IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
314
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və nazik olsa da yarpaqlarda stabil dəyişkənliyin səviyyəsini göstərən flüktuə asimmetriya göstərici-
lərinin qiyməti kontrola yaxın qiymətlər olmuşdur. Bu yarpaqlarda bilateral fərqin mütləq qiymət-
lərində də aydın görünür. Gövdə və kökün böyümə inkişafı daha dəqiq uzunluğu da təqribi yaxın rə-
qəmlər olmuşdur. Digər variantda 10 mq / kq qatılıqda olan torpaqda üç yarpaq yoncanın toxumları
cücərmişdirlər. Fenol maddəsinin çox kiçik 1%- qatılığı üç yarpaq yonca bitkisinə stimullaşdırıcı təsir
göstərmişdir. Həm gövdə, həm kök və yarpaqları nisbətən iri və sağlam görünüşlü olması ilə nəzərdə
qalır. Beləliklə, üç yarpaq yonca bitkisi neftlə çirklənmə şəraitində bitkinin yarpaqlarında flüktuə
asimmetriya göstəricilərinə nəzərə çarpacaq dərəcədə, dəyişiklik baş verməmişdir.
VİRTUAL SKRİNİNQ ÜÇÜN TƏBİİ BİOLOJİ AKTİV MADDƏLƏRİN
LOKAL VERİLƏNLƏR BAZASININ YARADILMASI
Səmayə ATAŞOVA
Bakı Dövlət Universiteti
samaya.a-va93@mail.ru
AZƏRBAYCAN
Günel SƏFƏROVA
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
Leyla QƏLƏNDƏRLI
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
Kompyuter modelləşdirilməsi müvafiq makromolekulların (“hədəf zülallar”) nisbətən aşağı mole-
kulyar çəkili inhibitorlar ilə qarşılıqlı öyrənilməsi əsasında yeni dərman preparatlarının yaradılması ilə
əlaqədar olan problemlərin həlli üçün getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Bu cür problemlər
aşağıdakı addımların ardıcıl tətbiqi nəticəsində həll edilə bilər: 1) “hədəf” fermentin aktiv mərkəzinin
xəritələşdirilməsi və inhibitorlarla qarşılıqlı təsirdə iştirak edən amin turşu qalıqlarının qurulması, 2)
fermentin aktiv mərkəzinə inhibitorların molekulyar dokinqi, 3) tədqiq olunan fermentin mümkün
effektiv inhibitorlarını müəyyən etmək üçün kiçik molekullu birləşmələrin mövcud verilənlər baza-
sının virtual skrininqi. Hal-hazırda, aşağı molekulyar çəkili maddələrin verilənlər bazasının bir neçə
nümayəndəsi vardır. Bunlardan ən mühümləri arasında aşağıdakıları göstərmək olar:
PubChem
(təxminən 17 mln. birləşmə ), ZİNC ( təxminən 26 mln), Asinex (230 min) və s. Bakı Dövlət Univer-
sitetinin biologiya fakültəsinin biotexnologiya laboratoriyasında E.coli
beta-qlükuronidazasının (GUS),
həmçinin məməlilərin monoaminoksidazasının (MAO) fermentin təbii inhibitorlarının öyrənilməsi hə-
yata keçirilir. GUS inhibitorları son nəsil kimyaterapiya preparatlarının yan effektlərini aradan qaldı-
rır, MAO inhibitorları isə mülayim antidepressant kimi, həmçinin sinir sisteminin bəzi xəstəliklərinin
müalicəsi üçün geniş istifadə oluna bilər.
Hal-hazırkı kompyuter proqramları virtual skrininq, milyonlarla kimyəvi birləşmələrin məlumat
bazalarının axtarışı üçün əlverişli deyil. Ona görə də biz əsas verilənlər bazası kimi PubChem-i qəbul
edərək oradan yalnız təbii bioloji aktiv maddələri və onların yaxın analoqu olan birləşmələri təcrid
etdik.
Nəticədə, biz 96916 birləşməsi olan bir verilənlər bazası əldə etdik. Lokal baza biokimyəvi birləş-
mələrin aşağıdakı siniflərini ehtiva edir: müxtəlif qlikozidlərin aqlükonları (93 birləşmə), bitki
alkaloidləri (156), antosianidinlər (8), bioflavonoidlər (3), diterpenoidlər (5), izoflavanoidlər (11084),
izoxinolinlər (49954), karotinoidlər (8), kumarinlər (1474), liqnanlar (12), saponinlər (6), flavan-3-
ollar (1912), flavanollar (12), flavanonlar (211), flavonlar (443), flavonoidlər (13), flavonollar (31),
furokumarinlər (5) və bəzi maddələrin törəmələri,
həmçinin apigenin (124), auron (22), varfarin (52),
baykalin və voqonozid (345), hidroksibenzoy turşusu (14569), izoramnetin (79), kempferol (232),
lüteolin (177), malvina (2031), naringenin (65), mirisitin (100). papaverin (1877), stilben (343),
ternatin (11175),
biyan kökü komponentləri
(253) və digər birləşmələr (42). Alınmış lokal verilənlər
bazasının daha sonra müxtəlif məqsədlərlə istifadəsinin rahatlığı üçün,
bütün birləşmələr müxtəlif
molekulyar formatlarda tərcümə edilmişdir:
sdf, pdb, mol və mol2.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
315
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ZƏFƏRANIN KALLUS ƏMƏLƏGƏLMƏ XÜSUSİYYƏTLƏRİ
Günay İSMAYILOVA
AMEA Molekulyar Biologiya Və Biotexnalogiya İnstitutu
kam.ismayilov@mail.ru
AZƏRBAYCAN
Zəfəran (Crocus sativus L.) bitkisi xalq təbabətində geniş istifadə edilən və qədim zamanlardan
çox qiymətli dərman bitkisi kimi becərilən bitki növüdür. Son zamanlar zəfərana olan tələbat get-gedə
artmışdır. Belə ki, bu onun dişicik tellərindən alınmış preparatların insan orqanizmində əmələ gələn
bədxassəli şişlərə və zərərli radikallara qarşı effektiv fəallığı ilə bağlıdır. Dünyada zəfəranın məhsu-
luna artan tələbat onun yeni intensiv çoxaldılma üsullarının işlənib hazırlanmasına gətirib çıxardır.
Zəfəranın (Crocus sativus L.) çoxaldılmasının hüceyrə biotexnalogiyası indiki dövrdə yeganə bir
yoldur. Metodun istifadəsi bu növün əkin materialının çatışmazlığını aradan qaldırmağa imkan verir.
Biotexnaloji tədqiqatların bu yanaşması həm meristem kulturasından, həm də kallus hüceyrələrindən
somatik morfogenezin induksiyası yollarının işlənilməsidir. Hüceyrə biotexnalogiyası bir qayda olaraq
in vitro şəraitdə bitki hüceyrələrinin kallus əmələgəlmənin induksiyası, embriogenez, morfogenez və
orqanogenez mərhələlərində hormonal faktorlara kompotentliyi molekulyar genetik tədqiqatların nəti-
cələrinə əsaslanmalıdır. Bununla yanaşı, biotexnalaji çoxaldılma zamanı əldə olunan nəticələr mole-
kulyar genetik tədqiqatlara əsaslanmaqla faydalı əlamətlərin inkişafını arzu olunan istiqamətdə həyata
keçirməyə imkan yaradacaq. Hal-hazırda aparılan tədqiqatlar bu bitkinin in vitro şəraitində çoxaldıl-
masının effektivliyinin artırılmasına və bu baxımdan yeni yanaşma yollarının axtarışına yönəlmişdir.
Bütun bu məqsəd və nəticələrlə yanaşı Zəfəranın (Crocus sativus L.) çoxaldılmasında bir sıra
problemlər də mövcuddur. Belə ki, zəfəran bitkisi üçün morfogenezin induksiyası kimi adi metadoloji
problemlərdən başqa, spesifik incəliklər də mövcuddur ki, onlar nəzərə alınmasa in vitro şəraitində
alınmış nəticələrin ehtimalı və effektivliyi müəyyən dərəcədə problemli ola bilər.Mərhələlərinin
çoxalmış sayını bir çox hallarda bu növün əsrlərlə yayılma ərazilərinin iqlim şəraitlərinə uyğunlaşan
ekotipik xüsusiyyətləri ilə izah etmək olar.
Crocus sativus L. bitkisinin biotexnoloji çoxaldılmasının əsas problemlərindən biri də, bu bitkinin
bioloji xüsusiyyətlərinin kifatət qədər öyrənilməməsi ilə bağlıdır. Biokimya və molekulyar biologi-
yanın müasir metodlarının tətbiq edilməsi embriogenez və morfogenezin hormonal tənziminin incə
mexanizmlərinin müəyyən edilməsinə və Crocus sativus L. bitkisinin hüceyrə çoxaldılmasının texno-
logiyalarının daha da uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Zəfəran soğanaqlarından izoləedilmiş hüceyrə kulturasının alınması, müxtəlif yaş kateqoriyalı so-
ğanaqlardan kallus əmələgəlmə xüsusiyyətlərinin öyrənilməsi bizim əsas məqsədlərimizdən olmuşdur.
Təcrübələrdə MS (Murashige T,Skoog F.A) qida mühitindən istifadə edilmişdir. Qida mühitinin
tərkibinə makro və mikro elementlər aiddir. Vitaminlər: tiamin (20 mq), piridoksin ( 100 mq), nikotin
turşusu (100 mq), qlisin (400 mq); hormonlar isə 6-benzilaminopurin (BAP), 6-furfurilaminopurin
(kinetin), 1-naftilsirkə turşusu(NST), 2,4-dixlorfenoksisirkə turşusu(2,4-D)götürülmüşdür. MS qida
mühitinin 2 variantindan istifadə edilmişdir:
1. qida mühiti –BAP (1mq/l) + 2,4 D (1mq/l) + kinetin (1mq/l)
2. qida mühiti – BAP (2mq/l) + NST (0,5mq/l).
Mühitə 30% saxaroza, 0,6-0,8 % aqar-aqar maddəsi əlavə edilmişdir. pH isə 5,6-5,8 götürülmüşdür.
Soğanaqların yaş xüsusiyyətlərinin öyrənilməsi məqsədilə 1-2 illik, 3-4 illik və 5-6 illik nümunə-
lər götürülmüşdür. İlkin material (soğanaqlar) etil spirtində (70-80%-li) və natrium hidroxlorat məhlu-
lunda sterilizə olunduqdan sonra aseptik şəraitdə orta hissəsindən 2-3 mm qalınlığında diskvari kəsik-
lər alınmışdır. Sterilizə olunmuş disklər Muraşiqa – Skuq (MS) modifisə olunmuş qida mühitinə əkil-
mişdir.
Qida mühitinin müxtəlifliyindən asılı olaraq həm kallusəmələgəlmənin induksiya qabiliyyəti, həm
də kallusəmələgəlməni müşayiət edən proseslərin xüsusiyyətlərinin fərqlənməsi aparılan təcrübələrin
sübutu olmuşdur.
1-ci kalibrli (1-2 illik) soganaqlarda morfogen kallus zoğ əmələ gələn hissənin əsasından inkişaf
etmişdirki, bu da 1-ci kalibrli soğanaqlardan alınan morfogen kallusun ikinci xarakter daşımasına
sübutdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
316
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2-ci kalibrli (3-4 illik) soğanaqlardan əmələ gələn morfogen kallusun miqdarı kallus hüceyrələ-
rinin ümumi kütləsinin əksəriyyətini təşkil etmişdir. Ola bilər ki, bu yaşlı soğanağlarda meristematik
hüceyrələrin və yaxud meristematik zonaların çox miqdarda olması ilə əlaqədardır.
3-cü kolibrli (5-6 illik) soğanaqların kallus əmələgəlməsi 2-ci kalibrli (3-4 illik) soğanaqların
əmələ gəlməsinə oxşayırdı. 3-cü kalibrdən alınan kallus heterogen olduğuna görə bu kallus bizim üçün
məqsədəuyğun deyildi.
Beləliklə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 3-4 illik soğanaqlar digərlərindən
fərqli olaraq istifadə etdiyimiz qida mühitinin hər ikisində alınan kallus hüceyrələri bir sıra xüsusiy-
yətlərinə görə: kallus əmələgəlməsinə, kallusun çoxalmasına, morfogen hüceyrələrin sayına və az
heterogenliyi ilə fərqlənirlər. Və ona görə bu kalibrli soğanaqlar gələcəkdə bizim işlərimiz üçün nəzər-
də tutulacaqdır.
HİPOKİNEZİYA ŞƏRAİTİNDƏ ELEKTROMAQNİT ŞÜALARIN
TƏLİM VƏ YADDAŞ PROSESLƏRİNƏ TƏSİRİ
Könül YADIGARLI
Qafqaz Universiteti
kyadigarli@gmail.com
AZƏRBAYCAN
Sevil CAMALOVA
Qafqaz Universiteti
scamalova@std.qu.edu.az
AZƏRBAYCAN
Hal-hazırda geniş yayılmış məsələlərdən biri də məhz insanların həyatını rahatlaşdıran texnolo-
giya vasitələrindən istifadə etməklə orqanizmdə yaranan müxtəlif problemlərin biruzə verməsidir.
Müasir şagirdlərin mobil telefonlardan istifadəsi onların yaddaş və davranışlarına necə təsir gös-
tərir? Hipokineziya (hərəkət azlığı) şəraitində olan şagirdlərə mobil telefondan yayılan elektromaqnit
şüaların təsirləri nələrdir?
Təlim və yaddaş prosesslərinə istiqamətlənən elektromaqnit şüaların təsirlərini öyrənmək üçün
biz əsasən 45-55 günlük siçovul balalarından istifadə etdik. Bu tədqiqat işində həm fiziki, həm də
emosional stressorun birgə təsir əsasında aparıldı. Məlumdur ki, stressin orqanizmə olan təsiri üç
formadadır;
1. Emosional (bizim tədqiqatda - hipokineziya)
2. Fiziki (bizim tədqiqatda - elektromaqnit dalğalar)
3. Hər iki stressorun birgə təsiri.
Tədqiqatlarda siçovullar gender bərabərliyinə riayət etməklə fərqli qablarda qruplaşdırırıq;
1. Kontrol - 41X30 sm-lik və 27 l-lik həcmi olan qablarda (n=6)
2. Hipokinetik qrup (10 gün) - 15X15 sm-lik və 4 l-lik həcmi olan qablarda (n=10)
3. Hipokineziya+Elektromaqnit şüalanma (10 gün)- 15X15 sm-lik və 4 l-lik həcmi olan qablarda
(n=10)
Şüalanma bazası olaraq 900 MHz tezlikdə və 1 Vt/kq – dan aşağı SAR (Specific Absorbtion
Rate) göstəriciyə malik olan iki mobil telefondan istifadə olunmuşdur.
Müntəzəm olaraq hər bir qabda olan siçovullar yem, ağac yonqarı və su ilə təmin olunur və
onların morfometrik göstəriciləri qeyd olunurdu. Belə ki, hipokineziya qrupunda olan siçovulların
ümumi kütləsinin 43,5 qramdan 50.6 qrama, hipokineziya+şüalanma qrupunda olan siçovulların
kütləsinin isə 45,9 qramdan 48,7 qrama dəyişdiyini qeydə alındı.
Tədqiqatın əsas hissəsi siçovulların təlim və yaddaş prosseslərini öyrənmək mərhələsidir ki, bu
mərhələdə Passiv Uzaqlaşma Refleksi modelindən istifadə olunmuşdur. Bu metodu digərlərindən
fərqli edən isə siçovullarda anadangəlmə qaranlıq seçmə reaksiyasının güclü inkişaf etməsinə əsaslan-
ması, əldə olunmuş yaddaşın uzun müddət saxlanılması (20+ gün) və təlimdən sonra testləşdirmə pros-
sesinin aparılmasıdır. Metodu tətbiq etmək üçün passiv uzaqlaşma kamerasından istifadə olunur. Bu
kamera dəhliz vasitəsilə birləşən 40 Vt gücündə lampası olan işıqlı, daxilə işıq buraxmayan və döşə-
məsi cərəyanla təmin olunmuş metal məftillərdən ibarət olan qaranlıq hissədən ibarətdir. Təlimdən
sonra 1-ci testləşdirmə mərhələsi və ya qısamüddətli yaddaşın öyrənilməsi mərhələsində təlim keçmiş
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
317
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
heyvan ilkin prosesdən bir dəqiqə sonra yenidən işıqlı mərhələyə daxil edilir və 3 dəqiqəlik bir müşa-
hidə başlayır və siçovullarda müəyyən davranışlar qeyd edilir; qaranlıq kameraya ilk girmə cəhdi,
defikasiya və urinasiya aktları, frizinq (donma) müddəti, şahlanma (arxa ayaqları üzərində durma).
2-ci testləşdirmə mərhələsi isə eyniylə 1-ci testləşdirmə də oluğu kimi aparılır. Amma burada
təlim prosesindən 24 saat sonra təlim olunmuş heyvanlar işıqlı mərhələyə daxil edilir və 300 saniyəlik
bir müşahidə başlayır. Məhz buna görə də prosesə həm də uzunmüddətli yaddaşın öyrənilməsi deyilir.
Testləşdirmənin təlim prosesindən əsas fərqi isə burada qaranlıq otağa daxil olunmuş heyvana
elektrik cərəyanı ilə təsir göstərilmir. Həm qaranlıq, həm də işıq mərhələsindəki ümumi zaman göstə-
ricisi hər bir qrupa görə Styudentin t-parametrik kriteriyası üzrə hesablanılmışdır.
Nəticələr görərik ki, təlim zamanı kontrol və hipokineziya təsiri almış qrup qaranlıq kameraya
daxil olmaq üçün 30 saniyə sərf edir. Amma şüalanmaya məruz qalmış siçanların kameraya daxil ol-
ması 20 saniyədən az çəkir.
Qısamüddətli yaddaş prossessi zamanı hər üç qrupda eyni nəticə qeydə alındı. Belə ki, hər bir
qrupda bütün heyvanlarda təlim prosesi yaxşı mənimsənilmişdır.
2-ci testləşmə zamanı isə kontrol və hipokineziya+şüalanmaya məruz qalan heyvanlarda təlim
prosessinin xatırlanması yüksəlmiş, amma hipokineziya qrupunda olan heyvanlarda isə bu prosesin
yəni təlim prosesinin xatırlanmasında zəifləmə müşahidə olundu.
Hər iki testləşmənin nəticələrinə əsasən kontrol qrupundan olan siçovulların davranış və hərəkət-
lərində digər qruplarla müqayisədə azalma müşahidə olunur. İkinci qrupda yəni hipokineziyaya məruz
qalmış heyvanların defikasiya (nəcis ifrazatı) və urinasiya (sidik ifrazı) aktlarının artması onlarda hə-
yəcanın yüksək olduğunun göstəricisidir. Bu qruplara zidd olaraq 3-cü qrup siçovlarda elektromaqnit
şüalanma həyəcan prosesini zəiflətdiyi üçün şahlanma (iki ayağı üstdə durma) hərəkətlərinin çoxal-
ması müşahidə olunur.
Beləliklə, hipokineziya şəraitində 10 günlük xaotik rejimdə 900 Mhz-lik və 1.0 SAR əmsalından
aşağı xassəli elektromaqnit şüalar təlim olmanı sürətləndirir və yaddaş proseslərinə müsbət təsir edir.
EMŞ-in təlim prosesinə müsbət təsir etməsi orqanizmdə hipokineziyanın təsirindən əmələ gəlmiş gər-
ginliyə sedativ təsir effektinin əsasında olduğu güman edilir. Hipokineziya şəraitində EMŞ heyvanlara
reaktivliyin artmasına müsbət təsir edir və anadangəlmə refleksin icrasını sürətləndirir.
ACINOHUR ÖNDAĞLIĞI VƏ ONA BİTİŞİK ƏRAZİLƏRDƏ QIŞ
OTLAQLARININ MÜASİR VƏZİYYƏTİ
Şahnaz AMANOVA
AMEA
shahnaz.amanova@bk.ru
AZƏRBAYCAN
Tədqiqat zamanı Coğrafi Informasiya Sistemlərinin imkanlarından geniş istifadə edilmişdir. İnsa-
nın ətraf mühitə, landşaft komponentlərinə-iqlim, bitki, torpaq və d. Təsiri ArcGİS proqramında təhlil
edilmişdir və alınan nəticələr təhlil edilmişdir.
Antropogen təsirlər əksər hallarda mənfi nəticələrlə müşahidə edilir. Bu təsirlər heyvandarlıq,
yaşayış məntəqələri, yolların çəkilməsi və əkinlərin genişləndirilməsində özünü göstərir. Belə ki heyvan-
ların otarılması bitkilərə və torpağa təsir göstərir. Otarmanın intensivliyi bitkilərin məhvində yaxud
tərkibinin dəyişməsində özünü büruzə verir. Biokütlənin potensialı azalır, meşələr məhv edilir, sahəsi
kiçilir, bəzən isə meşələr meşə və kolluqlarla yaxud kolluqlarla əvəz edilir. Otarmanın torpağa təsiri
torpaqların su balansının, istilik balansının pozulmasında, torpağın fiziki-kimyəvi xüsusiyyət-lərinin
dəyişilməsində, strukturunun pozulmasında müşahidə edilir. Torpaqda eroziya güclənir, bed-lendlər artır.
Heyvanların otarılması zamanı qaydalara riayət edilməməsi eroziyanın intensivliyinə səbəb olur.
Bu problemin qarşısının alınması məqsədilə "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçə-
nəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2004-cü il 22 may
tarixdə sərəncam imzalayıb. Bu proqrama əsasən otlaqlardan səmərəli istifadənin həlli yolları
müəyyənləşib.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
318
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Heyvandarlığın eroziyaya mənfi təsiri müxtəlif istiqamətdə gedir.
1) Otarma zamanı otlaq sahəsində hər hektara düşən mal-qaranın sayı nəzərə alınmır. Lakin bu
normaya əməl olunmur. Belə ki, tədqiqat ərazisi daxilində bu norma 9-10 baş qeydə alınıb. Hətta fərdi
təsərrüfatla məşğul olanlar arasında bu göstərici 30-40 başa çatır bəzən, bu isə eroziyanın
intensivləşməsinin ən əsas səbəblərindəndir.
2) Mal qaranın otarılması zamanı sürü şəklində otlaqlara təsir. Saysız sürüləri otlaq ərazisində
nizamlamaq problemlər yaradır.
3) Nazirlər Kabinetinin qərarına əsasən otlaqların təyinatı verilib. Lakin otlaqlardan təyinatına
uyğun istifadə edilimir. Belə ki, bəzən otlaqların ərazisində əkin işləri aparılır, yaxud otlaqlardan möv-
sümü deyil, ilboyu istifadə edilir. Lakin qanunvericiliyə əsasən yalnız otlaq ərazisinin 3%-ə qədərində
əkin işləri aparmaq mümkündür. Bu əkinlər isə yalnız heyvandarlıq üçün yem bazasını təşkil
etməlidir. Tədqiqat ərazisi daxilində isə bu göstərici 9% təşkil edir. Bu isə normadan 3dəfə artıqdır.
Otarma həm bitki örtüyünə, həm də torpaq örtüyünə təsir göstərir. Tədqiqat ərazisinin qış otlaqları
yarımsəhra bitkilərindən, xüsusilə efemerlərdən ibarətdir. Bu bitkilər torpaq örtüyünün 80-90%-ni
əhatə edir və biçənək kimi də istifadə edilir. Bozqır yaylada bitkilərin növ tərkibində inkişaf dövrü yaz
və yay aylarının əvvəlinə təsadüf edən daşdayan, tonqalotu, daraqotu, qırtıc, quramit və b. üstünlük
təşkil edir.
Qış otlaqlarında arid denudasion proseslər də ekoloji vəziyyəti müəyyən edən amillərə aid edilir.
Nisbətən çox otarılan sahələrdə bu proseslərin dərəcəsindən asılı olaraq landşaftların strukturunda
müxtəlif səviyyəli pozulmalara səbəb olur.
Tədqiqat ərazisi daxilində otlaqların ümumi sahəsi 1 210km²-dir ki, bunun da 4%-i (56km²) dağ
yarımsəhra landşaft tipi daxilində, 89%-i çöl (1 706km²) landşaft tipi daxilində, 6%-i (68km²) arid
seyrək meşə və kolluq landşaft tipi daxilində və 1%-i (75km²) isə düzən meşə landşaft tipi daxilində
paylanıb. Otlaqlar tədqiq edilən ərazinin 27%-ni əhatə edir
Antropogen təsirlər nəticəsində meşələrin sahəsi və ərazisində fərqlilik müşahidə edilir. Hazırda
meşələrin sahəsi orta hesabla 366km²-dir. 1975-ci il topoqrafik xəritələrinə əsasən hesablamışıq ki, bu
dövrdə meşələrin sahəsi orta hesabla 486km² olub. Keçən 39ildə təxminən sahə 120 kv. km azalıb.
Meşələrin 54%-i (260km²) quru çöl, 9%-i (46km²) arid seyrək meşə və kolluq, 37%-i (180 km²) isə
düzən meşələrinin ərazisinə düşür.
ВЛИЯНИЕ ПОВРЕЖДЕНИЯ СУПРАХИАЗМАТИЧЕСКОГО ЯДРА
НА ВЫЗВАННЫЕ ПОТЕНЦИАЛЫ В ЗРИТЕЛЬНЫХ СТРУКТУРАХ
Рахшана АХМЕДОВА
Институт физиологии им. А.И. Караева НАН
rahshana81@gmail.com
АЗЕРБАЙДЖАН
Нателла РЗАЕВА
Институт физиологии им. А.И. Караева НАН
АЗЕРБАЙДЖАН
При исследовании последействия повреждения (электрокоагуляции) супрахиазматического
ядра важно было выявить существование компенсаторных механизмов, играющих важную роль
в процессе восстановления его функций. Исследования проводились на бодрствующих кро-
ликах в хронических экспериментах в условиях темновой адаптации. Регистрировались
электроретинограмма (ЭРГ), а также вызванные потенциалы верхних бугров четверохолмия и
зрительной коры. Для регистрации ЭРГ применялась контактная линза с вмонтированным в неё
стальным электродом, снабжённая щитками-векорасширителями. Для исключения возможного
влияния изменения диаметра зрачка на ЭРГ и ответы центральных структур зрительной
системы зрачок приводился в состояние мидриазиса с помощью 1% раствора атропина. Для
обезболивания в конъюнктивальный мешок предварительно закапывали 2% раствор лидокаина.
Линзу заполняли физиологическим раствором. Установка корковых электродов и погружение
электродов в верхние бугры четверохолмия осуществлялись в соответствии со стереотаксичес-
кими координатами (Sawyeretal., 1954). Кролик во время опыта находился в экранированной
звукозаглушенной и светонепроницаемой камере в специальном станке-гамаке. В качестве
|