I FƏSIL
İdmançının ruhi, əqli və fiziki bütövlüyü
haqqında məsləhətlər
Insanın mübarizliyi ruhunun
qüvvəsindən asılıdır.
Hələ yüzilliklər bundan qabaq şərq alimləri insanın ağlının, cisminin
və ruhunun vəhdətinin vacibliyi və bu vəhdətin qeyri-adi imkanlara malik
olması haqqında geniş anlayışlar vermişlər. Onlar bu birliyin dialektik
baxımdan adi, təbii bir hal olduğunu bildirmişlər. Ümumiyyətlə, demək olar
ki, düşünə bilən hər bir sağlam uşaqdan idmançı yetişdirmək mümkündür.
Ona görə ki, idmanda öyrənilməsi və artırılması zəruri olan hər bir
bacarığın üzərində sonradan illər boyu işlənilir və təkmilləşdirilir.
İdmançının yaxşı psixoloji hazırlığa malik olması onun fiziki, texniki və
taktiki hazırlığını daha da gücləndirir və bununla da idmançı real bacarığını
təqdim edir. Ruhi, fiziki və əqli vəhdəti yaratmaq bacarığının insana nə
qədər qeyri-adi imkanlar verdiyinə misal kimi Meksikada 1968-ci il
Olimpiya oyunlarında Bob-Bimonun 8 metr 90 santimetr uzunluğa
tullanmasını göstərmək olar. Curnalistlər bu sıçrayışı “kosmik sıçrayış”
adlandırmışlar.
Psixoloqlar onun belə yüksək psixoloji və fiziki hazırlığa malik
olmasını təsadüfi hal kimi qiymətləndirirlər. Çünki Bob-Bimon öz
rekordunu bir daha təkrarlaya bilməyib. Deməli, o, öz hazırlığını şüurlu
surətdə idarə edə bilsəydi, rekordunu daim təkrarlayardı. Hansı ki, həmin
rekord 15 il təzələnməmişdir. Ruhi, əqli və fiziki qüvvələrin vəhdətinə nail
olub, onları lazımi istiqamətdə tətbiq etmək çox böyük hazırlıq tələb edir.
Bu üç qüvvənin sinxron tətbiqi ustalığı nümayiş etdirən
19
bir haldır. Buna görə də bəzən idrakla qazanılan nəticələr inanılmaz
dərəcədə yüksək olur. Bu bacarığa yiyələnmək üçün uzun illər və davamlı
məşqlər tələb olunur. Ona görə də məşq planında həftənin bir günü mütləq
psixoloji hazırlıq günü kimi planlaşdırılmalıdır. Bununla bərabər, idmançı
hər məşq günü özünün psixoloji hazırlığının üstündə işləməli və onu
artırmalıdır. Belə ki, idmançı məşqi başlamamışdan qabaq özünü görəcəyi
işə hazırlamalıdır. Bunu, əsasən, belə etməlidir: İdmançı məşqə gəldikdə öz
idman geyimini geyinir və işləyəcəyi yerdə bardaş vəziyyətində oturub
aşağıdakı mətni söyləyərək özünü görəcəyi işə hazırlayır: “Mən bugünkü
məşqimi başlayıram. Özümü yaxşı hiss edirəm. Məqsədim bugünkü
məşqimdə öyrəniləsi və artırılası nə varsa, hamısını mükəmməl
mənimsəməkdir. Ilahi, qarşıya qoyduğum məqsədə çatmaqda mənə kömək
ol! Məni məqsədimdən yayındıra biləcək insanlardan uzaq et! Dualarımı
qəbul et, Rəbbim!” — deyərək öz məşqinə böyük inam və həvəslə başlayır.
Bu mətni söyləyib mənasını dərk edən idmançı məşqini yüksək
səviyyədə keçirir. Belə ki, həmin idmançı məşqdə bütün qüvvəsini və
bacarığını qoyaraq, həm də yüksək əxlaqi keyfiyyətlər göstərir.
Məşqi tamamlayanda isə həmin idmançı yenə də bardaş vəziyyətində
oturaraq aşağıdakı mətni söyləyir: “Mən bugünkü məşqimi qurtardım,
özümü yaxşı hiss edirəm. Bugünkü məşqimə qiymət verirəm. (Bu halda
beynindən bugünkü məşqinin məqamlarını keçirir). Indi gedib dincəlim ki,
sabah daha gümrah, daha inamlı olum, sabahı bu gündən daha gözəl, daha
inamlı keçirim”.
Yaxşı olar ki, sonda idmançı həyatının bir əsas devizini deyib dursun.
Məsələn, o, ulu öndərimizin həmişə qürurla söylədiyi “Mən fəxr edirəm ki,
Azərbaycanlıyam! Mən bunu bütün dünyaya bəyan edəcəyəm” kəlamını
təkrarlaya bilər.
Bu halda idmançı özünü, kimliyini, nə edəcəyini dərk edərək sabahkı
günə və gələcəyə çox inamla addımlayır.
20
İdmançı məşqinə verdiyi qiyməti öz gündəliyində və ümumi zalda
qoyulmuş gündəlikdə qeyd edib məşqini qurtarır.
İdmançının hər gün məşqdə psixoloji hazırlığa diqqət yetirməsi onun
psixologiyasının hər gün möhkəmləndirilməsi deməkdir. Belə idmançılar
yarış vaxtı, demək olar ki, böyük həyəcan və stress keçirmirlər. Çünki onlar
gündəlik məşqlərində keçdikləri hazırlığın mübarizə günü üçün nəzərdə
tutulduğunu tam anlayaraq həmin günü çətin və qorxulu gün kimi yox,
əksinə hünər və qeyrət günü kimi qəbul edirlər.
Mənim hazırladığım idmançılardan biri hətta yarış ərəfəsində
ruhlanaraq aşağıdakı şeiri yazmışdır:
Igidlərim, sabah hünər günüdür!
Sabah
hünər günü, qeyrət günüdür!
Hünər günü çox igidlər meydanda
Cövlan edər, hünər göstərmək istər.
Əsl igid isə bir nəfər olar,
O da ləl tək parıldayar meydanda!
Belə ruhlanmış, mübarizə gününü qeyrət günü kimi qiymətləndirən
idmançı yarış zamanı əsl igidlik göstərir ki, nəticədə, şeirdə deyildiyi kimi,
yüzlərlə idmançının arasında o, ləl parlaqlığını nümayiş etdirə bilir.
Ümumiyyətlə, dahi idmançıların hər birində üçlüyü — ruhi, əqli və
fiziki qüvvəni birləşdirərək ümumi mübarizə hazırlığını yüksək səviyyəyə
qaldırmaq bacarığı fərdi şəkildə formalaşır. Bunu aşağıdakı nümunədən də
görmək mümkündür: Məşhur ştanqçı Yuri Vlasov öz rekord nəticələrini
qazanan zaman keçirdiyi hisslər haqqında curnalistlərə belə demişdir.
“Ştanqı qaldırmağa hazırlaşdığım vaxt beynimdə qanın uğultuyla nəbz kimi
vurduğunu və birdən daxilimdə tam sakitlik yarandığını hiss edirəm. Hər
şey sənə aydın və işıqlı görünür. Sanki üzümə böyük işıq seli yönəlir. Bu an
mənə elə gəlir ki, mən dünyanın bütün gücünü özümə yığmışam və mən hər
bir
21
şey etməyə qadirəm. Hətta mənim qanadlarım əmələ gəlib. Bununla
mən ştanqı qaldırmağa hazır olduğumu duyub böyük çətinlik hiss etmədən
rekordlarımı qazanıram”.
Mənim idmançı tanışlarımdan biri yarışa az qalmış tam soyuq suyun
altında çimirdi. Sonra özünü çıxışa hazırlayırdı. Bu vaxt soyuq su onun
yatmış sinirlərini oyadır, sanki bütün bədəninə birinci dərəcəli hazırlıq
əmrini verirdi. İdmançının yuxulu və yorğun görünüşü gümrah bir
görünüşlə əvəz olunurdu.
Belə misallar çoxdur. İdmançılardan biri bədəninə iynə batırmaqla
sinirlərini qıcıqlandıraraq çıxışa hazırlaşırdı. Hətta bir nəfər pələng kimi
sıçrayışlar və hərəkətlər edərək pələng olduğunu özünə təlqin edir və bu
hiss altında özünü mübarizəyə hazırlayırdı. Sözsüz ki, belə kor-koranə
hərəkətlər idmançını yüksək mübarizə hazırlığına çatdıra bilməz. Əslində,
hər bir idmançının və hər bir idman növünün fərqli psixi hazırlıq səviyyəsi
vardır.
Məsələn, güllə atıcısı 50 metr məsafədən 2,5 saata 60 güllə
atmalıdırsa, bu vaxt az da olsa həyəcanlanmamalıdır. Əks halda o, qələbəni
görə bilməz. Bu çıxışda ondan böyük təmkin, səbr tələb olunur.
Sürət tələb olunan atıcılıqda idmançı 25 metr məsafədən 5 hədəfi 8
saniyəyə, sonra 6 və 4 saniyəyə vurmalıdırsa, bu zaman onun mübarizə
ruhu sakit qalmamalıdır. Bu yarışda idmançı qələbəni təmin etmək üçün
mübarizə ruhunu yüksək səviyyəyə qaldırmalıdır. İdmanın hətta eyni
növündə hazırlığın belə fərqli olması məşqçidən və idmançıdan böyük
ustalıq, bacarıq tələb edir. Yenə də misalların üstünə qayıdaq.
Məşqçi hiss edir ki, tələbəsi yüksək sürət tələb olunduğu halda uçan
boşqabları nişan almağa çox süst gedir. O, idmançını əmr formasında “Bura
gəl!” — deyə yanına çağırır və silahı ondan alıb yaxınlıqdakı ağacı göstərir,
ona qaçaraq əlini ağaca toxundurub tez qayıtmasını əmr edir. İdmançı tələbi
yerinə yetirib həyəcanlı halda geri qayıdaraq “Nə baş verib?” — deyə
22
soruşanda məşqçi silahı qaytarır və “Indi get, hədəfi vur!” — deyə ona
cavab verir. İdmançı atılmış hədəflərin hamısını vuraraq çempion olmuşdur.
Bu misal onu göstərir ki, məşqçi hər bir idmançının mübarizəyə
hazırlıq səviyyəsini şəxsən izləməli və eyni zamanda hər bir idmançı üçün
mübarizə ruhunun lazımi səviyyəsini bilməlidir.
Çox idmançı təsdiqləyə bilər ki, onların bəzi çıxışları sanki heç bir
böyük güc sərf etmədən asan və qeyri-adi alınıb. Bu halı hər bir idman növü
üçün demək mümkündür. Bəzən basketbolçunun atdığı top asanlıqla zənbilə
düşür. Atıcı güllələrinin hamısını onluğa vurur. Qaçanlar deyirlər: sanki
kürəyimdə qanad var idi. Ştanqçı ağır ştanqı yüngül bir şey kimi qaldırır.
Boksçu ələkeçməz olur, zərbələrdən həssaslıqla yayınır, eyni zamanda çox
ustalıqla öz qələbə zərbəsini vura bilir. Güləşçidə indiyə qədər işlətmədiyi
fəndlər yaxşı alınır. Belə ruhlanmış halda idmançı vaxtında və çox dəqiq
qərar çıxarır. Bədən çox güclü, cəld, yüngül olur. İdmançı özünü inamlı və
hünərli sanır ki, bu da ona hər şeyə qadir olmaq hissini aşılayır.
Çıxışa hazırlaşan idmançı özünün psixoloji, əqli və fiziki gücünü
birləşdiribsə, deməli, o rəqibinə gözəl və yaradıcı bir idman mübarizəsi
göstərmək üçün göndərilmiş tərəfmüqabil kimi baxır. İdmançılar belə
yüksək əhval-ruhiyyə ilə çoxlu rekordlara imza atmışlar.
Konki sürmək üzrə 300 metr məsafə dəf edən Valeriya Muratova
mübarizənin sonunda məşqçisinə müraciət edərək deyib: “Mən elə yüngül
sürüşdüm ki... Qeyri-adi bir şey etmirdim, lakin rekord oldu”.
Başqa bir misal: Üç dəfə olimpiya çempionu Viktor Saneev çıxışı
haqqında belə deyir: “Özümdə qeyri-adi ruh hiss etdim. Mənə elə gəldi ki,
mən hər şeyi etməyə qadirəm. Hətta əllərimi qaldırıb yellətsəm, uça da
bilərəm”.
Böyük idmançıların söhbətləri həm maraqlıdır, həm də sirlidir. Sən
demə, dünya rekordları yüngül və asanlıqla əldə
23
olunur. Ortaya sual çıxır: O hansı sirli bir aləmdir ki, ora daxil olanda
hər bir iş insana asanlıqla və yüngüllüklə başa gəlir? Bu, insanın ruhunun,
əqlinin və cisminin bir-biri ilə vəhdət təşkil edib qarşıdakı görüləcək işi
yerinə yetirmək üçün yaranmış iş bacarığıdır ki, bunu da yüksək mübarizə
hazırlığı kimi dəyərləndirmək mümkündür. Ruhlanmaq, yaratmaq kimi
anlayışların əsasən sənət adamlarında — artistlərdə, bəstəkarlarda,
rəssamlarda, yazıçılarda olduğunu düşünürük. Lakin idmançılar da sanki
səhnədəki kimi yaradıcı bir iş görürlər. Sənətkarlar öz yaradıcılıqlarında heç
bir əks təsirlə üzləşmirlər. Ancaq idman mübarizəsində bu, çox kəskin baş
verir. İdmançı qarşı tərəfin böyük psixoloji və fiziki təsiri ilə üzləşməli olur
ki, bu da insan psixologiyasının daha möhkəm və mükəmməl olmasını tələb
edir.
Yüksək mübarizə hazırlığını qısa şəkildə YMH adlandıraq. Biz bu
haqda nə deyə bilərik? Bu hazırlıq lazım olandan-olana yaradılmalıdır ki,
bunu da istənilən vaxt yaratmaq bacarığını və vərdişini idmançı gündəlik
məşqlərində təmin etməlidir. YMH-nı istənilən vaxt şüurlu surətdə
qaldırmaq bacarığına malik olan idmançılar yüksək səviyyəli usta
idmançılardırlar.
Yüksək mübarizə hazırlığını qaldıran idmançı gərək eyni zamanda
yüksək idman formasında olsun, əks halda YMH-nın nəticəsi ola bilməz.
Hər bir idman növünün və hər bir idmançının spesifik fərdi YMH olur. Bir
idmançıya aid olan YMH başqa idmançıya məxsus YMH-dan fərqlənir.
Gəlin, baxaq görək, YMH nədir, hansı komponentlərdən ibarətdir və qeyd
etdiyimiz fərqlər hansı keyfiyyətdə özünü göstərir?
24
BIRINCI KOMPONENT -- PSIXOLOJI HAZIRLIQ
Əslində, idmançının YMH-nın formalaşmasında I komponent kimi
psixoloji halın öyrənilməsi, onun fəlsəfəsi bu kitabın ana xəttini təşkil edir.
Buna görə də mən bu haqda öz yanaşmamın izahını vermək istəyirəm.
“Psixologiya” — yunan sözü olub 2 hissədən ibarətdir: Psyuxe — ruh
və loqos — elm. Yəni ruh haqqında, ruhu öyrənən elm.
Biz ruh anlayışı ilə gündəlik həyatımızda, məişətimizdə tez-tez
rastlaşırıq: Ruhi xəstə, ruhi qida almaq, ruhi rahatlıq, ruhi güc və s. Bəs
xəstələnən, qidalanan, rahatlanan, güclənən ruhun özü nədir?
Məni həm idmançı, həm də məşqçi kimi bu sual daim düşündürüb.
Hərdən özümdə hiss etdiyim qeyri-adi gücün haradan və nədən yarandığını
anlamağa çalışıram. Sanki mənim əqlim və fiziki gücüm nə iləsə, üçüncü
bir qüvvə ilə birləşəndə özümə inamım artır, gücüm ikiqat, dördqat çoxalır.
Bəlkə, daxilimdə elə bir potensial var ki, mən onu dərk edə bilmirəm?
Mənim qənaətimə görə, bu üçüncü, əslində isə birinci qüvvə mənim
ruhumdur. Mən düşünürəm ki, o varlıqdır, maddiyyətdir, qüvvədir və bu
qüvvənin özünün dili var, çox yaxşı xasiyyəti var. Mən öz tələbələrimə də
hərəsinin öz ruhları ilə anlaşmalarını öyrətməyə çalışıram və başa salıram
ki, onlar ancaq bu halda dahi idmançı kimi yetişə bilərlər.
Mənim təsəvvürümə görə, ruh — insanın yaşayıb-yaratması üçün
fəaliyyət göstərən bir varlıqdır. Mən deyərdim ki, ruh elə bir varlıqdır ki,
insan əxlaqının bütün cəhətləri, mənəvi, etik və iradi hissiyyatları onda
birləşir. Mən ruhla bağlı aşağıdakı bölgünü aparardım:
1. Duyan, hiss edən ruh — bizi əhatə edən bütün canlı və cansız aləmi.
25
2. Məhəbbət hissi olan ruh — hər bir canlı və cansıza.
3. Mübarizə ruhu — mübarizə edən və qalib gələn.
4. Qorxan ruh — bu ruh insanı pis əməldən uzaq etməklə yanaşı, həm
də həyatda ona mane ola bilir.
5. Yaradan ruh.
6. Yaşadan ruh — həyatı.
7. Borc, borc hissi — Vətənə, torpağa, valideynə olan təmannasız
köməkdir.
8. Vicdan — elə bir hissidir ki, insan onun qarşısında cavabdehlik
daşıyır.
9. Namus
Qeyrət hissi — yüksək əxlaqi cəhətlərdir.
11. Ləyaqət
Ruh — insanla sonsuz kainat arasında ünsiyyət yarada biləcək bir
varlıqdır. Bu mənada yüksək ruh insana sonsuz bir gücün gəlməsini təmin
etmək iqtidarındadır.
Ruhda olan bölgülər beyin yarımkürələrində olan bölgülərə bənzəyir.
Ortaya belə bir sual çıxır: Cismimiz maddi nemətlərlə artıb inkişaf
edirsə, bəs ruhumuzun qidası nə ola bilər? Ruhun tərkibində olan mənəvi-
əxlaqı, iradi cəhətləri və başqa hissiyyatları yaşatdıqca o qüvvətlənir. Bu
halda insan özünün dünyaya nə üçün gəldiyini, nə edəcəyini anlayır,
duymağa və dərk etməyə başlayır.
Belə insanlar həyatda ən güclü insanlardırlar. Onu da deyə bilərik ki,
biz hər hansı xoş musiqi dinlədikdə və ya xeyirxah iş gördükdə ondan
aldığımız həzz və zövq bədən əzələlərimizə yox, ruhumuza gedərək onu
ayıldır və qüvvətləndirir. Ruh insanın əxlaqi və mənəvi hisslərini özündə
toplamış bir varlıqdır. Bu varlıq müxtəlif emosional oyanış vəziyyətlərini
yaşayır.
26
Ümumiyyətlə, idmanda emosional oyanış (EO) termini qəbul
olunmuşdur. EO xarakterinə görə, müsbət və mənfi olur. Müsbət emosiya
insana bütün işlərində kömək edir və sevinc gətirir.
Mənfi emosiya isə öz xarakterinə görə hər bir işdə insana mane olur.
Ən çox mane olan mənfi emosiya — qorxudur ki, o da yüngül həyəcanla
başlayıb, dəhşətli hay-küyçülüklə qurtarır. Gördüyümüz kimi, qorxu
idmançının çıxışına mane olur. Ancaq avstraliyalı üzgüçü Stiv Hollans
ondan çox məharətlə istifadə edərək iki distansiya üzrə (800 və 1500
metrlik distansiyanı) üzməkdə 2 dünya rekordunu təzələmişdir. Stiv öz
rekordu haqqında belə deyir: “O hazırlaşdığı vaxt özünü elə hiss edir ki,
guya, onun dalınca akula üzür və dəniz yırtıcısı onu tutsa, yeyəcək.” Bu
qorxu altında üzmək idmançıya yeni rekordları qazanmaqda kömək
etmişdir.
Onun dediyinə görə, o, bu, qeyri-adi tapıntını — qorxudan məharətlə
bəhrələnmək bacarığını bir dəfə akvariuma baxarkən qorxu hissi keçirən
balıqların nə qədər cəldliklə üzdüyünü gördükdə kəşf etmişdir. Sonralar
idmançı bu tapıntının sayəsində çox böyük nailiyyətlər qazanmağa
müvəffəq olmuşdur.
Ümumiyyətlə, emosional oyanışı şüurlu surətdə özləri qaldıran və onu
özlərinə lazım olan səviyyədə saxlaya bilən idmançıların sayı çox deyil.
Emosional hazırlığın optimal səviyyəsi haqqında biz stend atıcılığı
üzrə aparılan bir tədqiqata əsasən mülahizə yürüdə bilərik: Əvvəlcə bizə heç
nə aydın olmadı: Atıcı 1-ci cəhdində uçan boşqabların 25-ni də, yəni
hamısını vurdu. Lakin o, 25-30 dəqiqə keçəndən sonra 2-ci cəhdində həmin
yerdən, həmin silahdan və həmin havada 2 və 4-cü güllələrdə hədəfdən
yayındı. Qarşıya sual çıxır: Belə az bir vaxtda idmançı atmağı unutmadı ki?
Onun hədəfdən yayınmasının səbəbi nədir?
27
Araşdırmanın nəticəsindən belə qərara gəlinir ki, burada əsas səbəb
emosional oyanışın səviyyəsinin dəyişməsi ilə əlaqədardır. Sözsüz ki,
diqqət amilini də nəzərə almaq lazımdır. Ancaq diqqətin özü də emosional
oyanışdan çox asılıdır. Fiziki yükü də nəzərə alaq. Bu idman növündə
psixoloji yük fiziki yükdən daha çoxdur.
Görək, emosional oyanış səviyyəsini necə ölçmək mümkündür?
Bunu sadə şəkildə nəbzi saymaqla təyin etmək olar. Hətta təbabətin
inkişaf etmədiyi qədim dövrlərdə həkimlər nəbzlə insanın nə istədiyini belə
müəyyənləşdirə biliblər. Bununla onlar sanki insanların qəlblərinin içinə
baxmışlar.
Belə bir əhvalat nəql edirlər: Varlı ərlə-arvad məşhur həkim, alim Əbu
Əli ibn-Sinanı evə dəvət edib oğullarının bərk xəstələndiyini bildirirlər. Ibn
Sina xəstənin yanına gəldikdə oğlanın valideynlərindən onu xəstə ilə
təkbətək buraxmağı xahiş edir. Həkim sual-cavabla cavanın aşiq olduğunu
müəyyənləşdirir. Həkim xəstənin nəbzini tutaraq söhbət əsnasında müxtəlif
qız adları çəkir. Müəyyən bir adı çəkəndə xəstənin nəbzinin çox sürətlə
vurduğunu duyan həkim bu yolla qızın adını, sonra isə eyni üsulla qızın
yaşadığı küçəni və məhəlləni dəqiqləşdirərək gəncin valideynlərinə
oğlanlarının xəstə yox, aşiq olduğunu bildirmişdir [5].
Bu nümunə bizə insanda nəbzin vurmasının sayını bilməklə onun
emosional oyanışının səviyyəsini təyin etməyin mümkün olduğunu
söyləməyə əsas verir. İdmançıda nəbzi yuxu arteriyasında, gicgah
nahiyəsində, əli ürəyin üstünə qoymaqla və digər üzvlər vasitəsilə təyin
etmək mümkündür. Nəbzin sayı 1 dəqiqədə ürəyin döyüntüsünü saymaqla
təyin edilir. Ancaq bu, çox vaxt tələb etdiyi üçün nəbz əsasən aşağıdakı
vasitələrlə dəqiqləşdirilir.
İdmanda nəbzi 3 vaxt ölçüsü ilə təyin edirlər: 6 saniyə ərzində
döyünən nəbzi 10-a, 10 saniyədə döyünən nəbzi 6-ya, 15 saniyədə döyünən
nəbzi 4-ə vurmaqla 1 dəqiqədə döyünən nəbzin sayını təyin etmək
mümkündür. Göstərilən vaxtların ən dəqiqi
28
15 saniyə ərzində ölçülən nəbz sayılır.
Ürək döyüntüsünü saymaqla emosional oyanışın səviyyəsini təyin
etmək asan və rahat bir üsuldur. Ümumiyyətlə, çox böyük psixoloji
gərginlik tələb edən idman növlərində emosional oyanışın səviyyəsini
bilmək daha vacibdir.
Emosional oyanışın səviyyəsinin hər idmançıda və hər idman növündə
özünəməxsus səviyyədə olmasının vacibliyini aşağıdakı təcrübədən
götürülmüş misalla göstərə bilərik.
Güllə atıcısında çıxışdan qabaq 15 saniyədə 32 ürək döyüntüsü qeydə
alınır, bu, 1 dəqiqədə 128 ürək döyüntüsü deməkdir. Çıxış qurtardıqdan
sonra həmin idmançıda 15 saniyədə 34 ürək döyüntüsü, yəni 1 dəqiqədə
136 ürək döyüntüsü qeydə alınıb. Nəticədə, güllə atıcısı 25 boşqabın
hamısını vurmağa nail olub. 2-ci çıxışda idmançının nəbzi 15 saniyəyə
26x4=104, qurtaranda isə 23x4=92 olub. Nəticədə, cəmi 21 boşqab vurulub,
7, 8, 21 və 24-cü boşqablar isə vurulmayıb. Biz bununla təyin etdik ki, atıcı
nəbzin hansı qiymətində və hansı emosional gərginlik səviyyəsində yüksək
nəticə qazana və hansı nəbz qiymətində pis nəticə göstərə bilər. Bu təcrübə
eyni zamanda insan orqanizminin nə qədər asan tənzimlənən bir varlıq
olduğunu təsdiqləyir. Məsələn, 5-10 dəqiqədən sonra güllə atacaq atıcının
ürək döyüntüsü 96-100 sayındadır. İdmançı artıq 2-3 dəqiqəyə atış xəttinə
çıxacaqsa, onun ürək döyüntüsü 120-yə, atış xəttində dayandıqda isə 140-a
çatır. Atıcı bəzən bunu hiss etmədən özü ürəyin döyüntüsünü tənzimləyir və
onun YMH yaranır. Ona görə də idmançının emosional oyanışının
səviyyəsini çıxışa 5-10 dəqiqə qalmış yox, çıxışa getdiyi vaxt yoxlamaq
lazımdır. Bununla da təyin etmək olur ki, idmançı öz emosional oyanış
səviyyəsinə nə qədər yaxın və yaxud nə qədər uzaqdır. Təcrübəli idmançılar
psixoloji hazırlığa çox ciddi fikir verirlər və onlar öz emosional oyanış
səviyyələrini idarə edə bilirlər. Ümumiyyətlə, nəbzlə emosional oyanış
29
səviyyəsini təyin etmək təcrübəsi idmançılar arasında çox zəif
yayılmışdır. Peşəkar idmançılar nəbzi ölçmədən də öz təcrübələri əsasında
hazırlıq dərəcələrini hiss edirlər. Hər idmançı özünəməxsus hisslər
keçirməklə öz gözlərində rəqibləri balaca, cılız görməyə başlayır. Bəziləri
daxillərində sel qüvvəsinin əmələ gəldiyini hiss edirlər və s. Bu hissləri
keçirməklə idmançı istədiyi vaxt özünü lazımı mübarizəyə şüurlu surətdə
hazırlaya bilir. İdmançı özünü YMH halına çatdıranda orqanizmdə müsbət
dəyişikliklər baş verir. Bunlardan onun hərəkətlərinin və görəcəyi işin
avtomatizmə keçməsini, ildırım sürətilə fikirləşib qərar çıxarmaq bacarığını
göstərmək mümkündür. Ümumiyyətlə, böyük qələbələrin səbəblərindən biri
də komandada və idmançılar arasında mehribançılığın, yüksək əhval-
ruhiyyənin olmasıdır.
Deyilənlərə bunu da əlavə etmək olar ki, müasir idmançılar yarışa
nəinki texniki, taktiki və fiziki cəhətdən hazırlaşmağı bacarmalıdırlar, onlar
həm də özlərini psixoloji baxımdan mübarizəyə hazırlamağa qadir
olmalıdırlar.
Fikrimi məşhur bir idmançının sözləriylə tamamlayıram: “Hamı gördü,
qalib gəldim. Amma necə qalib gəldim, onu mən özüm bildim”. İdmançı bu
sözlərlə onu demək istəyir ki, tamaşaçılar onun son nəticə olaraq rəqibin
kürəyini xalçaya vurduğunu və işlətdiyi fəndi görmüşlər. Ancaq rəqibi
həmin fəndə necə saldığını tək idmançının özü bilir. Elə idmanın gözəlliyi
də belə şirinliyində və təkrarsızlığındadır.
Məşqçi öz tələbəsinin imkanlarını qiymətləndirdikdən sonra onun hər
bir rəqiblə mübarizəsini planlaşdırır, hər saniyə bölgüsü ilə hərəkətlərini
müəyyən edir, yəni mübarizənin taktikasını cızır. Mübarizənin psixoloji
gərginliyini nəzərə alsaq, deyə bilərik ki, mürəkkəb taktiki gedişləri həyata
keçirmək idmançıdan əqli potensial və diqqət tələb edir.
Dostları ilə paylaş: |