Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   ...   5   6   7   8   9   10   11   12   13

NƏTICƏ 
 
1. Yüksək qələbələr  əldə etmək üçün idmançının bütövlükdə 
hazırlığının I tərkib hissəsi sayılan nəzəri hazırlıq məşqlərdə xüsusi 
hazırlanmış proqram üzrə təlim olunmalıdır. Belə ki, nəzəri dərslər, əsasən, 
idmançının  əqlinin görəcəyi işin düzgün və sürətlə yerinə yetirilməsinə 
səbəb olur. Artıq bədənin əqlin qərarlarına reaksiyası çox cəld və vaxtında 
baş verir. Əqlin və cismin vəhdəti qələbənin əsas amillərindəndir. 
İdmançının nəzəri hazırlığı eyni zamanda onun mənəvi, əxlaqi və iradi 
keyfiyyətlərini də gücləndirir. 
2. Yüksək qələbələr  əldə etmək üçün idmançının bütövlükdə 
hazırlığının  əsas tərkib hissəsi olan psixoloji hazırlığın məşqlərdə xüsusi 
proqram üzrə təlim olunması çox vacibdir. 
Psixoloji hazırlıq idmançını daxili enerjisi olan ruhunu hiss etməsinə 
yönəldir. İdmançı öz psixoloji bacarığından istifadə edərək ruhunun, əqlinin 
və fiziki imkanlarının harmoniyasına nail olur və lazım gələn anda və lazım 
olan müddətə bu harmoniyanı və vəhdəti yaradır. 
İdmançının psixoloji hazırlığı eyni zamanda onun mənəvi,  əxlaqi və 
iradi hisslərini də gücləndirir. 
 
 
 

 183
 
 
TƏKLIF 
 
İdmanımızda  əsas problem yüksək səviyyəli ixtisaslaşdırılmış 
məşqçilərin olmamasıdır. Ixtisaslı  məşqçilər hazırlayan məktəbin 
yaradılması təklif olunur. Bu məktəbin funksiyaları kimi aşağıdakıları təklif 
edirəm. 
— inkişafı  nəzərdə tutulmuş idman növləri üçün müasir məşq 
planlarının tərtib edilməsi və təkmilləşdirilməsi; 
— idman psixoloji problemlərinin analizi və tətbiqi; 
— ölkədaxili idman problemlərinə  həsr  olunmuş mühazirə  və 
seminarların təşkili; 
— uşaq evlərinə dövlət qayğısının artırılması məqsədilə mövcud fiziki 
potensialın müəyyənləşdirilməsi və yönəldiılərək inkişaf etdirilməsi. 
 
 

 184
 
 
SON SÖZ 
 
Mən bu kitabı yazmaqla heç də onu demək istəməmişəm ki, hamıdan 
çox bilirəm və yaxud yeni nə isə icad etmişəm. Mən kitabda, sadəcə, belə 
bir ideyanı aşılamaq istəmişəm: Heç də pis olmayan texniki, taktiki və fiziki 
hazırlığımıza bir az da psixoloji hazırlıq əlavə etsək, idmançılarımız heç bir 
dünya, olimpiya çempionlarından geri qalmazlar. Bütün ölkələrdə 
komandaların psixoloqları var və  məşq proqramında psixoloji və  nəzəri 
hazırlığa vaxt ayrılır. Belə olduğu halda, qələbələrin bir səbəbi budursa, biz 
niyə ondan imtina etməliyik? Insan kimi, potensial baxımdan bizimlə 
onların heç bir fərqi yoxdur. Fərq ondadır ki, onlar öz psixikalarını idarə 
etmək bacarığını öyrənir və onu idarə edərək yüksək nəticələr göstərirlər. 
Biz isə bunu hələ  də  qəbul etmirik. Mən daxilimizin ən  əsas 
tənzimləyicisini — psixoloji durumu qəbul etməməyimizi və onu ancaq 
pulla tənzimləməyin mümkünlüyünü düşünməyin nə  qədər səhv bir fikir 
olduğunu açıb göstərmək istəmişəm. Bildirmək istəyirəm ki, hər hansı 
idman növündə irəlidə heç bir ölkə bizə öz psixoloji hazırlığını 
öyrətməyəcəkdir.  İdmançılara kömək məqsədilə bizim öz psixoloji 
mərkəzimiz yaradılmalıdır. 
Bizim böyük mütəxəssislərimizin birinin dediyi fikir məni şoka saldı. 
O fikir təxminən belə idi: İdmançı qorxaqdırsa, o həmişəlikdir. Lakin bu 
fikrə öz cavabımı verirəm: Qorxağın rinqdə, xalça üzərində  işi olmur, ora 
hünərlilər meydanıdır. Insan rinqdə  və xalça üzərindədirsə, o artıq qorxaq 
deyil, sadəcə, ortada psixikanı idarə etmək məsələsi var. Bu məsələdə 
idmançıya kömək göstərmək isə bizim borcumuzdur. Biz bilirik ki, 
idmançını yetişdirməyə 10-15 il vaxt lazımdır. Bu müddətdə biz onun 
psixikasını möhkəmlətməmişiksə, bu bizim səhvimizdir, onun yox. 
Mütəxəssis bizik, bunu ümumi idmanımız naminə biz etməliyik. 
Onu da bildirmək istəyirəm ki, mənim məşqçilik tariximdə ən böyük 
tapıntım uşaq evləridir ki, bu da bizim idmanımız üçün çox böyük ehtiyat 
idman potensialıdır. Əgər biz bu  
 
 

 185
potensialdan məsələyə  həm kimsəsiz uşaqlara kömək kimi, həm də 
onlara gələcək cəmiyyətimizin sağlam bir üzvü olacaq insanlar kimi 
yanaşaraq istifadə etsək, bildirirəm ki, yenilməz bir idman qüvvəsini yarada 
bilərik. Mənim 33 illik məşqçi təcrübəm onu deməyə əsas verir ki, əgər biz 
məşqlərimizi yüksək səviyyədə  və bu günün tələbinə uyğun qura bilsək, 
bizim oğullarımız dünyanın bütün idmançılarından artıq olduqlarını sübut 
edərlər. 
Ümumiyyətlə, mənim ölkənin məşqçilərinə bir neçə tövsiyyəm var. 
1. Məşqçi kifayət qədər psixoloq olmalıdır. O, tələbələrinin psixoloji 
çətinliklərini hiss edib ona kömək göstərməyi bacarmalıdır. 
2. Yaxşı məşqçi idmançıya müstəqil işləməyi öyrətməlidir. 
3. Yaxşı  məşqçi işini bölməyi və planlaşdırmağı bacarmalıdır ki, 
komandada daim yaxşı əhval-ruhiyyə və inkişaf olsun. 
4. Yaxşı  məşqçi öz işində eksperiment etməkdən qorxmamalıdır. 
Yalnız işdə olan yeniliklər idmançını irəliyə apara bilər. 
5. Yaxşı  məşqçi idman sahəsindəki yeniliklərdən daim xəbərdar 
olmalıdır. 
6. Nəhayət, yaxşı  məşqçi  şəxsiyyət olmalıdır. (Elmi katib Tomas 
Ismayılov). 
Mən idmançılarda psixoloji hazırlığın vacibliyini israr etdikdə  nə 
demək istəyirəm? 
Mən, istəyirəm ki, hər bir idmançı böyük nəticələr göstərməsi üçün öz 
psixologiyasından bir faktor kimi istifadə etməyi bacarsın. Bununla biz 
insanın imkanlarının sərhədlərini genişləndirmək və  tədqiq etmək 
imkanlarına malik oluruq. Mən arzulayırdım ki, həyatımın bütün sağlam və 
şüurlu hissəsini idmanımızın formalaşıb qalxmasına sərf edim. Təəssüf ki, 
belə olmadı. Mən həyatımı bu gün bizə lazım olan gül  
 
 

 186
mədəniyyətimizin yaranmasına sərf etdim. Bu da ölkəmizin gündən-
günə gözəlləşməsinə lazım olan atributlardan biridir. Mən sözügedən 
sahənin yüksəyə qalxmasının vacibliyini duyub bütün qüvvəmi bu işin 
ölkədə formalaşmasına səfərbər etmişəm. Artıq işin öz axınına düşməsinə 
nail olmuşam. Indi isə ümidvaram ki, həyatımın qalan sağlam və  şüurlu 
hissəsini çox çətin olan birinci arzumun həyata keçirilməsinə  sərf edə 
biləcəyəm. Inanıram ki, Allah-Təala bu böyük, ağır, çətin işi başa vurmağa 
mənə qüvvə, bacarıq, ömür verəcək və mən onun bəxş etdiyi bu həvəs və 
yaradıcılıq hissini ölkəmizin bütün insalarına, o cümlədən idmançılarına 
çatdıra biləcəyəm. 
Kitabın sonunda bir daha onu da qeyd etmək istəyirəm ki, mən Fəridin 
qələbəsinə həm sevinir, həm də narahatam. Sevinirəm ona görə ki, o qalib 
gəldi, bayrağımızı qaldırdı, himnimizi səsləndirdi. Narahatam ona görə ki, 
bu qələbəni dünyanın bütün güləş mütəxəssisləri gördülər və lentə alıb 
özləri ilə apardılar. Deməli, .gələcək yarışlarda ona qarşı  əks planlar və 
güləşlər hazırlanacaq, bu, 100% belədir. Biz özümüz bunu etmirik, elə 
bilirik ki, başqaları da belədirlər. Ortaya belə bir sual çıxır: Bəs bizimkilər 
nə etməlidirlər? Bizim mütəxəssislər çempionun güləşlərini onun özü ilə 
təhlil edib hər bir rəqibinə qarşı yeni fərdi plan və daha zəngin taktiki plan 
qurmalı, texnikada əlavələr və aldadıcı manevrlər işləyib hazırlamalıdırlar 
ki, Pekin Olimpiadasındakı Fərid yeni, tanınmaz Fərid olsun. Bu gün bütün 
ölkədə sorğu aparılsa ki, Pekin Olimpiadasında çempion kim ola bilər, 
inanıram ki, hamı bir ağızdan deyəcək: Fərid Mansurov! 
Ancaq biz bilirik ki, bu idmandı  və böyük nəticələrə çatmaq üçün 
düzgün və ağıllı hazırlaşmaq lazımdır. Əgər Fəridin çempionluğunu görmək 
istəyiriksə, onda onun hazırlığının yeni etapını olimpiya səviyyəsində olan 
hazırlıq etapını həyata keçirməliyik. 
Zənn edirəm ki, bu kitab dəyərli oxucuların böyük marağına səbəb 
olacaq. Bu kitabı oxumaqla onlar idmanda psixologiyanın  
 
 

 187
əsas aparıcı amil olduğunu, idmançını böyük  zirvələrə qaldıran 
səbəbin təməlinin məhz psixologiyaya söykəndiyini hiss edəcəklər. 
Mənim fikrimcə, idman həyat tərzi dünyanı məhvdən qurtarmaq üçün 
yeganə xilas yoludur. Bu gün idmandan başqa dünyada heç bir əqidə 
insanları bu qədər bir araya və bir fikrə gətirməyə qadir deyildir. Dərindən 
baxanda görürük ki, idman insanlığı saf ideologiyaya, düzgün əqidəyə, 
təmiz  əxlaqa və iradəyə aparan yeganə qüvvədir ki, bu qüvvənin də 
güclənməsi xalqın və millətin qüdrətinin artması deməkdir. Gəlin, bir yerdə 
idmanımızı gücləndirək — millət və insanlıq naminə! 
 

 188
   
   
 
 
   ƏDƏBIYYAT 
 
[1]. Robert M. Naydiffer. Psixoloqiə sorevnuöheqosə sportsmena. — 
Ingilis dilindən tərcümə, Moskva — Fizkulğtura i sport — 1979 q. 
[2]. Ö.A.Şuliki. Qreko — Rimskaə borğba. Rostov-Don — 2004 q. 
[3]. A.A.Dolin, Q.V.Popov. “Kempo” — 1990 q. 
[4]. A.V.Rodionov, N.A.Xudadov. Psixoloqiə i sovremennıy sport, 
Moskva -- Fizkulğtura i sport — 1982 q. 
[5]. A.V.Alikseev. Pereodoley sebə. Izdanie 5-e, pererab. i dop.  -- 
izd.-vo Feniks — 2006, Rostov-na Donu. 
[6]. Şükran Dədəyev. “Psixika”. Bakı, “Qanun”, 2007-ci il. 
[7]. Yeon Xvan Park, Tom Siburn -- Tagkvando: Texnika t taktika, 
2004, Moskva. 
[8]. A.Şıxbabayev. “Hipnoz və müalicəvi təlqinlər”. Bakı, “Azərnəşr”, 
1982-ci il. 
[9]. Tomas Ismayılov. Azərbaycanda idman psixologiyasının bəzi 
aktual problemləri. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman 
Komitəsi. 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi Institutu. Bakı — 1994-cü il. 
[10]. A.A.Derkaç, A.A.Isaev. Tvorçestvo trenera. Moskva — 
Fizkulğtura i sport — 1982 q. 
[11]. K.O.Əliyev. “İdmanda psixoloji hazırlığın rolu”. Birinci 
Respublika Elmi-Praktik Konfransının materialları. Azərbaycan Dövlət 
Bədən Tərbiyəsi Institutu, Bakı, 1996-cı il. 
[12]. K.O.Əliyev. “İdman tərbiyəsinin cəmiyyətin gələcək inkişafında 
rolu”, Elmi-Praktik konfrans. Bakı, 2000-ci il. 
 
 

 189
[13]. K.O.Əliyev. “Cəmiyyətin inkişafında idman-sağlamlıq 
kompleksinin rolu”. Elmi-praktik konfrans, Bakı, 2000-ci il. 
[14]. K.O.Əliyev. Elmi-praktik konfrans. “Gənc nəslə mənəviyyatın və 
vətənpərvərliyin aşılanması yolları haqqında”. Bakı, 2003-cü il. 
[15]. B.A.Vətkin. Upravlenie psixiçeskim stressom v sportivnıx 
sorevnovaniəx. Fizkulğtura i sport. 1981 q. 
[16]. Ö.F.Buylina, Ö.F.Kuramişka. Teoretiçeskaə podqotovka önıx 
sportsmenov. Moskva -- Fizkulğtura i sport — 1981 q. 
[17]. T.M. Ismayılov, C.M.Məmmədova. “İdman psixologiyası”. Bakı. 
Maarif nəşriyyatı, 2002-ci il. 
[18]. V.S.Kuzin. “Psixoloqiə”. Moskva -- “Vısşaə şkola” — 1982 q. 
 
 

 190
 
   
 
 MÜNDƏRICAT 
 
İdmançı andı 
Müəllifdən 
Giriş 
I Fəsil — İdmançının ruhi, əqli və fiziki bütövlüyü haqqında 
məsləhətlər  ----------------------------------------------------------------------- 15 
II Fəsil — İdmanda diqqət  ------- ----------------------------------------38 
III Fəsil — Emosional həyəcanlanma dərəcələri------------------------50 
IV Fəsil — İdmançıların yarışda həyəcanı və çıxışı --------------------59 
V Fəsil — İdmanda hipnozun və musiqinin tətbiqi ---------------------77 
VI Fəsil — Psixi özünüidarəetmənin qaydaları (Autogen məşq)------88 
VII Fəsil — İdmanda test üsulunun tətbiqi-------------------------------96 
VIII Fəsil — Xəyalən məşq-----------------------------------------------116 
IX Fəsil — İdmançının böyük qələbələrinin səbəbi-------------------124 
X Fəsil — İdmançıların və idmanın bugünkü problemlərinin həlli 
yolları------------------------------------------------------------------------------143 
Nəticə ------------------------------------------------------------------------169
 
Təklif-------------------------------------------------------------------------170 
Son söz-----------------------------------------------------------------------171 
Ədəbiyyat-------------------------------------------------------------------174 
 
 

 191
 
 
Elmi  katib: 
Tomas Ismayılov 
Məsləhətçi-redaktor: 
Bəxtiyar Fərəcbəyli 
 
 
 
Korrektor M.Abdullayeı 
Kompüter yığımı 
S.Allahverdiyeva 
 
 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin