Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə55/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   51   52   53   54   55   56   57   58   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

278



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

tobamoviruses and Tomato spotted wilt virus (TSWV) belonging to tospoviruses have been foundas 

single and mixed infections (TMV+ToMV) in different tomato samples.  Moreover, Tobacco mosaic 

virus (TMV) and Pepper mild molt virus (PMMoV) belonging to tobamoviruses were detected as single 

and mixed infections (T

o

MV+PMMoV) in different pepper samples. According to ELISA tests, the 



incidences of the viruses provided from various gardens were 54.24% during 2014 and 47.36% in 2015. 

Mixed infections were also very common, with an incidence of 12.56% in 2014 and 10. 36% in 2015. 

 

 

AHIL VƏ QOCA YAŞLI ŞƏXSLƏRDƏ ÜRƏK YIĞILMALARI 



TEZLİYİNİN TƏDQİQİ 

 

Zenfira QƏDİMOVA  

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 



physiolog_81@hotmail.com 

AZƏRBAYCAN

 

 

Orqanizmin struktur və funksional sistemindəki dəyişikliyin xarakteri qocalmanın fenotipini 



müəyyən edir. Buna görə də müasir herontologiyada fizioloji və erkən qocalma (progeriya) məsələsinə 

xüsusi diqqət yetirilir. Fizioloji qocalıq bioloji cəhətdən müəyyən olunmuş proseslərin qanunauyğun-

luğudursa, erkən qocalıq da bu prosesin müxtəlif amillərlə  əlaqədar olaraq pozulmasıdır. Erkən 

qocalmanın nəticəsi olaraq, orqanizmin həyat fəaliyyəti zəifləyir, arterial qan təzyiqi yüksəlir, orqanlar 

sistemində erkən pozulmalar başlayır, əqli və yaradıcılıq qabiliyyəti azalır və erkən ölümlə nəticələnir. 

Orqanizm yaşlandıqca ürək-damar sisteminin funksional dəyişikliyi kimi ürəyin keçiricilik 

sistemində və ritmində pozğunluqlar baş verir. Belə ki, sinus düyününün avtomatizmi, labilliyi, keçiri-

cilik qabiliyyəti zəifləyir, oyanmanın ektopik ocağı yaranır. Herontoloji təcrübədə bu cür funksional 

pozulmalar ürək-damar sisteminin tənzimləyici xüsusiyyətlərini və miokardın morfostruktur dəyişik-

liklərini əks etdirir. 

Son illərdə Bakı şəhərində və ümumiyyətlə Abşeron yarımadasında insan orqanizmində fizioloji 

proseslərin gedişatına, eyni zamanda qocalma prosesinin sürətlənməsinə təsiri edən amilləri öyrənmək 

mühüm əhəmiyyət kəsb edir. Qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, ətraf mühitin çirklən-

məsi və digər səbəblərin orqanizmdə yatadığı  fəsadlar ilk növbədə ürək-qan-damar sistemində  əks 

olunur. Müəyyən olunmuşdur ki, son illər ürək-damar sistemi xəstəlikləri səbəbindən ölüm hallarının 

artmasında məhz bu amillər mühüm rol oynayır. Bu sistemdə baş verən yaş dəyişiklikləri orqanizmin 

adaptiv davamlılığını, bir sözlə orqanizmin funksional və tənzimləyici imkanlarını məhdudlaşdıraraq 

patologiyaların əmələ gəlməsi üçün ilkin şərait yaradan qocalma prosesinin intensivliyinə səbəb olur.  

Qeyd olunan fikirləri əsas götürərək 2015-ci ildə Bakı şəhərində “Sağlamlıq sahəsi” poliklinika-

sında qeydiyyatda olan ahıl (60-74 yaşlı şəxslər) və qoca (75-89 yaşlı şəxslər) yaşlı insanlarda elektro-

kardioqrafik (EKQ) analizlər aparmaqla miokardın bioelektrik fəaliyyətində  aşkara çıxan fizioloji 

dəyişiklikləribu yaş qrupları üzrə tədqiq etmişik.  

Herontoloji tədqiqatlar Bakı şəhərində yerləşən “Sağlamlıq sahəsi” poliklinikasında qeydiyyata 

alınan ahıl (60-74 yaş) və qoca (75-89 yaş) yaşlı insanlar üzərində aparılmışdır. EKQ analizlərinin təyini 

üçün elektrokardioqraf (PROGETTİ  EPG) cihazından istifadə edilmişdir. EKQ 50 m/san sürəti ilə 

çəkilmişdir. 

Tədqiqat işi Səhiyyə Nazirliyinin nəzdində olan Ş.M. Həsənov adına “Sağlamlıq sahəsi” 

poliklinikasında yerinə yetirilmişdir. Xəstəlik üzrə  gəlişlərin sayı isə 5235 olmuşdur.2015-ci ilin 10 

ayı üçün ambulator qeydiyyatdan keçmiş yaşlı şəxslər üçün ürək-damar xəstəlikləri daha xarakterikdir. 

Belə ki, bu müddət ərzində 3888 müraciət təkcə ürək-damar xəstəliklərindən qeydə alınmışdır.  

Elektrokardioqrafik analizlərin təhlili zamanı ürək yığılmarının tezliyinə (ÜYT) xüsusilə diqqət 

yetirilmişdir. Ürək ritminin və keçiriciliyinin analizi üçün ilkin şərt olaraq R-R intervalı ölçülür. Buna 

əsasən ÜYT-ni dəyərləndirmək mümkündür. Ahıl yaşlı insanlarda ÜYT 71,2±0,02 (p<0,001), 

qocalarda 67,2±0,03 (p<0,001) olmuşdur. Ahıl yaşlılarla müqayisədə qoca yaşlı  şəxslərdə ÜYT bir 

qədər zəif olmuş, bu da bradikardiya vəziyyətinin daha çox rast gəlinməsi ilə izah olunur. Bradikar-

diyanın  əmələ  gəlməsində yaşla  əlaqədar ürəyə simpatik təsirin azalması da mühüm rol oynayır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

279



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Ümumilikdə bu yaş qruplarında ÜYT-nin azalması əksər hallarda sinus düyünündə oyanma prosesinin 

pozulması nəticəsində sağ qulaqcıqda keçiricilik sisteminin də pozulması səbəbindən baş verir. Sinus 

düyününün avtomatizm funksiyasının zəifləməsi bir tərəfdən uyğunlaşdırıcı, digər tərəfdən də ürəyin 

müəyyən yüklənmələrə qarşı funksional imkanlarına görə məhdudlaşdırıcı xarakter daşıyır. 

Yaşlı  şəxslərdə ÜYT-nin bu cür dəyişikliyi sinus düyününün avtomatizm qabiliyyətinin 

zəiflədiyini sübut edir. Sinus düyününün avtomatizm funksiyasının zəifləməsi bir tərəfdən uyğunlaş-

dırıcı xarakter daşısa da, digər tərəfdən də ürək yüklənmələri zamanı onun funksional imkanlarını 

məhdudlaşdıraraq fizioloji qocalığın gedişatına mane olur. 

Tədqiqatımızın nəticələri göstərmişdir ki, şəhər mühitində yaşayan ahıl və qoca insanlarda yaşla 

əlaqədar olaraq ürək-damar sistemində mühüm dəyişikliklərbaş verir. Bu da həyat tərzinin, ekoloji 

faktorların, qidalanmanın,  ətraf mühitin və digər faktorların orqanizmə  mənfi təsirinin nəticəsi kimi 

qiymətləndirilə bilər. 

 

 



АНТИМИКРОБНЫЕ И НЕКОТОРЫЕ БИОХИМИЧЕСКИЕ        

СВОЙСТВА МЁДА, ПРОИЗВОДИМОГО В РАЗЛИЧНЫХ ГЕО-

БОТАНИЧЕСКИХ РЕГИОНАХ АЗЕРБАЙДЖАНА 

 

Фатима АБДУЛЛАЕВА

 

Бакинский Государственный Университет

 

fatima.abdullayeva93@mail.ru 

АЗЕРБАЙДЖАН 



 

Самира ЧЫРАГОВА

 

Бакинский Государственный Университет

 

АЗЕРБАЙДЖАН 



 

Введение

 

Пищевые и лечебные свойства мёда обусловлены биологической природой, ботаническим 

окружением  производителей - пчёл  и,  как  следствие,  его  химическим  составом.  Мёд - это 

насыщенный  различными  сахарами,  такими  как  глюкоза,  фруктоза,  сахароза  и  некоторыми 

другими соединениями раствор (1,5).  

Таким  образом,  его  основной  композиционный  состав  сахар  и  вода.  Вместе  с  тем 

установлено,  что  мёд - это  эксудат  растений,  соединённый  со  специфическими  веществами, 

исходящими от производителей -пчёл, а также образуемыми в процессе созревания и выдержки 

продуктами.  Таким  образом,  мёд – биотехнологический  продукт  с  высокой  степенью  сохран-

ности,  созданный биологической эволюцией. 

Вследствие  этого,  можно  было  ожидать  наличие  в  этом  продукте  эндогенных  опре-

деленных  консервирующих  и,  вероятно,  антибактериальных  соединений.  Действительно,  мёд 

обладает существенными антибактериальными свойствами против рядапатогенных бактерий.  

Это  сообщение  сфокусировано  на  антибактериальных  свойствах  мёда,  определяемых  

ботаническим  и  географическим  происхождением  мёда.  Ботаническое  и  географическое 

происхождение  нектара  прямо  зависимо  с  химической  композицией  мёда.  Хорошо  известно, 

что Азербайджанская Республика географически локализуется на протяжении 9 климатических 

зон,  которые  определяют  ботаническую  специфичность  растений - мёдоносов.  Можно 

полагать,  что  этот  факт  будет  отражаться  и  на  антибактериальной  активности  мёда  из 

различных географических зон Азербайджана.  



Материалы и методы 

Антимикробная  активность  мёда  была  измерена  путём  определения  чистых  зон,  

образуемых в результате диффузиивокруг лунок в питательной среде в чашках Петри, собраз-

цами  мёда.  После  посева  культуры  соответствующих  патогенных  микоорганизмов  и  добав-

ления в лунки чистого (100%) или разбавленного мёда, чашки инкубировали при 37℃ 24 часа. 

Ингибирование  микроорганизмов  определяли  по  радиусу  чистых  зон - зон  ингибирования 

вокруг  каждой  лунки  с  мёдом,  которые  приведены  в  таблице  в  мм,  при  трёхкратной  повтор-

ности истатистической обработке.  

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

280



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Результаты и обсуждение 

В  данной  работе    исследованы  антибактериальные    и  некоторые  биохимические  характе-

ристики мёда из различных районов Азербайджана ( см. таб.1 и 2). 

Таблица 1. Антибактериальная активность  чистого мёда производимого  в   

различных регионах  Азербайджана против ряда патогенных организмов. 

 

Образцы мёда 



Вид микроорганизмов 

Escherichiacoli

 

Pseudomonasaeruginosa

 

Staphylococcusaureus

 

Радиус зон ингибирования в мм 

*

18±1.18 13.5±2.43  23±0.88 



2

 

20±0.78



** 

10.17±1.01 16.42±2.33 

3 18.33±0.30  18.33±0.33  18.83±0.65 

4 18.5±0.63 14.7±5±2.63  19.25±0.38 

5 17.58±0.08  14.5±2.22  19.83±0.36 

6 12.25±1.15  11.25±1,63  13.08±0.30 

20±1.38 15±3.86 12.47±1.74 



8 18.83±0.66  9.75±0.75  19.25±0.87 

9 17.75±0.52  14.58±1.69  10.08±0.73 

*    все данные приведены на основе трёхкратных измерений.  

** статистическая обработка на основе определения доверительного интервала ±.   

1-Балакен (лесной); 2-Балакен (горный); 3-Балакен (каштановый мёд); 4-Загаталы (горный);  

5-Исмаиллы; 6-Самух; 7-Кедабек; 8-Дашкесан; 9-Ленкорань

 

 

Как  следует  из  приведённых  данных  (см.таб.1)  наибольшей  антибактериальной 



активностью против Escherichiacoli обладает мёд, производимый в горных районах различных 

регионов страны - это мёд из Балакен,Кедабек и др. Подавление роста Pseudomonasaeruginosa 

мало  отличается  в  зависимости  от  районов  сбора.  Также  как  и E.colicтафилококки  особо 

чувствительны  к  мёду  собранному  в  горный  районах.  Надо  полагать,что  в  мёде  горных 

районов, которые  как правило характеризуются светлой окраской, бактерицидные соединения 

в  нектарах  характерных    для  этих  регионов  растений - медоносов,  присутствуют  в  большом 

количестве. 

Таблица 2. Некоторые биохимические показатели исследуемых образцов мёда. 

Мёд из различных районов 

Азербайджана 

рН 


диастазное число 

Балакен ( лесной) 

                    4.65 

Балакен ( горный) 



                    5.01 

12 


Балакен (каштановый мёд) 

                    4.45 

Загаталы ( горный) 



                    4.47 

8.1 


Исмаиллы 

                    4.10 

15 

Самух 


                    3.86 

Кедабек 



                    3.85 

11.4 


Дашкесан 

                  4.85 

Ленкорань 



                    3.70 

3.8 


 

       Таким  образом,  можно  заключить,  что  мёд  является  чудесным  природным  продуктом, 

имеющим  обширные  свойства  для  поддержания  здоровья  и,  в  особенности,  в  отношении 

действия противразличных патогенов. Эти и ешё другие неизведанные свойства мёда требуют 

серьёзных научных исслелований, которые в частности могут разрешить проблему подавления 

устойчивых к антибиотикам бактерий. 

 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

281



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANDA GƏMİRİCİLƏRİN (RODENTIA

SARKOSPORİDİLƏRLƏ (COCCIDIA, EIMERIIDA, SARCOCYSTIS) 

YOLUXMASI HAQQINDA  

 

Türkan QURBANOVA

 

AMEA Zoologiya institutu 



turkan.qurbanova@gmail.com 

AZƏRBAYCAN 

 

Sarkosporidilər sista əmələgətirən hüceyrədaxili koksidilər olub, obliqat-heteroksen həyat döv-



riyyəsinə malikdirlər. Bu həyat dövriyyəsi biri digəri ilə yırtıcı-şikar  münasibətində olan iki sahibin 

(aralıq və  əsas sahib) orqanizmində tamamlanır. Aralıq sahibdə sarkosporidilərin yalnız qeyri-cinsi 

çoxalması baş verir ki, bu zaman əzələ sistaları və ya sarkosistlər əmələ gəlir. Əzələ sistaları giqant 

merontlar, uzunsov və ya oval formalı qovuqşəkilli törəmələrdir. Onlar diafraqmanın, ürəyin, qida bo-

rusu divarının, boyunun, dilin, ətraf və qabırğaarası əzələlərin lifləri boyunca yerləşirlər. Əsas sahibin 

orqanizminə düşən qamontlar meroqoniyasız birbaşa qametogenezə başlayır. Makro- və mikroqamet-

lərin kopulyasiyası ziqotu (oosistanı)  əmələ  gətirir ki, onun sporlaşması orqanizmin daxilində baş 

verir. Sporlaşmadan sonra oosistanın nazik qılafı partlayır və hər birində 4 sporozoit olan 2 sporosista 

azad olur. Əsas sahibdə qeyri-cinsi inkişaf mərhələsinin olmaması – Sarcocystis-in həyat dövriyyə-

sinin mühüm xüsusiyyətidir. Oosistalar yalnız aralıq sahib üçün, sista mərhələləri isə əsas sahib üçün 

yoluxdurucudur. Bir aralıq sahibin digərindən yoluxması çox nadir hallarda, təsadüfi kannibalizm 

zamanı (gəmiricilərdə) baş verir.  



Sarcocystis cinsinə aid olan koksidilər tərəfindən törədilən xəstəliklər heyvandarlığa ciddi ziyan 

vurur. Bu xəstəlik aralıq və əsas sahibdə müxtəlif cür baş verir. Parazit əsas sahibin bağırsaq hücey-

rələrini yoluxdurur və xəstəlik sarkosporidioz adlanır, aralıq sahibdə isə sarkosistlər ilə əzələ toxuması 

yoluxur və xəstəlik sarkosistoz adlanır. İnsanlar Sarcocystis üçün əsas və aralıq sahib ola bilər. Kifayət 

qədər yaxşı pişməmiş və ya qızardılmamış əti yeməklə insan yalnız əsas sahibi olduğu Sarcocystis cin-

sinə daxil olan növlərlə (S. hominisS. suihominis) yoluxa bilir. Sarkosporidioz əksər hallarda həzm 

sisteminin funksiyalarının pozulmasına səbəb olur. İnsanın sarkosistoz xəstəliyi daim müzakirə edilir

lakin indiyə qədər bu barədə vahid fikir yoxdur. Belə ki, insanda sarkosistoz xəstəliyini törədən növün 

mövcudluğunu sübut etmək üçün insanın  əzələsində parazitlik edən sarkosistlər insan ilə nisbətdə 

yırtıcı olan əsas sahib tərəfindən yeyilməlidir. Bunu nəzərə alaraq sarkosistoz zamanı insanın “təsa-

düfi” aralıq sahib olduğu qeyd edilir.    

Azərbaycanda sarkosporidilər haqqında ilk məlumat 1935-ci ildə verilmişdir. Qoyunların, keçi-

lərin, donuzların, camışların və atların ürək əzələlərində Sarcocystis sistaları qeyd edilmişdir. Lakin o 

zaman sarkosporidilərin koksidilərə aid olduğu məlum deyildi. Onların koksidilərə aid olduğu müəy-

yən edildikdən sonra Azərbaycanda kənd təsərrüfatı heyvanlarının və quşların sarkosporidilərinin öy-

rənilməsi üzrə tədqiqat işləri aparılmışdır. Azərbaycanda gəmiricilərin sarkosporidilərin aşkar edilməsi 

haqqında ilk məlumatlar H.D.Qaibovaya məxsusdur. 

Gəmiricilərin Sarcocystis cinsinə daxil olan koksidiləri haqqında ilk məlumatda bu heyvanların 

28 növündə tapılmış sarkosporidilər qeyd edilir. Daha sonra sarkosporidilər gəmiricilərin 33 növündə 

tapılmışdır. Gəmiricilər icərisində sarkosporidilərin sahibləri kimi boz siçovullar daha çox maraq 

doğurur. Boz siçovullara kannibalizm və yırtıcılıq xas olduğundan, onlar əsas sahibin iştrakı olmadan 

Sarcocystis sahibi kimi tədqiq edilmişdir. 

Bu tətdqiqat işinin məqsədi gəmiricilərin sarkosporidilər ilə yoluxma dərəcəsinin öyrənilməsin-

dən ibarət idi. Bu məqsədə çatmaq üçün ümumilikdə 320 fərd olmaqla Kiçik Asiya dağ ərəbdovşanı 

(Allactaga williamsi), boz siçovullar (Rattus norvegicus), ev siçanları (Mus musculus), tarla siçanları 

(Apodemus agrarius), sarıboğaz siçanlar (Apodemus ponticus), boz siçancıqlar (Cricetulus migratorius), 

qırmızıquyruq qum siçanları  (Meriones libucys) və ictimai çöl siçanları  (Microtus socialis) tədqiq 

edilmişdir.  

Sarkosporidilərin  əzələ sistalarının aşkarlanması üçün gəmiricilərin ürək və skelet əzələsi və 

diafraqması tədqiq edilmişdir. Sarkosporidilərin mikroskopik əzələ sistalarının aşkarlanması üçün əzə-

lədə trixinin aşkarlanması zamanı istifadə edilən metodun sarkosporidilər üçün modifikasiya edilmiş 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

282



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

variantından istifadə edilmişdir. Ürək, diafraqma və skelet əzələlərindən qayçı ilə kiçik hissəciklər 

kəsərək 1:3 nisbətində durulaşdırılmış qarışqa turşusunda 10-12 saat müddətində saxlanılmışdır. Bu 

hissəçiklər su ilə yuyulduqdan sonra qliserin və 50

etil spirti qarışığına (1:1) yerləşdirilmişdir. Bu his-



səçiklər 0,1-0,2 sm

ölçülü hissələrə bölünərək su ilə yuyulmuş və boyanmışdır. Əzələ nümunələrinin 



boyanması üçün metilen göyünün suda həll olunmuş məhlulundan (1:500) istifadə edilmişdir. Boyan-

madan sonra tədqiq edilən əzələlər kompressoruma yerləşdirilərək mikroskop vasitəsi ilə işlənmişdir.  

Gəmiricilər yarıldıqdan sonra onların bədənlərinin və ayrı-ayrı orqanlarının vizual olaraq yoxla-

nılması zamanı sarkosistalar aşkar edilməmişdir. Tədqiq olunmuş  gəmiricilər içərisindən yalnız bir 

qırmızıquyruq qum siçanında qarın əzələsinin mikroskop vasitəsi ilə tədqiqi zamanı sarkosistlər aşkar 

edilmişdir (şəkil). Onlar bananşəkilli formada idilər. Sarkosistlərin ölçüləri 77,8 х 15,4 mkm idi. 

 

Şəkil. Qırmızıquyruq qum siçanının qarın əzələsində aşkarlanmış Sarcocystis sp. sistaları

 

Bu tədqiqatdan  əvvəl Qazaxıstanda və Azərbaycanda qırmızıquyruq qum siçanlarında sarkos-



poridilər qeyd edilmişdir. Azərbaycanda qırmızıquyruq qum siçanlarında, ictimai qum siçanında və 

boz siçancıqda az sayda, xırda, 81,6 х 16,7 mkm ölçülü sarkosistalar aşkar edilmiş, lakin növ 

səviyyəsinə qədər təyin edilməmişdir. H.D.Qaibova tərəfindən qırmızıquyruq qum siçanlarında aşkar 

edilmiş sarkosistalar bizim tərəfimizdən tapılmış sarkosistalardan ölçü və formasına görə fərqlənir. Bu 

sarkosistalar Alma-Ata ərazisində qırmızıquyruq qum siçanlarında tapılmış sarkosistalar ilə oxşar idi. 

Lakin burada da sarkosistaların sayı az olduğundan müəllif onları növ səviyyəsinə qədər təyin etmir. 

Bizim tərəfimizdən yalnız bir fərd qırmızıquyruq qum siçanının qarın əzələlərində sarkosistalar aşkar 

edildiyindən, onların növ mənsubiyyəti məlum olmayaraq qalır. Bu istiqamətdə tədqiqatlarımız davam 

etməkdədir.  

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

283



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANIN ŞIMAL-QƏRB HISSƏSINDƏ BUFO 

VERRUCOSISSIMUS PALLAS, 1814 NÖVÜNÜN YENİ YAYILMA 

ƏRAZİSİ HAQQINDA 

 

Gülbəniz QASIMOVA 

Azərbaycan Milli Elmlər Akademiyası  Zoologiya İnstitutu 



gqasimova@mail.ru 

AZƏRBAYCAN 

 

Bufo verrucosissimus növü - Qərbi Qafqaz endemidir. Arealı 



Rusiyanın Stavropol və Krasnodar 

vilayəti,

 Gürcüstan, Türkiyə və Azərbaycanın dağlıq ərazilərini əhatə edir.  

B.verrucosissimusKolxida düzənlik və subalp qurşaqlarında, iynəyarpaqlı, qarışıq və enliyarpaqlı 

meşələrdə (d.s. 50-1900 m-dək yüksəkliklərdə) yaşayır. Stavropol vilayəti müstəsna olmaqla, illik ya-

ğıntısı 1000 mm-dən az olan yerlərdə rast gəlinmir. Azərbaycanda  əsasən ağac, kol və lianalardan 

ibarət bitki örtüyü olan rütubətli enliyarpaqlı sıx meşələrdə (təxminən d.s. 1000 m-dək yüksəklikdə) 

yayılmışdır.

 

Bu növün 3 yarımnövünü ayırd edirlər: 1) Bufo verrucosissimus verrucosissimus Pallas, 1814; 2) 



Bufo verrucosissimus turowi Krasovsky, 1933; 3) Bufo verrucosissimus circassicus Orlova et 

Tuniyev, 1989. Bir müddət əvvəl isə 4-cü yarımnöv olan Bufo verrucosissimus tertyshnikovi Kidov, 

2009 təsvir edilmişdir. Bunlardan Azərbaycan  ərazisində yayılan Bufo verrucosissimus 

verrucosissimus Pallas, 1814 yarımnövüdür(Кузьмин С.Л., 2012). 

Azərbaycanda B.verrucosissimus növü azsaylıdır. B.verrucosissimus növü IUCN qırmızı siya-

hısına (NT kateqoriyası), Azərbaycanın Qırmızı kitabının ikinci nəşrinə daxil edilmişdir. Bu növ 

Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur (Azərbaycanın Qırmızı kitabı, II nəşr, 2013). 

B.

verrucosissimus növünün arealı Azərbaycanın şimal-qərb rayonlarını əhatə edir. 



Ədəbiyyat məlumatlarına  əsasən, Bufo verrucosissimus Pallas, 1814 – Balakən  şəh.ətr. 

(A.M.Nikolski, 1913); Zaqatala r-nu, Yuxarı Car k. (A.M.Ələkbərov, 1947); Zaqatala şəh., göl ətrafı 

(S.Q.Cəfərova, 1962); Zaqatala r-nu, Qəbizdərə k. (F.R.Qəniyev, 1985); Balakən r-nu, Katex k. 

(F.R.Qəniyev, 1987); Zaqatala Dövlət Təbiət Qoruğunda (F.R.Qəniyev, 2007) qeydə alınmışdır.  

Tərəfimizdən bu növə 18 may 2011-ci ildə Zaqatala rayonun Car kəndi (N 41

40'41" E 

46

41'57", d.s.997 m) ərazisində rast gəlindi. Silban çayının kənarındakı müvəqqəti gölməçədə növün 



erkək (♂) və dişi (♀) fərdləri ampleksus vəziyyətində  aşkar olundu. 31 iyul 2013-cü ildə Balakən 

rayonun Katex kəndi (N 41

38'59" E 4632'24", d.s.281m) ərazisində, Katex çayının sakit axan 

hissəsində çömçəquyruq və eyni zamanda metamorfozunu yenicə başa vurmuş fərdlər qeydə alındı. 30 

iyul 2013-cü ildə isə eyni rayonun Qəbizdərə kəndi (N 41

41'14" E 4635'36", d.s.570 m) ərazisində, 

ağac çürüntüsü altında bir erkək (♂) fərdi qeydə alınmışdır.  

Zaqatala və Balakən rayonlarında rast gəlindiyi  ərazisinin floristik analizi zamanı biotopunda 

qafqaz meşələri üçün xarakterik olan qafqaz cökəsi (Tilia caucasica), qızılağac (Alnus barbata), 

pastuxov daşsarmaşığı (Hedera pastuchowii), ellipsvari qarağac (Ulmus elliptica) kimi bitkilərin 

olduğu qeydə alındı. Bundan başqa meşənin adaçayı (Salvia glutinosa), (Arum consobrinum),erkək 

ayıdöşəyi (Dryopteris filix-mas)ilə zəngin sıx hissələrində yaşamağa üstünlük verdiyi müəyyən edildi. 

Daha çox xəzəl və çürümüş ağac kötüklərinin altından sığınacaq kimi istifadə edir. Adətən yaşamaq 

üçün bir dəfə seçdiyi yerə bağlı olurlar.  

Bu tədqiqat işində  tərəfimizdən aparılan çöl-tədqiqat işləri zamanı növün yeni yaşayış yeri, 

arealının şimal-şərq sərhədləri müəyyən edilmişdir. 

26 sentyabr 2012-ci il tarixində  səhər saatlarında Qəbələ rayonu (N 40º98'26" E 47º82'98", 

d.s.520)  ərazisində növün bir yetkin dişi fərdinə rast gəlindi (şəkil 1). Bu növ Qəbələ rayonu 

ərazisində ilk dəfə tərəfimizdən qeydə alındı. Yeni qeydə alındığı Qəbələ rayonu ərazisindəki biotopu 

isə d.s. 520 m hündürlükdə olub, antropogen landşafta uyğundur. 

 Əvvəllər yalnız Zaqatala-Balakən  ərazisində yayıldığı  məlum olan bu növün Qəbələ rayonu 

ərazisində qeydə alınması, coğrafi mövqeyinə görə bu rayonlar arasında yerləşən  Şəki və Qax 

ərazisində də növün rast gəlinmə ehtimalını artırır. 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin