IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
291
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
azalmasını müxtəlif yollarla – tilakoid membranlarında zədələnmə, oksidləşdirici stresin baş verməsi,
fotokimyəvi reaksiya mərkəzləri və suyun oksidləşdiyi katalitik mərkəzdə baş verən zədələnmələr,
eləcə də duzun təsiri ilə digər inhibirləşdirici streslərə (su qıtlığı, fotoinhibirləşmə, yüksək temperatur
və s.) başlanğıc verilməsi ilə izah etmək mümkündür. Bitkilərdə bu çarpaz inhibirləşmə yollarının
(kəsişən streslərin) öyrənilməsi gələcək tədqiqatlarımızın obyekti olacaqdır.
ƏMİRCAN (BÜLBÜLƏ) GÖLÜNDƏ İBTİDAİ XƏRÇƏNGKİMİLƏRİN
NÖV TƏRKİBİ
A.K.TAPDIQOVA
AMEA, Zoologiya İnstitutu
konultapdiqova@gmail.com
AZƏRBAYCAN
Əmircan (Bülbülə) gölü Abşeron yarımadasının mərkəzində yerləşir. Sahəsi 3 km
2
, dərinliyi 1,8-
4,0 m-dir. Axarsız və şortəhər suludur. Yerli əhali bu gölü Şorqırağı adlandırır. Bu göldə digərləri kimi
vaxtı ilə Abşeron yarımadasının şorsulu göllərindən biri olub. Bütün duzlu göllər kimi Əmircan gölü də
yay aylarında quruyar, dibinə və sahillərinə duz çökdürərmiş. Gölün çirkləndirilməsi ilə bağlı keçən əsrin
70-ci illərindən davam edən proses, son 20-25 ildə daha kəskin şəkil almışdır, belə ki, yaşayış
məskənlərinin məişət – kommunal, əkin və eləcə də sənaye müəssələrinin çirkab sularının gölə daxil
olması nəticəsində onun sahəsi və həcmi xeyli artmışdır. Artıq yay aylarında Bülbülə gölü qurumaq
həddinə çatmır, ilin bütün fəsillərində bol sulu olaraq qalır. Göldə suyun səviyyəsi suyu Xəzər dənizinə
yönəldən nasosun iş rejimindən asılıdır.Göldə və onun sahil zolagında ali su bitkiləri inkişaf etmişdir.
Gölün cənub-qərb sahillərində böyük sahəni əhatə edən qamışlıqlar vardır. Suyun duzluluğu 1,4-3,7
‰
,
temperaturu 5,4 – 33,0°CpH –7,24-7,58 arasında dəyişilir.Suyun şəffaflığı 1 m - dən azdır. Tədqiqat
illərində Əmircan gölündə gərgin ekoloji vəziyyət müşahidə edildi. Gölün demək olar ki, bütün sahilləri
çoxçeşidli məişət tullantıları ilə çirkləndirilmişdir. Əmircan gölündə ibtidai xərçəngkimilərə aid
materiallar 2013-2015-ci illərdə fəsillər üzrə toplanmışdır. Göldə ibtidai xərçəngkimilərin növ tərkibini
müəyyən etmək üçün müxtəlif sahələrdən (daşlıq, qum, qara lil, qamışlıqlar, yosun və su bitkiləri ilə
zəngin su sahələri) keyfiyyət nümunələri toplanmışdır. Bu məqsədlə müxtəlif ölçülü tor kəfkirlərdən
istifadə edilmişdir. Toplanmış materiallar 4%-li formalin məhlulunda fiksə edilərək, etiket ilə təmin
edilmiş və sonrakı analizlər üçün hazırlanmışdır. Növlərin təyinatında tətinat kitablarından istifadə
edilmişdir. Suyun temperaturu və pH-ı pH-metr SG2, duzluluğu isə Horiba U-52G cihazları vasitəsi ilə
təyin edilmişdir. Tədqiqatlar nəticəsində Əmircan gölündə ibtidai xərçəngikimilərin 5 növ və 1
yarımnövü qeydə alındı. Bu növlərdən 3 növ və 1 yarımnöv şaxəbığcıqlı xərçənglərin (D. brachyrum,D.
pulex, D. pulex middendorfiana, D. magna), iki növ isə kürəkayaqlı xərçənglərin (A. virisis, P.
fimbriatus) nümayəndələridirlər.Əmircan gölündə məskunlaşma xüsusiyyətlərinə görə adları sadalanan
növləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1.Əsl plankton növlər – D. brachyrum, D. pulex, D. pulex
middendorfiana, P. fimbriatus, 2. Bitkilər arasında (müxtəlif su bitkiləri, əsasən çox hüceyrəli yosun)
yaşayan növlər- D. magna, A. viridis. Məskunlaşma xüsusiyyətinə görə bu iki qrupa daxil olan növlər
arasında elə növlər vardır ki, onlar aralıq mövqe tuta bilirlər, başqa sözlə desək həm pelegialda (açıq su
sahələri), həm də bitkilər arasında qeydə alınırlar. Misal üçün A. viridis növü əsasən bitkilərin arasında
qeydə alındığı halda onun tək-tək fərdlərinə açıq su sahələrindən götürülmüş nümunələrdə də rast
gəlmək mümkündür. D. pulex növü və bu növün yarımnovü - D. pulex midendorfiana isə tipik
planktonik orqanizmlər olmasına baxmayaraq onların hər ikisi də litoral zonada bitkilərlə (xüsusilə
çoxhüceyrəli yosunlarla) zəngin su qatlarında daha çox sayda qeydə alınır. Qış fəslinin mülayim
keçdiyi illərdə Əmircan gölündə ibtidai xərçəngkimilərin cəmi 2 növü bütün il boyu qeydə alınır: A.
viridis və P. fimbriatus. Göldə erkən yaz kompleksinin (aprel) formalaşmasında D. pulex, D. pulex
middendorfiana, P. fimbriatus növləri və kürəkayaqlı xərçənglərin naupliləri mühüm rol oynayır. May
ayında havaların isinməsi göldə ikinci yaz kompleksinin formalaşmasına səbəb olur, bu zaman D.
brachyrum,D. magna kimi növlər meydana çıxır, D. pulex, A. viridis, P. fimbriatus növlərinin isə sayı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
292
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
nəzərəçarpacaq dərəcədə artır. Yay fəslində (iyun-iyul) isə göldə planktonun formalaşmasında D. pulex,
D. pulex middendorfiana, D. magna, A. viridis kimi istisevər növlərin rolu böyükdür. May ayının
sonundan başlayaraq bütün iyun ayı boyunca göldə şaxəbığcıqlı xərçənglərin (xüsusilə D. pulex) sayı
kəskin artır və bu vəziyyətdə gölün sahilləri qəhvəyi-narıncı rəngə boyanır. İyul-avqust aylarında isə
eyni vəziyyət müşahidə olunmur, suda temperaturun artması ilə əlaqədar olaraq ( 27-33,0°C)şaxəbığcıqlı
xərçənglərin sayı azalan xətt üzrə gedir. Payız fəslində gölün planktonunda qeydə alınan ibtidai
xərçəngkimilərin növ tərkibində ciddi dəyişiklik qeydə alınmır. Sentyabr ayında temperaturun tədricən
enməsi ilə əlaqədar olaraq (18-23°C) yenidən şaxəbığcıqlı xərçənglərin inkişafı üçün optimal şərait
yaranır, odur ki, göldə planktonunun payız kompleksi əsasən şaxəbığcıqlı xərçənglər - D. pulex, D.
pulex middendorfiana, D. magna və qismən kürəkayaqlı xərçəng - P. fimbriatus hesabına formalaşır.
Oktyabr ayında qanunauyğun olaraq suda temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq, istisevər
növlərin suyun hər m
3
-nə düşən fərdlərinin sayı qismən azalır.Əmircan (Bülbülə) gölündə son
tədqiqatlar 1983-cü ildə N. Talıbov tərəfindən aparılmışdır. Odur ki, bu göldə bizim ibtidai
xərçəngkimilərə dair apardığımız tədqiqatları ən son tədqiqatlardan biri hesab etmək olar.
AZƏRBAYCANDA BUĞDANIN GÖVDƏ PASI TÖRƏDCİSİNİN
YAYILMASI VƏ VIRULENTLİYİ
A.T.HACIYEVA
AMEA, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu
ayten.haciyeva.94@gmail.com
AZƏRBAYCAN
Buğda bitkisi vegetasiya dövründə bir sıra təhlükəli göbələk xəstəlikləri ilə sirayətlənir. Bunlar-
dan biri də Puccinia graminis f. sp. Tritici tərəfindən törədilən gövdə pası xəstəliyidir. Gövdə pası
buğda əkinlərinə dağıdıcı təsir göstərən ən təhlükəli xəstəlik hesab olunur. İlk dəfə gövdə pası
xəstəliyi Azərbaycanda 1927-ci ildə müşahidə edilmiş və 1975-ci ilə qədər geniş yayılmışdır. 1979-cu
ildən uzun müddət ərzində bu xəstəlik depressiyaya uğramışdır. Amma 2013-cü ildə yenidən
İCARDA-dan introduksiya edilmiş 11thRWKLDN-CWAC-12 yumşaq buğda sortunda vegetasiyanın
sonunda 20-30S səviyyəsində gövdə pası müşahidə edilmişdir. 2014-2015-ci illərdə isə artıq
Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Gəncə-Qazax bölgəsinin Samux rayonu ərazisində,
Tərtər Bölgə Təcrübə Stansiyasında, İsmayıllı rayonunda və Abşeron ərazisində becərilmiş buğda və
bəzən də yulaf bitkilərində aşağı (10-20S) və yuxarı (50S) səviyyədə gövdə pasının yayıldığı müəyyən
edilmişdir. Hal-hazırda dünyada buğda məhsulunu kütləvi şəkildə məhv edən gövdə pasının yeni
“Ug99” rası yayılmağa başlamışdır. İran İslam Respublikasının Azərbaycanla 400-500 km məsafəlik
ərazisində də bu təhlükəli rasaya rast gəlinmişdir.Buna görə də respublikamızda təsadüf olunan gövdə
pası nümunələrinin ras tərkibini molekulyar səviyyədə müəyyənləşdirmək məqsədilə AMEA Molekul-
yar Biologiya və Biotexnologiya İnstitutu ilə ABŞ Kənd Təsərrüfatı Departamenti Bitki xəstəlikləri
laboratoriyası ilə birgə tədqiqatlar aparmışdır. 2014-2015-ci illərdə Azərbaycanın müxtəlif regionların-
dan toplanmış buğda genotiplərini yoluxdurmuş gövdə pası Puccinia graminis f. sp. tritici (Pgt) izol-
yatlarının molekulyar diaqnostikası və genotipləşdırilməsi məqsədi ilə iki mərhələli skrininq aparıl-
mışdır. Ilk olaraq Ug99 ras qrupunu aşkar etmək üçün qPZR-analiz həyata keçirilmiş və neqativ nəticə
alınmışdır. İkinci mərhələdə yüksək keçirici SNP (
Single nucleotide polymorphism) genotipləşdirmə
metodu ilə
yerli Ptg populyasiyasında
17 Multi-lokus genotip (
MLGs) səviyyəsində genetik
müxtəliflik aşkar edilmiş, bunların 18,5%-nin TKTTF ras qrupuna, yerdə qalan nümunələrin elm üçün
yeni olan fərqli ras qrupuna aid olduğu müəyyənləşdirilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
293
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
HİRKAN MP-DA ALLİUM L. CİNSİNƏ MƏNSUB OLAN SOĞAN
NÖVLƏRININ (ALLİUM PARADOXUM, ALLİUM AFFINE, ALLİUM
MYRIMTHUM, ALLİUM LENKORANICUM) YAYILMASI VƏ
ONLARIN MÜHAFİZƏSİNİN EKOLOJİ ƏSASLARI
M.Ş.MİRZƏYEV
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
Pərvin ƏZİZLİ
Bakı Dövlət Universiteti
pervinazizli@gmail.com
AZƏRBAYCAN
Azərbaycanda olan ali bitki növlərinin 1/3-nə Hirkan meşələrində rast gəlinir. Təsadüfi deyildir
ki, Hirkan meşələrinin bitki örtüyü bir çox məşhur alimlər tərəfindən müxtəlif vaxtlarda tədqiq
edilmişdir (Yusifov E.T., Hacıyev V.C., Гаджиев В.Д., Килиева Х.Г, Вагабов З.В., Гросгейм А.А.,
Прилипка Л.И., Фигировский И.В.). Qrosheymin rəhbərliyi altında bu regionda geniş miqyaslı elmi-
tədqiqat işləri aparılmış, o cümlədən çoxlu soğan növlərinin olduğu müəyyən olunmaqla, onların
ətraflı təsviri verilmişdir.
Deməli, Hirkan Milli Parkının təbii landşaftı və torpaq-iqlim şəraiti əksər flora növlərinin, o cüm-
lədən də yabanı soğanların biologiyasına uyğundur və onların populyasiyalarının ekoloji areallarının
genişlənməsi üçün əlverişlidir.
Bütün bunları nəzərə alaraq Hirkan Milli Parkının ərazisində təsadüf edilən soğan növlərinin
(Allium paradoxum-qəribə soğan, Allium affine-qohum soğan, Allium myrimtum-inciçiçəkvari soğan,
Allium Lenkoranikum-Lənkəran soğanı) tədqiqi, mövcud ekosistemlərdə yeri və onların mühafizə-
sinin ekoloji əsaslarının öyrənilməsini qarşımıza məqsəd qoyduq.
Soğan növlərinin tədqiqi marşrut-kəşfiyyat üsulu ilə, növ ehtiyatlarının sıxlığı Krılov-Şreter me-
todları əsasında öyrənilmişdir (Кылова И., Шретер А.). Tədqiqat dövründə ümumi fenoloji və bio-
metrik müşahidələrdən və qəbul olunmuş çöl-geobotaniki üsullardan istifadə edilmişdir.
Apardığımız müşahidələr və tədqiqatlar zamanı Allium paradoxum (M.Bieb) növünə Hirkan Milli
Parkının meşələrindəki ağac kölgələrində, Allium Lenkoranicum Misez ex Grossh. növünə dağlıq əra-
zilərdə, dağ yamaclarında, Allium myrinthum Booiss növünə Milli Parkın cənub və cənub-şərq ya-
maclarında, Allium affine Ledeb. növünə isə çox az sayda fərdlərdən ibarət populyasiyalar şəklində
dağ yamaclarında rast gəlinmişdir.
Allium paradoxum (qəribə soğan) növünün populyasiyalarında yüzlərlə, Allium Lenkoranicum
(Lənkəran soğanı) növünün populyasiyalarında 50-60, Allium myrinthumda (inciçiçəkvari soğan) 13-
15, Allium affine (qohum soğanı) populyasiyalarında isə çox az 3-5 sayda fərdlər qeydə alınmışdır.
Tədqiqat göstərdi ki, öyrəndiyimiz Allium L. cinsinə aid soğan növləri ayrı-ayrı kiçik populyasiyalar
şəklndə Milli Parkın müxtəlif yerlərində, eləcə də ona yaxın sərhəd olan ərazilərdə yayılmışdır.
Ekoloji şəraitdən asılı olaraq bitkilərin fenoloji fazaları keçmə müddətlərində müəyyən fərqlər müşa-
hidə edilir. Ən tez cücərmə Allium paradoxum (qəribə soğan) növünə aid populyasiyalarda müşahidə
edilmiş, toxumun əmələ gəlməsi də bu növdə tez baş vermişdir (21-29 mayda). Digər növlərdə isə bu
göstərici 17-22 iyul və 18-23 avqust arasında dəyişmişdir. Bununla belə, bütün növlər üzrə populya-
siyalarda bitkilər fenofazalar normal keçərək toxum vermişdir. Kütləvi çiçəkləmə fazasında aparılan
biometrik ölçmələr və hesablamalar göstərdi ki, növlərdən asılı olaraq bitkilərin ölçülərində müəyyən
fərqlər vardır. Hər bir növə aid olan populyasiyalarda belə, bitkilərin ümumi inkişaf göstəricilərində az
da olsa fərqlər müşahidə edilmişdir ki, bu da xarici mühit amillərinin təsiri ilə bağlıdır.
Soğan növlərinin filogenezi dağlıq, qayalıq, meşəlik, bataqlıq, düzənlik və digər ekoloji şəraitdə
keçmişdir ki, bu da Hirkan Milli Parkının coğrafi-ekoloji mövqeyinə tam uyğundur.
Bütün bunlara baxmayaraq, insanın düşünülməmiş və ya məqsədli fəaliyyəti nəticəsində soğan
senopopulyasiyalarının tarixən məskunlaşma areallarının məhdudlaşması tendensiyası bu Milli Parkda
da müşahidə olunur. Tədqiqat aparılan senopopulyasiyalarda fərdlərin sayının 3-5-lə 50-60 arasında
dəyişməsi bu fikri bir daha təsdiq edir. Yaşayış məntəqələrinə yaxın olan Milli Park ərazisində və
onun sərhədlərində bitkilərin sıxlığı (vahid sahəyə düşən bitkilərin sayı) daha aşağıdır. Ədəbiyyat
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
294
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mənbələrinə və tədqiqatlarımıza istinadən deyə bilərik ki, bitkilərin sayı ildən-ilə azalır. Bu arzulun-
maz vəziyyətin qarşısını almaq üçün Milli Park sistemində və onun ətrafında antropogen dəyişikliklərə
(transformasiya) ciddi nəzarət olunmalı və biomüxtəlifliyin qorunması istiqamətində tədbirlər
gücləndirilməlidir. Bununla yanaşı, tədqiq olunan soğan növlərinin yüksək çoxalma əmsalına malik
olduğunu nəzərə alaraq onların reintroduksiyası təşkil edilməlidir.
HPV İNFEKSIYALI QADINLARDA UŞAQLIQ BOYNUNUN EPİTEL
HÜCEYRƏLƏRİNDƏ BAŞ VERƏN MORFOLOJİ DƏYİŞİKLİKLƏR
Elnarə İSGƏNDƏRLI
Qafqaz Universiteti
isgenderlielnare@gmail.com
AZƏRBAYCAN
Müşfiq ORUCOV
Qafqaz Universiteti
mushfig.orujov@hotmail.com
AZƏRBAYCAN
HPV (Human Papilloma Virus – İnsan papilloma virusu) DNT tərkibli virus olub, insanın bir çox
orqanlarında, xüsusən də dərinin və bəzi selikli qişaların (uşaqlıq boynu, qida borusu, düz bağırsağın
anal hissəsi və s) epitel hüceyrələrində xəstəliklər törədir. HPV-nin bir çox növləri vardır ki, onların da
16 və 18 genotipləri 70% hallarda uşaqlıq boynunun xərçənginə səbəb olur. HPV-yə qarşı vaksinasiya
mövcuddur, lakin bu vaksin virusun yalnız zəif formalarına qarşı müdafiəni təmin edə bilir.
HPV-nin uşaqlıq boynu xərçəngində əsas təhlükə olduğunu 1976-cı ildə Harald zur Hausen
fərziyyə olaraq təklif etmişdir (C.Mougin, L.Mo, V.Dalstein, 2006). Burada p53 zülalı hüceyrənin
böyüməsini dayandırır və apoptozu sürətləndirir. Bu zülal həmçinin p21 zülalını idarə edir və bu da öz
növbəsində RB sisteminin fosforlaşmasını zəiflədərək tsiklinD/cdk4 kompleksini bloklayır. Hal-
hazırda uşaqlıq boynu xərçənglərinin 93%-inin HPV-pozitiv xəstələrdə əmələ gəldiyi aşkar edilmişdir.
HPV əsasən cinsi əlaqə zamanı keçir və əksər insanlar HPV ilə cinsi həyata başlayan kimi yoluxurlar.
Bu tədqiqatlarına görə Harald zur Hausen 2008-ci ildə Fiziologiya və ya Tibb nominasiyasında Nobel
mükafatına layiq görüldü
Uşaqlıq boynunun selikli qişasından götürülmüş yaxmanın sitoloji olaraq dəyərləndirilməsi
xərçəngönü prosesləri vaxtında aşkara çıxarmaq üçün ən optimal metod hesab olunur. Bu zaman uşaqlıq
boynunun həm uşaqlıq yolu hissəsinin (ektoserviks), həm də uşaqlıq yoluüstü hissəsinin (endoserviks)
epitel hüceyrələri tədqiq olunur. Ektoserviksin selikli qişasını örtən epitel örtüyü çoxqatlı yastı
buynuzlaşmayan epitel hüceyrələrindən, endoseriksdə isə - təkqatlı silindrik epitel hüceyrələrindən və
vəz (qlandulyar) hüceyrələrdən ibarətdir. HPV virusu əsasən yastı epitel hüceyrələrini zədələyir və
onlarda displastik dəyişikliklərin meydana çıxmasına səbəb olur.
Hazırki tədqiqatın məqsədi HPV infeksiyalı qadınların uşaqlıq boynunun epitel hüceyrələrində
meydana çıxan morfoloji dəyişiklikləri öyrənmək olmuşdur. Bu məqsədlə 60 HPV infeksiyalı
pasientdən alınmış servikal yaxmalar Papanikolau üsulu ilə boyadıqdan sonra Bethesda (2001) sistemi
ilə dəyərləndirilmişdir. Servikal yaxmalar "Sağlam ailə" klinikasının laboratoriyasının arxivindən
xüsusi icazə ilə götürülərək tədqiq edilmiş və geri qaytarılmışdır.
Pasientlərin yaş həddi 21-65 yaş olmuşdur. Onların 48-də HPV 16 və 18 genotipləri, qalanlarında
isə digər genotiplər (31, 33, 35, 52 və s.) pozitiv olmuşdur.
Təqdiqat nəticəsində pasientlərin 44-də epitel hüceyrə anormallığı aşkar etdik. Onlardan 21-də
əhəmiyyəti bilinməyən atipik yastı hüceyrələr (ASC-US), 11-də yüksək dərəcəli displaziya ehtimal olu-
nan atipik yastı hüceyrələr (ASC-H), 1-də atipik qlandulyar hüceyrələr (AGC), 9-da aşağı dərəcəli
epiteldaxili zədələnmə (LSIL), cəmi 2-də isə yüksək dərəcəli epiteldaxili zədələnmə (HSIL) müəyyən
etdik.
Uşaqlıq boynunun epitel hüceyrələri morfoloji olaraq dəyərləndirilən zaman onlarda nüvə-
sitoplazma nisbəti, nüvənin vəziyyəti, hüceyrə sitoplazmasında xarakterik dəyişikliklərin olması əsas
götürülmüşdür. Belə ki, HPV virusu əsasən nüvəni zədələdiyindən bu virus ilə yoluxmuş səthi və ara
yastı hüceyrələrin nüvələrində polimorfizm və hiperxromluq aşkar edilmişdir. Əksər hüceyrələrdə
HPV infeksiyası üçün xarakterik olan koylositik atipiyanın, yəni atipik koylosit hüceyrələrinin olması
müəyyən edilmişdir. Bu zaman hüceyrələrin nüvələri ikiləşmiş, hüceyrə sərhədləri girintili-çıxıntılı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
295
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
forma almış, onların ölçüləri böyümüşdür. Daha bir spesifik morfoloji əlamət isə displaziyaya uğramış
nüvənin ətrafında parlaq halənin yerləşməsidir. Bütün göstərilən bu morfoloji dəyişikliklər HPV
virusu ilə yoluxmuş və aşağı və yüksək dərəcəli epiteldaxili zədələnmə diaqnozu qoyulmuş demək
olar ki, bütün xəstələrin servikal yaxmalarındakı səthi və ara epitel hüceyrələrində qeydə alınmışdır.
Lakin, bir çox xəstələrdə bu dəyişikliklər tam aydın görünməsə də bəzi görmə sahələrində atipik
hüceyrələr (hiperxrom nüvəli, əsasən iri ölçülü) təyin edilmişdir. Onlar ASC-US və ya ASC-H kimi
dəyərləndirilmlişdir.
Beləliklə, tədqiqat nəticəsində HPV infeksiyalı qadınların əksəriyyətində uşaqlıq boynunun
yastı epitel hüceyrələrində mühüm morfoloji dəyişikliklərin, o cümlədən nəzərçarpan displastik
əlamətlərin yaranmasını təsbit etdik. Gəldiyimiz nəticə elmi ədəbiyyat məlumatları ilə uyğunluq təşkil
edir (E.Morris, MA.Roett, 2015; DA.Salazar-Piña et al , 2016). Bu nəticə servikal yaxmaların sitoloji
müayinəsinin vacibliyini göstərir və uşaqlıq boynunun epitel örtüyünün xərçəngönü proseslərinin
erkən diaqnostikasında mühüm əhəmiyyətə malikdir.
HÜCEYRƏ MEMBRANI STABİLLİYİ İLƏ ƏLAQƏLİ TRAP
MARKERLƏRLƏ BUĞDA GENOTİPLƏRİNİN QURAQLIĞA
DAVAMLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ
Turanə İSGƏNDƏROVA
AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu
turana777@gmail.com
AZƏRBAYCAN
Buğda - bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş becərilən dənli bitki olub əhalinin
böyük hissəsinin əsas qida məhsulunu təşkil edir. Quraqlıq buğda bitkisinin məhsuldarlığını aşağı
salan əsas stress faktorlarından biridir. Seleksiya yolu ilə davamlı bitki genotiplərinin yaradılması
üçün quraqlığa davamlılığın genetik və fizioloji əsasların dərk edilməsi vacibdir. Bitkilərin quraqlığa
cavab reaksiyaları çox mürəkkəb xarakter daşıyır vəsistemli yanaşılmanı tələb edir. Dənli bitkilər
arasında məhz buğdanın genetik xüsusiyyətləri və quraqlığa davamlılığı tədqiqatçıların diqqətini daha
çox cəlb edir. Geniş miqyasda su qıtlığı ilə əlaqəsi ehtimal olunan bütün genlərin və QTLs-in
müəyyən edilməsi zəruridir. Hüceyrə membranı stabilliyi müxtəlif abiotik streslər üçün əsas selektiv
göstərici kimi istifadə olunur. Belə ki, bitkilərin quraqlıq şəraitində membranların bütövlüyünü qoruya
bilmək qabiliyyəti davamlılıq üçün əsas tələb olunan şərtlərdən biridir. Bu baxımdan, təqdim olunan
işin əsas məqsədi membran davamlılığı ilə assosiasiya təşkil edən TRAP
(
Target Region Amplification
Polymorphism) markerlərin köməyi ilə buğda genotiplərində quraqlığa davamlılığın yoxlanılmasıdır.
Tədqiqat obyekti kimi, Əkinçilik ET İnstitutunun genofondunda saxlanılan 69 buğda genotipi
götürülmüş və bitkilər tarla şəraitində becərilmişdir. Skrininq üçün hüceyrə membranı stabilliyi ilə
əlaqəli TRAP 9 molekulyar markerindən istifadə edilmişdir. DNT-nin ekstraksiyası bəzi dəyişiliklər
edilməklə CTAB protokolu üzrə həyata keçirilmişdir. PZR analiz "Applied Biosystems 2720 Thermal
Cycler" amplifikatorunda aşağıdakı şəraitdə aparılmışdır: 5 dəqiqədə 94°C, 5 tsikl ərzində 1 dəqiqədə
94 °C,1 dəqiqədə 35 °C və 1 dəqiqə 40 saniyədə 72°C təkrar edilmişdir. Növbəti 35 tsikl annual tem-
peratur 50°C olmaq şərtilə son 7 dəqiqə 72°C seçməklə analoji yolla aparılmışdır. Reaksiya məhsul-
ları
2 %-li aqaroza gelində ayrılmış
HR-2025-High Resolution («IBI SCIENTIFIC» U.S.)
və etidium
bromid əlavə etməklə
«Gel Documentation System UVITEK» aparatında
sənədləşdirilmişdir.
Elektro-
foretik profillərin analizi nəticəsində 17 bərk ( Triticum durum Desf.) və 48 yumşaq ( Triticum
aestivum L.) buğda genotində TRAP 9 markeri üçün xarakterik olan 290 bp fraqmentlərin sintez
olunduğu müəyyən olmuşdur. Bu fakt onu göstərir ki, bu genotiplərin A genomunun 5-ci
xromosomlarında hüceyrə membranı stabilliyi ilə əlaqəli QTL-lər mövcuddur. Yalnız dörd buğda
genotipi istisna təşkil etmişdir. Quraqlığa davamlılıq əlamətinə cavabdeh molekulyar markerlərdən
istifadə edilməsi ilkin mərhələlərdə davamlı genotiplərin seçilməsi üçün əlverişli yol hesab olunur.
|