərzində bir zirvəli olursa da, yay fəslində gün ərzində iki zirvəli aktivlik müşahidə olunur. Mart ayının
ikinci yarısından etibarən zolaqlı yaşılkərtənkələ qış yuxusundan oyanır. Bu ay ərzində yalnız nisbətən
isti günlərdə günorta vaxtı saat 12
00
-17
00
arasında sığınacağı tərk edir . Aktivlikləri çox zəif olan
kərtənkələ bu ayda yalnız günəş altında qızınırlar.
Aprel ayında saat 11
00
-18
00
arasında sığınacağı tərk edir. Aprel ayının son günləri cütləşmələri
başlayır. Cütləşmədən qabaqkı oyunları hələ may ayının sonuna qədər müşahidə etmək olur. Bu
dövrdə cütlər eyni bir sığınacaqda yaşaya bilirlər. Bu vaxtlar yetginlik yaşına çatmış erkəklərdə
başında və boyun nahiyyəsində tutqun mavi rəngli olur və bədən üzərində olan uzununa zolaqlar
aydın olaraq seçilmir.
May ayında sığınacağı saat 09
00
-dan başlayaraq sığınacağı tərk edir və 15
00
-a qədər aktivlikləri
artır. 14
00
-15
00
arasında aktivlikləri gün ərzində pik səviyyəyə çatır və daha sonra aktivlikləri nisbətən
zəifləyir. Bu ayda 19
00
-dan sonra sığınacaqdan kənarda rast gəlinmir. May ayının ortalarında zolaqlı
yaşılkərtənkələnin ilk qabıqdəyişməsi baş verir.
İyun ayında sığınacaqları 08
00
-dan başlayaraq tərk edən zolaqlı yaşılkərtənkələnin gündüz
aktivliyi 13
00
-a qədər artan xətt üzrə gedir, 11
00
-13
00
arasında aktivlkləri pik səviyyəyə çatır və sonra
günün isti vaxtlarında sığınacaqdan kənarda olan aktivlikləri nisbətən azalır. Saat 16
00
-18
00
arasında
aktivlikəri gün ərzində ikinci dəfə pik səviyyəyə çatır. Axşamlar 18
00
-dan başlayaraq aktivlikləri
yenidən nisbətən zəifləyir və 21
00
-dan sonra sığınacağı tərk etmirlər. İyun ayının əvvəllərində ilk
yumurta qoymaları baş verir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
265
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İyul ayında zolaqlı yaşılkərtənkələlərin sığınacaqdan kənarda olan aktivlikləri saat 07
00
-dan
başlayıb 12
00
-a qədər artır və 11
00
-12
00
arasındapik səviyyəyə çatır. 12
00
-dan 16
00
-a qədər azalan
aktivlik bu saatdan sonra yenidən artır və 17
00
-19
00
arasında ikinci dəfə pik səviyyəyə çatır 19
00
-dan
başlayaraq sığınacaqdan kənarda olan aktivlikləri nisbətən zəifləyən zolaqlı yaşılkərtənkələyə gün
batandan sonra sığınacaqdan kənarda rast gəlinmir.
İkinci dəfə zolaqlı yaşılkərtənkələdə yunurta qoyma iyul ayının əvvəllərində olur. Ayın ikinci
yarısında ikinci qabıqdəyişmə baş verir. Qabıqdəyişmənin elementləri sığınacaqların girişində
müşahidə olunur. Bu ayın son günlərində və avqust ayının ilk yarısından ilk qoyulan yumurtalardan
yeni çıxmış balalara rast gəlinir.
Günlük aktivlikləri avqust ayında saat 08
00
-dan başlayır və 13
00
-a qədər artır. 11
00
-13
00
arasında
sığınacaqdan kənarda olan aktivlikləri pik səviyyəyə çatır, sonra 13
00
-15
00
arasında aktivlikləri
nisbətən zəifləyir. 15
00
-dan başlayaraq aktivlikləri artaraq 17
00
-18
00
arasında yenidən pik səviyyəyə
çatır. 18
00
-dan azalmağa başlayan sığınacaqdan kənarda olan aktivlikləri 21
00
-dan sonra müşahidə
olunmur.
İkinci dəfə yumurtaqoymadan çıxan balaları sentyabr ayında görmək olur. Bu ayda zolaqlı
yaşılkərtənkələ sığınacağı 09
00
-dan başlayaraq tərk edir. Saat 09
00
-13
00
arasındaaktivlikləri nisbətən
artan istiqamətdə gedir. 13
00
-17
00
saatları arasında sığınacaqdan kənarda olan aktivliklərinin yüksəkliyi
qorunub saxlanılır. Saat 17
00
-dan başlayaraq günəş batana qədər aktivlikləri zəifləyən zolaqlı
yaşılkərtənkələyə günəş batandan sonra sığınacaqdan kənarda rast gəlinmir.
Oktyabr ayında aktivlikləri digər aylara görə xeyli zəifləmiş kərtənkələləri qışlayacaqları
sığınacaqların yaxınlığında 10
00
-18
00
arasındamüşahidə etmək olur. Bu ayda zolaqlı yaşılkərtənkələ qış
yuxusuna gedirlər. Qış yuxusuna getmək üçün sığınacaq əsasən gəmiricilərin tərk etdikləri yuvalar
olur.
Təbii düşmənləri itlər, pişiklər, tülkülər, ev quşları, vəhşi quşlar, Şneyder uzunayaqlısı, zeytuni
yastıbaştəlxə, çökəksifət kələzilanı, levantiya irigürzəsidir. Bu kərtənkələdə autotomiya yaxşı inkişaf
edib. Təhlükə hiss etdiyi vaxt sığınacağına və ya yaxında olan kolların altına qaçıb gizlənir. Qorunmaq
üçün kiçik kanala girib digər tərəfə üzdüyü də müşahidə olunur. Düşməni tərəfindən tutulduğu zaman
onu dişləməyə çalışır və bu alınmazsa öz quyruğunu qırıb qaçır.
ARALIQDƏNİZİ TISBAĞALARININ ABŞERON
ŞƏRAİTİNDƏ ÇOXALMASINA DAİR
Raya HAQVERDİYEVA
Azərbaycan Tibb Universiteti
raya.hagverdiyeva@gmail.com
AZƏRBAYCAN
Aralıqdənizi tısbağası (Testudo graeca L.1758) Abşeron yarımadasında geniş yayılan
sürünənlərin çox qədim növlərindən biridir. Bu heyvanın bioekoloji xüsusiyyətləri, qidalanması,
morfologiyası kifayət qədər ətraflı öyrənilib (A.M.Ələkbərov, 1978, N.E.Novruzov, 2013,
C.Ə.Nəcəfov, R.R.Haqverdiyeva, 2015), lakin onun embrional inkişafı herpetoloq və zooloqların
diqqətində olmayıb və kimsə tərəfindən öyrənilməmiş qalıb (Nəcəfov və b. 1992). Adından məlum
olduğu kimi bu sürünən əsasən Aralıqdənizi sahilləri dövlətlərinin, onlara söykənən, Kiçik Asiya
ölkələrində və eləcədə Qafqazyanı ölkələrində geniş yayılıblar. Lakin, onların belə geniş yayılmasına
baxmayaraq bir çox morfobioloji xüsusiyyətləri, o cümlədən çoxalması və bu prosesin
özünəməxsusluğu hələdə ətraflı öyrənilməyib. Yayılma ərazisinin geniş olması onların müxtəlif
mühitə asan adaptasiya olunmasını göstərir. Həmin mühitdəki qida maddələrinin tərkibinin
müxtəlifliyində tısbağaların çoxalmasına təsir göstərməyə bilməz. Ona görədə bu tısbağaların
çoxalması haqqında olan azsaylı ədəbiyyat məlumatları birmənalı şəkildə özünü doğrultmur, daha
doğrusu üst-üstə düşmür. Bu xüsusilə aiddir onların ildə neçə dəfə və hansı sayda yumurta
qoymalarına, yumurtanın inkubasiya müddətinə, əlverişsiz illərdə mayalanmış yumurtanın bədəndə
gəzdirməsi və qış yuxusuna getməsinə və s. kimi embrioloji məsələlərə.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
266
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azərbaycanın Abşeron yarımadası quru subtropik iqlimə malikdir, payız və qış fəsilləri isə çox
dəyişkən olur, ona görədə aralıqdənizi tısbağalarının bioloji ritmi tez-tez pozulur. Bu tısbağaların
çoxalma prosesini öyrənmək məqsədilə 32 ədəd cinsi yetkinliyə çatmış tısbağa tutaraq (20 dişi, 12
erkək olmaqla) uzunluğu 100 eni 25 metr olan və maksimum təbii şəraitə uyğunlaşdırılmış volyerə
salınmış, onların cütləşmə davranışı, yumurta qoyması üzərində müşahidələr aparılmışdır. Abşeronda
aralıqdənizi tısbağaları cinsi yetkinliyə erkəklər 6-8 yaşında, dişilər isə 11-14 yaşında çatırlar, onlar
bədənlərinin ölçüsünə görə də bir-birindən fərqlənirlər. Qışın sərt və yaxud mülayim keçməsindən
asılı olaraq onların qış yuxusundan ayılması müxtəlif vaxta təsadüf edir. Ümumilikdə götürdükdə isə
bu proses mart ayının ortalarına və sonuna düşür, başqa sözlə qış yuxusundan ayılma xarici mühit
temperaturundan birbaşa asılıdır. Aralıqdənizi tısbağaları soyuqqanlı heyvanlardır, və onları fəallığı
müsbət 10-14ºC olduqda başlayır. Qış yuxusundan ayıldıqdan sonra tısbağalar gün tutan yerlərə
çıxaraq qızınırlar, sonra isə qida axtarışına çıxırlar. Bu zaman onların qidasını həm heyvani, həm də
bitki mənşəli qidalar təşkil edir. Bir neçə gün keçdikdən sonra isə onlarda cütləşmə fəallığı başlayır.
Erkək fərd dişini izləyir, onu çanağının kənar ilə vuraraq qovur, müxtəlif səslər çıxarır, toqquşma səsi
hətta 50-60 metr məsafədən eşidilir. Bəzən erkəklər o qədər aqressiv olurlar ki, onlar dişinin ayağını,
quyruğunu, boynunu, başını dişləyirlər. Cütləşmənin davamlılığı 20 günədək davam edir, kapulyasiya
gündə 8-10 dəfə təkrar olunur. Cütləşmə başa çatdıqdan 40-60 ğün sonra dişi tısbağalar yumurta
qoymaq üçün yuva düzəltməyə başlayırlar. Müşahidələr göstərir ki, dişi tısbağalar əgər ön ətrafları ilə
torpağı qazırlarsa deməli onlar bolyerdən qaçmağa cəhd edirlər, əgər arxa ətrafları ilə qazırlarsa onda
deməli yumurta qoymaq üçün yuva düzəldirlər. Yuvanın dərinliyi və eni ora qoyulan yumurtaların
sayından asılı olaraq dəyişir. Abşeron şəraitində çoxalma üçün hazırlanan yuvanın dərinliyi 11-15 sm,
eni 8-11 sm ölçüdə olur. Qeyd etməliyik ki, aralıqdənizi tısbağalarının hər dəfə neçə ədəd yumurta
qoması haqqında olan ədəbiyyat məlumatı müxtəlifdir. Belə ki müəllifərdən biri 3-8 ədəd tennis şarına
bənzər yumurtaların, digərində 1-3 ədəd, üçüncüdə isə 2-9 ədəd yumurta qoyması haqqında məlumat
verilib. Bizim müşahidələrimiz göstərir ki, Abşeron yarımadası şəraitində aralıqdənizi tısbağalarının
hansı sayda yumurta qoyması bir neçə amillə əlaqədardır. İlk növbədə tısbağanın cinsi yetkinlik
yaşından, bədən ölçülərindən, ətraf mühitin qida ehtiyatından və temperatura dəyişilmələrindən və ilin
fəsilindən asılı olaraq yumurtanın sayı 2-8, bəzə isə 11 arasında dəyişir. Bir qayda olaraq yazın axırı
və yay fəslində yumurtaların sayı çox, payız fəslində isə az, yəni 2-3 ədəd olur. Yaşlı tısbağalar cavan
tısbağalara nisbətən az yumurta qoyurlar. Yumurta qoyduqdan sonra ana tısbağa arxa ətrafları ilə
yumurtaların üzərini qumla örtürlər.Yumurtanın inkubasiyası istər təbii şəraitdə və istərsədə volyer
şəraitində olsun bir çox amillərdən asılı olaraq dəyişir. Təbiidir ki, yumurtalar torpağa, Abşeron
şəraitində isə quma basdırıldığından, onların temperaturu açıq mühitin temperaturuna bərabər olmur.
İnkubasiyanın normal getməsi üçün temperatura ilə yanaşı mühitin nəmliyi də əsas amillərdən biridir.
Nəmliyin yüksək olması rüşeymin inkişafına sürətləndirici təsir göstərməklə orqanogenez prosesində
müxtəlif anomaliyaların meydana çıxmasına, aşağı olduqda isə ilk növbədə embriogenezin
uzanmasına və göbələk xəstəliklərinin meydana çıxmasına səbəb olur. Rüşemin normal inkişafı üçün
yumurta səthinin temperaturu +27-29 C, nəmlik isə 50-90% (orta nəmlik 70%) olmalıdır (C.Ə.
Nəcəfov və b. 1992). Yumurtaların sayında olduğu kimi inkubasiyanın müdəti məsələsində də
mənbələr müxtəlifdir. Ədəbiyyat mənbəsinin birində inkubasiyanın müddəti 70-90 gün, digərində
60-110 gün, üçüncüsündə temperaturadan asılı olaraq +27-29°С-də 60-110 gün və +30-31°С-də isə
58-80 gün davam etdiyini bildirirlər. Göründüyü kimi aralıqdənizi tısbağasının yumurtasının
inkubasiyası haqqında verilən məlumatlar biri digərini təkzib edir. Abşeronun təbii şəraitində
aralıqdənizi tısbağalarının yumurtasının inkubasiya müddəti ilin isti yaxud mülayim keçməsindən asılı
olaraq 70-95 gün arasında davam edir. Fikrimizcə inkubasiyanın normal getməsində mühit amilləri ilə
yanaşı, yumurtadakı qida maddələri və onun tərkib elementləri mühüm rol oynayır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
267
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
THE DEVELOPMENT OF TECHNOLOGICAL
SCHEME OF DESSERT WINE
MERGANOV.A.T.
Namangan Engineering Technology Institute
mamadaliyeva.zulfiya@mail.ru
UZBEKISTAN
Sardor KARIMOV
Namangan Engineering Technology Institute
UZBEKISTAN
It is patently obvious that is impossible to assess the importance of agricultural products, mainly
vegetables,fruits and theirs products all of which contain vitamins and minerals. For that reason, it is
very crucial to develop the technological scheme of dessert wine. By doing this task we can provide
people with soft drinks.
During the procession of wine “Rkatsiteliy”,”Bayan Shirey” and “Kuldjinskiy” kinds of grape
sorts were used. For processing wine products we took 10 kilograms of grape from each sorts of grape.
Products were washed, cleaned and clarified their chemical composition (the level of sugar in
saccharometer and acidity in pHometer). The grapes were squeezed in “pakpress” machine. Varieties
of juices and the size of the second round of production identified. The amount of derived juice is 85-
90%, the sugar level is equal to 26-28% ,pH is 5,6-5,8 sour. Clouding was not observed.We used Ф-
42 Ж; П2-ВФЕ press machines and bentonit and PAA chemicals in order to purify the wine juice.
Technical devices and technological processes that we used.
Stove for water heating.
The device which was used for identifying pH
level of juice and Thermosensor
The device”Y-160 MY” which was used for The conditions of analytic chemistry laboratory.
identifying the level of precipitate and ionization.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
268
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dostları ilə paylaş: |