IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
308
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Rosaceae), Lamids (Oleaceae, Solonaceae) and Malvids (Lythraceae, Amaranthaceae). Powdery
mildew species in numbers predominate on the plants of Fabids group.Erysipheeuonymi Thumb.,
E.rayssiae, G. biocellatus, Phyllactinia guttata, Ph. mali,Ph. paliuri,Podosphaeraaphanis var.
aphanis,P. clandestina var. clandestina and P. pannosa, Pseudoidium euonymi-japonici occuring on
the host plants that belong to this group. Number of species in other plant groups are few, in
comparison with the Fabids. E. azaleae, Ph. corni are spread on the plants of Asterids, E. hedwigii, E.
lonicerae var. lonicerae, E. viburni on Campanulids, P. mors-uvae on Core-eudikots, E. berberidis
var. berberidis, L. taurica onEudiokots, A. mougeotii, E. syringae on Lamids and E. punicae, L.
cylindrospora on Malvids.
Most of powdery mildews spread along the south-east part of Greater Caucasus within Azerbaijan.
Identified species for this part of the republic belong to 5 genera and represented with
Arthrocladiellamougeotii, Erysipheazaleae, E.berberidis var. berberidis, E. euonymi, E. lonicera var.
lonicera, E.punicae, E. rayssiae, E. syringae, E. viburni, Phyllactinia corni, Ph. guttata, Ph. mali,
Podosphaera clandestina var. clandestina, P. mors-uvae, P. pannosa, Pseudoidium euonymi-japonici.
Species occuring in Lesser Caucasusinclude E. hedwigi, E. lonicerae var. lonicerae, E. viburni, G.
biocellatus, Ph. guttata, Ph. mali, Ph. corni, P. pannosaresiding to 5 genera of powdery mildews.
Recorded species for Middle Araz region were E. hedwigi, L. cylindrospora, L. taurica, Ph. corni, Ph.
guttata, Ph. mali, Ph. pyri-serotinae. Species of the genera Leveillula observed only in this region. E.
lonicerae var. lonicerae, Ph. guttata, Ph. mali, Ph. paliuri, P. aphanis var. aphanis, P.clandestina var.
clandestina, P. pannosa were common in Lankaranregion.Lesser number of powdery mildew species -
E. euonymi, E. lonicerae var. lonicerae, E. punicae and P.pannosa - distributed in the Kur-river lowland
region. Thus, powdery mildews of shrubs well distributed on the upland zone. Suitable temperature and
relative humidity makes Great Caucasus region more favorable for this group of fungi.
BÖYÜK QAFQAZIN AZƏRBAYCAN HİSSƏSİNİN
QAYALIQ KƏRTƏNKƏLƏLƏRİ (DAREVSKİA, ARRİBAS 1997)
Səbinə BÜNYATOVA
AMEA Zoologiya İnstitutu
s_bunyatova@mail.ru
AZƏRBAYCAN
Günay QASIMOVA
AMEA Zoologiya İnstitutu
AZƏRBAYCAN
Əsl kərtənkələlər fəsiləsinə (Lacertidae Bonaparte, 1831) aid olan qayalıq kərtənkələsi (Darevskia
Arribas, 1997) cinsinin hazırda Azərbaycanda 12 növü yayılmışdır. Qayaqlıqlarda yaşamağa uyğun-
laşan, yəni petrofil növlər olduqlarından Azərbaycanın dağlıq ərazilərində - Böyük Qafqazda, Kiçik
Qafqazda və Lənkəran təbii vilayətində rast gəlinirlər.
Böyük Qafqazın herpetofaunasını öyrənmək üçün tərəfimizdən 2011-ci ildən tədqiqat işləri
aparılır. Tədqiqatlarımızın məqsədi herpetofaunanın müasir vəziyyətinin öyrənilməsi və sürünənlərin
müxtəlif növlərinin populyasiya vəziyyətlərinin qiymətləndirilməsi olmuşdur. Hazırda Böyük Qafqa-
zın dağlıq ərazilərində dağ turizminin inkişafı və bununla əlaqədar olaraq, yüksək dağ landşaftlarının
modifikasiyası, bu ərazilərin faunasının öyrənilməsini aktual edir.
Azərbaycanın qayalıq kərtənkələləri haqqında məlumatlar ədəbiyyatlarda qısa və natamam
şəkildə qeyd edilmişdir. Bu növlərdən Artvin və ya Deryuqin kərtənkələsi (Darevskia derjugini
Nikolsky, 1898) 1934-cü ildə A.V.Boqaçov tərəfindən Qax rayonunun İlisu kəndindən əldə edilmişdir
(Cəfərov, 1949). P.V.Terentyev və S.A.Çernov (1949) bu növün respublikanın qərb rayonlarında rast
gəlindiyini qeyd etmiş, lakin dəqiq yayılma məntəqələrini göstərməmişlər. A.M.Ələkbərovun məlu-
matlarına əsasən (1978), Böyük Qafqazın Azərbaycan hissəsində qayalıq kərtənkələrinin iki növü
yayılmışdır: Qafqaz qayalıq kərtənkələsi (Darevskia caucasica Mehely, 1909) və Gürcüstan qayalıq
kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886). İ.S.Darevski bu iki növdən başqa, Dağıstan qayalıq
kərtənkələsinin də (Darevskia daghestanica) Azərbaycanda yayıldığını qeyd etmişdir (1967). Ədəbiy-
yat məlumatlarını ümumiləşdirərək belə nəticə çıxarmaq olar ki, hazırda Böyük Qafqazın Azərbaycan
hissəsində 4 növ qayalıq kərtənkələsinə rast gəlinir. Lakin qeyd etmək lazımdır ki, 67 ildən çox
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
309
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
müddət ərzində Artvin qayalıq kərtənkələsi haqqında ədəbiyyat məlumatlarına rast gəlinməməsi,
növün Azərbaycan ərazisində olub-olmamasını şübhə altına salır.
Qafqaz qayalıq kərtənkələsinin arealı qərbdən Böyük Qafqaz silsiləsinin Fişta-Oşten dağ massi-
vindən başlayıb, şərqdə Azərbaycanın şimal sərhəddinə qədər uzanaraq Böyük Qafqaz silsiləsinin
şimal və cənub yamaclarını əhatə edir (Даревский, 1967). Növ Şəki rayonun Bum dərəsindən
(Никольский, 1915), Zaqatala Dövlət təbiət qoruğunun və Böyük Qazqazın şimal-şərq yamacında
Tufan dağdan (Даревский, 1967), Böyük silsilənin cənub yamaclarındakı Həmzəqor dağından (1910
m), Qulunsu dağından (2000 m), Böyük Qubax dağından (2100 m) və Qumrux çayın yuxarı axarların-
dan (1600-1800 m) əldə edilmişdir (Алекперов, 1978).
Tərəfimizdən Qafqaz qayalıq kərtənkələsi 9-10 may 2014-cü il tarixində Quba rayonunun Afurca
kəndi ərazisindəki Afurca şəlaləsində dəniz səviyyəsindən 1100 – 1200 m yüksəkliklərdə qeydə alın-
mışdır. Zəif küləyin əsməsinə baxmayaraq, havanın temperaturunun 25-28˚C olması kərtənkələlərin
fəallığı üçün əlverişli şərait yaradırdı. Şəlalədən 50 m aralıqdakı qayaların üzərinə günəş şüalarının
intensiv şəkildə düşməsi ilə əlaqədar, kərtənkələlər saat 11:00-dan saat 16:00 qədər fəal olmuşlar.
Maraqlıdır ki, 2014-cü ilin 11-12 iyulda yuxarıda qeyd etdiyimiz tədqiqat nöqtəsində növ qeydə
alınmamışdır. Havanın temperaturunun 36-37 ˚C-ə qədər yüksəlməsi və qida obyeklərinin olmaması,
populyasiyanın suya yaxın hissələrə yerdəyişməsinə səbəb olmuşdur. Populyasiya şəlalədən 10 m
aralıda, dəniz səviyyəsindən 1300 m yüksəklikdə qeydə alınmışdır.
Qafqaz qayalıq kərtənkləsi, həmçinin 11-14 iyul 2014-cü il tarixində Qusar rayonunun Ləzə
kəndində, Şahdağ Milli Parkının ərazisində dəniz səviyyəsində 1800-1900 m yüksəkliklərdə qeydə
alınmışdır. Ərazinin alp qurşaqda yerləşməsi ilə əlaqədar hava şəraitinin dəyişkən olması fərdlərin
bütün gün ərzində fəal olmasına mənfi təsir göstərir. Növ günün yalnız günəşli və küləksiz vaxtında
qayaların üzərində müşahidə edilmişdir. Tutqun və küləkli havada isə qayaların arasındakı çatlarda və
yarıqlarda gizlənir.
Gürcüstan qayalıq kərtənkələsi şimal-şərqi Türkiyə, Acariya, qərbi və şimali Gürcüstanda və
cənubi Çeçen-İnquşetiyada geniş yayılmışdır (Даревский, 1967). Böyük Qafqaz silsiləsinin cənub
yamaclarında Gürcüstan qayalıq kərtənkələsinin arealının şərq hissəsi Azərbaycanın şimal-qərb hissəsi
ilə üst-üstə düşür. SSR MEA Zİ kolleksiya fondunda Zaqatala DTQ ərazisindən Katexçaydan tutulan
fərdlər saxlanılır. Bu nümunələrdən başqa, növün Azərbaycanda yayılmasını təsdiq edən ədəbiyyat
məlumatlarına rast gəlinmir. Gürcüstan qayalıq kərtənkələsi 2011-ci ilin may ayında Katex şəlaləsinin
yaxınlığındakı qayalıqlarda qeydə alınmışdır.
Dağıstan qayalıq kərtənkələsi əsasən Dağıstanın dağlıq hissəsində yayılmışdır. İ.S.Darevski 1967-
ci ildə nəşr etdirdiyi monoqrafiyasında, Oğuz və Şəki rayonlarının subalp zonasında növün təcrid
olunmuş populyasiyalarının yayılması haqqında məlumatlar vermişdir. Sonrakı illərdə növün Azərbay-
canda yayılan populyasiyalar haqqında heç bir ədəbiyyat məlumatına rast gəlinməyib. S.B. Əhmədo-
vun şifahi məlumatlarına əsasən, növ Quba rayonunun Lahıc kəndinin ətrafındakı qayalıqlarda dəniz
səviyyəsindən 2000 m-dək yüksəkliklərdə qeydə alınmışdır. Hazırda Azərbaycan ərazisi daxilində
Dağıstan qayalıq kərtənkələsinin yayılma yerlərinin aşkarlanması və dəqiqləşdirilməsi istiqamətində
tədqiqat işləri davam etdirilir.
Ədəbiyyat məlumatlarının analizi və şəxsi tədqiqatlarımız əsasında belə nəticə çıxarmaq olar ki,
Böyük Qafqazın Azərbaycan hissəsində qayalıq kərtənkələrinin 4 növü yayılmışdır: Qafqaz qayalıq
kərtənkələsi, Gürcüstan qayalıq kərtənkələsi, Dağıstan qayalıq kərtənkələsi və Artvin qayalıq kərtən-
kələsi. Bu növlər arasında yayılma arealının genişliyinə və populyasiyalarının sayına görə Qafqaz
qayalıq kərtənkələsi dominantlıq təşkil edir. Digər üç növün populyasiyaları lokal şəkildə yayıldığın-
dan, bu növlərin populyasiya vəziyyətlərinin öyrənilməsi mühüm xarakter daşıyır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
310
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ŞAMAXI VƏ İSMAYILLI RAYONLARINDA SERRATULA
QUİNQUEFOLİA BİEB. EX. WILLD. NÖVÜNÜN YAYILMASI VƏ
EHTİYATININ ÖYRƏNİLMƏSİ
Şəhla QASIMOVA
Qafqaz Universiteti
AMEA Botanika İnstitutu
sehla.qasimova.80@mail.ru
AZƏRBAYCAN
Ölkəmizin mürəkkəb fiziki-coğrafi və təbii-tarixi şəraitdə formalaşan rayonları ecazkar biomüxtə-
lifliyə malikdirlər. Onlardan həmçinin Böyük Qafqazın cənub-şərqində yerləşən Şamaxı və İsmayıllı
rayonları həmin şəraitdə formalaşan qədim tarixə malik olan rayonlardır.
Azərbaycan ərazisində həm yabanı, həm də mədəni 5000-ə yaxın bitki növü mövcuddur ki, bu da
180-a qədər fəsilə 1100-dən çox cinsi əhatə edir. Asterkimilər fəsiləsi (Asteraceae Dumort.) - ikiləpə-
lilərə daxil olan ən böyük fəsilələrdən biridir, 900 - 1000 cins və 25000-ə yaxın növü özündə birləş-
dirir. Demək olar ki, növləri Yer kürəsinin hər tərəfinə yayılmışdır və bütün iqlim zonalarında möv-
cuddur. Azərbaycan florasında bu fəsilə 135 cinsə aid 600 növlə təmsil olunmuşdur. Apardığımız təh-
lil göstərmişdir ki, Şamaxı və İsmayıllı rayonlarında bu fəsilənin 67 cinsə aid olan 173 növü yayıl-
mışdır. Onlardan 51 cinsə daxil olan 94 növü faydalı hesab olunur.
2013-2015 illədər apardığımız çöl tədqiqatları Şamaxı və İsmayıllı rayonlarının dəniz səviyyəsin-
dən 300-2500 m yüsəkliklərini əhatə etmişdir. Çöl tədqiqatı zamanı geobotaniki və bitki ehtiyatlarına
aid bir sıra metodikalardan istifadə edilmişdir. Tədqiqatın əsas məqsədi Asteraceae Dumort.
(Asterkimilər) fəsiləsinin bəzi növlərinin, o cümlədən Serratula quinquefolia (Bieb.exWilld) bitkiləri-
nin tədqiqat olunan rayonlarda arealı və xammal ehtiyatının öyrənilməsindən ibarət olmuşdur.
Serratula L. (Qıfsəbət)cinsinin Avrasiya və Şimali Afrikada yayılan 50 növü məlumdur. Azər-
baycanın əksər rayonlarında, arandan subalp qurşağadək, meşə və kolluqlarda, quraq yamaclarda
yayılan 7 növü var.
Serratula quinquefolia (Bieb.exWilld.)– Beşyarpaq qıfsəbətçoxillikbitkidir.Yarpaqları lələkvari
və ya bütöv ayalı, səbəti çoxçiçəkli, çiçəkləıri boruşəkilli, 2 cinsli, tünd qırmızı yaxud qırmızı, toxum-
cası uzunsov, hamar, kəkili sərt tükcüklüdür.Azərbaycan ərazisində arandan orta dağ qurşağına qədər
olan yerlərdə yayılmışdır.
S.quinquefolia növünün tərkibində kauçuk var. Bu bitkidə həmçinin ektosenozların və arbutinin
böyük miqdarı aşkar olunmuşdur. Ekdizonezlar qrupuna məxsus olan steroidlər müəyyən olunmuşdur
.
Yarpaq və çiçəklərində fitoekdizonlar (ekdisteron, soqdisteron və vitikosteron E) var. Yarpaqlarından
alınan ekdisteron nerobol preparatı kimi anabolitik təsir göstərir. Bu növ dərman və boyaq bitkisidir.
Beşyarpaq qıfsəbətin çiçək və budaqlarından alınan boyaqla yun ipləri boyamaq üçün istifadə olunur.
Apardığımız tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bu növ əsasən Şamaxı rayonunun
Ərçiman, Pirqulu və İsmayıllı rayonunun Basqal kəndi ətrafında yayılmışdır. Beşyarpaq qıfsəbət
Ərçiman kəndi ətrafında “Ərçiman” bulağı yaxınlığındakı meşədə, “Pirqulu Dövlət Qorugu”
ərazisində meşə massivində, Basqal kəndi ətrafındakı meşədə bulaga yaxın ərazidə, yəni nəmişlik
yerlərdə rast gəlinmişdir. Qıfsəbət başlıca olaraq meşə və meşə talasında xüsusilə kölgəli, daha çox
rütubətli yerlərdə rast gəinir. Yaxşı aerob şəraitdə, mineral maddələrlə zəngin olan torpaqlarda
beşyarpaq qıfsəbət daha yaxşı inkişaf edir. Mezofit çoxillik bitki olan S. quinquefoliameşə və kolluq
bitkilik tiplərində qrup şəklində (5-7 fərd) və bəzən tək-tək rast gəlinir. Bitkinin yayıldıgı Ərçiman
meşə massivində palıd əsas formasiya yaradır. Burada S. quinquefolia bitkisi Quercus iberica +
Carpinus caucasica. və Quercus iberica+Fraxinus excelsior assosasiyalarda rast gəlinir. Burada
meşə massivi əsasən 5 yarusdan təşkil olunmuşdur. Birinci yarusda işıqsevən və küləklə tozlanan hündür
gövdəli agaclar Quercus iberica Stev., Carpinus caucasica Grossh., Fraxinus axcelsior, Ulmus sp. və s.
bitir. İkinci yarudsa - nisbətən kölgəyə davamlı Prunus spinosa L., Cornus mas L., Prunus cerasifera
Ehrh., Pyrus communis L. və s., üçüncü yarusda - əsasən kol bitkiləri, xüsusən Mespilus germanica L.,
Rhamnus spathulifolia Fisch. et. C.A.Mey., Crataegus eriantha Pojark. Rosa sp. və s., dördüncü yarusu
müxtəlif ot nümunələri taxıl (Thalictrum minus L., Urtica dioica L., Mentha longifolia (L.) Huds.) və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
311
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
paxlalı bitkilər, o cümlədən S. quinquefolia. Senozda bu bitkinin proyektiv örtüyü 10-12% təşkil edir.
Bu yarusda bir sıra qıjı növlərinə də rast gəlinir. Beşinci yarus əsasən mamırlardan ibarətdir.
S. quinquefolia növünün Şamaxı rayonu ərazisində isə məhsuldarlığı 8040,3 ± 1063,8kq/ha,
bioloji və istismar ehtiyatı 16,1 ± 2 t, illik tədarük imkanları 2,4 t. İsmayıllı rayonu ərazisində
məhsuldarlığı 4667,1 ± 667,4 kq/ha, bioloji və istismar ehtiyatı 18,7 ± 2,7 t, illik tədarük imkanları 2,7
t, Qeyd olunan hər iki rayonda ümumi məhsuldarlıq 12707,4 ± 1731,2 kq/ha, bioloji və istismar
ehtiyatı 34, 8 ± 4,7 t, illik tədarük imkanları 5,1 t – dur.
ŞORAN TORPAQLARDA BITKILƏRIN INKIŞAFINA METAL ƏSASLI
NANOHISSƏCIKLIƏRIN TƏSIRININ FIZIOLOJI ƏSASLARI
ƏHMƏDOV İ.S.
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
VƏLIYEVA A.Q
Bakı Dövlət Universiteti
aygun.veliyeva.1991@mail.ru
AZƏRBAYCAN
Torpaqların şoranlaşması dünyada və o cümlədən ölkəmizdə ən ciddi ekoloji problemə çevril-
mişdir. Şoran torpaqlarda bitkilərin yetişdirilməsi və onlardan məhsul alınması biologiya və kənd
təsərrüfatı elminin qarşısında duran əsas məsələlərdən biridir. Təqdim olunan elmi araşdırmalarda
şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin aşkar edilməsi, onların bioloji və
fizioloji effektlərinin öyrənilməsi və bitkilərdə duzadavamlılığın artırılmasına imkan verən təcrübə-
lərin həyata keçirilməsidir. Bu məqsədlə yüksək dərəcədə şoranlaşmış torpaq nümunələrində
alüminium və digər metal əsaslı nanohissəciklərin toxumların cücərməsinə, cücərtilərin inkişafına və
onların yarpaqlarında piqment tərkibinə təsiri öyrənilmişdir. Təcrübələrdə müxtəlif birləpəli və ikilə-
pəli bitkilərdən istifadə edilmiş və müasir fizioloji metodlar tətbiq edilmişdir.
Təcrübələrdə nanohissəciklərin toxumların su udma qabiliyyətinə, toxumlara sorulmasına, cücər-
tilərin inkişafına və yarpaqlarda xlorofill tərkibinə təsirinin fizioloji əsasları öyrənilmişdir. Bu
məqsədlə bitkilərin toxumları nanohissəciklər olan məhlullarda saxlanmış, toxumlar nanohissəciklərlə
örtülmüş və müxtəlif dərəcədə şoranlaşmış torpaqlarda əkilmişdir. Nanohissəciklərin toxumlara
sorulması EPR, xlorofil tərkibi flüoressent metodu ilə ölçülmüş və bitkilərin inkişafı fizioloji üsullarla
izlənmişdir.Toxumların cücərdilməsi temperatur, nəmlık və işıq rejimlərini avtomatik idarə edilən
Fitatronda həyata keçirilmişdir.Dəmir nanohissəcikləri ilə aparılan təcrübələr göstərmişdir ki, EPR
siqnalı toxumların həm qabığında və həm də endosperm təbəqəsində müşahidə olunur. Bütün toxum-
larda EPR siqnalı müşahidə olunmuşdur. Lakin balqabaq toxumlarının daxili nazik qabığıni dəmir
nanohissəcikləri keçə bilmir. Odur ki, balqbaq toxumunun endosperm təbəqəsində EPR siqnalı müşa-
hıdə olunmur. Bu təcrübələrin nəticələri bizə nanohissəciklərin toxumlara nüfuz etməsini söyləməyə
imkan vermişdir.
Təcrübələrdə bitkilərin toxumları Al, CuO nanohissəcikləri ilə örtüldükdən sonra duzluluğu
müxtəlif olan torpaqlarda onların cücərmə qabiliyyəti və cücərtilərin inkişafı öyrənilmişdir. Buğdanın
yerli Fatima və Şəki sortlarından, o cümlədən nisbətən duzadavamlı arpa sortundan istifadə edilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
312
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Nanohissəciklərin şoran torpaqlarda inkişafını öyrənmək üçün təcrübələr iki variantda aparılmışdır.
Birinci variantda münbit torpaq götürülmüş və bu torpaqda şoranlaşma süni olaraq yaradılmışdır.
Bunun üçün münbit torpağa uyğun olaraq 0; 0,15%; 0,2% NaCl düzu əlavə edilərək
şoranlaşdırılmışdır.İkinci variantda təbii şoran torpaqlar Yevlax, Cəlilabad rayonlarının əkin
sahələrindən götürülmüşdür. Torpaqlar şoranlaşma dərəcəsinə görə şidddətli, orta və zəif şoranlaşmış
kimi üç tip olmuşdur.
Şiddətli şoran torpaqda Al və CuO nanohissəciklərlə örtülmüş Fatima buğda sortunun cücərtilərinin inkişafı
Torpaqda şoranlıq həm süni yolla yaradılmış və həm də təbii şoran torpaqlardan istifadə edil-
mişdir. Təcrübələrdən alınmışdır ki, toxumlar şiddətli şoran torpaqda çox zəif, bəzən isə heç cücər-
məmişdi. Lakin Al nanohissəcikləri ilə örtülmüş toxumlar şiddətli şoran torpaqda belə kontrola
nisbətən xeyli dərəcədə effektiv cücərmişdilər. CuO nanohissəcikləri ilə örtülmüş toxumlar isə
nisbətən zəif cücərmişdilər.
Şoran torpaqlarda cücərdilmiş buğda yarpaqlarında xlorofill tərkibinə nanohissəciklərin təsirini
öyrənmək üçün 7 günlük cücərtilərin yarpaqlarından nümunələr götürülərək onlarda flüoressensiya
şüalanmasının intensivliyi 90°-li konfigurasiyalı flüorometr cihazında (Cary Eclipse, Varian, Austrian)
ölçülmüşdür. Yarpaqlarda həyacanlanma və şüalanma (excitation and emission)spektrləri 200±900nm
intervalında çəkilmişdir. Təcrübələrdə həyacanlandırma dalğa uzunluğu kimi 485 nm götürülmüşdür.
Xlorofill tərkibinin artması və ya azalması 683 nm dalğa uzunluqlu şüalanma pikinin intensivliyinin
dəyişməsi ilə müəyyən edilmişdir. Məlumdur ki, 683nm şüalanma pikinin intensivliyinin artması
xlorofill tərkibinin azalmasını xarakterizə edir. Nəticələr göstərmişdir ki, Al nanohissəciyi ilə örtülmüş
toxumların cücərtilərində xlorofill tərkibi kontrola nisbətən azalır. CuO nanohissəcikləri ilə örtülmüş
toxumlarda da xlorofill tərkib kontrola nisbətən azalır, lakin bu azalma Al nanohissəciklərinə nisbətən
aşağı olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
313
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TRİFOLİUM PRATENSE L. NÖVÜNƏ NEFT MƏHSULLARININ
TƏSİRİNİN TƏDQİQİ
ÜlviyyəİSMAYILOVA
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
Afət MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
m.afet@mail.ru
AZƏRBAYCAN
Ətraf mühitin çirklənməsi və çirklənmənin artması şəraitində canlı orqanizmlərin davamlılığının
artırılması problemi müasir dövrümüzdə aktual məsələdir. Ətraf təbii mühitdə müxtəlif çirkləndirici
elementlərin normadan, yəni yol verilən qatılıq həddindən artıq olması toksiki təsiri malik olaraq canlı
orqanizmlər üçün təhlükə yarada bilər(Alakbarov,2007). Ətraf mühitdə daha çox yayılan və canlı
orqaznizmlər üçün təhlükəli hesab edilən çirkləndiricilərə ağır metallar, neft məhsulları,davamlı üzvi
maddələr,xlorlu üzvi pestisidlər və digər ksenobiotiklər aiddir (Məmmədov,2001). Neftin çıxarılması,
nəqli, saxlanması və emalı proseslərinin hər bir tsiklində ətraf mühitin çirklənməsi baş verir ki, bu da
öz növbəsində ətraf mühitin bütün elementlərinə mənfi təsir göstərir. Neft və qaz yataqlarının istismarı
zamanı torpaqların münbit qatı nəinki neftli tullantılara, xüsusən lay suları ilə çirklənmiş, eyni zaman-
da mexanik pozulmalara,dağılmalara və deqredasiyaya məruz qalır. Qeyd etmək lazımdır ki, neftlə
dərin və geniş çirklənmiş sahələrdə və yerüstü anbarlarda bitki örtüyü yoxdur. Ətraf mühitin çirklənmə
dərəcəsini qiymətləndirmək və prosesi kontrol etmək məqsədilə xam neftin ayrı-ayrı komponentlərinin
zaman kəsiyində dəyişmə dinamikasını və onların neftlə çirklənmə mexanizmlərinin öyrənilməsi mü-
hüm əhəmiyyət kəsb edir. Ədəbiyyat mənbələridən məlumdur ki, neft məhsullarının bitki orqanizminə
təsirə bitki orqanizmlərinin cavab reaksiyalarının qiymətləndirilməsi və təsirlərin azaldılması və canlı
orqanizmlərin dözümlülüyünün artırılması öncə çirklənmə dərəcəsinin qiymətləndirlməsini tələb edir
(Məmmədova, 2008). Apardığımız tədqiqat işin məqsədi təbii və laborator şəraitdə neft məhsullarının
Trifolium pratense L. bitkisinə təsirini öyrənmək olmuşdur. Üç yarpaq yonca paxlakimilər fəsiləsinə
aid bitki cinsi olub 6 yabanı forması vardır
.
Trifolium pratense L. - hündürlüyü 20-80 sm-ə çatan (
ölçüsü dəyişkəndir) qısa ömürlü çoxillik ot bitkisidir. Alternativ yarpaqları var, üç yarpaqları ilə 15-
30 mm uzunluğunda,8-15 mm enliliyində, yarpağın xarici yarısı aypara şəklində xarakterik solğun
yaşıldır. Çiçəyi tünd çəhrayı rəngdədir,12-15 mm uzunluqda. Qırmızı yoncaya Asya və Avropanın çə-
mənliklərində və dağlıq yerlərində rast gəlinir. Birbaşa kökdən çıxan uzun sapları ilə üç ədəd üçbucaq
yarpaqları olan bitkidir. Əkin vaxtı: mart, aprel, may, iyun, sentyabr, oktyabr aylarıdır. Yaz boyu ətirli
çiçəklər açır. Qırmızı yonca soyuğa davamlı və müqavimətlidir. Bu yonca növü çox asan bitir. Üç yar-
paq yoncadan tonik kimi istifadə edilir və dəri problemlərinə qarşı faydası olan bitki kimi seçilir.Yem
bitikiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10-a qədər vitamin vardır. (Pagano. E.M.)
Tədqiqat zamanı üç yarpaq yonca toxumları Abşeronun nisbətən ekoloji təmiz hesab edilən əra-
zisində və neftlə çirklənmiş sahələrində əkilərək bitkinin yarpaqlarında morfoloji əlamətin bilateral
fərqinin dəyişmə səviyyəsi, gövdəsinin və kökünün böyüməsi analiz edilmişdir. Tədqiqatlar laborator
şəraitdə xüsusi qablarda torpağa əkilmişdir. Bütün təcrübələrdə yarpaqların,gövdə və kökün ölçmələri
əkinin 30-cu günündə aparılmışdır. Təcrübələr zamanı bir variantda üç yarpaq yonca toxumları heç
bir qarışıq maddə əlavə edilməyən kontrol torpağa əkilmişdir. Müqayisə üçün diğər variantlarda eko-
loji çirklənmə şəraitri introduksiyalı mühit yaradılaraq torpağa (1%, 5%, 10%) müxtəlif qatılıqda dizel
yanacağı və fenol əlavə edilmişdir. Laborator şəraitdə üç yarpaq yonca toxumları induksiya edilmiş
neft məhsulları ilə çirklənmə şəraitində torpaqlı qablara əkilərək, cücərmə faizi, əkinin 30-cu günü
yarpaqlarda morfoloji əlamətin fenotopik dəyişkənliyinin göstəricisi olan bilaterial fərq (Qelashvili,
2004), bitkinin gövdəsi və kökünün uzunluqları ölçülmüşdür. Tədqiqatın nəticələri göstərmişdir ki, çöl
şəraitində nisbətən təmiz hesab edilən mühitdə cücərmə faizi daha yüksək olmuş, bitki yarpaqlarında
bilaterial fərqin mütləq orta qiyməti ekoloji çirkli şəraitdə nisbətən 1,4 dəfə kiçik olmuşdur. Gövdənin
uzunluğu normal şəraitdə 1,8 dəfə,kökün inkişafı 2,6 dəfə yüksək olmuşdur.
Qeyd edek ki, laboratoriya şəraitdə üç yarpaq yonca toxumundan çıxan bitki cücərtiləri nisəbtən
daha zəif olmuşlar. Kontrol torpaqda bitki yarpaqlarında bilateral fərqin mütləq orta qiyməti 0,32,
dizel yanacağı ilə çirklənmiş mühitdə 0,33 bərabər olmuşdur. Ancaq dizel yanacağı ilə çirklənmə
mühitində 1mq/ kq qatılıqlı qarışıq torpaqda yonca bitkisi inkişafı zəif getsə də, yarpaqları daha xırda
|