Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   ...   5   6   7   8   9   10   11   12   13

 
 

 136
olimpiya çempionları haqqında rəngli kitablar buraxıldı. Bu kitabların 
üzərində idmançının  şəkli, adı, soyadı, eyni zamanda “Olimpia 
qəhrəmanları” sözü yazılmışdı. Mən həmin kitabların hamısını aldım. 
Məqsədim bu qəhrəmanları çempion edən səbəbləri öyrənmək idi. Onlardan 
biri məşhur üzgüçü Viktor Salnikov idi. O vaxtlar belə qəhrəmanları böyük 
əmək kollektivlərində görüşlərə, orada təəssüratlarını bölüşməyə aparırdılar. 
O, görüşlərinin birində öz təəssüratlarından belə bir fikir ifadə edib: Mən 
biləndə ki, olimpiadada iştirak edəcəyəm dörd il qabaqcadan həyatımı 
planlaşdırdım. Mən bu dörd ildə  hər dəqiqəmdə  və  hər saniyəmdə  nə 
edəcəyimi bilirdim və bu plandan qırağa çıxmırdım. Hətta ad günləri olan 
dostlarım məni dəvət edəndə və mən getməyəndə məndən inciyirdilər. Dörd 
il mən həyatımda ürəyim istəyən işi görmədim. Lakin planlı surətdə 
məqsədimə doğru inamla addımladım və  nəticədə, məqsədimə çatdım. 
Bundan sonra məndən inciyən dostlarım səhv etdiklərini başa düşdülər. 
Onu demək istəyirəm ki, bu gün bizdə elə bir məşqçi və ya idmançı 
yoxdur ki, həyatını belə  şüurlu  şəkildə  məqsədə çatmaq üçün planlaşdırıb 
inamla irəliləsin. Buna yüksək intellekt, böyük ruh, möhkəm iradə lazımdır. 
Zənnimcə, ilk olimpia çempionlarımız haqqında belə bir kitab 
buraxılsaydı və onlar özlərinin olimpia çempionu olmalarının səbəbini izah 
etsəydilər, bu, gənc idmançılarımıza məktəb yolu olardı. Çempionlarla 
idmançılar arasında görüşlər isə  hər bir idmançının ürəyində arzu işığı 
yandırardı ki, onlar da gələcəyin, məsələn, Zemfirası, Namiqi, Fəridi 
olsunlar. Əgər biz belə psixoloji incəliklərə fikir verməsək, idman aləmimizə 
psixoloji hazırlığı daxil edə bilməyəcəyik ki, bunsuz da böyük idmanda 
qələbə yoxdur. İdmançının  əsas təhlil sahəsi onun yarışlardakı  həm 
məğlubiyyət, həm də  qələbə görüşləridir. Hər bir görüş  tədqiq və  təhlil 
edilməlidir. Nəticələr isə ümumi komandadaxili və ölkədaxili olaraq 
komandaların məşq planına daxil edilməlidir. Mən tədqiqi 2 dövri hissədən 
ibarət görürəm. 
 
 

 137
1-ci dövr: yarışa qədər olan dövr, 
2-ci dövr: ayrı-ayrı görüş müddətləri. 
Tədqiqi idmançının aşağıdakı test suallarına cavab verməsi ilə aparmaq 
olar. Ölkədə belə test tədqiqatları aparılmadığı üçün mən öz komandamda 
1995-ci il 19-20 yanvar tarixində şəhidlərin xatirəsinə həsr etdiyim “Xatirə” 
turnirinin görüşlərindən birinin təhlili ilə sizi tanış edəcəyəm. Əvvəla, yarış 
19-20 yanvar tarixində keçirildi. Yarış müddətində 200 nəfərdən yuxarı 
iştirakçıya və  məşqçilərə  şəhidlərin xatirəsinə ehsan yeməkləri verildi. 
Yarışın mükafatları  və ehsan yeməkləri “Igid” güləş klubunun hesabına 
təşkil olunmuşdu. Ancaq 1996-cı ildə  şəhidlərin xatirəsini yad etmək 
məqsədilə keçirdiyim yarış  mənə yeni ideya verdi: Bu yarışı xeyriyyəçilik 
devizi altında keçirmək. Bütün ölkənin gənc idmançıları  yığışıb  şəhidlərin 
ruhunu sevindiririksə, çalışmalıyıq ki, onların ailələri də bunu duysunlar və 
az da olsa təsəlli tapsınlar. Xeyriyyə yarışını Suraxanı mədəniyyət sarayında 
təşkil etdim. Suraxanı Rayon Icra Hakimiyyətinin sabiq başçısı, professor 
Hacıbala Abutalıbov yanvarın 19-20-də  şəhidlərin xatirəsinə ehsan verdi. 
Xeyriyyə  məqsədi ilə keçirilən yarışda qoyulmuş qutuya iştirakçılar və 
tamaşaçılar pul atırdılar. Yarışın axırında qutu nümayəndələrin iştirakı ilə 
açıldı, orada toplanan 720 000 manat (köhnə pulla) pul vəsaiti Suraxanı 
Rayon Icra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə  şəhid ailələrinə 
paylandı. Yarışın keçirilməsində  məqsəd idmançılarda və  gənc nəsildə 
vətənpərvərlik və xeyriyyəçilik ruhunu artırmaq idi. Mən göstərmək 
istəyirdim ki, yalnız mədəniyyət işçiləri və sənətkarlar xeyriyyəçi olmurlar. 
İdmançılar da xeyriyyəçilik edə bilərlər. Hesab edirəm ki, idmançı 
xeyriyyəçilik etsə, onun mübarizə ruhu daha çox artar. 
Təəssüflər olsun ki, sonradan bu işi davam edən olmadı. Zənnimcə, biz öz 
psixoloji hazırlığımızı möhkəmləndirməyə xeyriyyəçilikdən başlamalıyıq. 
Psixoloji hazırlığın başında mənəvi saflıq durur. Bu yarışı “Xeyriyyəçinin 
böyüyü, kiçiyi olmaz” devizi altında yüksək səviyyədə başa vurdum. 
Bununla  
 
 

 138
mən idmançılara başa saldım ki, hər birimizin köməyi az və çoxluğundan 
asılı olmayaraq bizi  şərəfli hissə, xeyriyyəçilik hissinə yaxınlaşdırır. Bu, 
gənc nəslə çox lazımdır. Qoy gənc nəsil böyüdükcə həmin ruh da böyüsün, 
gəncləri Vətənin qurub-yaradan və yaşadan oğul-qızlarıma çevirsin. 
Inanıram ki, ölkəmizdə bu yarışı yenidən təşkil edən, onun vüsət almasına 
kömək göstərən insanlar tapılacaq, yarışın nəticələri isə öz bəhrəsini verəcək. 
Qarşıdakı 2008-ci il Pekin Olimpiadasında medalsız qalmaq qorxusu 
məndə belə bir hissi daha da gücləndirdi: Dövlətimizin idmana bu qədər xərc 
çəkməsinin müqabilində biz ancaq yüksək nəticələr göstərməliyik. Bunun 
üçün isə biz idmançıların hazırlığında ciddi dəyişiklik etməliyik. 
Zənnimcə, bizim 2008-ci il Pekin Olimpiadasında qazanacağımız 
nəticələr idmançılarımızın yaxşı fiziki, texniki hazırlıqları ilə deyil, həm də 
mükəmməl taktiki və psixoloji hazırlıqları ilə müəyyən ediləcəkdir. 
Indi isə birlikdə 1996-cı ildə  şəhidlərin xatirəsinə  həsr edilmiş “Birlik” 
turnirində “Igid” idman klubunun təmsilçilərinin keçirdikləri görüşlərin 
təhlili ilə tanış olaq. Əvvəla, onu deyim ki, məşqin son günü - 18 yanvarda 
ənənəyə uyğun olaraq Azərbaycanın zaldakı bayrağı  və “Igid” klubunun 
bayrağı  gətirildi, andiçmə  mərasimi keçirildi, yarış  iştirakçıları bir-bir 
bayrağı öpərək and içdilər. 
And belə idi: 
“Şəhidlər, ruhunuz qarşısında and içirəm! 
Döşəyə  çıxarkən rəqibin kimliyindən asılı olmayaraq, qələbə  əzmi ilə 
mübarizə aparacağıma, Vətənin və komandanın idman şərəfini son saniyəyə 
qədər qoruyacağıma and içirəm!” 
And mərasimi qurtarandan sonra mən onları hipnoz vəziyyətinə salaraq 
sabahkı hünər günündə özlərini necə hiss edəcəklərinin və necə 
güləşəcəklərinin proqramını verdim. 20 yanvar tarixində başa çatan yarışı isə 
artıq yanvarın 21-də  
 
 

 139
təhlil etdik və növbəti günü bu təhlildən alınan nəticələrin  əsasında 
məşqlərə başladıq. 
Təhlil  əsasən aşağıdakı formada keçirildi. Sizə Azər  Əliyevlə keçirilən 
test suallarının təhlilini təqdim edirəm. İdmançının 14 yaşı var. 
Sual-cavab: 
1. Sual: Yarışın vaxtını və yerini biləndən sonra səndə yaranmış fikir və 
arzu? 
Cavab: Uduzduğum rəqiblərimi udmaq, gözəl güləş nümayiş etdirmək, 
birinci yerə çıxmaq arzusu. 
2. Sual: Yarışa hazırlıq dövründə hansı hissi keçirirdin? (yarışa bir neçə 
gün qalmış öz zalında). 
Cavab:  Şəhidlərə  həsr etdiyim güləşi bir az da yaxşı hazırlamaq. Yaxşı 
güləşmək. 
(Mən onlara həsr edilmiş güləşlər hazırlamağı öyrətmişdim. Həsr edilmiş 
güləşlər Vətənə, torpağa, dənizə, dağa və sənə ruh verə bilən hər şeyə həsr 
oluna bilər. Bu, heç bir kitabda, heç bir dərslikdə yoxdur). 
3. Sual: Yarışa gedəndə yolda fikrin, məqsədin? 
Cavab: Hünər göstərmək istəyi. 
4. Sual: Çəki vaxtı keçirdiyin hisslər? 
Cavab: Tam sakit. 
5. Sual: Öz zalında keçirdiyin arzu və hisslərlə yarış yerinə - zala girəndə 
yaranmış hisslər eyni oldumu? 
Cavab: Dünyanın hər yerində olan döşəklər mənim üçün doğmadı, 
dünyanın hər bir zalı mənimdi. Buna görə də qəlbimdə gəzdirdiyim o böyük 
hisslər məndə heç vaxt dəyişmir, deyərəm ki, artır. Mən zala girəndə 
şəhidlərin ruhunu orada hiss etdim, artıq onlar orada idilər. 
6. Sual: Yarış günü səndə yaranan fikir? 
Cavab: Gözəl, fantastik bir güləş göstərmək. 
7. Sual: Komanda özünü necə hiss edirdi? 
Cavab: Yaxşı. 
8. Sual: Yarış vaxtı səni narahat edən fikir? 
 
 

 140
Cavab: Yox idi. Tam sakit və inamlı idim. 
9. Sual: Yarış günü səni qıcıqlandıran şey və vəziyyət. 
Cavab: Komandadan qaçanlar. 
(Həmin yarışda mənim hazırladığım uşaqlardan müəyyən səbəbdən 
komandadan qaçıb başqa cəmiyyətə gedənlər də iştirak edirdi). 
10. Sual: Çıxışa hazırlığın necə idi? 
Cavab: Əla. 
11. Sual: Özünü qələbəyə hazır hiss edirdinmi? 
Cavab: Bəli. 
12. Sual: Qələbəyə inanırdınmı? 
Cavab: Bəli. 
13. Sual: Çıxış edəndə bütün fikrini yığa bilirdinmi? 
Cavab: Bəli. 
14. Sual: Çıxış edəndə  səni qıcıqlandıran və narahat edən bir fikir 
vardımı? 
Cavab: Xeyir. 
15. Sual: Bütün yarış vaxtı sənə ruh verən nə olmuşdu? 
Cavab: Şəhidlərin ruhuna içdiyimiz and. 
16. Sual: Güləşini nə üçün güləşirdin? 
Cavab: Şəhidlərin davamçısı olduğunuzu göstərmək üçün. 
17. Sual: Yarışda qorxu hissi keçirmədin ki? 
Cavab: Müəllim, zalda şəhidlərin ruhu bizə baxırdı. Onlar ölümdən və 
güllədən qorxmadığı halda bizə mübarizədən qorxmaq yaraşmaz. 
Belə igid balalarımızın yetişdiyini gördükcə, mən bu övladlarımızdan 
qürur və  fəxr hissi duyurdum. Üç il müddətində 10-13 yaş dövründə olan 
uşaqların “kişi”-yə çevrilmələrində psixoloji hazırlığın rolunu gördüm. Bu 
qısaldılmış psixoloji testin suallarından və cavablarından başa düşmək olur 
ki, başqa komandanın uşaqları rəqibin kürəyini xalçaya vurmağa çalışıblarsa, 
bizim klubun igidləri kimliklərini sübut etməyə  səy göstəriblər. Illər 
keçdikcə bu hisslər onların məğlubedilməzliyinə  gətirib çıxaracaq. 
Bildirirəm ki, uşaqların belə mübariz  
 
 

 141
və aydın məqsədlə mübarizəyə qoşulmalarına onlarla gündəlik aparılan 
məqsədyönlü dərslər, nəzəri söhbətlər səbəb olmuşdur. Hazırlığı tamamlayan 
isə sonda keçirilən yarış andı ritualıdır. Bu vaxt deyilən hər söz idmançının 
fikrinə bir daha aydınlıq gətirir, onun kim olduğunu və  nə edəcəyini ona 
göstərir. Ritualdan sonra komandanın hipnotik seansla sakitləşdirilməsi və 
eyni zamanda idmançıya qələbə proqramının təlqin edilməsi ona yaradıcılıq 
hissi aşılayır. Bunun nəticəsində də bu yarışda bizim idmançılar çox böyük 
üstünlüklə  çıxış edərək — 4 birinci, 5 ikinci və 3 üçüncü yer qazanaraq 
özlərini və kimliklərini güləş aləminə bir daha təsdiqlədilər. Sözsüz ki, 
güləşlərdə yalnız verilən and və hipnoz bu nəticələrə gətirib çıxarmadı. Buna 
qədər 1993-cü il sentyabrın 1-də açdığım peşəkar güləş klubunun keçdiyi yol 
var idi. Klubun açıldığı gündən idmançıların hər birinin ad günü qeyd 
olunurdu. Bu, idmançılara mehribançılıq və bir-birinə diqqət hissi aşılayırdı. 
Bunlar da komandada çox vacib olan amillərdir. Komanda öz yeni ilini, 
Novruz bayramını yüksək səviyyədə keçirirdi. Heç yadımdan çıxmır, ilk 
bayramların birində komanda adından bir idmançı mənə yaxınlaşıb soruşdu: 
Müəllim, bəs biz bayrama nə  gətirək? Mən cavabında bildirdim: Siz 
bayrama hər biriniz yeni bir şeir öyrənib gəlin,  şeir yarışı keçirək. Həmin 
gündən qəbul olundu ki, hər bayrama hamı  təkrar olunmayan şeir öyrənib 
gəlsin. Hətta bir neçə ildən sonra elə uşaq vardı ki, qırxdan yuxarı şeir bilirdi 
və o, bu sahədə  də birinci idi. Mənim məqsədim uşaqlarda yaddaşı, 
intellektual səviyyəni, birinci olmaq hissini gücləndirmək idi, eyni zamanda 
istəyirdim ki, uşaqlar  şeirin, sənətin onların ruhuna verdiyi mənəvi qida və 
duyğuları bütünlüklə başa düşsünlər [10]. 
Igidlərdə Vətənə, torpağa və zəhmətə həvəs yaratmaq məqsədi ilə onların 
öz  əlləri ilə 1994-cü ildə bağ saldıq. Suverenliyimiz və torpaqlarımızın 
bütövlüyü naminə  həlak olmuş qeyrətli oğullarımızın xatirəsini 
əbədiləşdirmək məqsədi ilə həmin bağa “Xatirə” adını verdik. Yüzdən yuxarı 
zeytun ağacı  
 
 

 142
əkilən bu bağ  uşaqların qayğısı sayəsində gözəl bir istirahət guşəsinə 
çevrilmişdir. Bağın başında isə  uşaqların hər birinin həvəslə qoyduğu daş 
yığnağı var ki, vaxtı çatanda orada da şəhid oğullarımızın həyat yolunun 
bütün cavanlara ibrət və nümunə olduğunu təsdiqləyən “Ibrət” abidəsi 
ucaldılacaq. “Igid” Güləş Klubunun uşaqları ilə 1995-ci ildə ölkədə yeganə 
olan “Xeyriyyə” bağını saldıq. Bu bağı salmaqla məqsədimiz onun 
məhsulunu uşaq və qocalar evlərinə  təmənnasız paylamaq idi. Bu ruhda 
yetişən igidlərin döyüşdə mübariz olmalarına, heç şübhəsiz ki, öz əlləri ilə 
saldıqları bağ da kömək edirdi. Bir dəfə komandada yetişib həyatda müstəqil 
addımlar atan tələbəm yanıma gəlib mənə bildirdi: 
- Müəllim, təhsil aldığım Neft-Kimya Akademiyasında elanda oxudum ki, 
xarici bir firma tələbələri işə qəbul edir. Mən Sizin bizə aşıladığınız dəqiqlik 
hissinin sayəsində ora daxil oldum. Belə ki, qəbul yerinə beş  dəqiqə tez 
çatsam da, içəri keçmədim. Hər işdə dəqiq olmaq hissi mənə 12.00-da qapını 
açıb içəri girməyi diqtə etdi. Mən belə də etdim və vaxtında sənədləri təqdim 
etdim. Ancaq məndən tez və bir dəqiqə gec gələnlərin sənədlərini 
götürmədilər. Sən demə, firmanın keçirdiyi testin elə birinci sualı dəqiqliklə 
bağlı imiş ki, onu da Siz bizim həyatımıza vermisiniz. 
Haqqında söhbət açdığımız gənc indi də həmin firmada çalışaraq başımızı 
uca edir. Bu hadisə idmançıların öz karyeralarını başa vurduqdan sonra da 
idmanda qazandıqları müsbət cəhətlərin həyatları boyu onlara kömək və 
gərək olacağını göstərən bir misaldır. 
Başqa bir misal: Yenə  də artıq həyatda müstəqil addımlayan Azər adlı 
tələbəm “Azərbaycan Hava Yolların”na məxsus təyyarədə kapitandır. O, tez-
tez öz valideynlərinə baş  çəkdiyi kimi, məni də unutmur. Bir gün işdə 
oturmuşdum. Gördüm, Azər qucağında iri bir bağlama gətirir. Soruşdum ki, 
bu nədir? Niyə bunu özünə yük edib gətirmisən? 
— Müəllim, bu məndən Sizə bir yadigardır, - deyə Azər  
 
 

 143
hədiyyəni açdı. 
Hədiyyə hündür, gözəl bir gül vazası idi. 
— Bu vazanı niyə dünyanın o başından özünə yük edib gətirmisən, — 
deyə soruşanda Azər cavabında dedi: 
— Müəllim, Sizin bizdə o qədər yadigarınız var ki... Mən də istədim 
Sizdə bir yadigarım olsun. 
Bu cavan yetirməmin daxilindən gələn məhəbbət hissini duyduqca, mən 
hədər yerə yaşamadığımı düşünürdüm. Həmin gül vazası indi də  mənim 
otağımın  ən sevimli əşyasıdır. Mən deyərdim ki, bu vaza mənim həyat 
yolumu tərənnüm edir. Mən həyatım boyu cavanlara gözəl  əxlaq, gözəl 
tərbiyə vermişəm ki, bütün bunlar bu gün mənim üstümə qayıdır və  mən 
bundan quürur, sevinc duyuram. Vaxtilə  mən tələbələrimi öz övladım 
sayırdım və onlara bu nöqteyi-nəzərdən qayğı göstərirdim. Ancaq heç 
gözləmirdim ki, o qayğı  mənə gözəl, yeni bir ruh verən diqqət tək üstümə 
qayıdacaq. 
Ümumiyyətlə, həyatın bir qanunu var: yaxşı  və yaxud pis əməl gec-tez 
insanın özünə qayıdır. Indi daha möhkəm inanıram ki, mənim 2 oğlum 
yoxdur, onların sayı məşq elətdirib yetişdirdiyim idmançıların sayı qədərdir. 
Mən igidlərə birinci olmaq hissini artırmaq üçün yeni bir iş də gördüm: Ilin 
əvvəlində 3 hədiyyə ayırdım və idmançılara bildirdim ki, hədiyyələrin biri 
ilin axırına qədər məşq buraxmayana, ikincisi il boyu gözəl  əxlaq, tərbiyə 
nümayiş etdirənə, üçüncüsü isə il boyu böyük idman nailiyyətləri göstərənə 
veriləcək.  Əslində, hədiyyə kimi aldığım idman geyimləri uşaqların 
özlərində də var idi. Ancaq məsələnin mahiyyəti başqa idi. Hədiyyəyə layiq 
olmaq istəyi igidlərdə yenə  də birinci olmaq, özünü təsdiq etmək hissini 
gücləndirirdi. Ilin sonunda bu hədiyyələr layiq olanlara verildi. Adətən, elə 
olmur ki, idmançı il boyu bir dəfə də məşq buraxmasın. Ancaq ilin axırında 
görürdük ki, belə tələbə var. Bunun kimi, digər hədiyyələr də uşaqlarda layiq 
olmaq hissini artırırdı. Bunu deməkdə məqsədim odur ki, gənc məşqçilər də 
öz işlərinə belə yaradıcılıqda yanaşsınlar və  
 
 

 144
həyata öz yeniliklərini gətirsinlər. 
Klubun bir qanunu da var idi: Novruz bayramında il boyu özünü əxlaqlı 
və nümunəvi aparan idmançıları “IGID” adına layiq görərək öz sıralarımıza 
qəbul edirdik. “Igid” adı verilən namizədləri qabaqcadan komandanın 
kapitanından və bir neçə layiqli igiddən məlumat almaqla təyin edirdik. Bu 
gənclər üçün bir çağırış nümunəsi olurdu. Ad almayan uşaqlar bütün il boyu 
çalışırdılar ki, gələn Novruz bayramında onlar da bu ada layiq görülsünlər. 
Adətən, bu adı ildə 2 və yaxud 3 idmançıya verirdik. Advermə mərasimi də 
xüsusi rituallarla keçirilirdi. 
1. Igid adına layiq görülənlər “Igid andı”nı  əzbər söyləyib Vətənin və 
komandanın bayrağını öpür, müəllimin xeyir-duasını və təbrikini qəbul edir, 
sonra da komandanın xüsusi igid formasını alırdılar. Dostlar da təbrikə 
qoşulurdular. Bununla onlarda daha bir cavabdehlik, igidə layiqlik nümayiş 
etdirmək hissi yaranırdı. Sözsüz ki, onlar uşaqlar idi və  səhvləri olurdu. 
Səhvləri düzəltmələri üçün mənim onlara “Igid, sənə ayıb olsun” deməyim 
kifayət edirdi. Bu ifadənin ağırlığı onları bir saat danlamaqdan artıq idi. 
Mənim yazdığım “Igid andı” and içən idmançılarda əqidələrini və həyatlarını 
Vətənə, torpağa həsr etmək hisslərini gücləndirirdi. 
 
 
“Igid andı” 
 
“Mən igidlər sırasına daxil olmaqla haqqa və  ədalətə xidmət edəcəyimə 
and içirəm! 
Bütün fikrimi və  əqidəmi elmə, Islama və insanlığa yönəldəcəyimə and 
içirəm! 
Amalımın qurub-yaratmaq və yaşatmaq olacağına and içirəm! 
Bütün qüvvəmi Vətənimin dünyada tanınmasına, bütövlüyünə  sərf 
edəcəyimə and içirəm! 
 
 
 

 145
Əgər andı pozaraq bu yoldan çıxsam,  
hər hansı bir cəzanı çəkməyə hazıram!” 
 
Bu and idmançılarda ləyaqətlilik kimi, böyük hiss oyadırdı ki, bunun da 
təsiri altında hər bir işdə  Vətənə, komandaya layiq olmaq duyğuları baş 
qaldırırdı. 
Heç yadımdan çıxmır. Aparıcı komandaların biri ilə yoxlama güləş 
keçirmək üçün onların zalına getdik. Zala daxil olanda məşqçinin orada 
olmasına baxmayaraq, qışqırıq və özbaşınalıqdan ağız deyəni qulaq 
eşitmirdi. Bizim komandanı görəndə “ev sahibləri”ndən biri “Igidlər 
gəldilər” deyə  qışqırdı. Elə bil qurbağa gölünə daş atdın. Zala tam sakitlik 
çökdü. Onlar öz zallarında olmalarına baxmayaraq, özlərini  ələ aldılar. 
Bizim uşaqların özlərini ağıllı  və  təmkinlə aparmaları “ev sahibləri”nə  də 
sirayət etmişdi. Hətta onlardan çoxusu biləndə ki, “Igid” yoxlama görüşünə 
gələcək, ya məşqə  gəlmirdi, ya da xəstə olduğunu bəhanə  gətirərək 
güləşməkdən imtina edirdi. Bu da onların adi komanda olduğunun göstəricisi 
idi. Bizim komanda həmişə onları öz zallarında məğlubiyyətə uğradırdı. Bu 
bizə bir üstünlük də verirdi. Belə ki, başqa zalda olsaq da, igidlər heç bir 
həyəcan, qorxu hissi duymurdular. Biz onları öz zalımıza dəvət etdikdə, 
sadəcə, gəlməkdən boyun qaçırırdılar. 
Mən igidlərin psixoloji cəhətdən sınmalarına imkan vermirdim. Hətta belə 
bir misalımız da var idi: “Igidi” xalla udmaq olar, ancaq ona qalib gəlmək 
olmaz!” Buna görə də igidlər döşəkdən heç vaxt məğlub ayrılmırdılar. Onlar 
bilirdilər ki, müəllim qıraqdan baxır və çatışmayan cəhətlərini görür. 
Sabahkı məşqdə çatışmayan cəhəti düzəldəcək və gələn yarışda igid mütləq 
qalib gələcək. Güləşçi dili ilə desək, ona bu gün qalib gələn idmançını sabah 
peşman edəcək. 
Elə Azər  Əliyevin ilk suala verdiyi cavaba nəzər salaq: Sual: Yarışın 
vaxtını və yerini biləndən sonra səndə yaranmış fikir və arzu? 
Cavab: Uduzduğum rəqibləri udmaq, gözəl güləş nümayiş etdirmək, 
birinci yerə çıxmaq arzusu. 
 
 

 146
Verilmiş cavab mənim özümü də heyrətə  gətirdi. Mən gözləmirdim ki
balaca bir uşaq belə bir həsrətlə onu əvvəlki yarışlarda məğlub etmiş rəqibini 
gözləsin və belə ürək dolu ümidlə ona qalib gələcəyinə inansın. Bu, 
idmançının özünə inamından irəli gələn bir cavabdır. Bu inam ona bütün 
hazırlıq dövründə buraxdığı  səhvləri cilalayıb düzəltdikdən sonra qayıdıb. 
Zalda asılan “Uduzuruq ki, öyrənək, öyrənirik ki, udaq” lozunqu idmançılara 
uduzmağın o qədər də qorxulu bir şey olmadığını aşılayırdı. Sözsüz ki, hər 
bir idmançı uduza-uduza qalib gəlməyə başlayır. O, uduzmaqdan 
qorxmayanda qalib gələ bilər. Buna nail olan idmançı nə uduzmaqdan, nə də 
mübarizədən qorxmur. İdmançı hiss edəndə ki, məşqçisi ağıllıdır, onu 
məğlubiyyətdən qurtaracaq, o hər hansı bir məğlubiyyəti müvəqqəti üstünlük 
sayır və  gələcəkdə öz qələbəsinə nail olur. Nə vaxt ki, məşqçi tələbənin 
səhvini görüb düzəldə bilmir və elə hey deyir ki, bir az da məşq elə, 
düzələcək, lakin  heç nə düzəlmir, o halda idmançı özünə  və  məşqçisinə 
inamını itirir. Əsasən, bir idmançı yarışda  əvvəl uduzduğu rəqiblə 
rastlaşanda onda qorxu hissi yaranır. Ancaq idmançının psixoloji və texniki 
çatışmazlığı aradan qaldırılanda hər  şey  əksinə olur. Mən bununla 
idmançılara və  məşqçilərə demək istəyirəm ki, çıxışların hər biri, hətta 
həftəlik yoxlama çıxışlarının təhlil edilməsi çox vacibdir. Təhlil sanki 
idmançının özünü və artımını göstərən bir güzgüdür. O ki qaldı məsuliyyətli 
və dünya səviyyəli yarışlara, bu halda təhlillər daha artıq cavabdehliklə 
aparılmalı  və  hər idmançıya fərdi plan yazılaraq məşq keçirilməlidir. 
Hərtərəfli tərtib olunmuş planın məşqi də səviyyəli keçirilməlidir. Buna görə 
də ölkədə  məşqçilərə hazırlıq seminarları  təşkil edilməlidir ki, onlar öz 
məşqlərini yüksək səviyyədə keçirsinlər. Inanıram ki, məşqçilər bu 
seminarları çox həvəslə qarşılayarlar. Çünki əslində onlar da böyük zəhmət 
çəkirlər və istəyirlər ki, çox şey öyrənib öz tələbələrinə versinlər, zəhmətləri 
itməsin. 
Ümumiyyətlə, məşqçi idmançıda elə bir həvəs, arzu, məqsəd və fikir 
yaratmalıdır ki, bunlar onu bir dəqiqə də sərbəst  
 
 

 147
buraxmasın. Ayıq olanda da, yatanda da idmanla yatsın və yaşasın. Bu, 
məşqçidən böyük istedad və bacarıq tələb edir. Bu istedada və bacarığa 
məşqçi öz üzərində gündəlik işləməsi və axtarışı ilə nail ola bilər. Elə bu 
sahədə  zəif olduğumuz üçün əcnəbi idmançıları  yığma komandamıza daxil 
etməklə  vəziyyəti düzəltmək istəyirik ki, bu da ən asan yoldur. Lakin 
istənilən nəticə alınmır. Çünki o əcnəbi də müəyyən vaxtdan sonra nəzəri, 
texniki, taktiki, fiziki və psixoloji cəhətdən çox zəif məşqlərdə öz idman 
formasını itirir və  məğlub olmağa başlayır. Ikincisi, heç bir ölkə öz yaxşı 
idmançısını başqasına verməz. Üçüncüsü, dördüncü dərəcəli idmançılar 
gəlib bura çıxırlar ki, onlardan da olimpiya və dünya çempionları alınmaz. 
Hətta alınsa belə, heç bir xalq bundan özündə  və bayrağında  şərəf hissi 
duymaz. Nəzəri, texniki, taktiki, fiziki, psixoloji cəhətdən məşqlərini qura 
bilən məşqçilərimizin olmaması ucbatından öz istedadlı idmançılarımızı 
kənarda qoyuruq və bununla da milli və başqa idman növlərini zəiflədirik. 
Biz bu gün hər hansı zəncinin, çempion olmasına dəfələrlə çox pul qoymaqla 
öz idmançılarımızın və bütövlükdə idmanımızın ölməsinə pul qoymuş 
oluruq.  Şəxsən mən  əcnəbilərin ölkəmizin adından olimpiya çempionu 
olmasını heç arzulamıram və istəmirəm. Danışanda mütəxəssislər deyirlər ki, 
Azərbaycan güləşçilər və idmançılar ölkəsidir. Bəs necə oldu ki, bu gün milli 
komandaya öz Azəri oğlumuzu hazırlayıb çıxara bilmirik? Çünki bunun 
üçün düşünmək və əziyyət çəkmək lazımdır. 
Nəzərinizə, çatdırıram ki, əcnəbilərə  çəkilən xərc onsuz da özünü 
doğrultmayacaq. Nə  qədər ki, gec deyil, gəlin, pulumuzu özümüzün 
maariflənməyimizə və idmanda olan gənclərimizin hazırlığına sərf edək. 
Yenə  də yarış görüşlərinin təhlilinə qayıdaq. Təhlili  əsasən texniki, 
taktiki, fiziki və psixoloji hazırlıqla götürürlər. Təhlil məşqçinin xüsusi test 
qeydindən ibarətdir. Burada idmançının mübarizəsində bütün cəhətlər qeyd 
olunur. Təhlil vaxtı idmançının bütün fəaliyyəti təhlil edilib 5 ballıq şkala ilə 
qiymətləndirilir. 
Qısaca olaraq bunu belə göstərmək olar: 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin