Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   ...   5   6   7   8   9   10   11   12   13

 
 

 148
1. Psixoloji hazırlıq — 4 
2. Texniki hazırlıq — 4 
3. Taktiki hazırlıq — 5 
4. Fiziki hazırlıq — 4 
Təhlil, yəni görüş vaxtı aparılan qeydlərin təhlili mütəxəssis, idmançı və 
məşqçi ilə bir yerdə aparılır. 
Təhlilin  əsasında idmançıya yeni məşq planı tutulur. Bu aşağıdakı kimi 
edilir. 
Cədvəl № 7 
 
 
 
  s\s 
İdm
an
çı


Ad
ı,s
oy
ad
ı,ö
lk
əsi
,c
əmmi

ti
 
Bi
zi
m i
dma

ı ay
aq
 ü
st
ə 
ğül
əş
 f
ənd
in
 a

 
R
əqi
b idm
an
çı
 ay
aq
 ü
st
ə 
ğül
əş
 f
ənd
in a

 
Bi
zi
m i
dma

ı pa
rt
er
  f
əndi
n a

 
R
əqi
b idm
an
çı
 pa
rt
er
 f
ən
din a

 
T/taktiki fiziki  psixoloji 
V
izu
al
 o
lara
q m
əş

ln
in
 f
ikr
in

 
V
iz
ual
 o
laraq
 m
əş

ln
in f
ik
ri
nc
ə 
V
izu
al
 o
lara
q m
əş

ln
in
 f
ikr
in

 
İgid 

Nef
çi 

İ
gi


Nef
çi 

İgid 

Nefçi 


1996 – cı il “Birlik xeyriyə” 
yarışı  Əliev Azər  
“İgid” 
 
Quliev Rovşan  “Nefçı” 
B-2 
Dar.B- 3 1  
B. Tək – 2 
 
 
 
B-o F –o  II 
Tək – B- o - III 
 
 
 
 
 
 
 
 
Par-1 f-2 
Tək 2 – I 
0-II 
Tək 0 -III 
0-I 
0-II 
Diy 2- 
III 
Diy 2 -1 
0-II 
0-III 
H
üc  
   
 H
üc 
 
M
üd
     
H
üc
 
4 5  4 

 
 
7 xal 
5 xal
2

Ümümi texniki hesab 9-7 

18.09.07 
Dünya  
Birinciliyi 
Azərb-ABŞ 
0-Qolun I 
0-yiğıb II 
0-ğözləy III 
Tək 1 I
Məşqçiyə 
Ğörə 
Xəbər 1 II 
0-III 
 
Az
ərb
.M
üd

AB
Ş
 Hü
c.
 
Az
ərb
   
  4
 
AB
Ş    

Az
ər
b   2
 
AB
Ş    

 
 
 
 
Ümümi texniki hesab 0 -2 
 
              
Tək II 
Məşqçiyə görə xəbər 1 II 
0-III 

 149
B — fəndlərin baş hərflərini göstərir 
I rum rəqəmi — güləşin gedişatının hissələrini göstərir 
B-1 — hərflərin qarşısındakı rəqəmlər qazanılan xalları göstərir
 
Fiziki və psixoloji qrafanın altında, 5 ballıq sistemlə hazırlığa verilən 
qiymət göstərilir. 
Indi isə cədvəldə göstərilən güləşin gedişatından çıxacaq təhlili nəzərdən 
keçirək. 
Əliyev Azər “Igid” İdman Klubu: Güləşi taktiki cəhətdən hucum 
formasında getmiş, lakin qüvvələr bərabər bölünməyib. I hissə — 7 xalla, II 
hissə — fəndə  cəhd olsa da, xalla nəticələnməyib — 0, III hissə  cəhdlər 
aşağı səviyyədə olub, fiziki yorğunluq və psixoloji gərginlik öz işini görüb 
— 2 xal. 
Aparılan təhlildən çıxarılan nəticə: 
1. İdmançının işlətdiyi fəndi bacarıqla sona çatdırıb, rəqibin kürəyini yerə 
vurmaq bacarığı  zəifdir. Elə bir yarış olar ki, sən rəqibdən 7 xal qabağa 
çıxarsan, rəqib isə bir fənd işləməklə kürəyini xalçaya vurar, onda sənin 
yığdığın 7 xal əhəmiyyətsiz olar. Ona görə  də qarşıdakı  məşqlərdə kürəyi 
yerə vurmağın üstündə işləmək lazımdır. Konkret hücum fəndlərinin üstündə 
işləyib cilalamaq, reflektor hərəkətlərə keçirmək. 
2. Kombinasiyalı  fəaliyyətin üstündə  işləmək. Baxmayaraq ki, I hissədə 
iki və ikili kombinasiya işlədildi. Lakin bu da təmiz qələbə ilə nəticələnmədi. 
Nəticə: Kombinasiyalı  fəaliyyətin üstündə  işləmək, bu fəaliyyətin iki və 
üç gedişli olmasına çalışmaq. 
3. Görüşdə qüvvəni və vaxtı bərabər bölməyin üstündə işləmək. Görüşün 
vaxtını intiutiv hiss etmək və ondan məharətlə  bəhrələnmək bacarığını 
artırmaq, görüşün axırına 5 saniyə qalmış qələbəni rəqibdən almağın üstündə 
işləmək. 
4. Mübarizə vaxtı hər 20 saniyədən bir hücum etmək bacarığının üstündə 
işləmək. Hücum rəqibin psixologiyasına təsir etmək deməkdir və digər 
tərəfdən də,  ən yaxşı müdafiə hücumdur. Deməli, yaxşı hücum etmək 
bacarığın varsa, bu, həm də yaxşı müdafiə olunmaqdır. Bu isə idmançıya 
üstünlük verir ki, o, bir fəaliyyətlə üç iş görsün. Birincisi, hücum edir, 
rəqibin psixologiyasını qorxuya salıb həyəcanlandırır. Ikincisi, hücum edib 
xal alır. Üçüncüsü, hücum edərək müdafiə olunur.  

 150
Ona görə  də  mən öz tələbələrimə hücum taktiki planı üstündə çox 
işləmələrini məsləhət görürdüm. Hücumsuz qələbə mümkün deyil. Öz 
xoşuna heç kim xal vermir. Rəqibindən xalı mütləq zorla və yaxud aldadıb 
almalısan. Nəzərə alsaq ki, güləş hücumdan, əks-hücumdan, müdafiədən və 
aldadıcı manevrlərdən ibarətdir, onda, deməli, yaxşı hücum etmək bacarığına 
malik olmaqla sən artıq hücum edirsənsə,  əsas taktiki planın dördünü də 
görmüş olursan. Yəni sən hücum etdikdə  rəqib sənə az hücum edir. Sən 
hücum edəndə  rəqib çox vaxt müdafiə olunur. Hücum isə aldadıcı 
hərəkətlərdən ibarətdir. Deməli, hücum göstərilən bu dörd taktiki fəaliyyətin 
əsasıdır ki, bunu da gözəl və güclü psixoloji hazırlığa malik olmaqla həyata 
keçirə bilərik. Biz sizinlə idmanda çox görmüşük ki, qazandığı kiçik 
üstünlüyü qoruyub saxlamaq üçün müdafiə oyunu seçən idmançı  əksər 
hallarda meydanı  məğlub tərk edir. Ancaq həmin idmançılar taktiki plan 
quraraq hücuma keçsəydilər, aldıqları xalın arxasınca gedib onu saxlamağa 
yox, çoxaltmağa cəhd göstərsəydilər, məğlubiyyətə düçar olmazdılar. Bir 
daha bildirirəm ki, yenə də müsbət nəticənin başında psixoloji hazırlıq durur 
ki, buna da müntəzəm və inadkar məşqlərlə nail olmaq mümkündür. Bir 
sözlə, müdafiə hücum xarakterli və aktiv olmalıdır. 
Indi isə ölkəmizi 17-23 sentyabr 2007-ci il tarixdə vətənimizdə keçirilən 
Yunan-Roma və  sərbəst güləş üzrə dünya birinciliyində  təmsil edən 
idmançının çıxışını təhlil edək. Gördüyümüz kimi, haqqında bəhs etdiyimiz 
idmançı görüşün üç hissəsini də çox passiv keçirdi, rəqibin qollarını  yığıb 
onu da hərəkət etməyə qoymayaraq görüşü başa vurdu. Onun psixoloji 
cəhətdən stress vəziyyəti artıq xalçaya çıxanda görünürdü. Çünki gözləmə-
hazırlıq zalında onun psixoloji sakitliyə  və  qələbə inamına gətirilməsi 
üzərində işin aparılması hiss olunmurdu. İdmançı psixoloji gərginlik altında 
döşəyə yaxınlaşanda ağırlıqdan sıxılmış qozbel kimi irəliləyirdi. Beynin nə 
edəcəyini bilməməsi isə bədənin də nə edəcəyini bilməməsi ilə nəticələndi  
 
 

 151
— idmançımız rəqibin qollarından sallanmaqla kifayətləndi. Bütün 
əzələlərin gərginliyi ona gətirib çıxartdı ki, rəqib öz manevrləri ilə 
idmançımızın onun qollarını buraxmasına səy göstərən kimi sonuncu 
müvazinətini saxlaya bilməyərək yıxıldı  və xal itirdi. Əslində, rəqib ona 
qarşı heç bir fənd işlətmədən xal qazandı. Ikinci xal məşqçinin görüşə mane 
olmasına görə verildi ki, bu da məğlubiyyəti daha da tezləşdirdi. 
Gördüyümüz bu məğlubiyyət sırf psixoloji çatışmazlığın nəticəsi idi. 
Bizim idmançı uduzduğu görüşdən əvvəlki oyunda o qədər gözəl güləşlə 
qalib gəldi ki, artıq biz onun çempion olacağını gözləyirdik. Necə oldu ki, o, 
bir saatın içində güləşməyi unutdu? Buna səbəb psixoloji çatışmazlığı idi. 
Onda olan psixoloji sınmanı ancaq yüksək səviyyəli psixoloq-mütəxəssislər 
aradan qaldıra bilərlər, yoxsa o yenə  də  məşqlərdə çox hünərli görünəcək, 
yarışlarda isə inamsızlıq göstərəcək. Beləliklə, bir neçə  dəfə belə stress 
nəticəsində gənc istedadlı güləşçimizin idman karyerasına son qoyula bilər. 
Onu stressdən çıxarmaq üçün psixoloq-mütəxəssislər bu işə  cəlb 
edilməlidirlər.  İdmançının güləşini özünə qaytarmaq artıq adi məşqçi işi 
deyildir. 
Yarışda iştirakdan alınan təhlildən sonra idmançıya məşq proqramları 
tutulmalıdır. Bu həm ümumi komanda üçün, həm də tək bir idmançıya fərdi 
olaraq tutulmalıdır. Burada məşq planı sırf yarışdan çıxan təhlilə əsaslanaraq 
yazılır. 
Komandaya və idmançıya fərdi məşq planı yarışın gedişatını  və 
idmançıların iştirakını görən məşqçi və mütəxəssis tərəfindən daha dəqiq 
yazıla bilər. Plan xüsusi yazılmış  və  çəkilmiş materialların  əsasında tərtib 
olunur. Təəssüf ki, plan bir sənəd kimi tərtib edilsə  də, təsdiq olunduqdan 
sonra bir qırağa atılır. Məşqlər isə necəgəldi keçirilir, təki idmançı çox 
yorulsun. Daimi hədsiz yorğunluq isə idmançının həvəsdən və gücdən 
düşməsinə, bezikməsinə  gətirib çıxarır. Məşqçilərin bunu hiss etməməsi 
ümumi hazırlığın yüksəlməsini bir az da çətinləşdirir. 
Ümumiyyətlə, təhlillər hər məşqçinin özünə rahat olan hir  
 
 

 152
neçə formada aparıla bilər. Bunların sadə bir forması ilə tanış olaq. 
Bu təhlil yarışda aparılan vizual baxışdan götürülmüş qeydlər  əsasında 
tərtib olunur. Qeydlər isə aşağıdakı formada aparılır. 
 
Cədvəl № 8 
 
I hissə II 
hissə III 
hissə 
Öz idmançımız 
 B Arx F 
1 – 3 – 1  
F B Diy. 

Tək. 

Rəqib idmançı F 

B – Diy. 
2  2 
Diy. 

 
 
Yarışda belə qeydlər məşqçi dəftərçəsində aparılıb işlənsə, onun özündən 
asılı olmayaraq qışqırıb güləşçiyə maneçilik törətməsindən daha faydalı olar. 
Göstərilmiş bu qeyddən belə nəticə çıxarmaq mümkündür: Qalib idmançı 
10-7 hesabı ilə udsa da, mübarizədə diqqəti dar və daxili olmuşdur, yəni 
diqqəti özünə yönəldiyindən fənd işlədib xal alsa da, çoxlu xal itirib. Başqa 
sözlə desək, diqqətini rəqibin mübarizəsinə yox, öz daxilinə yönəldib ki, 
nəticədə xal aldıqca itirib. Eyni zamanda ayrı-ayrı  fəndlərin işlənməsindən 
aydın görünür ki, güləşçi fəndi konkret sonluqla başa çatdırmaqda, yəni 
kürəyi xalçaya vurmaqda zəifdir. 
Göründüyü kimi, mübarizədə idmançının ikili (iki gedişli) və ya üçlü (üç 
gedişli) kombinasiyalarla işləmək hazırlığı, texniki hazırlığı  zəifdir. Fiziki 
hazırlığa gəldikdə isə qüvvəsini bərabər bölə bilməməsi və dözümlülüyünün 
zəifliyi nəticəsində, o, əsas xalları, 5 xalı 1-ci hissədə, 4 xalı 2-ci hissədə 1 
xalı 3-cü hissədə ala bilib. Bu fəaliyyəti bizə onun fiziki dözümlülüyünün 
zəif olduğunu deməyə əsas verir. 
Taktiki hazırlığına gəldikdə isə idmançının hücum stilində güləşdiyini 
görmək mümkündür. Ancaq əks-hücumunun zəif olduğu da aydın görünür. 
 
 

 153
Psixoloji hazırlığa gəldikdə isə, görürük ki, idmançıda diqqət haqqında 
heç bir anlayış yoxdur. O, ancaq “Irəli” taktikası ilə  işləyib. Xallardan 
görünür ki, idmançının psixoloji hazırlığı  zəif olduğu üçün əvvəlki 
üstünlüyünü də əldə saxlaya bilməyib. Əksinə rəqib 1-ci hissədə xal itirsə də, 
2-ci hissədə hesabı  bərabərləşdirib və 3-cü hissədə üstünlüyü ələ ala bilib. 
Bu qeydlərdə biz idmançının çatışmayan cəhətlərini tam görə bildik. Indi isə 
qaldı  əsas məsələ. Bu çatışmayan cəhətləri nə yolla və kim aradan qaldıra 
bilər? Bu, idmançının növbəti görüşlərində daha çox üstünlüklə qalib gəlib 
psixoloji tarazlığını  bərpa etməsi üçün vacibdir. Əks halda rəqib öz 
çatışmazlığında düzəlişlər edərək gələn görüşündə qalib gələcək. Bu isə 
idmançımızın özünə inamsızlığına gətirib çıxaracaq ki, hazırda onda məhz 
bu hal baş verir. 
Mən bunu həkimlərin  əvvəlcə  xəstənin ürəyinin kardioqrammasını 
çıxartmasına, sonra isə bunun əsasında xəstəni müalicə etməsinə 
bənzədirəm. Qeyd etmək istəyirəm ki, idmançların da fəaliyyətinin həkim 
dəqiqliyi ilə müayinəsi və müalicəsi çox vacibdir. Baxır müalicəni hansı 
həkim aparır. Axı biz xəstələnəndə həkim seçimini çox diqqətlə edirik, sonra 
həmin həkimin müalicəsinə razılıq veririk. Bəs onda idmançılarımızda bu işə 
niyə belə laqeydlik var? Axı söhbət ölkənin  şərəfini qoruyan 
idmançılarımızdan gedir... 
 
 

 154
X FƏSIL 
 
İdmançıların və idmanın bugünkü problemlərinin həlli yolları 
 
 
 
 
 
 
 
 
Həlli olmayan məsələ, 
 
 
 
 
 
 
 
cavabı olmayan sual yoxdur 
 
İdmançının bədənindən qabaq beyni məşqə başlamalıdır. Bunu mən öz 
məşq planımın  əsas məqsədi sayırdım. Bu fəsildə sizi özümün sınaqdan 
keçirdiyim, heç bir idman cəmiyyətində analoqu olmayan iş üsulu ilə tanış 
etmək istəyirəm. Buna mən gündəlik axtarışlarım və mütaliəm sayəsində nail 
ola bilmişəm. Belə ki, idmançı idman formasını geyinib zala daxil olduqda 
özünü müstəqil surətdə psixoloji cəhətdən məşqə hazırlayır. Bu hazırlıq 
təxminən belə keçirilir: İdmançı döşəyin bir tərəfində bardaş qurub oturur, 
bədənini və ruhunu hiss edərək daxilində  aşağıdakı sözləri söyləməyə 
başlayır: Mən bugünkü məşqimi başlayıram! Özümü yaxşı hiss edirəm! 
Məqsədim bugünkü məşqimdə öyrəniləsi və artırılası  nə varsa hamısını 
artıqlaması ilə mənimsəməkdir. Ilahi, qarşıya qoyduğum məqsədə çatmaqda 
mənə kömək ol! Bu işdə  mənə maneçilik törədə biləcək qüvvələrin mənə 
mane olmasına yol vermə! 
İdmançı bunu deyərək qalxıb gəzişir və ümumi komandanın yığılmasını 
gözləyir. Komanda yığılanda salamlaşma ritualı keçirilir. Bu halda komanda 
boy sırası ilə düzülür. Məşqçi: 
— Salam igidlər! — deyə komandaya müraciət edir. 
— Salam! — deyə komanda cavab verir. Sonra məşqçi ikinci dəfə 
komandaya müraciət edir: 
— Igidlər, Vətənin, idman şərəfini qorumağa hazır ol! 
— Həmişə hazırıq! — deyə komanda cavab verir. 
Hər gün bu salamlaşma ritualı idmançıların nəyə hazırlaşdıqlarını  
 
 

 155
və bu məqsədlə konkret nə edəcəklərini bilmələrinə çox kömək göstərirdi. 
Mən idmançılarıma başa salmışdım: Bir gün gələcək, sizə “Vətənin torpaq 
şərəfini qorumağa hazır ol!” — deyə müraciət ediləcək. Siz buna hər gün 
hazır olmalısınız. Gündəlik psixoloji hazırlıqla başlayan məşqlər idmançıda 
mətinlik və mübarizəyə hazırlıq hissi oyadırdı. 
Başlanğıc ritualından sonra idmançılar döşəkdə bardaş qurub oturaraq 
xəyal məşqinə başlayırdılar. Belə ki, idmançı müəllimin göstərişi ilə 
beynində edəcəyi məşqin qısa 5-10 dəqiqəlik konspektini keçirirdi. Onu da 
qeyd etməliyəm ki, idmançılar məşqə  gələndə bir həftəlik məşqin planını 
qabaqcadan bilirdilər. Belə ki, həftənin hər günündə hansı tapşırığı yerinə 
yetirəcəyi idmançıya deyilirdi. İdmançı evdə idman paltarlarını çantasına 
yığanda bu gün edəcəyi məşq artıq onun beynində canlanırdı ki, bu da onun 
məşqə daha yaxşı hazırlaşmasına kömək göstərirdi. Məşqlər isə  aşağıdakı 
formada bölünürdü. 
 
 
I gün 
Hücum fəndlərinin cilalanması (Hücum günü) 
Az yüklü məşq 
 
I. Hazırlıq hissə: — 20-25 dəqiqə 
Ümumi hazırlıq 
Xüsusi hazırlıq 
 
II. Əsas hissə — 90 dəqiqə 
Ayaq üstə 
Arxaya əyilərək atmalar, ayrı-ayrı tutmalardan — 2+05+2 
Arxaya əyilərək atma, beldən tutmaqla — 2+2+05 
Bel üzərindən atma, başdan, qoldan tutmaqla — sağ — 2+05+2 
— sol — 2+05+2 
— sağ-sol — 2+05+2 
 
 

 156
Parter 
Diyirlənərək çevirmə — sağ — 2+05+2 
 
 
 
   — sol — 2+05+2 
            
 
   — sağ-sol — 2+05+2 
Ayaq üstə hücum, fənd kombinasiyalarının cilalanması 
Bel üzərindən atma — sinədən atma — sağ-sol — 2+05+2 
Bel üzərindən atma — sol — 2-05+2 
 
 
 
 — sağ — 2-05+2 
 
Parter 
Qaldırmalar — sağ — 2+05+2 
 
 
— sol — 2-05+2 
   — 
sağ-sol — 2-05+2 
 
Ayaq üstə öyrənilənləri güləş formasında həyata keçirmək 
Arxaya əyilərək atmalar 2+05+2 
Bel üzərindən atmalar 2+05+2 
Diyirlədərək çevirmə 2-05+2 
Qaldırmalar 2+05+2 
 
III. Qurtaracaq hissə: 15-20 dəqiqə 
Sərbəst məşq — Ümumi fiziki hazırlıq — Akrobatika 
 
Birinci günə yazılmış  məşq planı  aşağıdakı formada beyindən 
keçiriləndən sonra bədənin hazırlığına başlanırdı. 
Beyin məşqi: 
I. Məşqin hazırlıq hissəsi — 1 dəqiqə 
II. Əsas hissə: 
Sinədən atmalar ümumi sağ-sol — 05 
Kürəkdən atmalar sağ-sol — 05 
Diyirlədərək çevirmə sağ-sol — 05 
Kombinasiyalı sinədən atma sağ-sol — 05 
 
 

 157
Kombinasiyalı kürəkdən atma sağ-sol — 05 
Qaldırmalar sağ-sol — 05 
Beyində güləşin öyrənilməsini həyata keçirmək — 1 dəqiqə 
Beyində  həyata keçirilmiş  məşq bədəndə  dəqiqlik və reallıqla həyata 
keçirilərək çox gözəl nəticə verirdi. Artıq məşqin gedişatında robot kimi tək 
bədən yox, beyin də  iştirak edirdi. Belə  məşqin həyata keçirilməsi 
idmançının tez bir zamanda artımına gətirib çıxarır. Əgər bu tərzli məşqlər 
cəmiyyətlərimizdə keçirilsə, məşqçilərin və idmançıların çox böyük 
inkişafına səbəb olar. Ümumiyyətlə, mən onun tərəfdarıyam ki, idmançı 
hazırlıq hissəni sıraya düzülmədən aparıcısız özü müstəqil keçirsin. Bu halda 
məşqçi qıraqdan baxaraq danışıqsız kimin hazırlığı necə aparmasına nəzarət 
edir. Hazırlıq da iki hissədən ibarətdir: Ümumi hazırlıq, xüsusi hazırlıq. 
Hazırlıqda artırılası  nə varsa idmançı tam müstəqil həyata keçirir. Usta 
idmançıların məşqində rast gəldiyim bir hadisəyə  məəttəl qaldım. Belə 
ki,həmişə hazırlıq hissəni komandanın kapitanı apardığına və  hərəkətləri 
daim müəllim deyərək icra elədiklərinə görə usta idmançılar da uşaq kimi, 
sərbəst hazırlaşmağa hazır deyildilər. Buna idmançıların daim fikirləşmədən 
komandanın aparıcısının dalınca qaçaraq onun hərəkətlərini təkrarlamaları 
səbəb olmuşdu. Beynin belə kütləşməsi isə  məşqin texniki və taktiki 
hissəsində də özünü göstərir. Sərbəstlik və yaradıcılıq olmayan yerdə beyin 
inkişaf edib yenilikçi ola bilmir. İdmançı  hər gün keçirilən hazırlıq 
hissəsindən ustalıqla istifadə edib artmağı bacarmalıdır. 
Beyin inkişaf etdirilməyən yerdə beyində inamsızlıq yaranır. 
Indi isə sizinlə birlikdə idmançıların həftə üzrə keçiriləcək məşqlərinin 
ümumi proqramına baxaq. Proqram güləşin komponentlərinin nədən ibarət 
olduğu əsas götürülərək tərtib edilirdi. 
Ümumiyyətlə, mübarizə özü dörd taktiki hissədən ibarətdir.  
 
 

 158
Buna hücum, əks-hücum, müdafiə, aldadıcı yerdəyişmələr və ya 
manevrlər daxildir. 
Güləşçi bu taktiki komponentlərin dördünü də ustalıqla, eyni 
səviyyədə  həyata keçirməyi bacarmalıdır. Bunu əsas tutaraq hər məşqi bir 
mövzuya həsr edirdik. Beləliklə, idmançının da işi asanlaşırdı — onun üçün 
hansı  məşq günü olduğunu bilmək kifayət edirdi. Bunu bilməklə idmançı 
onu da dərk edirdi ki, onun yaxşı hücumu, əks-hücumu, müdafiəsi və 
aldadıcı manevrləri olmalıdır ki, hərtərəfli hazır güləşçi kimi yetişsin. 
Texnikanın mənimsənilməsi idmançıda yüksək inam hissi yaradırdı. Bu isə 
öz növbəsində ona avtomatik olaraq yüksək psixoloji mübarizlik qabiliyyəti 
verirdi. Təxminən bölgü bu formada gedirdi. 
 
I gün -- Az yüklü məşq 
Hücum fəndlərinin cilalanması — Hücum günü 
II gün -- Orta yüklü məşq 
Əks-hücum fəndlərinin cilalanması — Əks-fənd günü 
III gün -- Böyük yüklü məşq 
Müdafiə olunmaq bacarığının artırılması — Müdafiə günü 
IV gün -- Orta yüklü məşq 
Taktiki manevrlərin öyrənilməsi günü - Taktika günü 
V gün -- Son hüdud yüklü məşq 
Öyrənilmiş  və artırılmış bacarığın yoxlama günü — Güləşin 
öyrənilməsi günü 
VI gün -- Az yüklü məşq 
Psixoloji hazırlıq günü — Psixoloji gün 
İdmançıların hazırlıq səviyyəsindən asılı olaraq məşqin vaxtı və yükü 
təyin edilir. Məşq keçiriləcək dərs proqramı əsasında hər məşqçinin özünün 
tutduğu planla aparılır ki, burada da yüksək məşqçi bacarığı  tələb olunur. 
Məşqin keyfiyyəti isə onun qapalı  şəraitdə, tam sakitliklə, danışıqsız 
aparılmasından çox asılıdır. 
Yuxarıda göstərilən günlərin bölgüsündə keçirilən məşqlərin məqsədi  
 
 

 159
bəlli olduğu üçün idmançı  məşqdən sonra nəyi öyrəndiyini və  nəyi 
artırdığını tam dərk edərək gələcək məşqlərində  həmin cəhətləri daha da 
gücləndirir. Bununla idmançılarda öz xüsusi yaradıcılıqları əmələ gəlməyə 
başlayır. 
Ümumi məşqdən sonra idmançı yenə də xalça qırağında bardaş qurub 
oturaraq keçirdiyi məşqini qiymətləndirir və özünü növbəti məşqə 
hazırlayır: — Mən bugünkü məşqimi qurtardım. Özümü yaxşı hiss edirəm. 
Bugünkü məşqimə “dörd” qiyməti verirəm, indi gedib dincələcəyəm ki, 
sabah daha gümrah, daha inamlı olum, sabahkı günümü bugünkündən daha 
zəngin və gözəl keçirim. Ilahi, qarşıya qoyduğum məqsədə çatmaqda mənə 
kömək ol! (məqsəd dünya və olimpiya çempionu olmaqdır). İdmançı bunu 
deyib öz məqsədinə çatacağı gün boynundan qızıl medal asılmış vəziyyətdə, 
birinci yer pilləsində, tamaşaçıların alqışları altında hamını salamladığını 
təsəvvür edir. “Dualarımı  qəbul et, ya rəbbim. Mən Vətənimin qışını da 
güllü-çiçəkli edəcəyəm” -- deyərək yerindən qalxıb evə getməyə hazırlaşır. 
Bununla idmançı hər gün arzuladığı məqsədi görür və o, məqsədə bir addım 
da irəlilədiyini hiss edir. İdmançı öz gündəliyində  və ümumi zalda olan 
gündəlikdə özünə verdiyi qiymətini yazaraq məşqi tamamlayır. 
Gördüyümüz kimi, məşqin yalnız bədənlə keçirilməməsi idmançını 
daha aktiv və düşüncəli edir ki, bu da sonda idmançının daha yüksək uğur 
qazanması ilə  nəticələnir. Bu nəticələr  şüurlu qazanıldığı üçün isə daha 
davamlı və daha yüksək olur. Halbuki, idman cəmiyyətlərimizdə məşqlərin 
plansız və eyni zamanda keyfiyyətsiz keçirilməsi istedadlı idmançıları, mən 
deyərdim ki, əzib məhv edir. Bir federasiyanın üzvlərini tanışlıq testindən 
keçirəndə 8-10 yaşından məşqə gələn və 15-20 il müddətində məşq keçən 
idmançılar olduğu üzə  çıxdı. Müəyyən idman nəticələri olmasına 
baxmayaraq, məşqçi bacarıqsızlığı onları daha yüksək nailiyyətlərə çatmağa 
yüksəldə bilmir. Inamsızlıqdan doğan həvəssizlik məcburiyyətə çevrilir.  
 
 

 160
İdmançıların bütün enerjili həyatlarını idmana vermələri və  nəticədə, 
arzuladıqları zirvəyə çata bilməmələri idmançı bacarıqsızlığı yox, məşqçi 
səriştəsizliyidir ki, bu gün çox cavanlarımızı və istedadlarımızı məhv edir. 
Mən deyərdim ki, bu gün ölkədə idmançı çatışmazlığı yox, savadlı, 
bacarıqlı, ağıllı  məşqçi böhranı var. Ancaq ağıllı, düzgün çıxış yolu 
tapmaqla vəziyyəti düzəltmək mümkündür. Keyfiyyətsiz əcnəbi idmançıları 
ölkəyə  gətirməklə, keyfiyyətsiz məşqlərimizlə onların idman səviyyələrini 
bir az da aşağı sallamaqla heç nəyə nail ola bilməyəcəyik. Atalar demişkən, 
köhnə hamam, köhnə tas olaraq eyni vəziyyət qalacaq. 
Indi isə mən “Güləş günü” sayılan cümə gününün məşqi ilə sizi tanış 
etmək istərdim. Məşqin  əvvəli yuxarıda təsfir etdiyim formada başlayır. 
Məşq özü isə güləşçilər oturmuş  şəkildə keçirilir. Xəyalən güləş beyində 
istədiyin yerdə istədiyin rəqiblə keçirilir. Təsəvvürdəki çıxışda fiziki və 
psixoloji hazırlıq da aparılır. Güləşə müəllimin göstərişlərinin yerinə 
yetirilməsi ilə başlanılır. Məsələn, məşqçi hazırlığın qurtardığını göstəriş 
verir. Sonra təsəvvürdə idmançının döşəyə  çıxarıldığını bildirir. İdmançı 
fikrində döşəyə addımlayanda da inamla, qürurla irəlilədiyini təsəvvür 
etməlidir. Məşqçi güləşin başladığını bildirir və əlindəki saniyəölçənlə vaxtı 
ölçərək -2+05+2+05+2 güləşin qaydasına uyğun vaxtla qarşılaşmanın 
gedişatını tənzimləyir. Bunu konspekt şəklində belə göstərmək mümkündür: 
 
1. Güləş, fikirdə (xəyalən) -2+05+2+05+2 
2. Güləş, məsafədən baxmaqla (bir idmançı bütün komandanın 
qarşısında güləşi təqlid edir). Oturmuş idmançılar, bütün komanda güləşi 
təqlid edən idmançı ilə gözlə  və fikirlə güləşir. Bütün gedişat məşqçinin 
göstərişi ilə  həyata keçirilir. İdmançı hazırlıqdan sonra məşqçinin çağırışı 
ilə komandanın qarşısına çıxır və müəllimin göstərişi ilə güləşə başlayır. 
Güləş tam həqiqi güləş kimi 2+05+2+05 qaydası ilə keçirilir. Burada 2 
dəqiqə güləş, yarım dəqiqə isə dincəlmək vaxtını göstərir. Belə güləş seansı 
idmançının güləş vaxtı diqqətini  
 
 

 161
tam yığmaq bacarığını gücləndirir. 
3. Güləş yenə  də  məsafədən ayaq üstə  həmin rəqibin güləşini 
izləməklə, təqlid etməklə aparılır. Bu da diqqəti gücləndirir, hərəkətlə 
rəqibin edəcəyi hər hansı bir fəndin qarşısını almaq və  əks fənd işlətmək 
bacarığını artırır. Güləş 2+05+2+05 qaydası ilə keçirilir. 
4. Güləşi təqlid yolu ilə işləmək idmançıda olmayan rəqibi hiss etmək, 
duymaq bacarığını artırır. Güləş 2+05+2+05+2 vaxtı ilə aparılır ki, güləşçi 
bu vaxtı  hər saniyəsinə  qədər hiss edib güləşin gedişatını taktiki olaraq 
planlaşdıra bilsin. 
5. Bu güləş rəqiblə aparılır. Lakin fəndlər və hərəkətlər yerə vurmadan 
təqlid formasında yarımçıq edilir. Burada əsas etibarilə cəldliyin və sürətin 
artırılmasına fikir verilir, hətta güləş vaxtı  hərəkətlərin və  fəndlərin 
təkrarlanması tapşırığı qoyulur. Bu da beynin və fikirləşmək bacarığının 
itiləşməsinə çox kömək edir. Güləş 2+05+2+05+2 vaxtı ilə aparılır. 
6. Bu güləş  rəqiblə keçirilir. Məqsəd bütün güləş  hərəkətlərini və 
fəndlərini cəld, dəqiq, sürətli və  rəqibi tam yerə vurmaqla tamamlanır ki, 
bunun da nəticəsində güləş effektli alınır. Burada rəqib güləşçiyə hərəkətləri 
və fəndləri yerinə yetirməkdə heç bir maneə törətmir. Buna görə də güləşçi 
hərəkətlərinin və  fəndlərinin tam dəqiqliyinə  və düzgün tamamlanmasına 
çox fikir verir. Yeni hərəkətlərin, aldadıcı manevrlərin, fəndlərin bir neçə 
pilləli kombinasiya ilə  həyata keçirilməsi isə onun güləş bacarığının 
ustalıqlarına yiyələnməsinə çox kömək göstərir. Bu da 2+05+2+05+2 
qaydası ilə keçirilir. 
7. Güləş oturan yerdə — parter vəziyyətində  təqlid edilir. Məqsəd 
parter vəziyyətində  fəndləri yaxşı  işlətmək və parterdəki fəndlərə qarşı 
möhkəm dayanmaq bacarığını artırmaqdan ibarətdir. Burada güləşçi 2 
dəqiqə rəqibin üstündə, 05 dəqiqə dincəldiyini və +2 dəqiqə altda olduğunu 
hesab edib təqlid edir. 
8. Parterdə həqiqi güləşlər -2 dəqiqə üstdə, -05 dəqiqə 
 
 

 162
— dincəlir -2 dəqiqə altda. 
9. Yarış güləşləri — burada keçirilən güləşlər yarış qaydası ilə xallar 
qeyd olunmaqla aparılır. Məşqin axırında güləşlər təhlil olunur və bu, 
məşqçiyə  gələn həftənin dərs planını tutmağa kömək göstərir. Heç 
yadımdan çıxmaz, idmançı  təlqinlə aparılan sürətlə gedən güləş 
yamsılanmasını heç bir təkrara yol vermədən, yeni hərəkətlər, yeni 
kombinasiyalı fəndlər işlətməklə 6 dəqiqəyə başa vurduğunu bildirdi.   Bu 
isə idmançının nə  qədər zəngin texnika və iti sürətlə fikirləşib qərar 
çıxarmaq bacarığına malik olduğunu göstərdi. Təəssüratlarımın birini də 
sizinlə bölüşmək istərdim. 1995-ci ildə Güləş Federasiyasının xahişi ilə 
yığma komandanın məşqlərinə qatıldım. Baş  məşqçi məndən məşqi 
aparmağı xahiş etdi, mən isə razılıq verərək soruşdum: — Sizin məşqinizi 
aparım, yoxsa, öz məşqimi? O, isə cavabında: — Öz məşqini apar, — dedi. 
Həftənin cümə günü olduğu üçün güləş günü sayılırdı. Ona görə  də 
mən yuxarıda sizi tanış etdiyim məşqi keçdim. Öz güləşlərini tamamlamış 
idmançılar çimib evə getmək istəyəndə  mən onları saxlayıb gözləmələrini 
xahiş etdim. Məşqin sonunda keçirilmiş görüşləri təhlil edərək güləşlərə 
qiymət verdim. İdmançıların hər birinin səhvlərini, çatışmayan cəhətlərini 
göstərdim və  gələn həftədəki məşqlərində  nə edəcəklərini bildirib məşqi 
tamamladım. Məşq qurtaran günü məşqçilər mənə heç bir söz demədilər, 
sanki  şoka düşmüşdülər. Lakin səhərisi gün federasiyada keçirilən 
yığıncaqda baş  məşqçinin mənə dediyi sözlər belə oldu: “Kazım müəllim, 
əgər eşitmisinizsə, mən Sizin haqqınızda nə demişəmsə, üzr istəyirəm.” 
Bunu eşidən federasiya rəhbərliyi baş  məşqçinin sözünü kəsdi. Mənə söz 
veriləndə güləşdə və federasiyada olan çatışmazlıqları göstərərək bildirdim 
ki, hər bir güləşçinin iş qovluğu olmalıdır. Orada güləşçinin görüşlərinin 
nəticələri, təqibləri, stili və taktikaları haqqında qeydlər yazılmalıdır. 
Aparılan qeydlər, təhlillər idmançının rəqibi və özü haqqında əlavə nəzarət 
və informasiyadır ki, bu da rəqibi tanıyıb qalib gəlməkdə idmançıya  
 
 

 163
kömək olar. 
Mən deyərdim ki, bu gün idmanımızda texniki, taktiki və fiziki 
hazırlıq səviyyəsi o qədər də  aşağı deyildir, sadəcə, psixoloji hazırlığın 
aşağı olması digər qabiliyyətləri də heçə endirir və idmançını bir bacarıqsız 
idmançı  səviyyəsinə salır. Məşqçilərin və başqa mütəxəssislərin bunu hiss 
etməmələri vəziyyətin öz-özünə düzələcəyinə ümid vermir. Buna idman 
hazırlığında köklü dəyişiklik etməklə nail olmaq mümkündür. 
Biz idmanımızın təməlində güclü ideologiya yaratmalıyıq. Bu 
ideologiya insanın  əxlaqını, bütün cəhətlərini özündə toplamış olmalıdır. 
Ancaq hazırda idmanımızın ideologiyası yoxdur və  əxlaqa ikinci dərəcəli 
bir iş kimi baxılır. Hətta belə bir təsəvvür var ki, idmançı layiqsiz hərəkətlər 
edə bilər, təki nəticə versin. Ancaq yüksək tərbiyə olmayan yerdə daimi 
nəticə göstərmək mümkün deyil. İdmançının əxlaqsızlığı onu ancaq məhvə 
aparır, əxlaqı isə yüksək zirvəyə çıxara bilər. 
İdmanımızda pis vərdişlərdən biri də yaxşı idmançıları min bir vasitə 
ilə yolundan çıxarıb öz zallarına cəlb etmək kimi bir adətin mövcud 
olmasıdır. Bunu daha dəqiq ifadə etsək, “idmançı oğurlamaq” adlandırmaq 
mümkündür. Belə bir iş mənim də başıma gəldi. Böyük gələcəyi ola biləcək 
bir idmançını lotoreya ideyası ilə yaşayan  məşqçi yolundan çıxarıb böyük 
vədlər verməklə öz zalına apardı. Mən həmin məşqçidən inciməyib yenə də 
öz münasibətlərimi saxlayırdım. Müəyyən vaxt keçdikdən sonra böyük 
yarışların birində  həmin məşqçi ilə yanaşı oturmuşduq. Haqqında söhbət 
açdığımız idmançı qarşılaşmanı uduzub döşəkdən çıxdı. Məşqçi isə özünü 
saxlaya bilməyib belə söz işlətdi: “Kazım, bu idmançı sənin yanında olanda 
elə bilirdim ki, hazır dünya çempionudur, sən demə, fikrimdə yanılmışam.” 
Ancaq məşqçi öz keyfiyyətsiz məşqləri ilə o cür gözəl bir idmançını yoldan 
çıxarıb məhvə apardığını etiraf etmədi. Bəlkə də, o bunun heç fərqində də 
deyildi. Həmin idmançı utandığından mənim yanıma qayıtmadı  və idman 
zalına da bir daha getmədi. 
 
 

 164
Belə az vaxtda idmançının zəifləməsi bu misalda real götürülmüş bir 
hadisədir. Bir də bunun sübuta ehtiyacı yoxdur ki, keyfiyyətsiz məşqdən 
keyfiyyətli və bacarıqlı idmançılar çıxa bilməz. Ümumiyyətlə, bizdə məşqin 
keyfiyyəti haqqında çox vaxt təsəvvür və fikir olmayıb. Məşqçi idmançıları 
sıraya düzüb salamlayıb, sonra hazırlıq hissədə onları qaçırdıb.  Əsas 
hissədə  ağlına gələn bir şey verərək uşaqları yorub və normal bir məşq 
keçdiyini düşünüb. Həmişə belə olub, indi də belədir. Məşqlər keyfiyyətsiz 
olduğu üçün idmançılardan məşqçilik etməyə başlayanlar da belə  aşağı 
səviyyədə məşq keçirirlər və bu tendensiya pisləşməyə doğru gedir. 
Hər bir məşqin məqsədi, məzmunu qrupun qüvvəsinə  və hazırlıq 
dərəcəsinə uyğun yazılmalı  və yüksək intizam, diqqət, sakitlik şəraitində 
keçirilməlidir. Yalnız bu halda yüksək keyfiyyətli məşqə nail olmaq 
mümkündür. Bu yaxınlarda bir zalda iki məşqçi dərs keçirdi. Onlardan biri 
zalın yuxarı başında qızlara, digəri isə zalın aşağı başında oğlanlara öz 
məşqlərini keçirdi. Ilk baxışda elə təsəvvür yaranırdı ki, guya hər məşqçi öz 
işini görür, lakin əslində onlar sadəcə bir-birinə mane olurdular, 
keyfiyyətdən isə heç söhbət belə gedə bilməzdi. Bu komanda olimpiadaya 
lisenziya turnirinə hazırlaşmaq üçün məşq edən komanda idi. Məşqçilər və 
müdiriyyət  əsas məsələ sayılan məşqin keyfiyyətini sanki tamam yaddan 
çıxartmışdılar.  Əslində, buna heç məşq də demək olmazdı, sadəcə, vaxt 
küləyə verilirdi. Təsəvvür edək ki, orta məktəbdə bir sinifə iki müəllim 
girib. Onlardan biri sinfin yarısına riyaziyyat, digəri isə  ədəbiyyat dərsi 
keçir. Deyin görək, bunlar bir-birinə kömək edəcəklər, yoxsa maneçilik 
törədəcəklər? Burada dərsin keyfiyyətindən söhbət belə gedə bilməz. Kiçik 
bir misalda keyfiyyətin məşqdə nə qədər vacib rol oynadığını aydın görmək 
mümkündür. Hər bir dərsin keyfiyyəti isə yekun nəticəni göstərir. Biz 17-23 
sentyabr 2007-ci il tarixdə Bakıda keçirilən dünya birinciliyində bunun 
şahidi olduq. Məni narahat edən fikirlərdən biri də odur ki, nəyə görə biz 
hər sahədə  
 
 

 165
iş-işdən keçəndən sonra ayılıb sadəcə haray-həşir salmaqla məşğul 
oluruq, real işlə yox. Atalar demişkən: Bu həna o hənadan deyil. Ya qonşu 
ölkələri özümüzə güldürəcəyik, ya da kim olduğunuzu sübut etməliyik. Biz 
hər idman növündə öz idmanımızı yaratmalıyıq. Yəni ki, Azərbaycan 
güləşini, boksunu, taykvandosunu, futbolunu və sairə... Belə olmasa, bizim 
elmi institutumuz, məşqçilərimiz hər idman növündə milliliyimizi nəzərə 
alaraq idmançılarımızda bu hiss və bacarığı yaşatmasalar, bizim idman 
nailiyyətlərimiz yüksəlməyəcək. Başqa ölkələrin idmanına baxıb 
yamsılamaqla böyük nailiyyət qazanmaq mümkün deyil. Hər bir idman 
növünü özümüzünküləşdirməsək, xeyri yoxdur. Atalar demişkən: 
Ayaqqabımı geyə bilərsən, lakin mənim yerişimi yeriyə bilməzsən. Hamı 
deyir ki, bizim futbolun başlanğıc məktəbi zəifdir, elə ona görə  də futbol 
bizdə yox dərəcəsindədir. Əslində isə eyni top, eyni stadiondur. Düşünməyə 
dəyər. 
Yenə  də  əsas problem gənclərdə yox, mütəxəssislərdədir. Zəifliyin 
təməli hələlik heç kimə lazım olmayan, lakin illər keçəndən sonra axtarılan 
yeniyetmələrin məşqlərinin düzgün qurulmamasında, onların məşqlərinə və 
özlərinə ögey münasibətdə, bu gün böyük yarış üçün balaca və eyni 
zamanda hazır olmamalarında, idman aləmi üçün maraq 
doğurmamalarındadır. Bu da onların baxımsız qalmalarına və bu sahəyə ən 
bacarıqsız insanların cəlb edilməsinə  gətirib çıxarır. Ona görə  də bütün 
idman növlərində yeniyetmələrin məşqləri tənzimlənməlidir. Bu sahəyə 
xüsusi fikir verilməlidir ki, sabah böyük istedadlarımız yetişsin. Axı yaxşı 
idmançı hazırlamaq üçün 4-5 il lazımdır. Onu yaxşıdan istedada çevirmək 
üçün isə 10-15 il vaxt tələb olunur. Bu halda da daimi dövr edən bir sikl 
olmalıdır ki, bu istedadların arası  kəsilməsin. Bugünkü boşluq keçmiş 
illərin nəzarətsizliyinin, yeniyetmələrlə  işin keyfiyyətsiz aparılmasının 
nəticəsidir. Hər hansı bir cansız istehsalda olan keyfiyyətsizliyi tez aradan 
götürmək mümkündür, bu o qədər də qorxulu deyil. Vay o gündən ki, insan 
keyfiyyətsiz  
 
 

 166
ola. Bu keyfiyyətsizliyin düzəlməsinə uzun illər, dediyim kimi 10-15 il 
tələb olunur. Bu da əgər yenə  də istiqamət düzgün müəyyənləşdirilsə, 
çatışmazlığın səbəbi tam dəqiqliyi ilə bilinib aradan qaldırılsa, nəticə  əldə 
etmək olar. Problemlərimizdə biz ancaq məşqlərə toxunduq, lakin keçirilən 
yarışlarda da problemlər az deyil. Yarışlar sadəcə yarış xatirinə 
keçilməməlidir. Gənclər və yeniyetmələr arasında həqiqi seçmə aparmaq 
xatirinə yüksək səviyyədə yarışlar təşkil edilməlidir və burada obyektivlik 
əsas məqsəd olmalıdır. Yarışın yüksək səviyyəsi ilk növbədə ona görə 
lazımdır ki, idmançılarımız başqa ölkələrdə yüksək səviyyəli yarış görəndə 
stress keçirməsinlər və bu yarışlar onlara adi bir yarış kimi görünsün. 
Beləliklə, sözsüz ki, həyatda hər bir görülən işdə problemlər olur. Onu 
ancaq aradan qaldırmaqla irəliləmək mümkündür. Mən onu da bilirəm ki, 
idmanın bugünkü problemlərini həll etdikcə qarşıya yeniləri də  çıxacaq. 
Əminəm ki, biz onları da həll edəcəyik və irəliləyəcəyik. Gərək, biz 
bugünkü problemləri həll edək ki, gələcək problemlərin həllinə  təməlimiz 
olsun.  İdmanımızdakı problemlər məni çoxdan narahat edir. Mən 1975-ci 
ildə  məşqçilik fəaliyyətinə keçdiyim vaxtlardan idmana aid kitablar 
oxuduqca hiss etməyə başladım ki, mənə vaxtında lazımı səviyyədə məşqlər 
keçilsəydi, mən daha böyük nəticələr göstərməyə qadir olardım və 
idmandan daha gec ayrılardım. Ona görə  də idman aləminin sirlərinə 
yiyələndikcə, çalışırdım ki, mənim hazırladığım idmançılara vaxtilə  mənə 
qarşı edilmiş  səhvlər təkrarlanmasın. Mən həmin cəmiyyətlərdə yetişən 
idmançıların aqibətlərinin yaxşı olmayacağını görüb çox narahat olurdum. 
Elə buna görə  də  mən  İdman və Turizm Nazirliyinin ölkədə idmanın 
inkişafı  məqsədilə  təşkil etdiyi konfransa qatıldım, dörd məqaləmin 
konfransın materialları arasında dərc edilməsinə nail oldum və konfransda 
çıxış etdim. 1996-cı ildə keçirilən konfransın təşkilindən məqsəd idmanın 
inkişafına töhfə vermək olsa da,  
 
 

 167
mən öz məqalələrimi çox çətinliklə  dərc etdirə bildim. Konfransa 
verdiyim məqalələrin ikisi güləşin texnikasına, digər ikisi isə idman 
psixologiyasına aid idi. Güləşin texnikasına aid məqalələrin biri “Ibtidai 
hazırlıq dövründə Yunan-Roma və  sərbəst güləş texnikasının öyrədilməsi 
prosesinin yeni üsulu” adlanırdı. Məqalədə yeniyetmə idmançıların 
hazırlığının həm intensiv aparılmasına, həm də düzgün yönəldilməsinə nail 
olmaq məsələsi qaldırılırdı ki, gələcək hazırlıq dövründə heç bir 
çətinliyimiz olmasın. Ikinci məqalə isə, adından göründüyü kimi, tam usta 
idmançıların hazırlığına aid idi: “Usta idmançıların hazırlıq proqramında 
ediləsi dəyişikliklər”. 
Məni bu məqaləni yazmağa məcbur edən məşqçilərdən birinin dediyi 
söz oldu: “Əgər idmançı SSRI çempionu, Dünya çempionu oldusa, o, 
idmançıya məşqçi lazım deyil”. Bu fikir əksər məşqçilər arasında populyar 
idi. Onda belə bir sual ortaya çıxır: Məşqçi bu idmançıya çanta gəzdirmək 
üçün lazımdır? Bu onu göstərir ki, müəllimlə  tələbə anlayışı  məşqçinin 
ümumi səviyyəsindən formalaşır. Bu iş də, gördüyümüz kimi, çox aşağıdır. 
Konfransda 3-cü və 4-cü çıxışlarım psixologiyaya aid idi. Konfransda 62 
çıxış olmasına baxmayaraq, psixologiyaya aid bu məqalələri müəyyən 
səbəblərdən nəşrə buraxmaq istəmirdilər. 
Bunu deməkdə  məqsədim odur ki, psixoloji və başqa məqalələri 
təqdim edəndə  nə  qədər lazımsız, süni çətinliklərlə rastlaşdığımı 
təsəvvürünüzə  gətirəsiniz. Buna baxmayaraq, konfrans respublikamızda 
idmanın yüksəldilməsinə yönəlmişdi. Belə olan halda idmanın inkişafı 
məqsədilə irəli sürülən təkliflərdən niyə qorxduqlarını  hələ  də başa düşə 
bilmirəm. Psixologiyaya aid olan məqalə  “İdmanda psixoloji hazırlığın 
rolu” adlanırdı [11]. Mənim dördüncü məqaləm isə respublikada idman 
göstəricilərinin yüksəldilməsi yolları haqqında idi. Mən burada 
idmanımızda inkişafa nail olmaqla bağlı bir sıra yollar göstərmişdim [4]. 
Gördüyünüz kimi, mənim dörd ayrı-ayrı yeni fikrimin dördü də sırf idmanın 
qaldırılmasına yönəlsə  
 
 

 168
də, heç biri həyatda özünə yer tapmadı. Hər dəfə konfrans keçiriləndə, 
yenə də qəlbimdə ümid hissləri baş qaldırırdı. Mən 2000-ci ildə də idmanın 
inkişafı naminə keçirilən konfransda 2 məqalə ilə iştirak etdim. Bunlardan 
biri “İdman tərbiyəsinin cəmiyyətin gələcək inkişafında rolu” haqqında idi 
[12]. Bu məqaləni yazmaqda məqsədim o idi ki, mənim 1993-cü ildə 
yaratdığım peşəkar güləş klubu “Igid”in analoqu bizim hər məhəlləmizdə 
və hər məktəbimizdə olsun. 
Ikinci məqaləm isə “Cəmiyyətin inkişafında idman-sağlamlıq 
komplekslərinin rolu” [13] haqqında idi. Bu məqalədə belə  məsələ 
qaldırmışdım:  İdman komplekslərinin sayını o dərəcədə artırmağa nail 
olmaq lazımdır ki, yaş qrupundan asılı olmayaraq bütün insanlar - qocalar, 
cavanlar idmanla məşğul olmaq imkanı qazansınlar və bunun da nəticəsində 
əhalinin ümumi sağlamlığı yüksəlsin. 
Mən bu gün möhtərəm Prezidentim Ilham Əliyevin Azərbaycanın 
bütün regionlarında möhtəşəm idman kompleksləri tikib yaratdığını, 
xalqımızın istifadəsinə verdiyini görəndə çox sevinirəm. 
Üçüncü konfrans isə 2003-cü ildə  təşkil olunmuşdu. Bu konfrans 
Azərbaycan gənclərinin aktual problemlərinə  həsr edilmişdi. Mən bu 
konfransa 2 məqalə vermişdim. Onlardan biri bu gün də  aktual  olan  uşaq 
evlərində idman komplekslərinin yaradılmasının vacibliyi haqqında idi. 
Məqalə çap olunmasa da, bu fikirlərimlə  əlaqədar mən Günəşli 
qəsəbəsindəki 2 saylı  uşaq evində Yunan-Roma güləşi üzrə bir güləş zalı 
yaradaraq, uşaqlara 2 il məşq keçdim və orada necə güclü idman 
potensialımız olduğunu öz gözlərimlə gördüm. Ancaq təəssüf edirəm ki, 
imkanımın çatışmazlığı üzündən bu işimi hazırda davam etdirə bilmirəm. 
Ancaq o işi başqa idmançılar irəli aparırlar. Mənə  də elə bu lazım idi ki, 
idman mütəxəssisləri görsünlər, bilsinlər ki, bu iş mümkündür və bunu 
bütün ölkədə həyata keçirmək lazımdır. Nəhayət, 2003-cü ildəki konfransa 
təqdim etdiyim digər məqaləm “Gənc nəslə mənəviyyatın  
 
 

 169
və  vətənpərvərliyin aşılanması yolları haqqında” idi [14]. Mən bu 
məqalədə  gənc nəsildə idmanın köməyi ilə yüksək mənəviyyat və 
vətənpərvərlik hisslərinin aşılanması yollarını açıb göstərmişəm. Məqalədə 
mən nəzəri mütaliyələrimi praktiki təcrübəmlə  əsaslandırmışam. Belə ki, 
mən 1975-ci ildən məşğul olduğum uşaqlara bu hissləri aşılamaq üçün 
müxtəlif üsullardan istifadə etmişəm və onların bəhrəsini görmüşəm. 
Iştirak etdiyim üç konfransın heç birində idmanda psixoloji hazırlıq 
haqqında məqalə təqdim olunmamışdı. Sanki bizim idmanda olduğu kimi, 
dünya idmanında da psixologiya deyilən bir anlayış yoxdur. Mən üzümü öz 
məşqçi dostlarıma və həmkarlarıma tutub iş təcrübəmdən müəyyən misallar 
gətirmək istəyirəm. 
1. Məşqin hazırlıq hissəsi nədir? 
Məşqin hazırlıq hissəsi hər gün keçirilir ki, bununla da idmançı  hər 
gün özünün fiziki, texniki, taktiki və psixoloji cəhətdən güclənməsini təmin 
edir. Yəni o, elə bir hazırlıq hissəsi keçməlidir ki, mübarizənin  əsas dörd 
komponentini həmin hazırlıqda bir daha möhkəmləndirsin.  Əgər məşqçi 
buna nail olsa, onun idmançısı heç vaxt bu komponentlərin heç birində 
zəiflik nümayiş etdirə bilməz. Bir sözlə, gündəlik məşqin hazırlıq 
hissəsindən çox ustalıqla istifadə etməyi bacarmaq lazımdır. Ümumiyyətlə, 
hazırlıq hissəsinin özü də 2 hissədən ibarətdir ki, bunu məşqçi də, idmançı 
da bilməlidir: 1-ci, ümumi hazırlıq, 2-ci, xüsusi hazırlıq. 
2. Texnika nədir? 
“Texnika” yunan sözü olub mənası - incəsənət və ustalıq kimi başa 
düşülür. Çox halda bu termin görülən hər hansı bir işdə, o cümlədən 
idmanda işlədilir ki, bu da görülən işin yerinə yetirilmə prosesinin mənasını 
daşıyır.  İdmanda texnikanı 2 qrupa bölmək olar. Birincisi sadə texnika, 
ikincisi mürəkkəb texnika və ya kombinasiya adlandırılır. Sadə texnika bir 
fəndin və ya hərəkətin başlanıb tamamlanması ilə sona yetir. Kombinasiya 
isə iki və daha çox hərəkətin, fəndin birləşdirilməsi  
 
 

 170
ilə başa vurulur. Usta idmançıların hazırlığında iki və daha çox iş 
görülməsi və yaxud bir neçə  fəndin birləşdirilməsi ilə  əmələ  gələn 
kombinasiyaların öyrənilməsinə  və ustalıqla mənimsənilməsinə nail 
olunmalıdır. Ustalıq artdıqca texnikada da yenilik və mürəkkəblik 
artmalıdır. Kombinasiya ilə güləşən idmançı yeni və zəngin texnikaya malik 
olduqda onu rəqib heç vaxt tanıya bilmir, o, hər rəqibi yeni bir fəndlə 
udmağa qadir olur ki, buna da ustalıq deyilir. Yüksək texnika əvvəlcə 
məşqçidə olmalıdır ki, sonra da onun vasitəsilə tələbəyə verilsin. 
3. Taktika nədir? 
“Taktika” - yunan sözü olub ordunun düzülməsi mənasını daşıyır. 
Buna aiddir: 
a. Hücum 
b. Əks-hücum 
c. Müdafiə 
d. Qüvvələrin yerləşdirilməsi (aldadıcı manevrlər) 
Mən üzümü öz həmkarlarıma tutub deyirəm ki, taktiki mübarizənin 
dörd  əsas komponentini — yaxşı hücuma keçməyi, yaxşı  əks-hücum 
etməyi, bir daha yaxşı müdafiə olunmağı və nəhayət, yaxşı bacarığa malik 
olmağı siz öz idmançılarınıza öyrətməlisiniz. Bu halda sizin hazırladığınız 
idmançılar tanınmaz və  məğlubedilməz olarlar. Söhbətlərdə  və danışıqda 
tez-tez “taktika” sözünü işlətməklə  nə  sən, nə  də  tələbən heç vaxt 
bilməyəcək ki, taktika nədir və onu necə öyrənmək olar. Elə bunun 
nəticəsidir ki, güləşçilərimiz hansı taktiki planla mübarizə apardıqlarını heç 
özləri də bilmirlər. Sanki özlərinin yeni, məlum olmayan planlarını icad 
ediblər. Bu isə nə hücumdu, nə müdafiə. Sadəcə, çalışmaq lazımdır ki, rəqib 
sənə heç bir fənd işlədə bilməsin. 
4. Fiziki hazırlıq nədir? 
Fiziki hazırlıq və fiziki inkişaf orqanizmin morfoloci və funksional 
birgə  dəyişiklik prosesidir. Biz bu prosesə necə riayət edirik? Əvvəla, hər 
idmanın öz xüsusiyyətinə uyğun  
 
 

 171
fiziki hazırlıq növü vardır ki, bunu nəzərə alaraq hazırlaşmaq lazımdır. 
Ikincisi, fiziki hazırlıq ancaq trenacor otağına düşüb qalxmaq deyil. Mən 
tədqiqatlarımdan belə görmüşəm ki, idmançılar  ən asan məşqi fiziki 
hazırlıqda görürlər. Belə ki, hamı trenacor otağına düşür, ürəyi istədiyi 
qədər trenacorda məşq edib ayrılır. Bu halda qüvvə hara gedir, hansı əzələ 
işləyir? Çox vaxt bunu bilmirlər və heç fərqinə  də varmırlar. Iki saatlıq 
məşq qurtarana qədər, sadəcə, özlərini yormaqla və söhbətlə baş qatırlar. 
Əslində isə, belə olmalıdır:  Əvvəla, hər bir idmançı bizim bədən 
skletimizi örtən 14 əsas  əzələnin özünü və  iş prinsipini tanımalıdır. O, 
birinci  əzələdən başlayaraq müəyyən edilmiş vaxtla öz fiziki hazırlığına 
start verməlidir. Bu halda o, gözünü yumaraq, danışmadan bütün fikrini 
işləyən  əzələnin üstünə yönəltməlidir. Vaxt qurtardıqca isə yenə  də 
danışmadan müəyyən ayrılmış vaxt ərzində tam fikri özündə olmaq şərti ilə 
hərəkəti başa vurub deyilən formada ikinci hərəkətə başlamalıdır. Beləliklə, 
14-cü  əzələyə çatdıqda yenidən bu dairəvi fiziki hazırlığı birincidən 
başlayaraq məşq planlaşdırılan qədər keçməlidir.  İdmançı fiziki hazırlığı 
zamanı işləyən əzələyə qüvvənin necə axdığını hiss etməlidir. Belə olduğu 
halda fiziki hazırlıqlar nəticə verə bilər. Lakin bu gün heç bir idmançı bu 
qanunu bilmir və riayət etmir. Elə ona görə də 30-35 yaşı olan idmançılar 
böyük yarışlardan qayıdanda baş  məşqçilər müsahibə verərək deyirlər: 
İdmançıların fiziki hazırlığı azdır. Belədirsə, bəs idmançı 15-20 illik məşq 
dövrünü nə ilə  məşğul olub? Deməli, idmançının zəhməti havaya gedib. 
Bədəni örtən 14 əzələni tam bərabər işlətməklə  hərtərəfli fiziki hazırlığa 
nail olmaq mümkündür. 
5. Psixoloji hazırlıq nədir? 
İdmançı  şüurlu olaraq özünün əqli, fiziki, taktiki və  ən nəhayət, ruhi 
hazırlığını hiss etməlidir. Yalnız bu halda o, azərbaycanlı olduğu ilə  fəxr 
edərək istənilən mübarizəyə  
 
 

 172
girişəcək! 
6. İdman mübarizəsinin təhlili nədir? 
İdman mübarizəsinin təhlili idmançının mübarizəsinin mənfi və 
müsbət tərəflərinin araşdırılıb nəticə  çıxarılmasıdır. Bunu məşqçi də, 
idmançı da çox gözəl bacarmalıdır. Bu bacarıq idmançıda yaradıcılıq hissini 
oyadır, bir də  səhvləri üzə  çıxarır, onların yenidən təkrarlanmasının 
qarşısını alır. Ümumiyyətlə, insan səhvini görməsə, heç bir işdə irəliləyə 
bilməz, həmçinin idmanda da. 
7. İdman nədir? 
İdman  əqlən, ruhən və cismən iki və daha çox insanın qarşılıqlı 
mübarizəsidir. 
Deməli, idman bu üç hazırlıqdan ibarət bir mübarizədirsə, siz 
tələbələrinizlə  işləyəndə bu üç hazırlığın tam yüksək dərəcəyə çatdığını 
yəqinləşdirdikdə yetirmənizin qələbəsinə  əmin ola bilərsiniz.  Əks halda 
qələbəni görmək mümkün deyil. Bu, idmanın əsas qanunlarından biridir və 
buna da riayət edilməlidir. Mən üzümü həmkarlarıma tutaraq bildirirəm: Bu 
deyilmiş və həm də sınanmış fikirləri məşqlərinizdə həyata keçirsəniz, biz 
ölkəmizi dünyada idman ölkəsinə çevirə bilərik.  İdmanımızda, 
məşqçilərimizdə olan problemlərin həlli yollarını 30-40 səhifəlik yazı ilə 
göstərib aradan qaldırmaq mümkün deyil. Əvvəla, bunu real işlə  həyata 
keçirmək mümkündür. Əks halda deyilən və yazılan sözlər qüvvəsiz və 
mənasız bir fikir kimi atılıb qalar. 
Ümumiyyətlə, bugünkü idmanımızın problemi yalnız psixoloji hazırlıq 
məsələsi yox, həm də  məşqlərdə  nəzəri hazırlıqların keçirilməməsilə 
bağlıdır.  Əgər bu gün biz idmançılara “Psixoloji hazırlıq nədir?” sualını 
versək, onlar yalnız belə cavab verə bilərlər: “Biz bu haqda nə isə 
eşitmişik.” “Nəzəri hazırlıq nədir?” sualının cavabında isə idmançılar belə 
bir şey haqqında heç xəbərlərinin olmadığını söyləyəcəklər. Ümumiyyətlə, 
nəzəriyyə nədir? 
“Nəzəriyyə” yunan mənşəli — “theorid” sözündən yaranmışdır.  
 
 

 173
Mənası baxıram, tədqiq edirəm deməkdir. Nəzəriyyə bütün elmləri 
əhatə edir. Həyatda hər bir iş  nəzəriyyə ilə başlayıb, praktiki fəaliyyətlə 
həyata keçirilir. Praktika nəzəriyyənin real həyata keçirilməsi və onun 
təsdiqidir, başqa sözlə desək, praktikaya həm də  zəka məhsulunun — 
nəzəriyyənin həyata keçirilmə meyarı kimi də baxmaq mümkündür. 
Praktikaya insanın fəaliyyət növü kimi də baxmaq olar. Hər hansı  işin 
nəzəriyyə hissəsi insan zəkasında yaranmasa, onu praktikada həyata 
keçirmək mümkün olmaz. Ona görə də çox inamla deyə bilərik ki, hər şeyin 
əvvəli nəzəriyyədən başlayır. Biz bunu idman sahəsində  də  təsdiqləyə 
bilərik. Belə ki, deməyə ehtiyac yoxdur ki, hər hansı bir fəndi və ya hərəkəti 
əvvəlcə  nəzəri olaraq öyrənib sonra praktiki olaraq həyata keçirməliyik. 
Eləcə  də fiziki, texniki, taktiki və psixoloji hazırlıqları da buna misal 
göstərə bilərik. Yadımıza salaq ki, idmanın hazırlıq zəncirinin 5 halqasının, 
yəni — nəzəri, texniki, taktiki, fiziki və psixoloji hazırlığın  əsası  nəzəri 
hazırlıqdır. 
Indi isə baxaq görək iradə nədir? 
Iradə insanda çox mürəkkəb psixoloji keyfiyyətdır. Iradə insanda 
psixoloji dayanıqlığın, tarazlığın göstəricisi olmaqla, əsasən, insanın gənc 
yaşlarında formalaşır. Insan qarşısına çıxan çətinlikləri dəf elədikcə öz 
qüvvəsinə inanır ki, bu yolla da onun iradəsi getdikcə möhkəmlənir. Bu 
çətinlikləri dəf etdikcə idmançı  mənfi emosiyalarla qarşılaşır. Belə 
emosiyalardan rəqibdən, zədə almaqdan, uduzmaqdan qorxmaq, 
tamaşaçılardan sıxılmaq və sair hissləri göstərmək olar. Belə hissləri 
idmançılara nəzəri dərsləri keçməklə, onlarda aydın bilik və  təsəvvür 
yaratmaqla aradan qaldırmaq mümkündür. Nəzəri dərsləri genişləndirməklə 
idmançı geniş, müstəqil fikirləşmək bacarığına yiyələnir. Onda özünü 
idarəetmə, həm də  nəzarətetmə  və  çıxışları  təhlil etmək kimi bacarıqlar 
meydana çıxır ki, bu bacarıqlar da idmançının seçdiyi idman növündə 
zirvəyə qalxmasına bir təminatdır. Elə bunu demək kifayət edər ki, idmançı 
çıxışa hazırlaşanda onda qorxu hissi artır.  
 
 

 174
İdmançıya elə gəlir ki, bu hiss ancaq onda olur. Lakin nəzəri dərslərdə 
idmançıya başa salınır ki, qorxu hissi rəqibdə də olur və ümumiyyətlə, bu 
hiss bütün canlılara aiddir, idmançı bunu ancaq şüurlu surətdə psixoloji 
tənzimləmələrlə özündən çıxara bilər.  İdmançı bunu nəzəri yolla öyrənib 
qorxu hissini ruhundan çıxarmağın praktiki yollarını bilsə, onda o, bu hissi 
özündən uzaqlaşdırmağı tezliklə bacarar. Belə olduqda onu demək 
mümkündür ki, idmançıda onun əl-qolunu bağlayan qorxu hissi olmayacaq. 
Bunun  əvəzində onda iradi hisslərdən olan məqsədyönlülük, mübarizlik, 
yaradıcılıq, müstəqillik, qətiyyətlilik, hünərlilik, səbirlilik və özünü ələ 
almaq kimi bacarıqlar yaranmağa başlayacaqdır. Ümumiyyətlə, bizim 
məşqçilər və idmançılar nəzəri hazırlığa itirilmiş vaxt kimi baxırlar. 
Birincisi, onlar belə düşünürlər ki, nəzəriyyə sözdü, dedin, uçdu. Çünki 
həmin dəqiqədə  nəticəni görmürsən. Ancaq məşqçilər məşqin praktik 
hissəsini üstün tuturlar, o səbəbdən ki, orada hər bir iş real görsənir. Mən isə 
onu deyə bilərəm ki, nəzəri dərslərin yüksəkliyi inamlı və daimi qələbədir. 
Diqqətin toplanmasında nəzəri dərslərin rolunun böyük olduğunu 
təsdiqləyə bilərəm. Heç yadımdan çıxmır. Növbəti nəzəri dərslərimdən 
birində  uşaqlar lotos vəziyyətində oturaraq mənə qulaq asırdılar. Onu da 
deyim ki, yoqların oturuş pozası olan lotos rahatlıq nöqtəsi tapmağa və 
diqqəti toplamağa çox kömək edən bir vəziyyətdir ki, eyni zamanda 
idmançıda elastiklik bacarığını artırır. Qəfildən komandaya təzə daxil olan 
uşaqlardan ikisi bir-biri ilə söhbət etməyə başladı. Bu vaxt mən “Sakit ol” 
sözünü deməyə macal tapmamış komandanın 30 üzvü bir yerdə  əllərini 
uzadaraq həmin uşaqlara etirazlarını bildirdilər: “Sakit ol, müəllim danışır!” 
Bu hadisə o qədər gözlənilməz və ani olaraq baş verdi ki, mən özüm ona 
reaksiya verməyə macal tapmadım. Komandanın belə  cəld reaksiyasını 
görəndə hiss etdim ki, idmançılar mənə necə böyük diqqətlə qulaq asırlar. 
Mən özüm bu hadisədən belə nəticə çıxartdım ki, keçilən dərs maraqlı təşkil 
olunanda idmançılar öz  
 
 

 175
qulaqlarından başqa, digər bir qulaq da axtarırlar ki, deyilənlərin heç 
birini buraxmasınlar. Onu da qeyd etmək olar ki, nəzəri dərslər idmançının 
biliyini artırmaqla bərabər, onun diqqətini toplamaq bacarığını da artırır. 
Bayaq dediyim vəziyyət eyni zamanda diqqətin reaksiyasıdır ki, idmançılar 
eyni vaxtda cavab verdilər. Ümumiyyətlə, “Danışıqsız məşq!” şüarı mənim 
məşqimin  əsas məqsədi idi. Mənim fikrimcə, zalda ancaq müəllimin və 
onun əlində olan saniyəölçənin səsi gəlməlidir. Bu halda əgər dərsin planı 
da yüksək səviyyədədirsə, məşq yüksək, keyfiyyətli sayıla bilər. 
Bu misalla mən eyni zamanda nəzəri dərsin idmançılar üçün nə qədər 
maraqlı  və  nə  qədər lazımlı olduğunu göstərmək istəyirəm. Nəzəri dərs 
idmançının ağlının, zəkasının inkişafına gətirib çıxarır. Elə bizim də 
çalışdığımız budur: İdmançıda yüksək intellektə nail olaq ki, o özü özünün 
yaxşı və çatışmayan cəhətlərini görə bilsin və aradan qaldırsın. 
Biz bilirik ki, insanın özündən yaxşı özünü tanıyan heç kəs ola bilməz. 
Elə ona görə də idmançının özü-özünü yönəltməsi daha faydalı olur, nəinki 
məşqçi. Çünki çətin vaxtlarda idmançı məşqçiyə nəyisə düz deməz, ancaq o 
öz-özünü aldada bilməz. Elə bunu nəzərə alaraq idmançının özünə 
sərbəstlik və yaradıcılıq bacarığını vermək lazımdır. Mənim zalımda belə 
bir  şüar var idi: “Beynini özünə müəllim, bədənini isə  tələbə et”. Insanın 
özünün-özünə müəllimliyi ən vacib cəhətlərdən biridir. Ancaq bu fikir heç 
də insanın həyatında müəllimin yerini inkar etmir. Sözsüzdür ki, tələbənin 
müəllimlik proqramını  məşqçi verir və ona hər məşqində  nəzarət edir. 
Ancaq müəllimin o qədər yüksək bilik səviyyəsi olmalıdır ki, tələbəsi hər 
hansı bir zirvəyə çatsa da, nə qədər öyrənsə də, hiss etsin ki, hələ öyrənməli 
işləri lap çoxdur. 
Bu və ya digər bilgilər idmançıya çıxışlar, söhbətlər, seminarlar, 
idmançının  ədəbiyyatlardan müstəqil istifadəsi, testlər və imtahanlar yolu 
ilə öyrədilir. 
 
 

 176
Bunlar hansı mövzular ola bilər? 
Birincisi, idmanla bağlı mövzular. Ikincisi, idmanla bağlı olmayan sırf 
dünyəvi və həyati mövzular. Birinci, mövzulardan alınan biliklər insanın öz 
bədənini və orqanizmini tanımaqla başlayıb  şəxsi təmizlik və davranışla 
qurtarar.  İdmanla bağlı mövzulardan alınan biliklər isə psixoloji hazırlıqla 
başlayıb texniki, taktiki və fiziki hazırlıqla qurtarır. Bildirirəm ki, bu 
biliklərlə tanış olan idmançılar böyük qələbələrə imza atırlar. Əgər biz hər 
hansı məşhur idmançını komanda yoldaşları ilə müqayisə etsək, görərik ki, 
o, hər bir işdə öz həmkarlarından ciddi surətdə fərqlənir. Birincisi, görərik 
ki, həmin idmançı komandanın sevimlisidir. Çempion adını qazandıqdan 
qabaq da belə olmuşdur. Ikincisi, o, psixoloji, texniki, taktiki cəhətdən 
hamıdan üstündür. Buradan onu deyə bilərik ki, əgər biz bir məşqçi kimi, 
bu istedadı  fərdi olaraq bir neçə bacarıqlı idmançıda inkişaf etdirə bilsək, 
bizim bir yox, bir neçə yüksək səviyyəli idmançımız ola bilər. Bunu isə 
idmançıda yaratmağı bacarmaq lazımdır. Hər bir komandada Fərid 
Mansurov kimi məşqdən çox şey götürə bilən idmançılar çıxır. Ancaq 
demək mümkündür ki, onun yanında bir neçə  nəfər də onunla tən gələ 
biləcək idmançı yetişir. Burada belə bir vəziyyət yaranır: Fərid müəyyən 
vaxt həmin idmançıları az qabaqlayır. Məşqçi bu halda bütün fikrini daha 
çox Fəridə yönəldir. Fəridin öz həmyaşıdlarından inkişaf fərqi artdıqca, bu 
hal onların ruhdan düşməsi ilə  nəticələnir. Məşqçinin nisbətən zəif 
idmançılara daha fikir verməməsi isə onları  məşqdən daha da soyudur və 
Fərid səviyyəsində olan idmançılar bir-birinin dalınca məşqlərini atırlar. 
Məşqçilərin baxımsızlığının ruhdan saldığı bu gənclər belə qərar verirlər ki, 
daha onlardan idmançı çıxmaz, yaxşısı budur, gedib özlərinə həyatda başqa 
bir iş tapsınlar. Ancaq həmin idmançılarla fərdi planla məşqlər keçilsə, 
ölkədə hamının gözünü dikdiyi tək Fərid yox, bir çox Fəridlər yetişər və bu 
halda Azərbaycan güləşçilər ölkəsinə çevrilə bilər. Biz onda deyə bilərik ki, 
güləş bizim milli idman növüdür. 
 
 

 177
Mən öz müşahidələrimdən və təcrübəmdən əmin olduğum üçün bunu 
deyə bilərəm ki, bu gün ölkədə heç bir idman növündə psixoloji hazırlıq 
keçilmir. Istərdim ki, bu hazırlığın məşq halında nədən ibarət olduğunu izah 
edim.  Əvvəla, psixoloji hazırlıq günündə  əsasən heç bir güləş keçirilmir. 
İdmançılar yenə  də döşəkdə lotos vəziyyətində oturaraq müəllimin onlara 
nəzəri olaraq çatdıracağı dərsi və ya mövzunu dinləyirlər. Mövzudan qabaq 
zalda olan həftəlik davamiyyət və qiymət kitabı yoxlanıb idmançıların hər 
birinə ayrı-ayrılıqda bildirilir ki, müəllim onun bu həftədəki məşqindən 
razıdır, ya yox. Burada idmançılar onu qəbul edirlər ki, əgər müəllim ona, 
“Səndən razıyam” deyirsə, deməli, onun böyük idmançı olmaq şansı var. 
Əgər müəllim idmançıya davamiyyətinə və qiymətinə baxaraq “Səndən razı 
deyiləm” deyirsə, onda həmin idmançı düz yolda olmadığını  dərk edir. 
İdmançılar müəllimlərin onlardan razı qalıb-qalmamalarının böyük bir şərt 
olduğunu başa düşürlər və müəllimdən “Razıyam” sözünü eşitmək 
istəyirlər. Bilirlər ki, bu söz onları böyük qələbələrə apara bilər. Beləliklə, 
idmançıların hər biri bu sözü qazanmaq istəyir. 
Məşqdə ikinci vacib işim onlara ötən dərsdə verilmiş ev tapşırıığının 
yoxlanışı olurdu. Ev tapşırığını verməkdə  məqsədim, birincisi, idmançını 
yatanda da, duranda da daim seçdiyi idmana bağlamağa, ikincisi, məşqdə 
verə bilmədiyim dərsi ona həyatda verməyə, üçüncüsü, məşqdə çatdıra 
bilmədiyim dərsi idmançının özünün müstəqil mənimsəməsinə  və  sərbəst 
vaxtını ona sərf etməsinə nail olmaq idi. Gəlin, baxaq görək, bunlar hansılar 
idi. Birincisi, zalda artırılması və görülməsi mümkün olmayan tapşırıqlar. 
 
1. Xeyirxah işlər 
2. Valideynin xidmətində durmaq 
3. Qocalara kömək 
4. Körpələrə kömək 
 
 

 178
5. Dostlara kömək, özün düz yoldasansa, dostunu da o yola çəkmək və 
sair 
6. Məktəbdə nümunə olmaq (birinci) 
7. Yaşıllığa, ümumiyyətlə, bizi əhatə edən hər bir canlıya və cansıza 
məhəbbət və qayğıyla yanaşmaq tapşırığı və s. 
Ikincisi, zalda çatdırmadığım işlər: 
1. Diqqətin toplanması — 5 dəqiqə diqqəti toplamaq bacarığını 
artırmaq, güzgüyə və yaxud saat əqrəbinə baxmaqla. 
2. Xəyali məşqlər — uduzduğum və yaxud uduzmadığım, 
təsəvvürümdə canlandırdığım  əcnəbi bir idmançı ilə (Radioda xarici dildə 
hər hansı bir danışığı tutaraq həmin səs altında). 
3. Psixoloji hazırlıq bacarığını artırmağın üstündə işləmək və s. 
Bu tapşırıqlarla idmançı özündə sərbəst işləmək qabiliyyətini artırırdı 
ki, bu da onlarda yeni fikirlərin və bacarığın yaranmasına gətirib çıxarırdı. 
Eyni zamanda da onlar hər gün bunu işləməklə hazırlıq vaxtlarını artırmış 
olurdular. Əgər mən onlara 2 saat məşq keçirdimsə, onlar özləri də hər gün 
ən azı 1 saat öz üzərlərində  işləyirdilər ki, müəllimin verdiyi ev 
tapşırıqlarını yerinə yetirsinlər. Hətta onlardan bəzisi deyirdi ki, müəllim, 
mən yatanda da yerimdə beynimdə xəyali məşq edib yatıram. Yəni idmançı, 
gərək, sevdiyi işə bağlansın ki, o işdən bir nəticə çıxarsın. Bu bağlılığı isə 
məşqçi öz bacarığı  və yaradıcılığı ilə yaratmalıdır. Mən öz məşqçi 
dostlarıma üzümü tutub bir daha deyirəm: Bu ev tapşırıqlarını siz də 
məşqdə öz yetirmələrinizə verin, yenilikdən qorxmayın. Bunlar illərlə 
sınanmış yeniliklərdir. Onlar sizə  də, idmançılarımıza da uğurlar gətirə 
bilər. Siz idmançının qəlbində onu əhatə edən hər bir canlıya məhəbbət hissi 
yaratmaqla, onda həm də müəlliminə, öyrəndiyi idman növünə  məhəbbət 
yaradırsınız. 
Uşaqlardan verilmiş ev tapşırıqlarını soruşanda onların hər dəfə yeni 
və maraqlı işləri məni heyran edirdi. Sanki onların  
 
 

 179
hər birində yeni, mənim özümün də gözləmədiyim bir dünya açılırdı. 
Onların xeyirxahlığa nə  qədər böyük canfəşanlıqlar göstərdikləri isə  məni 
məəttəl qoyurdu. 12-13 yaşında uşaqların böyüklərə xas düşüncə  tərzini 
gördükcə hiss edirdim ki, sən demə, uşağın gözünün qarşısında dünyanı 
açdıqca o, uşaqlığını keçib iyirmi ildən sonrakı cavanlıq dövrünü 
addımlayır, birdəfəlik kişi kimi yetişir. Bildiyimiz kimi, mübarizədə uşaq və 
cavan yox, əsl kişi lazımdır ki, buna da qeyd etdiyim yolla nail olmaq 
mümkündür. Ev tapşırıqları idmançıya məşqinin texniki və taktiki 
cəhətlərində  də tezliklə yüksəlməsinə  təkan verir. Təsəvvür edək ki, 
idmançı ancaq zala girdikdə özünün güləşçi olduğunu düşünür. Bu halda 
onun yüksək nəticələr qazanacağını düşünmək əbəsdir. Yox, əgər o, evdə də 
bununla müstəqil məşğul olursa, deməli, o, idmanla yaşayır. Bu halda onun 
digər idmançılardan çox böyük fərqi olur ki, buna başqaları istedad deyirlər. 
Ancaq istedadının parlamasının səbəbinin həyatını idmana həsr etdiyinə 
görə baş verdiyini idmançının özü və  məşqçisi bilir. Bizim hamımıza 
məlumdur ki, bütün insanlar istedadla doğulurlar. Lakin sonradan düşdüyü 
mühitdən asılı olaraq, istedad ya inkişaf edir, ya da inkişafdan dayanır. 
Deməli, idmançı düşdüyü mühitdə düzgün və yorulmadan çalışarsa, istedad 
özünü göstərəcək. Biz Fəridin məşqini başqaları ilə tutuşdursaq, görərik ki, 
eyni məşqdə o hamıdan çox işləyir və evdə də müstəqil olaraq öz üzərində 
çalışır. 
Indi isə  dərsin özündə keçilən proseslə tanış olaq. Ev tapşırıqları da 
yoxlanılandan sonra idmançılar onlara hazırladığım psixoloji çıxışları 
dinləyərək bu çıxışlardakı tapşırıqları yerinə yetirməyə başlayırlar. Onlarda 
mən,  əsasən, idmanda lazım olan və rast gəlinə biləcək bütün psixoloji 
vəziyyətlərə hazır olmalarını artırmaq üzərində  işləyirdim. Mən birinci 
işimi onu sayırdım ki, idmançılarda incəsənət işçilərində olan səhnə 
mədəniyyəti bacarığını yaradım. Yəni artıq idmançıda “idmançı 
mədəniyyəti” formalaşsın. Bu da güləşçinin döşəyə və rəqibə yaxınlaşmaq, 
bir də mübarizəni başlamaq bacarığından ibarət  
 
 

 180
olur. Güləşçinin döşəyə yaxınlaşmağını  hər bir idmançı öz zalında 
dəfələrlə məşq edərək öyrənir. Bunun üçün idmançı döşəyə öz bel sütununu 
və başını dik tutaraq məğrur, inamlı addımlarla irəliləməli, mimikasında 
qüdrət və  qələbəyə inam hissi duyulmalı, gözlərində isə kimliyini sübut 
etməyə hazır olduğunu göstərməyə  çıxdığını duymalıydım. Mən bu 
idmançıları bir-bir qıraqdan döşəyə çağıraraq onlarda dediyim  bu 
əlamətlərin olub-olmamasına nəzarət edirdim. Illərlə yaradılan bu bacarıq 
idmançıda, doğrudan da, idmançı mədəniyyəti və qüdrətini formalaşdırır. O 
ki qaldı idmançının mübarizə  mədəniyyətinə — onlara qeyrətlə mübarizə 
aparıb qalib gəlməyi və  ləyaqətlə uduzmağı öyrədirdim. Bu bacarığı 
idmançıya reallığı düzgün görüb qiymət verməsi ilə  aşılayırdım. Reallığı 
isə, əgər bu gün acı olsa belə, idmançı kişi kimi qəbul etməyi bacarmalıdır 
ki, ondan düzgün nəticə  çıxara bilsin və sabah qalib gəlsin.  İdmançının 
qüdrəti də elə bundadır. 
Ümumiyyətlə, psixoloji hazırlığın əsas dərslərinin məqsədi idmançının 
güləşin başlanğıc, həm də axır hissəsinin gözəlliyinə nail olmaqdan 
ibarətdir.  İdmanda həmişə maraq gözəl başlanğıc və gözəl sonluqda olur. 
Belə ki, gözəl başlanğıcla başlayan güləşçi bütün gedişatı gözəl saxlaya 
bilir. Gözəl sonluq isə idmançının nəyə qadir olduğunu və son sözünü 
idmanın bütün gözəlliyi ilə deməsinə imkan verir ki, belə idmançılar son 
saniyəyə  qədər qələbə  əzmi ilə mübarizə aparırlar. Bu bacarıqların 
idmançılara aşılanması isə onların öz güləşlərini yaradır ki, bu da bir səhnə 
yaradıcılığına bənzəyir. Mənim idmançıları  həm nəzəri, həm də praktiki 
cəhətdən hazırlamağım onların hərtərəfli artımına və inkişafına səbəb 
olurdu ki, bu halda idmançıda zəif tərəf qalmırdı.  Əgər hansı yarışdasa 
kimdəsə  zəif cəhət hiss edilirdisə, onu çox asanlıqla aradan götürmək 
mümkün olurdu. Çünki idmançı da buna çox real yanaşırdı.  Əsası  hər bir 
zəif cəhəti görməkdir, onu aradan qaldırmaq isə asan məsələdir. 
Nəhayət, 17-23 sentyabr 2007-ci il tarixdə Bakıda keçirilən  
 
 

 181
dünya çempionatındakı layiqsiz iştirakımız daxili narahatlığımı hədsiz 
artıraraq  əlimdə başqa imkanlar olmadığından bu kitabı yazmağa məni 
məcbur etdi. Mən həmişə kitab yazmağın nə qədər çətin, zəhmət tələb edən, 
məsuliyyətli bir iş olduğunu hiss etmişəm. Ancaq bilmirəm, həyatın hansı 
qüvvəsidir ki, məni bu çətin işə bağlamağa məcbur etdi və  mən bu gün 
qələmi  əlimə götürüb bu işi görürəm. Inanıram ki, məni qələmi  əlimə 
götürüb yazmağa məcbur edən qüvvə idmanımızın dünyada layiqli təmsil 
olunmasında da bizə kömək duracaq. 
Mən onu deyə bilərəm ki, psixologiyadan, sadəcə, qələmi ələ götürüb  
yazmaqla qurtaran deyil. Mən ancaq məşqlərdə keçdiyim və elədiklərimin 
kiçik hissəsini qələmə ala bilirəm. Psixologiya bir həyatı reallıqdır ki, biz o 
reallıqda yaşayıb yaradırıq. Ancaq onu hiss etmirik. Əgər biz bu reallığı 
gündəlik həyatımız və işimiz üçün daha dərindən dərk etsək, biz hər birimiz 
daha böyük möcüzələr və xariqələr yarada bilərik ki, bu da insanlığı daha 
da böyük zirvələrə qaldırmağa  əməli kömək olar. Arzu edirəm ki, mənim 
kitabım insanlarda və idmançılarda bu hissin güclənməsinə az da olsa, təkan 
versin. 
Kitabda yazılanlar mənim həyatımın, yəni 10 yaşından qəlbən 
bağlandığım idman aləmindən yaranmış  və illərlə  sınaqdan çıxmış 
təcrübəmin nəticəsidir. 
 
 

 182
 
 
 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin