Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   2   3   4   5   6   7   8   9   ...   13

   
 
 

 30
  IKINCI KOMPONENT -- NƏZƏRI HAZIRLIQ (AĞIL) 
 
İdmançının yüksək mübarizə hazırlığının formalaşmasının ikinci 
komponentini ağıl və ya düşüncə  təşkil edir ki, bunu da onun idmanın 
nəzəri hissəsi ilə hazırlığı da adlandırmaq mümkündür [16]. İdmançıların 
YMH-na qıraqdan baxmaqla onların fiziki və psixoloji cəhətdən tam hazır 
olduqlarını hiss edə, duya bilirsən. Ancaq idmançının YMH-nın ağıl tələb 
olunan ikinci komponentinin də tam hazır olması daha vacibdir. Bəzən 
idmançıda sanki hər şey yerli-yerindədir, ancaq nəticə etibarı ilə heç bir şey 
alınmır. Bəs buna səbəb nədir? Bunu belə izah etmək mümkündür: 
Aparılacaq mübarizədə düzgün texniki və taktiki plan qurulmamışdır. 
Ağılla  əldə olunmuş  qələbələr daimidir. Belə idmançılar böyük qələbə 
zirvələrində bir neçə  dəfə qalaraq bu yerdə onların təsadüfi olmadıqlarını 
təsdiqləyirlər. 
Ancaq plansız, ağıl işlətmədən, zor və güc hesabına təsadüfi qalib 
gələnlər o yerdə yalnız bir dəfə dayanmağa qadirdirlər. Ona görə  də  ağıl 
işlətmədən mübarizədə ardıcıl qələbə gözləmək  əbəsdir. Hazırlığın ağıl 
hissəsinin özü də sanki 2 hissədən ibarətdir: 1-ci ağıl, 2-ci diqqət. Diqqət bir 
növ ağılın qüvvəsidir. Insan nə qədər diqqətli olsa, bir o qədər düzgün qərar 
çıxarar, tapşırığı dəqiqliklə yerinə yetirər. 
Təsadüfi deyil ki, uşaqlıqdan gördüyümüz hər bir işdə valideynlərimiz 
və müəllimlərimiz bizdən diqqətli olmağı  tələb etmişlər. Bu gün də 
idmanda və digər sahələrdə bizdən yüksək dərəcədə tələb olunan şey — ağıl 
və diqqətdir.  İdmançıların bir çoxu yarışda  ətraf aləmdən, ona mane olan 
fikirlərdən sadəcə ayrıla bilmir, bərk əziyyət çəkir. Fikrini toplaya, diqqətini 
bir nöqtəyə və ya rəqibə yönəldə bilməyən idmançıya  
 
 

 31
qıraqdan gələn hər qıcıqlandırıcı səbəb mənfi təsir göstərir. 
Qıcıqlandırıcı  təsirlərdən — zaldakı tamaşaçıları, səs-küyü, qıraqdan 
ona lüzumsuz yerə verilən göstərişləri, ata-ananın başqa qohumların 
tamaşaçı kimi iştirakını, nəhayət, hakimi və sair səbəbləri göstərmək 
mümkündür. Ancaq diqqətini və fikrini bir yerə toplaya bilən idmançı 
arenaya daxil olanda ətraf aləmdən ayrılmağı bacarır və yuxarıda göstərilən 
təsirlərin heç birini hiss etmir. 
Aşağıdakı misala diqqət yetirək: Bir şah özünə  vəzir seçmək istəyir. 
Əmr edir ki, kim içi südlə dolu qabı qala divarlarının üstü ilə müəyyən 
edilmiş yerə  qədər dağıtmadan apara bilsə, onu özünə  vəzir seçəcək. Çox 
adamlar gəlir, lakin heç biri bunu edə bilmir. Sonda yenə bir nəfər gəlir və 
deyir: “Qabı verin, mən aparacağam”. O, qabı  əlinə götürüb irəliləməyə 
başlayır.  Şahın  əmri ilə  qıraqda toplaşmış insanlar qışqırmağa, hay-küy 
salmağa başlayırlar. Lakin qabı aparan şəxs heç nə hiss etmirmiş kimi, tam 
inamla addımlayır. Şah güllə və top atılmasını əmr edir. Həmin şəxs yenə 
də heç bir şey hiss etmirmiş kimi göstərilmiş yerə tam sakit tərzdə, səbrlə 
çatıb südü dağıtmadan  şahın qarşısına qoyur. Şah bunu görüb deyir: Bu 
insan mənə vəzir ola bilər. Həmin şəxsdən bu qədər səs-küy, güllə səsindən 
özünü itirməməsinin səbəbini soruşduqda o deyir: Mən səsləri eşitmirdim. 
Bu misalda süd dolu adi bir qabın müəyyən olunmuş yerə aparılması 
üçün diqqətin və  ətraf aləmdən ayrılmaq bacarığının nə  qədər vacib 
olduğunu görürüksə, deməli, idmanda da diqqət  ən böyük və  ən vacib 
cəhətlərdən biridir. Başqa bir misal: Tokio Olimpiadasının qalibi, tüfəngdən 
atəş açan Amerika komandasının üzvü Qeri Anderson atış vaxtı diqqətini o 
qədər dərindən gördüyü işə toplayıb və  ətraf aləmdən o qədər ayrılıb ki, 
qalib çıxdığına görə təbrik üçün ona yaxınlaşanları hələ bir neçə dəqiqə hiss 
etməyib və başa düşməyib. O  
 
 

 32
yalnız, müəyyən vaxt keçəndən sonra özünə gəlib  və təbrikləri qəbul 
etməyə başlayıb. Bununla demək mümkündür ki, insan diqqətini nə  qədər 
çox toplaya bilərsə, bir o qədər də yüksək nəticə qazanar. 
Diqqətini bir nöqtəyə toplamaq bacarığını artırmaq üçün hər gün 
bunun üstündə işləmək lazımdır. Bunu aşağıdakı yolla etmək mümkündür: 
Fikrini güclə də olsa müəyyən edilmiş əşyanın üzərində toplayırsan. Bunu, 
əsasən, saniyəölçən və ya saniyə  əqrəbi olan saatın köməyi ilə edirsən. 
Deyək ki, fikrin təxminən bir dəqiqə  ərzində eyni nöqtədə  cəmləşir. 
Təcrübə göstərir ki, ilk hazırlıq 20-40 saniyəyə  qədər baş tutur. Sonradan 
bunu vaxtaşırı çoxaldaraq 5 dəqiqəyə qədər qaldırmaq məsləhətdir. İdman 
növündən asılı olaraq məşq zamanı diqqət qaçarsa, bu işi təzədən başlamaq 
məsləhətdir. Saniyə göstərənlə 5 dəqiqəyə qədər fikrini toplaya bilərsənsə, 
sonradan dəqiqə göstərən  əqrəbə baxıb bu işi gücləndirmək lazımdır. 
Prosesi bir gündə 3-4 dəfə təkrar etmək məsləhət görülür ki, bunların da hər 
birisinin arasında 10-20 dəqiqə fasilə verilməlidir. Hər diqqət toplamağa və 
ətraf aləmdən ayrılmağa 3 və ya 5 dəqiqə vaxt ayırmaq məsləhətdir. 
Təxminən, bir ay məşq etdikdən sonra diqqəti 5 dəqiqə fasiləsiz eyni bir 
nöqtəyə toplamağa nail ola bilərsiniz. 
Özünü diqqəti toplamağa öyrəşdirməyin müxtəlif yolları var. Məsələn, 
yanan  şamı qoyub lotos oturaraq 5 dəqiqə diqqətini ona yönəltmək yaxşı 
nəticə verər. Bundan başqa, güzgü qarşısında lotos oturaraq fikri bir 
nöqtəyə toplamağı  məşq etmək olar. Bu halda mimikamızın da mübariz 
görkəm almasını tənzimləmək mümkündür.Hər bir idmançı məşğul olduğu 
idman növünə aid diqqətin toplanmasının xüsusiyyətlərini bilib vaxtaşırı 
məşq etməlidir. 
 
           
 
 

 33
ÜÇÜNCÜ KOMPONENT -- FIZIKI HAZIRLIQ 
 
Fikrimi izah etmək və başa düşmək asan olsun deyə, təsəvvür edək ki, 
insan bir maşındır. Bu halda ruhumuz onu hərəkət etdirən enerjidir [6]. 
Beynimiz onun hərəkətini planlaşdırır. Bədənimizin rolu isə beynimizin və 
ruhumuzun planlaşdırdığı  işləri yerinə yetirməkdən ibarətdir.  Əgər bu 
avtomobilin mühərriki təzə, lakin banı tökülürsə, avtomobillə, yəqin ki, çox 
uzağa getmək olmaz. Və yaxud əksinə, avtomobilin mühərriki köhnə, banı 
təzədirsə, bu halda da çox uzağa getmək mümkün deyil. Sözsüz, bunu hamı 
dərk edir ki, hər hissəsi təzə  və saz olan avtomobillə istədiyin yerə rahat 
çata bilərsən. Bunun kimi də idmanda beynindən və  qəlbindən keçirdiyin 
taktiki planları  bədən yerinə yetirməyə qadir deyilsə, sözsüz ki, bütün 
bunlar elə plan olaraq qalacaq. Belə idmançı YMH-nın fiziki komponenti 
lazımi səviyyədə olmadığı üçün istədiyi nəticəyə çata bilməyəcək. YMH-
nın fiziki komponenti sırf idman bacarığından ibarət olduğu üçün 
idmançıda aşağıdakı hissiyyat və bacarıqlar yüksək səviyyədə olmalıdır: 
Güc, möhkəmlik, yüngüllük, sürət, cəldlik, sərbəstlik, dərin tənəffüs, ürəyin 
yaxşı  işləməsi. Bu cəhətlər idmançının yaxşı fiziki və texniki hazırlığı 
zamanı hiss olunur. Beləliklə, idmançı fiziki və texniki cəhətdən nə  qədər 
hazırlıqlı olsa, onun YMH bir o qədər yüksək olacaqdır.  İdmançı YMH 
səviyyəsini qaldırmağa nə  qədər hərtərəfli hazır olsa, onda müəyyən 
dövrlərdə  (əsasən, mübarizə vaxtı) YMH halında daxilində ruhunun və 
cisminin vəhdətini hiss edir, ona sanki sonsuz enerji gəlir. Üzgüçü sanki 
suyu daha sürüşkən hiss edir. Futbolçularda top daha yaxşı “sözə baxır”... 
Mən öz çıxışlarıma hazırlaşan vaxtlarda YMH-nı belə hiss etməyə 
başlayırdım: Mənə elə  gəlirdi ki, o qədər sıçrayışlıyam ki, dayandığım 
yerdən içində olduğum zalın tavanına başımla toxuna bilərəm. Bu 
yüngüllük və cəldlik hissini keçirdiyim görüşlərdə qalib çıxmağımın birinci 
səbəbi kimi görürəm. Mənim  
 
 

 34
mübarizələrimdə istədiyim fəndlər özüm də hiss etmədən alınırdı, mən 
ancaq rəqibi körpü vəziyyətində tutduğumu hiss edirdim. 
İdmançıların keçirdikləri belə hissiyyatları  nəinki hiss etmək, onları 
hətta  şüurlu surətdə yaratmaq lazımdır. Bu hissiyyatlar idmançıda olur və 
keçir. Yaxşı olardı ki, idmançı  məşqində  və yarışında keçirdiyi 
hissiyyatlardan hansının ona yaxşı  təsir göstərdiyini öz gündəliyində qeyd 
etsin. Bir tərəfdən idmançı ancaq xoş  təəssüratlarla yaşamır. Belə  də ola 
bilər ki, hazırlıq vaxtı onun köhnə zədələri yadına düşür və bu onu narahat 
etməyə başlayır. O, keçdiyi müəyyən çətin vəziyyətləri xatırlayaraq 
həyəcanlanır. Lakin gündəlikdə yazılmış xoş hissiyyatların və gözəl 
çıxışların səbəbini bildikcə idmançı özünü xoşagəlməz duyğulardan 
uzaqlaşdıra bilir ki, bu da onun YMH səviyyəsinin qalxmasına çox kömək 
edir. Gündəlikdə mütləq göstərmək lazımdır ki, idmançı YMH vəziyyətində 
bədənində hansı hissiyyatları keçirir. Məsələn, özünü quş kimi yüngül hiss 
edir. Hərəkətləri ildırım sürətlidir. Rəqibi ekran kimi aydın və işıqlı görür. 
Bu duyğuları yaşamaqla idmançı ona lazım olmayan hissiyyatları özü də 
hiss etmədən özündən uzaqlaşdıracaq.  İdmançı gündəliyinə baxdıqca 
məşqini və hazırlığını çox bacarıqla, həm də ustalıqla keçirəcək. 
Məşqin əsas hissəsindən biri onun hazırlıq hissəsidir. Təəssüflər olsun 
ki, məşqçilər və idmançılar məşqin bu hissəsindən lazımınca istifadə 
etmirlər. Hazırlıq hissəsinin hesabına nəinki möhkəm, cəld, yüngül, güclü, 
dəqiq, həm də hünərli, inamlı, qətiyyətli, sakit və s. olmaq mümkündür. 
Hazırlıq hissəsinin köməyi ilə nəinki bədəni, hətta beyni və ruhu da yarışa 
və  məşqə hazırlamaq olar. Çox hallarda idmançı YMH-nı yaxşı fiziki 
hissiyyatlara malik olduğu hallarda hiss edir. Elə idmançılar var ki, özünü 
yaxşı hiss etdikdə  çıxışa tam hazır olduğunu duya bilir. Məşhur 
gimnastlardan biri belə söyləyib: “Əgər mən yarışqabağı gimnastik 
həlqələrdə 10 saniyə xaç vəziyyətində  sərbəst dayana bilirəmsə, özümü 
yarışa hazır hiss edirəm”. Özünə inamın yaranması artıq idmançıda 
psixoloji  
 
 

 35
hazırlıq halının olmasını göstərir ki, bu da idmanda çox vacib hissdir. 
Dediyimiz kimi, fiziki hazırlıq YMH-nın  əsas hissələrindən olsa da, hətta 
gözəl və bacarıqlı texniki hazırlıqla birləşsə də, psixoloji hazırlıq yoxdursa, 
böyük və məsuliyyətli yarışlardan qalib çıxmaq mümkün deyil. 
Indi də YMH-nın hər üç komponentinin (ruhi, əqli və fiziki) müxtəlif 
idman növlərində nisbətinə baxaq. Hər bir idman növündə bu 
komponentlərin faizi fərqlidir və biz məntiqə  əsaslanaraq bunun təxmini 
bölgüsünü verə bilərik: 
Güllə atanlarda fiziki hissə  təxminən 10%, psixoloji 70%, əqli 20% 
təşkil edir. 
Ştanqçılarda rəqəmləri təxminən belə götürə bilərik: 40% psixoloji, 
50% fiziki, 10% əqli. 
Güləşçilərdə  və ya təkmübarizlikdə bölgünü aşağıdakı kimi aparmaq 
mümkündür: 40% psixoloji, 30% fiziki, 30% əqli. 
Sözsüz, bunlar təxmini və  şərti olaraq götürülmüş  rəqəmlərdir. Fikri 
tamamlayaraq onu demək olar ki, bütün qələbələrin başında psixoloji 
hazırlıq durur və onun durmadan, hər gün artırılmasına nail olmaq lazımdır. 
Belə bir misal: Psixoloji və fiziki faktorun insanın davranışında, özünü 
aparmasında roluna baxaq. Ağız boşluğuna salınan yanan kibrit çöpünü ağzı 
yummaqla söndürmək üsulunu hamı görüb və bilir. Biz öyrənmişik ki, ağız 
yumulanda oksigenin ağıza dolması dayandığı üçün yanan kibrit çöpü 
dərhal sönməlidir. Bunu etmək üçün insandan heç bir fiziki bacarıq tələb 
olunmur. Lakin bu anda insanda intellektual fiziki əməliyyat baş verir. 
Məsələ ondadır ki, bizim psixologiyamız bu işi etməyin əksinə olacaq. Belə 
ki, bunu etdikdə yanmaq qorxusu var. Bu vaxt insan ağılın sayəsində bu 
qorxunu dəf etməlidir. Bu, adi bir iş deyil, çünki biz uşaqlıqdan 
öyrədilmişik və hiss etmişik ki, oda əl vurduqda yanmaq, uzun müddət ağrı 
hiss etmək qorxusu var. Əgər bunu etməyi qərara alsaq, həmin anda 
ağzımızda bir quruluq hiss edəcəyik və qorxu bizə  
 
 

 36
ağzımızı tez və möhkəm bağlamağa mane olacaq. Ağız yaxşı 
bağlanmasa, insan ağzını yandıra bilər. Bu halda intellektual və fiziki 
faktorlar bir-birinin əksinə gedir və  ağzı yanan insanı yenidən bu işi 
görməyə məcbur etmək daha da çətinləşir. Lakin bunu etmək mümkündür. 
Göstərilən bu təcrübə insanın fiziki imkanlarının və  əqlinin vəhdətini 
yaratmağın mümkünlüyünü göstərən  əyani bir misaldır. Buradan belə 
qənaətə gəlmək olar: Bir dəfə zədə almış idmançı özündə sağaldıqdan sonra 
belə idman mübarizəsinin gərgin anında bədəni mühafizə edən hisslərin 
zədə almaq qorxusunu gücləndirir ki, bu da onun çıxışına mane olur. Bunu 
sxematik olaraq belə göstərmək mümkündür: “Gərginlik—Zədə—
Həyəcan—Gərginlik”[1]. 
Maraqlı burasıdır ki, güclü həyəcan müxtəlif səbəblərdən, məsələn, 
məişət problemlərindən, komandadaxili narazılıqlardan və s. yarana bilər. 
Həyəcanın artmasıyla idmançıda  əzələ  gərginliyi  əmələ  gəlir ki, bu da 
mübarizədə tez və  cəld koordinasiya tələb edilən vəziyyətlərdə idmançıya 
mane olur. Bu gərginlik nəinki təkcə əzələ, hətta ağıl və psixi gərginliklə də 
müşayiət olunur ki, bu da idmançının qabaqcadan hazırladığı 
avtomatlaşdırılmış  hərəkətləri vaxtında və  dəqiq yerinə yetirməsinə  əngəl 
yaradır. 
İdmançının pis çıxış etməsinin, yarışda lazımi idman formasında 
olmamasının bir səbəbi də daim onu izləyən daxili həyəcandır. Belə 
hallarda  psixodiaqnostika üzrə mütəxəssislərin məsləhətinə ehtiyac 
duyulur.  Əgər idmançı bu vəziyyətdən çıxarılmasa, həyəcan, özünə  və 
məşqçisinə qarşı getdikcə artan inamsızlıq imkan verməyəcək ki, o, 
bacarığını və imkanını tam göstərə bilsin. 
İdmançıların düşdükləri çətin vəziyyətdən çıxa bilməmələrinin  əsas 
səbəbi onlara məşqlərdə heç vaxt ruhi, fiziki və  əqli anlayışlar haqqında 
nəzəri bilik və bacarıqlar aşılanmaması ilə bağlıdır. Adi məşqçi,  əsasən, 
idmançıya zəif və çatışmayan cəhətlərini izah etməklə öz işini bitmiş sanır. 
Təkmübarizlikdə, xüsusən də güləşdə məşqçilər yarışın nəticələrini təhlil  
 
 

 37
etdikdə idmançılara ancaq fiziki qüvvənin və dözümlülüyün zəif 
olduğunu görürlər.  Əslində, bunlar hamısı psixoloji çatışmazlıqla  əlaqədar 
olur ki, buna da bir çox məşqçi diqqət yetirmir. Digərləri isə çatışmazlığı 
hiss etsələr də, onu aradan qaldırmağın yollarını bilmirlər. Məsələn, 
komandanın təlim məşqindən tam hazır qayıtdığını curnalistlərə  və ya 
rəhbərliyə bildirən məşqçinin sonradan yarışdakı  məğlubiyyətin səbəbini 
fiziki və texniki hazırlığın aşağı olması ilə əlaqələndirməsi nə qədər gülünc 
görünür. Ortaya belə bir sual çıxır: Məşqçi yalanmı danışır? Yox, 
idmançılar təlim-məşq zamanı yarış gərginliyi hiss etmədikləri üçün gözəl 
texniki və fiziki hazırlıq nümayiş etdirərək məşqçidə komandanın çıxışa 
hazır olduğu barədə yanlış fikir formalaşdırmışlar. Məşqçinin 1-ci amil olan 
psixoloji təsiri nəzərə almaması onun səhv qərar verməsi ilə  nəticələnir. 
Əslində, məşqçi yarışdakı müvəffəqiyyətsizliyin səbəbini yenə özü də 
bilmədən səhv yozur ki, bununla da hansı ölkədə  və yerdə hazırlıq məşqi 
keçməsinə baxmayaraq, komandanın vəziyyəti düzəlmir. Buna görə  də 
psixoloji hazırlıq nəinki yalnız idmançılara, birinci növbədə  məşqçilərə 
keçirilməlidir ki, onlar idmançıları hər çıxışda qələbəyə hazırlaya bilsinlər. 
Müasir dövrün məşqçilərinin bəziləri artıq başa düşüblər ki, əgər idmançını 
yarışa ancaq fiziki və texniki cəhətdən hazırlasalar, psixoloji hazırlığa yer 
verməsələr, zəhmətlərinin heç bir nəticəsi olmayacaq və idmançıların onlara 
olan inamı itəcək. Ümumiyyətlə, məşqçilərin həll olunmamış problemləri 
daim ortaya çıxır. Bunlardan idmançının yüksək idman səviyyəsinə 
çıxdıqdan sonra ona veriləcək məşqlərin planları, yüksək göstəricisi olan 
idmançının nəticəsinin birdən-birə  aşağı düşməsi və ya tamam dayanması 
kimi problemləri göstərmək mümkündür. 
Bu halda qarşıda idmançının məşqlərə daim böyük ruh yüksəkliyi ilə 
gəlməsini təmin etmək kimi çətin bir məsələnin həllini tapmaq vəzifəsi 
durur. Məsələn, üzgüçü müəyyən mərhələ keçməklə üzməyin sirlərini 
öyrənir. Məşqçi ona başa  
 
 

 38
saldıqda ki, sən öz üzərində çalışdıqca bacarığını artıracaqsan, daha 
sürətlə üzməyə çalışmalısan. Lakin heç də bütün idmançılar bunu qəbul 
etmirlər və çox hissəsi də idmanla vidalaşır. Belə hallar idmanın başqa 
növlərində, o cümlədən təkmübarizliyin güləş növündə  də baş verir. Belə 
ki, idmançı müəyyən dövrdə məşqlərə gəlib əsas fəndləri texniki cəhətdən 
öyrəndikdən sonra yeni fəndlər mənimsəmək istəyir. Lakin bilirik ki, 
fəndlərin sayı sonsuz deyil, hər məşqdə yeni fənd öyrənmək və öyrətmək 
imkan xaricindədir. İdmançıya öyrəndiyi fəndlərdən ustalıqla bəhrələnmək 
bacarığının üstündə  işləməsinin zəruriliyini izah etdikcə, bu fəndləri 
kombinasiya formasında işlətməyin yollarını göstərdikcə o, “hələ çox şey 
öyrənməliyəm” fikrini qəbul edir və böyük həvəslə məşqlərə gəlir. İdmançı 
məşqlərdə  əvvəlki fəndlərdən başqa heç nə öyrənmədikdə isə  həvəsdən 
düşərək idmanı  tərk edir və yaxud başqa növlə  məşğul olmağa başlayır. 
Seçdiyi idman növünü idmançıya sevdirmək məşqçidən çox böyük ustalıq 
və hissiyyat tələb edir. Böyük idman zallarına minlərlə  uşaq daxil olur, 
lakin qayğısızlıq ucbatından onlar idmanı tərk edir, hətta bəzən pis yollara 
da düşürlər. Belə ki, komandada siqaret çəkən varsa, o başqa uşaqları da 
buna sövq edib yoldan çıxarır. 
Məşqçi idmançıya yalnız seçdiyi idman növünün xüsusiyyətlərini 
çatdırmağa çalışmamalıdır, o, bununla bərabər idmançının psixoloji və 
əxlaqi hazırlığına da ciddi fikir verməlidir. Burada dahi şairimiz Nizaminin 
aşağıdakı misralarını xatırlamaq yerinə düşərdi: 
 
   
 
Çox iti beyinlər yatan oldular, 
   
 
Axırı saxsı qab satan oldular. 
 
Bildirirəm ki, hər il idman zallarımıza gələn uşaqların çox hissəsi 
məşqçi qayğısızlığına görə idmandan kənarda qalır. Halbuki, onların çoxusu 
dahi idmançı ola bilər. Bəzi məşqçilərimiz istedadlı uşağın olmasını  
 
 

 39
bir lotereya bileti kimi qiymətləndirirlər. Ancaq qəbul edə bilmirlər ki, 
istedadı yetişdirmək, onu cilalayıb tozun-torpağın içindən çıxarmağı 
bacarmaq lazımdır. 
Heç yadımdan çıxmır. 1997-ci ildə “Dinamo”  cəmiyyəti mənim 1993-
cü ildə “Yunan-Roma güləşi” üzrə açdığım peşəkar güləş klubu “Igid”i 
“Novruz-97” adı altında yeniyetmələr arasında keçirilən açıq birinciliyə 
dəvət etdi. 
Bu yarışda bizim komandanın 9 çempionu və bir II yeri oldu. 
Məşqçilərin belə yüksək nəticənin səbəbini çox həyəcanla soruşduqlarını 
görəndə  mən onları sakitləşdirib deyirdim: “Mənim açdığım klubun 
məhəlləsi yaxşı məhəllədir, ona görə belə istedadlı uşaqlar var”. Mən onlara 
deyə bilmirdim ki, idmançılarıma I gün nəzəri dərs, VI gün psixoloji dərs 
keçərək, o cümlədən ad günlərini, Yeni il,  Novruz və başqa bayramları 
qeyd edərək onlarda əsl idmançı birliyi yaratmışam, yetirmələrimə 
idmançıya xas olan bütün mübarizə hisslərini və bacarığını  aşılamışam. 
İdmançıya dərk elətdirmişəm ki, dünyanın hansı yerində olsan da, döşək 
sənə doğmadır və onu özününkü saymalısan. Ona görə  də bizim balaca 
idmançılar “Dinamo”nun zalında iştirak etdikdə meydanın və döşəyin 
fərqinə varmadan qələbə hissi ilə öz mübarizələrini başa çatdırdılar. Bu 
deyilənlər psixoloji hazırlığın güclü bir amil olduğunun təsdiqidir. Böyük 
təəssüflə deyə bilərik ki, hələ bu gün də  məşqçilər insanın ancaq ət və 
sümükdən ibarət olduğunu fikirləşirlər və ona güc, bir az da texnika 
öyrətməklə işlərini bitmiş hesab edirlər. 
Məşhur güləş ustalarımızdan biri söhbət əsnasında mənə 80-ci illərdə 
ona Moskvada hazırlıq məşqində keçilmiş  təlim-məşq planını  gətirəcəyini 
söz verdi və çox inamla bildirdi ki, bu məşqi uşaqlara keçsəm, daha çox 
çempionumuz yetişər. Mən o, məşhur idmançıya heç bir çöz demədim, hiss 
edirdim ki, o, təlim-məşq planını yalnız köhnə olmasına görə güclü, qeyri-
adi antikvar əşya kimi qiymətli sanır. Bu gün idmançı  və  məşqçilərimizin 
belə düşünmələri yolverilməzdir. 
 
 

 40
Əvvəla, hər təlim-məşq planı hansısa yarışa hazırlıq üçün və hansısa 
konkret komandaya yazılır. Yarış qurtardısa, həmin plan artıq qüvvəsini 
itirmiş hesab olunur. O planı hansısa başqa komandaya tətbiq etmək çox 
böyük səhvdir. Təəssüf ki, bu praktika hələ də qalır. Çox halda heç bir plan 
olmadan idmançını fiziki cəhətdən yormaqla, texniki cəhətdən fəndləri 
təkrarlatmaqla təlim məşqlərinin keçirildiyini güman edirlər. Məşqçilərdə 
əsasən belə bir fikir formalaşıb ki, hər idmançının müəyyən idman 
səviyyəsi var. Əgər bir idmançının səviyyəsi ancaq Bakı çempionu olmaq 
dərəcəsindədirsə  və bu dərəcəyə onu məşqçi qaldırırsa, deməli, o, 
məşqçinin bacarığının səviyyəsi Bakı çempionu səviyyəsindədir. 
Məşqçilərin  əksəriyyəti düşünürlər ki, onların hamısı dünya çempionu 
hazırlamağa qadirdilər, sadəcə, həmin o səviyyəyə uyğun idmançı yoxdur. 
Ümumiyyətlə, idmançıların idman arenasında iki cür uduzmalarına təsadüf 
etmək mümkündür. Birinci növ uduzmağı belə aydınlaşdırmaq olar: 
İdmançı öz rəqibinə xalla uduzur. Bu zaman o, heç bir psixoloji sarsıntı 
keçirmədən uduzmağının səbəbini məşqçisi ilə analiz edərək zəif olan 
cəhətini möhkəmləndirir. Çox böyük ruh yüksəkliyi ilə  məşqlər keçir. 
Bununla da özünə inamı artıraraq gələcək yarışlarda qalib gələ bilir. Hətta 
əvvəl uduzduğu rəqiblə rastlaşsa belə, cəsarətlə mübarizə aparır və qalib 
gəlir. 
Ikinci növ məğlubiyyət zamanı idmançı  həm xalla, həm də psixoloji 
cəhətcə uduzmuş olur. Bu halda idmançının texniki, taktiki və fiziki 
hazırlığını nə qədər qaldırsan da, psixoloji inamı geri qaytarmayınca o heç 
bir böyük nəticə göstərməyə qadir olmayacaq və  əvvəl uduzduğu rəqibə 
növbəti qarşılaşmalarda yenə məğlub olacaq. İdmançının psixoloji cəhətcə 
sınmasını və ya inamsızlığını ancaq peşəkar psixoloqların köməyi ilə aradan 
qaldırmaq mümkündür. 
Ümumiyyətlə, idmançının uduzmağını ona faciə kimi təqdim etmək 
çox böyük səhv yanaşmadır. Mən öz idman klubumda gənc idmançılara 
uduzmağın faciə olmadığını başa  
 
 

 41
salmaqdan ötrü divara aşağıdakı məzmunda bir şüar asmışdım: 
“Uduzuruq ki, öyrənək, öyrənirik ki, udaq!” 
Bununla mən gənc idmançılara uduzanda da nəyi isə öyrəndiklərini 
başa salaraq onlara artıq uduzmağın səbəbini bilən və onu düzəldən güclü 
idmançılar olduqları barədə fikir formalaşdırmaq istəyirdim. Bu, idman 
aləmində  həlli vacib olan aktual məsələdir. Ümumiyyətlə, insan həmişə 
çalışıb ki, özünün əqli və fiziki imkanını daim artırsın. Belə bir misal: 
Körpə  uşaq ayaq açmağa başladıqda bütün diqqətini müavizinətinə, 
addımlarının atılmasına toplayırsa, artıq müəyyən vaxt keçdikdən sonra bu 
hərəkət onda diqqət və gərginlik tələb etmir. O, öz fikrini daha mürəkkəb 
hərəkətlərin mənimsənilməsinə yönəldir.  İdmançı da eynilə müəyyən 
hərəkətləri mənimsəyib avtomatizmə keçirir, sonra daha mürəkkəb və çətin 
hərəkətlərin, fəndlərin öyrənilməsi ilə ustalıq bacarığını artırır. Biz 
idmançıların mübarizələrində  tək fiziki deyil, eyni zamanda əqli və psixi 
əmək sərf etdiklərinin  şahidi oluruq. Məsələn, futbolçu topu komanda 
yoldaşına ötürəndə  tək fiziki qüvvə  sərf etmir, o eyni zamanda beynini 
işlədir, güləşçi hər fənddə fiziki qüvvə, zehni və psixoloji enerji sərf etmiş 
olur.  İdmançılar öz idman fəaliyyətlərində heç bir əzələ  gərginiyinin 
olmasına yol verməməlidirlər.  Əks halda o, gərginləşmiş  əzələnin və 
antaqonist əzələlərin açılmasına daha çox qüvvə sərf etməli olur ki, bunun 
da nəticəsində çox tez yorularaq lazımi idman nəticəsini göstərə bilmir. 
Əzələ gərginliyi idmançıda, əsasən, psixoloji sıxıntı nəticəsində əmələ gəlir 
ki, bu da idmançının psixoloji hazırlığı olmadıqda özünü daha çox büruzə 
verir. 
Psixoloji sıxıntının bir sıra səbəbləri ola bilər. Bunlardan həddindən 
artıq qalib gəlmək arzusu və eyni zamanda uduzmaq qorxusu, yarışın 
keçirildiyi yer və səviyyəsi, tamaşaçıların hərəkəti, səs-küyü, doğmaların və 
tanışların yarışa baxmağa gəlmələri və sair amilləri göstərmək mümkündür. 
İdmançı çıxışa hazırlaşan zaman özünü ətraf aləmdən tamam  
 
 

 42
ayıraraq görəcəyi işdən başqa heç nəyi hiss etməmək bacarığına 
malikdirsə, onda o, psixoloji sıxıntılardan uzaq olur. Bəzi idmançılar və 
məşqçilər uduzmağın səbəbini daim hakimdə, meydan, yer amillərində  və 
başqa faktorlarda görürlər.  Bu  da  idmançını hakimlə konfliktə  gətirib 
çıxarır. Eyni zamanda hakimin hər bir qərarı idmançıya subyektiv görsənir 
ki, bunun da nəticəsində idmançıda psixoloji gərginlik və həyəcan artmağa 
başlayır. Buna görə  də  məşqçi heç vaxt məğlubiyyətin səbəbinin hakimdə 
olduğunu dilə  gətirməməli və idmançının da belə düşünməsinə yol 
verməməlidir. Belə bir məsəl var: Rəqibdən tam üstün olmaq lazımdır ki, 
hakimi məğlubiyyətin səbəbi kimi göstərə bilməyəsən. 
Öz şəxsi təcrübəmdən bir misal gətirim: Bir dəfə mən növbəti yarışdan 
sonra uduzan tələbəmə qəsdən belə dedim: 
- Səni hakim sıxdı. 
İdmançı isə cavabında bildirdi: 
- Yox, müəllim, əgər mən lazımı səviyyədə güləşsəydim, hakim məni 
istəsə də, sıxmağa qadir ola bilməzdi, əsas özüməm, daha yaxşı hazırlaşıb 
çatışmayan cəhətləri aradan qaldıracağam, görək, gələn dəfə  rəqib mənim 
qarşımda nə edə biləcək. 
Hər bir çatışmazlığın səbəbini özündə görməsi idmançını öz üzərində 
daha inadla çalışmağa sövq edir ki, bu da onu gələcək uğurlara aparır. Lakin 
məğlubiyyətin səbəbi hakimdə axtarılanda həmin idmançı özü haqqında 
yüksək fikirdə olaraq özündə heç bir çatışmazlıq görmür. Məşqçi də onun 
kimi növbəti yarışda yaxşı hakim olacağını düşünərək özünü sakitləşdirir. 
Ancaq belə düşüncəli idmançılara və məşqçilərə heç vaxt yaxşı hakim rast 
gəlmir ki, gəlmir. 
Ətraf aləmdən ayrılmaq bacarığına bir misal: “Yarışan idmançının 
psixologiyası” kitabının müəllifi Robert M.Naydiffer [1] Yaponiyada 
keçdiyi hərbi təkmübarizlik kursunda şahidi olduğu bir hadisəni belə  nəql 
edir: Məşqçi bıçaqla ediləcək hücuma qarşı əks hücumu göstərən vaxt bıçaq 
onun əlini bərk  
 
 

 43
kəsdi. Lakin buna baxmayaraq, məşqçi üzündə heç bir dəyişiklik hiss 
olunmadan  əks hücumu başa vuraraq sakit halda qırağa çəkildi və  əlini 
sarıyıb məşqi davam etdirdi. Burada məşqçi yüksək psixoloji hazırlığı 
nəticəsində nəinki ətraf aləmdən ayrılır, həm də ağrını belə hiss etmir. 
Bununla bildirmək istəyirəm ki, əgər məşqçilər tələbələrinin vaxtlarına 
və güclərinə  qənaət etmədən onların intellektual səviyyələri, psixoloji 
hissiyyatları  və bacarıqları üzərində daha çox işləsələr, onda idmançıların 
fiziki və texniki bacarıqlarının daha da artmasının şahidi olacaqlar. 
 
 
 

 44
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin