Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə58/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   54   55   56   57   58   59   60   61   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

296



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

HƏMİŞƏYAŞIL AĞACLARIN CHAMAECYPARİS CİNSİNDƏ 

KAROTİNOİD PİQMENTİNİN TƏDQİQİ 

 

Billurə ŞAXAYEVA 

Qafqaz Universiteti 



billure.shaxayeva@gmail.com 

AZƏRBAYCAN 



 

Bitkilərin rənglərinin  müxtəlifliyi heyranedici şəkildə limitli sayda piqment tərəfindən hazırlanır. 

Onlar əsas üç qrupa ayrılır: xlorofillər, karotinoidlər, antosianlar. Piqmentlərin bioloji, kimyəvi takso-

nomik, filogenetik əhəmiyyəti, bitkilərin piqmentliyi ilə onların ekoloji təbiəti, həyati formaları, 

coğrafi mənşəyi, piqmentlərin quruluşu və bitkilərin təkamülü arasında qarşılıqlı  əlaqə olması 

haqqında məsələlər araşdırılır və yeni fikirlər irəli sürülür. Reproduktiv orqanların böyümə və inkişaf 

prosesində, çiçəyin müxtəlif hissələrində piqmentlərin toplanması və paylanması qanunauyğunluqları 

və çevrilməsi yolları göstərilir. Sənaye  əhəmiyyətli piqment saxlayan bitkilərin ehtiyatı, onlardan 

karotinoid antosian, flavanoid preparatları, təbii yeyinti rənglərinin alınması  və  səmərəli istifadəsi 

yolları elmi əsaslandırılır. 

Karotinoidlər –tetraterpene(C

40

H



64

) bitkilərdə  və  bəzi digər fotosintetik mikroorqanizmlərdə 

tapılan bioloji piqmentdir. 600-dən çox  karotinoid vardır. Ksantofillər və Karotinlər olaraq iki qrupa 

ayrılır. Karotinoidlər bütün bu orqanizmlər tərəfindən yağlar və digər əsas üzvi metabolik bloklarından 

hazırlana bilər. Karotinoidlər bitkilərdə 2 önəmli rolu vardır: Bunlar fotosintez üçün  işıq enerjini 

udma və foto zədələnmədən xlorofili qoruyur. Tərkibində  beta-ionu halqaları olan (beta-karotinoid, 

alfa-karotinoid, beta- kriptoksantin kimi)   karotinoid  vitamin  A və başqa antioksidant kimi fəaliyyət 

göstərə bilir. Karotinoid A vitamini kimi fəaliyyət göstərməsi ilə bağlı olaraq, yaşıl bitkilərin  inkişa-

fında müəyyən rol oynaya bildiyi  nazik təbəqə xromotoqrafiya üsulu ilə aşkara çıxarıldı. Nazik təbəqə 

xromatoqrafiya adı verilən üsulu istifadə edərək piqmentləri bir-birindən ayırmaq mümkündür. 

Piqmentlər ayrıldıqdan sonra karotinoid piqmentinin  Rf dəyərinə görə bitkinin inkişafında rolunu 

göstərmək mümkündür. Bu prosesdə iki inkişaf etmiş eyni cinsin  şam növlərindən  Chamaecyparis 



lawsoniana,iki inkişaf etməmiş müxtəlif  şam növlərindən olan 

Chamaecyparis taiwanensis və 

Chamaecyparis obtuse’dan və iki inkişafda olan Chamaecyparis lawsoniana bitkilərinin yarpaqla-

rından götürülür, extrakt hazırlanır və nazik təbəqə xromotoqrafiya şüşəsi üzərindəki təbəqədə tədqiq 

edilir. Karotinoid piqmenti həlledicidə  həll olunur və  şüşənin üzərindəki təbəqə ilə yuxarıya doğru 

hərəkət edir. Müxtəlif piqmentlərin müxtəlif həlledicilər üçün oxşarlıqları var və fərqli sürətlə hərəkət 

edirlər. Bu bir təbəqədə müxtəlif rəngli zolaqların eyni vaxtda ola bilməsindən irəli gəlir. Təbəqə 

üzərində əmələ gələn sarı-narıncı rəng zolağına görə yarpağın tərkibində karotinoid piqmentinin  Rf 

dəyəri hesablanır. Rf dəyəri hər  piqment üçün xarakteristikdir və etibarlı bir göstəricidir.  

Rf dəyəri: 

Təbəqədə 

işarələnmiş 

nöqtə 

Məsafə (mm)



Karotinoid 

piqmentinin rəngi 

A 63

Sarı –narıncı



B 

60

Sarı –narıncı



C 

64

Sarı –narıncı



D 

55

Sarı –narıncı



A1 60 

Sarı –narıncı 

B1 60 

Sarı –narıncı 



Həlledicinin getdiyi məsafə (mm)__64_və  60_ 

Kartinoid piqmentinin Rf dəyəri 

Kartinoid piqmenti təbəqənin 

nöqtələrində 

Rf dəyəri 

A 

0,984

B 



0,937

C 

1

D 



0,859

A1 1 


B1 1 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

297



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Diqqətə alına bilər ki, karotinoid piqmentinin yaşıl bitkilər üçün  böyümədə rolu və digər bioloji 

funksiyalarda rolu ilə bağlı araşdırmalara ehtiyac vardır. Həmçinin,  nazik təbəqə xromotoqrafiya 

üsulu karotinoid piqmentinin yaşıl bitkilərin bioloji inkişafında araşdırmaları zamanda və maliyyədə 

qənaətə gətirib çıxarır. Belə ki, bu üsulla bitkinin inkişafını uzun zaman keçmədən inkişaf qradiyentini 

görmək mümkündür. Nəticələr aydın şəkildə göstərir ki, inkişaf etmiş və inkişafda olan şam ağacla-

rında (Chamaecyparis lawsoniana) yarpağın tərkibindəki  kartinoid piqmentinin  Rf dəyərinin (bitkidə 

karotinoid piqmentinin özülülüyünün  çox olması ilə bağlıdır)  inkişaf etməmiş    şam ağaclarına 

(Chamaecyparis taiwanensis və 

Chamaecyparis obtuse) nisbətən yüksək olması  vasitəsilə bitkilərin 

inkişafında karotinoid piqmentinin rolu vardır. Digər piqmentlərin də bitkilərin bioloji  və fizioloji 

inkişafı baxımından araşdırılması və sünii (preparatlarla) inkişafın qarşının alınmasında vacib əhəmiy-

yət kəsb edir. 

 

 

 



ВЫЯВЛЕНИЯ КРИПТОСПОРИДИЙ (APICOMPLEXA, COCCIDIA, 

CRYPTOSPORIDIUM) СРЕДИ НАСЕЛЕНИЯ ГОРОДА БАКУ 

 

Лейла АХМЕДЗАДЕ

 

Азербайджанский Медицинский Университет



 

leyla.akhmedzade@mail.ru

 

АЗЕРБАЙДЖАН 



 

Криптоспоридиоз - протозойное  заболевание  человека,  обычно  протекающее  в  гастроин-

тестинальной  форме  с  диареей  осмотического  гипоферментативного  типа  и  принимающее 

тяжелые формы у лиц с иммунодефицитом.  

Впервые  криптоспоридии  были  обнаружены  в 1907 г.  Е. Tyzzer в  слизистой  оболочке 

желудка у лабораторной мыши без признаков патологии желудочно-кишечного тракта. Данный 

микроорганизм  считался  "безвредным"  комменсалом  в  течение  более 50 лет.  В 1955 г.  был 

зарегистрирован  первый  случай  заболевания  криптоспоридиозом  у  животных – 

криптоспоридии  были  выделены  при  фатальном  гастроэнтерите  у  домашних  птиц.  Начиная  с 

1970 г. криптоспоридии были обнаружены в желудочно-кишечном тракте и дыхательных путях 

большинства млекопитающих, птиц, рыб и рептилий.  

Первый  случай  заболевания  криптоспоридиозом  у  человека  описан  в 1976 г.,  а  в  начале 

1980-х  годов  стало  ясно,  что  представители  рода Cryptosporidium достаточно часто вызывают 

инфекции  у  человека,  что  связано  не  только  с  улучшением  диагностики,  но  и  значительным 

увеличением  количества  лиц  с  иммунодефицитными  состояниями,  в  первую  очередь  с 

синдромом приобретенного иммунодефицита (СПИД).  

Криптоспоридии  являются  одним  из  наиболее  распространенных  кишечных  паразитов  и 

часто становятся причиной острой диареи у людей с ослабленным иммунитетом и детей млад-

шего  возраста.  Оппортунистические  инфекции,  вызванные  криптоспоридиями,  могут 

приводить к криптоспоридиозу, который представляет собой потенциально тяжелое и опасное 

для жизни заболевание. 

В  целом  поражения  желудочно-кишечного  и  респираторного  тракта,  вызванные 

криптоспоридиями,  зарегистрированы  во  всех  возрастных  группах  и  на  всех  континентах,  за 

исключением  Антарктиды.  Такое  широкое  распространение  криптоспоридиоза  связано  с 

большим  количеством  природных  резервуаров  инфекции,  низкой  инфицирующей  дозой  и 

высокой резистентностью возбудителя к дезинфектантам и противопаразитарным препаратам. 

Что касается эпидемиологии и диагностики криптоспоридиоза, также несмотря на внуши-

тельный  объём  исследований  в  этой  области,  ещё  не  выяснены  закономерности  распрос-

транения заболевания в  зависимости от природных и социально-экономических предпосылок. 

Не  определена  удельная  значимость  механизма  передачи  возбудителя  криптоспоридиоза  от 

животных к человеку и среди человеческой популяции. Остаётся не до конца выясненной роль 

различных видов криптоспоридий в патологии человека.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

298



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Перечисленные  задачи  чрезвычайно  актуальны  для  Азербайджана,  поскольку  до 

настоящего времени исследования по криптоспоридиозу у людей в стране не проводились и в 

печати  имеются  лишь  публикации,  посвящённые  находкам  криптоспоридий  у  диких  и 

домашних животных. В связи с этим  нами  начаты исследования по  изучению  распространен-

ности  криптоспоридиоза  среди  населения  и  его  медико-социальной  значимости,  выявлению 

частоты  и  характера  заболеваемости  населения  криптоспоридиозом,  определению  условного 

веса криптоспоридиоза среди диарейных больных. 

Начальные  исследования  проводились  на  кафедре  эпидемиологии  Азербайджанского 

Медицинского Университета. При диагностике криптоспоридиоза мы использовали метод мик-

роскопии испражнений и прямое определение в нем ооцист криптоспоридий. Для их выявления 

из испражнений готовили тонкие мазки на предметных стеклах. После фиксации препаратов в 

абсолютном  метаноле  мазки  окрашивали  карболовым  фуксином  по  Циль-Нильсену(при  этом 

ооцисты  криптоспоридий  окрашиваются  в  ярко-красный  или  в  малиновый  цвет  и  имеют  вид 

округлых образований диаметром 4-5 мкм). Препараты микроскопировали под иммерсионной 

системой светооптического микроскопа Carl Zeiss Amplival1000 с объективом ×100. 

Нами были обнаружены ооцисты криптоспоридий сферической формы, размерами от 3,75 

мкм до 5,01 мкм (рисунок). 

 

Рисунок. Ооцисты криптоспоридий под микроскопом 

Полученные  результаты  исследований  диарейных  больных  были  разделены  на 

соответствующие группы для статистического анализа. На начальном этапе исследований было 

выявлено наибольшее число положительных проб кала с ооцистами криптоспоридий в 5-9 лет 

возрастной группе. В настоящее время продолжаются исследования в этом направлении.  

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

299



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

KÜKÜRD QAZININ VƏ NATRİUM FLÜORİDİN BİTKİ 

YARPAQLARINDA FOTOSİNTETİK PİQMENTLƏRİN 

TOPLANMASINA TƏSİRİ 

 

Nigar MÜRSƏLQIZI

 

AMEA-nın Botanika İnstitutu 



nigarbiology1292@mail.ru 

AZƏRBAYCAN 



 

 

 

Atmosferə daxil olmuş kükürd qazı  və flüorlu birləşmələr bitkilərdə ilk növbədə fotosintetik 

piqmentlərin toplanmasına təsir edir. Bitkilərin belə maddələrə münasibəti ayrı-ayrı bitkilərdə müxtəlif 

nisbətdədir. Bitkilər zəhərli qazlara həssaslıq dərəcəsinə görə  və bioloji xüsusiyyətlərinə görə 

seçilirlər. Bitki orqanında zəhərli qazlar təsirindən fizioloji-biokimyəvi dəyişiklikləri tam mənası ilə 

dərk etmək üçün mübadilə prosesinin bütün istiqamətlərini izləmək tələb olunur. Lakin bu proses 

geniş  və  çətin olduğundan yalnız mühüm prosesləri aydınlaşdırmağa cəhd göstərilmişdir.Atmosfer 

havasında kükürd qazının az miqdarda olması  nəticəsində yarpaqda müxtəlif zədələnmə nişanələri 

nəzərə çarpır. Mühitdən zəhərli kükürd qazının kənar edilməsi nəticəsində bitkilər əvvəlki vəziyyətə 

tamamilə qayıdırlar. Kükürd qazı  əsas assimilyasiya orqanı olan yarpağı  nə  qədər çox zədələmiş 

olarsa, fotosintez prosesi bir o qədər aşağı düşür. Yarpaq səthində əmələ gəlmiş yanıqlar çox olduqda 

fotosintezin bərpa olunması baş vermir, zədələnmiş hüceyrələr tamamilə quruyur. Yarpağın çox hissə-

si özünün bioloji funksiyasını icra etməkdən məhrum olur. Havanın tərkibində eləcə də, kameralarda 

kükürd qazının qatılığı yüksək olduqda fotosintez prosesi dayana bilir. Lakin bu təsir qısa müddət 

ərzində baş verərsə, bitki özünün funksional vəzifəsini bərpa etməyi bacarır.  Əgər kükürd qazının 

yüksək qatılığı uzunmüddətli və ya ardıcıl gedirsə, fotosintez prosesi tamamilə  aşağı düşür. Kükürd 

qazı müxtəlif ağac və kol bitkilərində fotosintez prosesinə eyni tərzdə təsir etmir.  

 

Kükürd qazının qatılığını artırdıqda müxtəlif növ ağac və kol bitkilərində fotosintez prosesini 

intensivliyi müxtəlif dərəcədə  dəyişilir. Tut, şam, qovaq bitkilərini kamera şəraitində becərdikdə  və 

onlara kükürd qazı ilə təsir etdikdə fotosintez prosesinin intensivliyi azalır. Belə ki, kamerada miqdarı 

1 m

3

 havada 150 mq/m



3

 olduqda fotosintez prosesinin göstəricisi minimuma enir. Lakin iydə, zeytun 

və birgöz bitkisində kükürd qazı  təsirindən fotosintezin intensivliyi sabit qalır. Kamera şəraitində 

kükürd qazının qatılığı 1 m

3

 havada 150 mq/m



3

 olduqda bitkilərdə fotosintez prosesinin ləngiməsi baş 

verir. Apardığımız təcrübələrdən aydın olmuşdur ki, ayrı-ayrı  zəhərli qazlar və ya qazlar kompleksi 

ağac və kol bitkilərinin piqment kompleksinə eyni dərəcədə təsir etmir. Bir qrup bitkilərə kükürdlü və 

flüorlu birləşmələr zəhərli təsir edərək onların yarpaqlarında xlorofil “a” və “b”-nin miqdarını dəyiş-

dirir. Kükürd qazına qarşı davamsız olan növlərdə nəinki xlorofil “a” və “b”, eləcə də karatinoidlərin 

miqdarı bir qədər azalır. Zəhərli qazlara davamsız olan tut, qovaq  və  şam növlərinin yarpaqlarında 

xlorofil “a” və “b”-nin miqdarı kəskin olaraq azalmış olur. Kükürd qazının təsirindən piqmentlərdə baş 

verən dəyişiklik ilk növbədə fotosintez prosesinə  təsir edir. Sənaye müəssisələrinin  ətrafındakı 

təcrübələrdən aydın olmuşdur ki, kükürd qazı  və natrium flüorid xlorofillərin və karotinoidlərin 

miqdarını azaldır. Kameralarda becərdiyimiz bitkilərdə də bu hal baş verir. Davamlı növlərdə nisbətən 

davamsız növlərdə xlorofil “a” və “b”-nin miqdarının azalması eyni deyildir. Bu dəyişiklik fəsillər 

üzrə ciddi xarakter daşıyır. Məsafədən asılı olaraq bitki yarpaqlarında xlorofillərin miqdarının dəyişil-

məsində müəyyən tarazlıq yaranır. Ağac və kol bitkilərinin yarpaqlarında xlorofil “a” və “b”-nin 

miqdarı  və nisbəti dəyişir. Sənaye müəssisələrinin sahəsində bitən ağac və kolların yarpaqlarında, 

Nəbatat bağında bitən eyni cins bitkilərdən fərqli olaraq piqmentlərin ümumi miqdarı nisbətən azdır. 

Xlorofilin miqdarının azalması fotosintez prosesinin zəifləməsi, yarpaqlarda yanıqlarn  əmələ  gəlmə-

sinə  və sonrakı yarpağın quruyub tökülməsinə  səbəb olur. Xlorofil “a”, “b”-nin miqdarının kükürd 

qazı  təsirindən dəyişməsi bitkinin növündən asılı olsa da təsir xarakteri eyni olmur. Zəif qatılıqda 

kükürd qazı ilə bitkilərə təsir etdikdə piqmentlərin miqdarı artır. Bu artım əksər hallarda xlorofil “a”–

nın hesabına getdiyi üçün xlorofil a/b-yə olan nisbəti artır. Kükürd qazı  təsirindən karatinoidlərin 

dəyişmə xarakteri xlorofillərdən az fərqlənir. Ümumiyyətlə götürüldükdə karatinoidlərin miqdarca 

dəyişilməsi xarici amillərin dəyişməsindən asılı olmayaraq nisbətən stabildir. Yalnız bir qrup bitkilər-

də, xüsusən müzofillərdə zəhərli qazlar təsirindən intensiv olaraq xloroz və nekroz əlamətlərinin çox 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

300



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

erkən meydana çıxması zamanı karatinoidlərin miqdarının müəyyən dərəcədə artması, sonradan yar-

paqda müxtəlif dərəcədə yanıqlar  əmələ  gəlməsi ilə başa çatır. Kserofit əlaməti ilə seçilən bitki 

növlərində isə, karatinoidlərin dəyişmə dinamikası xlorofilə uyğun olub yalnız miqdarca üstünlük 

təşkil edirlər. 

Kükürd qazı və natrium flüorid xloroplastlara təsiri nəticəsində hüceyrədə oksidləşmə-reduksiya 

reaksiyası  nəticəsində  zəhərli maddələr  əmələ  gəlir. Bu zəhərli maddələr hüceyrə metobolitlərini 

dağıtmağa başlayır. Kükürd qazının belə xassəsi atmosferdə nəmlik çox olduqda da baş verir.  

 

Beləliklə, aydın olur ki, kükürd qazı və natrium flüorid bitkilərə təsiri nəticəsində xloroplastlarda 



və karatinoidlərdə  dəyişiklik baş verir. Bunun nəticəsində isə bitki yarpaqlarında xloroz və nekroz 

əlamətləri meydana çıxır. 

 

 

 



 

LƏNKƏRAN VİLAYƏTİNİN MEŞƏ KOMPLEKSLƏRİNİN EKOLOJİ 

VƏZİYYƏTİNƏ ANTROPOGEN AMİLLƏRİN TƏSİRİ 

 

İlahə QULİYEVA 

AMEA 


Bakı Qızlar Universiteti 

ilahe101@gmail.com 

AZƏRBAYCAN 



 

Lənkəran vilayəti ölkəmizin cənub-şərq hissəsində yerləşməklə ovalıq və dağlıq hissələrdən 

ibarətdir. Vilayət endemik və relikt flora və faunayla zəngindir. 

Lənkəran vilayətinin təbii sərvətləri içərisində meşə ehtiyatının xüsusi yeri vardır. Talış meşələ-

rində respublika meşə örtüyünün 26,4%-i cəmlənib. Vaxtilə ərazinin 50%-dən çoxu müxtəlif tərkibli 

meşə ilə örtülü olduğu halda, hal hazırda bu göstərici 23%-dir. Məlumdur ki, təbii vilayətin dağlıq 

hissədə olan meşəlikləri ərazinin orogeomorfoloji şəraitindən, yamacların baxarlığından, iqlim şərai-

tindən və s xüsusiyyətlərdən asılı olaraq formalaşır. 

Dağ meşələri hündürlüyə qalxanda əsasən, dəmirağacı qismən də  şabalıdyarpaq palıd azlır, 

onları  fıstıq meşələri  əvəz edir. Dağ yamaclarında palıd , dəmirağac meşələri  şimal baxarlarda isə 

fısdıq üstünlük təşkil edir. Ərazini yuxarı sərhədlərində meşə əmələgətirən əsas ağac cinsi fısdıqdır, az 

miqdarda  şabalıdyarpaq palıd da təsadüf edilir.orta və yuxarı dağ-meşə yamaclarında  əsasən  şərq 

fıstığı, gürcü palıdı, qafqaz vələsindən ibarətdir. Lakin vilayətdə III dövrün Hirkan tipli meşələri 600-

700m hündürlüyə  qədər müşahidə olunur. Bu tipli meşələr üçün dəmirağacı  və palıd səciyyəvidir. 

Bəzən vələs və nadir hallarda isə azat ağacı qarışığına rast gəlinir.kolluqlar ağac bitkiləri altında 

həmişəyaşıl kollardan murdarça, itburnu, pırkal bəzən buna Hirkan şümşadı da deyilir, heyva , əzgil və 

s ibarət sıx pöhrəliklər formalaşmışdır. Ağac tərkibinin pozulduğu sahələrdə lianlar müşahidə olunur. 

Burada ot bitkiləri də  zəngindir.  Əsasən düzən meşə  və kol olan meşəyanı  çəmən bitkiliyi üstünlük 

təşkil edir.Çəmən bataaqlıq bitkiləri Lənkəran vilayətinin dənizkənarı düzənlik  ərazilərində inkişaf 

etmişdir, Əsasən qamış, qarğılı, cilli qarğılı və otlu bataqlıqlar inkişaf etmişdir.Lənkəran vilayətində 

1167 bitki növü məlumdur ki, bundan 162 endemik növ, 95 nadir rast gələn növ, 38-i isə kökü kəsil-

məkdə olan növdür. Bunlardan ən qədim relikt növlərə ipək akasyası, dəmirağacı, Xəzər şeytanağacı, 

Hirkan  ənciri daxildir.Cavan reliktlərdən isə  şabalıdyarpaq palıd, azat ağacı, qızılağac,  şümşüd və s 

misal göstərmək olar. 

İnsanın təsiri nəticəsində meşə sahələri kəskin şəkildə azalmış, sərhədləri dəyişmişdir. Meşənin 

yuxarı sərhəddi 300-500m, bəzi ərazilərdə isə 700m-ə qədər aşağı düşmüş, aşağı sərhəddi isə təxminən 

o qədər qalxmışdır. Antropogen təzyiqin intensivliyindən asılı olaraq meşə landşaftı pozulmuş, 

seyrəlmış  və aqrolandşaftların genişlənməsi ilə  əlaqədar azalmış, yaxud tamamilə  qırılmışdır. Lerik, 

Yardımlı, Cəlilabad rayonlarında qiymətli ağac növləri qırılaraq oduncaq kimi istifadə olunur. Məlum-

dur ki, əhali artdıqca meşə materiallarına olan tələbat da artır, meşələr əhali tərəfindən intensiv surətdə 

qırılır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

301



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Meşələrin tikinti materialları və oduncaq məqsədi ilə plansız qırılması qiymətli ağac növlərinin 

tükənməsinə səbəb olmuşdur. 

Regionun şimalında və Lənkəran ovalığında vaxtilə böyük sahə tutan meşələr tamamilə  məhv 

edilmiş  və müxtəlif aqrolandşaftlarla, seliteb komplekslərlə  əvəz olunmuşdur.Meşədən təmizlənmiş 

ərazilər tərəvəzçilik, çayçılıq, otlaq kimi istifadə olunmuşdur. (şəkil 1) 

 

Şəkil 1. Lənkəran təbii vilayətində meşə örtüyündə antropogen təsirlər nəticəsində yaranmış kəmiyyət dəyişikliyini əks etdirən qrafik 

Qeyd etmək lazımdır ki, Lənkəran regionunda meşə landşaftının davamlılığının və onun 

optimallaşdırılmasının qiymətləndirilməsi sistemli öyrənmə  əsasında həyata keçirilmədiyindən bitki 

örtüyünün müəyyən hissəsi aqrosenozlarla əvəz olunmuşdur. Bu prosesin qarşısını almaq üçün region-

da fəaliyyət göstərən kəndli fermer təsərrüfatında mənfi təbii proseslərin və onların inkişaf istiqamət-

lərinin səbəbləri açılmalı, eroziya və sürüşmələrə , təkrar duzlaşmaya, bataqlıqlaşmaya və s məruz 

qalmış sahələr haqqında zəruri məlumatlar olmalıdır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəl-

mək olar ki, tədqiq olunan ərazinin biosenoz və antropogen aqrosenozlarının sistemsiz inkişafı nəticə-

sində  ərazinin landşaftlarında bioloji məhsuldarlıq aşağı düşmüş, dayanıqlığın azalmasına, ekoloji 

gərginliyin daha da artmasına səbəb olmuşdur. 

 

 

 



MOLECULAR DOCKING STUDIES OF DEHYDROACETIC ACID 

DERIVATIVES WITH XANTHINE OXIDASE 

 

Humay GARABAGHLI 

Qafqaz Universiteti 



humay.qarabagli@gmail.com 

AZERBAIJAN 



 

Anar GOJAYEV

 

Qafqaz Universiteti 



anqocayev@qu.edu.az 

AZERBAIJAN



 

Xanthine oxidase (XO) plays an important role in the purine degradation.  In the first step it 

catalyses the oxidation of hypoxanthine to xanthine, and in the second reaction the conversion of 

xanthine to uric acid. In turn uric acid forms salt in soft tissues, for example, in the kidneys and 

jointsbecause it dissolves badly in the blood and therefore various diseases. There are different ways to 

prevent these disorders, and one of them is an inhibition of enzymatic activity. XO is a large 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin