Əgər arzu varsa, insan insandır
Gənc idmançıların çempion olmaq arzusu ilə məşq etmələri yuxarıdakı
misralarda deyildiyi kimi, onların insani hissini, birinci olmaq hissini
yaradır. Bu baxımdan Prezidentimizin diqqəti sayəsində ölkənin
regionlarında böyük olimpiya komplekslərinin açılması gənc nəslin sağlam
ruhda və əqidədə, eyni zamanda sağlam bədəndə böyüyüb formalaşmalarına
geniş imkanlar açır. Bunun bəhrəsini gələcək nəsillər də görüb fəxr
edəcəklər.
Indi isə bu gün milli komandalarımızın yarışlarda çıxışlarına baxaq.
17-23 sentyabr 2007-ci il tarixdə Heydər Əliyev adına İdman-Konsert
Sarayında Yunan-Roma və sərbəst güləş üzrə keçirilən dünya birinciliyində
idmançılarımızdan biri ilk görüşündə çox gözəl güləşərək, rəqib üzərində
böyük qələbəsi ilə tamaşaçılarda çempion olacağına ümid doğurdu. Lakin
onun ikinci görüşü tamam fərqli olaraq tamaşaçılarda “Bu heç güləş bilmir,
nədir?” hissini oyatdı. Belə ki, o, görüşə çağırılanda uzaqdan qozbel bir
görünüş almışdı, ağır addımlarla yerişi isə 80 yaşında qoca kişini
xatırladırdı.
Xalça üzərinə çıxanda bu idmançının mimikasında qalib gəlməyə,
kimliyini və bacarığını göstərməyə cəhd əsla hiss
83
olunmurdu, o, sözün əsl mənasında, boynu vurulmağa gətirilmiş
günahkar mimikasında idi. Bu da onun tək-tək əzələlərinin deyil, bütün
bədən əzələlərinin gərginliyini göstərən bir əlamət idi. Belə çıxırdı ki,
dincəlmə zalında idmançı ilə heç bir psixoloji hazırlıq aparılmamışdı. O,
zalda ancaq bədənini qızdırıb çağırışın vaxtını gözləyirmiş. Məşqçi
uzaqbaşı ona yarı yalvarış, yarı əmrlə “Sən udmalısan” deyə bilərdi. Lakin
necə udma, nəyin hesabına udma barədə, təəssüf ki, nə məşqçi, nə də
idmançı fikirləşməmişdi. Elə buna görə də o, görüşdə rəqibin fənd
işlətmədiyi bir halda, yəni yüngül itələnməklə müvazinətindən çıxaraq
yıxılması nəticəsində xal itirdi.
Bu, idmançılarımızın psixoloji gərginlik vəziyyətində olduğunu
göstərən əyani bir sübut idi. O, bütün görüş boyu rəqibin qollarını yığıb
vaxtı keçirməklə yarışı başa vurdu. İdmançı itirilmiş xalı qaytarmağa əsla
cəhd göstərməyərək stress vəziyyətində özü də fərqində olmadığı hərəkətlər
edirdi. Bu da onun yüksək daxili həyəcan və emosional sarsıntı keçirdiyini
təsdiqləyirdi. Məşqçinin çılğın davranışı da anlaşılmaz idi. Onun çığır-
bağırla yarışa müdaxilə etməsi hakimi bərk qıcıqlandırdı və bu hərəkətlərə
görə idmançımız cərimələndi, rəqib güləşçiyə xal verildi. Digər tərəfdən,
məşqçinin belə demonstrativ qışqırığı idmançının psixoloji gərginliyini
daha da artırdı. Məşqçi idmançını sakitləşdirmək əvəzinə, idmançı öz
məşqçisini sakit olmağa, yarışa maneçilik törətməməyə çağırırdı ki, bunun
da qıraqdan nə qədər qəribə göründüyünü təsəvvür etmək çətin deyil. Sanki
uşaq yaşlı atasına öyüd-nəsihət verirdi. Məşqçinin çılğınlığı tələbəsinin
uduzmasının səbəbinin özündə və zəif hazırlıqda yox, hakimdə olduğunu
göstərmək məqsədi güdürdü. Halbuki, yarış ölkəmizdə keçirildiyi üçün
hakimlər bizim komandamızın çıxışlarına çox obyektiv və diqqətli
yanaşırdılar. Bu halda hakimin hansı diqqətsizliyindən və qeyri-
obyektivliyindən söhbət gedə bilərdi ki, məşqçi bunu sübut etməyə
çalışaraq qışqırıq salırdı? Yarış başqa ölkədə keçirilsəydi, bəlkə də, buna
inanmaq olardı. Bir də yarışın
84
videosu çəkilirdi ki, bu halda da qeyri-obyektivlikdən söhbət gedə
bilməzdi. Bir sözlə, məşqçinin hərəkəti idmançının psixologiyasını alt-üst
etdi.
Güləşçi, bəlkə də, mübarizənin sonuna yaxın özündə güc tapıb nə isə
edə, qələbəyə nail ola bilərdi. Ancaq məşqçinin özünü emosional aparması
buna heç bir ümid yeri qoymadı. Bununla da idmançı həm uduzdu, həm də
psixoloji cəhətdən sındı. Halbuki, güləşçinin az da olsa psixoloji hazırlığı
olsaydı, görüşü yüksək səviyyədə keçirərək qalib gələ bilərdi. Güləşçinin
rəqibi o qədər də güclü deyildi. İdmançımızda uduzmaqdan qorxmaq hissi
güclü idi, bu da öz işini gördü. Uduzmaqdan qorxmaq artıq uduzmaq
deməkdir. Mən öz idman təcrübəmdən deyə bilərəm ki, çətin mübarizədən
sonra qəlbimdən uduzmaq qorxusu hissini çıxarmağa nail oldum. Yalnız
bundan sonra böyük və stabil qələbələr məni izlədi.
Heç yadımdan çıxmaz. Ordu idman klubunda keçirilən ölkə
birinciliyində çəkim 59 kq olsa da, 63 kq çəki dərəcəsində iştirak edirdim.
Xatırlayıram, ən çox iştirakçı bu çəki dərəcəsində idi. Görüşlərdə çox
sərbəst və inamla qalib gələrək irəliləyirdim. Keçirdiyim hisslər indiyə
qədər yadımdadır. Görüşə çağırılanda elə hiss edirdim ki, məni udmağa
çağırırlar. Belə də olurdu. Hətta məğlub etdiyim növbəti rəqiblə görüşdən
sonra komanda yoldaşlarımdan biri mənə yaxınlaşıb həyəcanla dedi:
— Indi sənin qalib gəldiyin idmançı keçən ayda keçirilmiş SSRI
birinciliyində çempion olub. Sən ona necə qalib gəldin?
Mən zarafata salaraq belə cavab verdim:
— Orada kiməsə qalib gəlib çempion olub, hünəri vardısa mənə qalib
gələrdi...
O vaxtlar səbəbi bilinmədən, sanki öz-özünə başa gələn qələbələrin
səbəbini bu gün anlayırıq. Bu səbəb özünə və qüvvənə inam kimi güclü
psixoloji yüksəklik idi. Ən böyük səbəb kimi isə uduzmaqdan qorxmamaq
hissini və nəyə qadir olduğunu sübut etmək arzusunu göstərə bilərəm. Onu
deyim
85
ki, mən rəqiblərimin harada çempion olduqları və idman titulları ilə
heç vaxt maraqlanmamışam. Bu hal idmançıda pis cəhət sayılan rəqibləri
seçmək vərdişinə gətirib çıxarır ki, bunun da nəticəsində idmançıda
psixoloji sarsıntılar baş verir, o, stabil qələbələrini qazana bilmir.
Mənim taktiki stilim belə idi ki, heç vaxt öz çəkimdə olanların güləşini
izləməzdim. Kimin necə güləşdiyini və ona qarşı necə güləşməyi
düşünməzdim. Mənim güləşim hamıya qarşı eyni idi. Mən hamıya öz
güləşimi diktə edirdim və hamını məcbur edirdim ki, mənim stilimdə
güləşsin. Buna görə də mən onlardan üstün olurdum.
Taktiki güləş stilim isə hücum idi. Düzgün qurulmuş hücum idmançını
daim qələbəyə aparır. Atalar sözü ilə desək, niyyətin hara, mənzilin də ora.
Bir də böyük idmançıların dediyi kimi, “Ən yaxşı müdafiə hücumdur”
devizi güləşimdə öz işini görürdü.
İdmançılar da, məşqçilər də özünü və gördüyü işi təhlil etmədikdə eyni
səhvi və çatışmazlıqları daim təkrarlayırlar.
Indi ötən il Bakıda çox yüksək səviyyədə keçirilən dünya birinciliyinin
görüşlərinin təhlil edilməsi, hər bir idmançıya və ümumi komandaya məşq
planı tutulması dövrüdür. Bildiyimə görə, təhlil və araşdırmalar aparılmır.
Düzdür, indi hər federasiyanın böyük yarışlara video çəkiliş qrupu
göndərmələri dəb halını alıb. Lakin bu, reklam xarakterli bir işdir. Əgər
məşqçi idmançının və bütövlükdə komandanın çatışmayan cəhətlərini yarış
vaxtı cib kitabçasına qeyd edib öz planını qurmursa, deməli, o, videolentə
yalnız bir film kimi baxacaq. Video çəkiliş idmançı üçündür ki, o,
hərəkətlərini, mübarizəsini qıraqdan görsün, izləsin və özü də nəticə
çıxartsın.
Milli voleybol komandamızın son dünya birinciliyində çıxışlarının
videolentinə baxanda və nəticələri izləyəndə komandanın psixoloji
durumunun çox zəif olduğunu dərhal duyursan. Gəlin, birlikdə təhlil edək.
Hesab 2:0 rəqibin xeyrinə olduqdan sonra milli komandamız növbəti setdə
qalib gəldi. Hesab 2:1
86
oldu. Lakin 4-cü setdə qalib gəlmək üçün psixoloji hazırlıq lazım idi.
Psixoloji hazırlığın zəif olması qızlarımızın 4-cü setdə məğlubiyyətinə
gətirib çıxartdı. Düzdür, burada fiziki, texniki və taktiki hazırlıq da öz işini
gördü. Lakin bu, az faiz təşkil edirdi (~20%). Təhlil etdiyimiz nümunədə
məğlubiyyət ~80% psixoloji hazırlığın aşağı səviyyədə olması səbəbindən
baş vermişdi.
Özü idmançı taleyi yaşamış, idmançı hisslərinə malik olan milli idman
psixoloqlarımız yoxdur. Milli ona görə deyirəm ki, ancaq öz
psixoloqlarımız bizim milli mentalitetimizi hiss edə və duya bilərlər. Biz
güləş və digər idman növləri üzrə başqa ölkələrdən məşqçi dəvət edə bilərik
ki, onlar bizə həmin idman növlərinin texniki, taktiki və fiziki hazırlıq
tərəflərini öyrətsinlər. Lakin mən psixoloji hazırlığın əcnəbi mütəxəssislər
tərəfindən öyrədilməsinin yüksək effektinə bir o qədər də inanmıram. Bu işi
biz özümüz görməliyik. Psixologiya haqqında danışdıqda və komandamızın
psixologiyasının aşağı səviyyədə olmasından söhbət açdıqda ortaya belə bir
sual çıxır: Necə olur ki, eyni komandada olan hansısa bir idmançı özünün
yüksək psixoloji hazırlıq bacarığını nümayiş etdirə bilir?
Məsələ ondadır ki, bir nəfərin psixoloji cəhətdən özünü görüşə
hazırlaya bilməsi hələ bütün komandanın hazırlığı demək deyil. Belə
idmançı olan Fərid Mansurov özünün hərtərəfli surətdə hamıdan bir baş
yüksək olduğunu Sidney Olimpiadasında da, ölkəmizdə keçirilən dünya
birinciliyində də sübut etdi. Buna səbəb nə idi? Fərid Mansurov öz
intellektual səviyyəsi ilə komanda yoldaşlarından çox fərqlənən bir
idmançıdır. O, orta məktəbi əla qiymətlərlə oxuyan, yüksək ailə tərbiyəsinə
və əxlaqına malik olan bir gəncdir. O, məhz bu səbəblərə görə məktəbdəki
kimi, məşqlərdə də birinci olmaq və hər bir tapşırığı yüksək səviyyədə
yerinə yetirmək bacarığını qazanıb. Bu hiss onun məşqlərinə daha
məsuliyyətlə, daha əzmlə yanaşmasına gətirib çıxarıb. Əgər biz onun
tərcümeyi-halını və məşq xronometriyasını komandanın hər hansı
87
bir üzvünün oxşar parametrləri ilə müqayisə etsək, çox böyük bir
fərqin olduğunu görərik. Biz məşqlərdə və dərslərdə gələcək
idmançılarımıza təlqin etməliyik ki, onlar da Fərid Mansurovun yolu ilə
getsinlər. Fərid Mansurov elə idmançılardandır ki, özü-özünün güləşini
tapıb, intellekti hesabına öz psixologiyasını — qələbə psixologiyasını
yaradıb.
88
V FƏSIL
İdmanda hipnozun və musiqinin tətbiqi
Psixoloji
cəhətdən hazırlıqlı
idmançını udmaq olar, ancaq
məğlub etmək olmaz.
“Hipnoz” yunan sözü olub “süni yuxu” deməkdir. Hələ qədim
zamanlardan hipnozdan insanları müəyyən xəstəliklərdən sağaltmaq üçün
istifadə edilmişdir. Belə hipnozçulardan 1734-1815-ci illərdə yaşamış
Anton Frans Mesmer hipnozun maqnetizm hadisəsi olduğu barədə fikir
söyləmişdir. Mesmerin dediyinə görə, onun əli dəyən suyu içən şəfa
taparmış. Sonradan elə olmuşdur ki, bəzən xəstələr Mesmerin adını
çəkməklə və ya onun gəzdiyi yerlərə getməklə şəfa tapırlarmış [8].
Mesmer özü də bu işə məəttəl qalmışdır. Lakin bunun insan sidqinin,
inamının təsiri olduğunu açıb deyə bilmirdi, çünki şöhrəti itə bilərdi. Bütün
təbii hadisələri izlədikdə, tarixi və bir çox dahilərin fikirlərini oxuduqda, öz
həyatı müşahidələrimizə diqqət yetirdikdə görürük ki, doğrudan da, insanda
inam yaradan, ona şəfa verən, mənəvi təsir göstərən təbii bir qüvvə
mövcuddur.
Bu hal insanın özünə inamıdır. Inam insan psixologiyasına müsbət
təsir göstərərək həyata keçirəcəyi hər hansı bir işdə ona müvəffəqiyyət
qazandırır. Ona görə də bu halın insanda hər hansı fəaliyyətindən asılı
olmayaraq yaradılması ona həyatda böyük uğurlar verə bilər. Fikrimcə,
onun idman sahəsində tətbiqi çox vacibdir. Bu halda müəlliminin dediyi söz
və fikirlər idmançı tərəfindən hipnozda olduğu kimi şəksiz qəbul və icra
edilir. Inam nəzəri baxımdan müəllim-tələbə
89
münasibətlərinin ən ali, ideal səviyyəsidir.
İdmançının öz mübarizəsində qələbəsinə inamı həmin mübarizədə
qələbəsinin birinci səbəbidir. Bu yanaşmada görünür ki, idmançının öz
məşqçisinə inamı və ona arxalanması necə vacibdir. Yəni bu halda artıq
idmançı öz məşqçisinə müqəddəs bir varlıq kimi baxır. Iki nəfər arasında
müqəddəs münasibətlər formalaşır. Bu halda qələbələr qaçılmazdır. Bu halı
hipnoz adlandıraq.
Digər bir hal da var ki, bu zaman hipnozçu pasientinin iradəsini tam
zəiflədir, onu passivləşdirir və beynini hər hansı bir informasiyanın qəbul
edilməsi üçün tabe edir. Məsələn, pasientə deyilir ki, o, qolunu dirsəkdən
qatlaya bilmir və ya o öz adını yaddan çıxarıb. Bundan sonra pasient,
doğrudan da, nə qədər çalışsa da, qolunu qatlaya, nə qədər fikirləşsə də öz
adını yada sala bilmir. Bu halda forma etibarı ilə müşahidə etdiyimiz
hadisədə iki tərəf olur: Hipnozçu və pasient.
Hipnozun köməyi ilə müxtəlif xəstəliklər müalicə oluna bilir. Məsələn,
dəri xəstəlikləri, qanda şəkərin normallaşması, dərs proqramını yadda
saxlamaq və sairə.
İdmanda hipnozun tətbiqi dörd əsas fazaya bölünür
1. Hipotik vəziyyətin induksiyası (insanda, adətən, sözlə, baxışla təlqin
nəticəsində əmələ gələn yarımyuxululuq halı).
2. Birbaşa hipnotik təsir (bu zaman hipnozçunun məqsədyönlü təsiri
hiss olunur).
3. İdmançının ayılmağı (ən qısa faza).
4. Hipnozsonu vəziyyət (maraqlısı odur ki, bu fazada çox vaxt idmançı
ikinci fazada ona təlqin edilmiş proqramın bəzi anlarını reallaşdırmaqda
davam edir).
Hipnoz vəziyyətinə salınma, hipnotik təsir etmə prosedurunun
müxtəlifliyi ilə bərabər, mahiyyəti standartdır. Əsası söz ilə təsir etməkdir.
Hipnozçu idmançının fikrini elə bir şeyə yönəldir ki, o özünü sakit və
taqətsiz hiss etsin. Sonra hipnozçu təlqin edir ki, idmançı çox yorulub və
onun gözləri daha baxa
90
bilmir. İdmançı, doğrudan da, özünü çox yorğun hiss edir. Sonra
hipnozçu əmr edir ki, o, gözlərini yumub yatsın. Bundan sonra hipnozçunun
məqsədyönlü təsiri başlanır.
Hipnoza salınmağın mətni:
“Indi mən tstəyirəm ki, siz bu kresloda rahat oturarsız... Əllərinizi və
ayaqlarınızı sərbəst uzadın... Əlləriniz tam sərbəst halda dizinizin üstündə
və ya kreslonun qol yerində uzadılmalıdır. Ayaqlarınız yerə tam
qoyulmalıdır və sərbəst olmalıdır...
Indi isə fikrinizi mənim sözlərimdə tam cəmləşdirin və yavaş-yavaş
hipnoz halına daxil olmağınızı özünüzdə hiss edin...
Özünüzü rahat vəziyyətə salıb əzələlərinizi boşaldın... Çox yaxşı,
gözlərinizi yumun... Indi isə dərindən nəfəs alın... dərindən... və yavaş-
yavaş... Indi isə dərin... və yavaş nəfəsinizi verin... Nəfəsinizi verəndən
sonra hiss edəcəksiniz ki, sizin bədəniniz tam zəifləyib... Diqqət yetirin ki,
nəfəs verərkən sizin əlləriniz, ayaqlarınız, boynunuz, çiyinləriniz və
nəhayət, üzünüzün əzələləri yavaş-yavaş zəifləyir və boşalır. ...Çox yaxşı...
Indi tələsmədən və gözlərinizi açmadan sağ əlinizi çiyin səviyyəsində
qabağa uzadın... Ovucun içi yuxarı... çox yaxşı... Indi mən sizdən xahiş
edirəm: Təsəvvür edin ki, sizin ovucunuzun içində ağır şar var...
barmağınızı bir az yumun və özünüzü hiss etməyə məcbur edin ki, siz,
doğrudan da, şar tutmusunuz. Uzadılmış qolun ovucunda şarı saxlamağı
davam edin və siz hiss edəcəksiniz ki, şar yavaş-yavaş ağırlaşır. Nəhayət,
siz hiss edəcəksiniz ki, əliniz daha şarı saxlamaq iqtidarında deyil və onun
ağırlığı altında qolunuz yavaş-yavaş aşağı düşür. Bu anda siz tam zəifləyib,
dərin yuxuya dalırsız...
Indi mənim nə deyəcəyimə diqqətlə qulaq asın... Şarı əlinizdə saxlayın
və bədəninizin bütün əzələlərini boşaldın... Sol əlinizin əzələlərini və
barmaqlarını boşaldın. Ayaqlarınızın, dizinizin, ombanızın əzələlərini
boşaldın... Dərindən və astadan
91
nəfəs almağa davam edin, siz hiss edəcəksiniz ki, hər dəfə nəfəs
verərkən şar daha da ağırlaşır. Sadəcə, bədəninizi boşaldın və heç bir şey
haqqında fikirləşməyin. Siz hiss edirsiniz ki, əliniz daha da ağırlaşır.
Sizin sağ əliniz ağırlaşıb və yorulub.
Nə qədər çalışırsız ki, şarı saxlayasız, o, bir o qədər ağırlaşır. Yaxşı
olardı ki, siz özünüzü tam və boş saxlayasız... Sizin əliniz kreslonun
dəstəyinə dəyən kimi bədəninizin tam boşalmağını hiss edə bilərsiniz. Sizin
əliniz çox ağırdır və yorğundur. O, ağır şarı saxladığı üçün yorulub... Yaxşı
olardı ki, əliniz kreslonun dəstəyinə qoyulsun və nəhayət, dərin yuxuya qərq
olasınız...(10 saniyəlik pauza)
Siz yaxşı çalışmısınız və sizə dincəlmək vaxtı çatıb... Öz hissiyyatınıza
müqavimət göstərməyin ...və siz tam fiziki və psixoloji azadlıqdan həzz
alacaqsınız... Siz yaxşı çalışmalısınız və indi mənəvi rahatlıq ilə dincələ
bilərsiniz... Əlinizdə daha şar yoxdur... Əliniz boşdur və siz dərin yuxuya
qərq olursunuz... dərin yuxuya...
Mənim sözlərimə diqqətlə qulaq asın... Mən sizə kömək edirəm, tam
sərbəstləşib, dərin yuxuya keçəsiniz.
Yadda saxlayın ki, siz nə qədər dərin yuxuda olsanız da, məni
eşidəcəksiniz və dərk edəcəksiniz... Indi mən beşə qədər sayacağam... hər
sayda sizin yuxunuz daha da dərinləşəcək... “Bir”... nəfəsinizi dərin... tam
boşalmaq..... “Iki” ....yuxu daha da dərin... yuxu daha dərin... dərin..... “Üç”
... aşağı ...aşağı ...aşağı ...dərin ...dərin ...dərin ...dərin... yuxu... “Dörd”
...tam boşalmaq və çox dərin yuxu... “Beş” ...çox dərin yuxu......
Siz dərin yuxuda olsanız da, mənim səsimi aydın eşidirsiniz. Siz bəzi
hərəkətlər edə bilərsiniz, hətta söhbət edə bilərsiniz, ayılmadan.
Indi mən Sizə sübut etmək istəyirəm ki, sizin fikrinizlə hərəkətləriniz
çox yaxın məsafədədir. Mənim dediklərimə riayət edin...
92
Əllərinizi çiyin bərabərində uzadın... Ovuclarınızı üz-üzə tutun,
təxminən, 15 sm məsafəsində... Çox yaxşı...
Indi təsəvvür edin ki, əlləriniz maqnitdir və bir-birindən uzaqlaşır... Bu
hissiyyat daha da artır. Əlləriniz bir-birindən daha da çox uzaqlaşır. Siz nə
qədər çalışsanız da, əllərinizi saxlaya bilmirsiniz. (10 saniyəlik pauza).
Çox yaxşı... Indi tamamilə boşalın... boşalın... Sizin əlləriniz daha
maqnit deyil... Əllərinizi əvvəlki vəziyyətə qaytarın və özünüzdə təyin edin
ki, əlləriniz bir-birindən nə qədər aralıdır... Əllərinizi aşağı salın və tam
boşalın...
Bir dəqiqədən sonra mən sizi ayıldacağam. Mən bunu edəndən sonra
siz başa düşəcəksiniz ki, özünüzü çox rahat və sərbəst hiss edirsiniz...
Prosedur vaxtı öz halınızı yada salın və bu sizə tam komfort əhval verəcək,
sakitlik və gələcəyə optimizmlə atılmaq...
Sizi oyatmaq üçün mən “ondan” “birə” qədər sayacağam... Mən öz
sayımda “beşə” çatanda siz oyanacaqsınız... Mən “üç” deyəndə siz əllərinizi
və ayaqlarınızı uzadacaqsınız... “Iki” sayında gözlərinizi açacaqsınız....
“bir” sayını eşidəndə hiss edəcəksiniz ki, tam oyanmısınız... Tam
oyanandan sonra razılıq hissi ilə başa düşəcəksiniz ki, hipnoz
prosedurundan böyük həzz almısınız...
Beləliklə, başlayıram saymağa... “on, doqquz, səkkiz” ...siz hiss
edirsiniz ki, yavaş-yavaş oyanırsınız... “yeddi” ...oyanmağınız yaxınlaşır...
“altı” ...”beş” ...Siz ayrılırsınız... “dörd” ...Siz daha da ayrılırsınız... “üç”
...əllərinizi və ayaqlarınızı uzadın ...”iki” ...gözlərinizi açın ...gözlərinizi
açın... “bir” ...siz tamamilə ayılmısınız! Sizin gözləriniz açılıb, siz rahatlıq
hissi ilə öz iş gününüzü davam edə bilərsiniz”.
Burada verilən hipnotik təsir mümkün olan balaca bir nümunədir.
Əslində, hipnotik təsirdən daha effektiv istifadə etmək olar.
93
Hipnozun sona çatan məqamı ilə hipnozdan ayılmaq məqamının arası
ən əhəmiyyətli andır, çünki idmançı hipnozun təsiri altında olan halda
hipnozçu onun psixikasına və gələcək fəaliyyətinə daha çox təsir edə bilər,
xüsusilə məsuliyyətli yarışlarda. Verilən hipnotik prosedur bir sxemdir və
onu hər bir məqamda hər bir idmançıya məsləhət görmək olmaz. O, bir
idmançıya kömək edə bilər, qeyrisinə isə heç bir köməyi dəyməz.
Hər bir hipnotik seans fərdi, dəqiq və elmi əsaslandırılmış olmalıdır.
Hipnozdan sonrakı təlqin etmək
Təlqin edilmiş formulalardan çoxu idmançıya hipnozdan ayılandan
sonra da öz təsirini göstərə bilər. Bu hipnoz vaxtı təlqin edilmiş proqramın
hipnozdan sonra reallaşma effektidir. Belə bir təlqin etmə əsasən yüksək
dərəcəli idmançılarla işləyəndə geniş istifadə edilir. Bu cür təlqin konkret
psixi proqrama yönəlir. Konkret psixi proqramlaşdırma isə yarışın müəyyən
məqamına yönəlir ki, idmançıya yarışın əsas məqamında təsir etsin. Bu təsir
idmançının sərbəst hərəkətlərini idarə etmək üçün bacarığını və diqqətini
artırmış olur.
Məsələn, suya tullanan idmançıya hipnoz təlqini zamanı “Yarış
keçirilən vaxtı siz özünüzü çox sərbəst və arxayın hiss edəcəksiniz” demək
fayda verər. Sizin bütün fikriniz və diqqətiniz özünüzü yaxşı hiss etməyə,
tullanmaq bacarığı yüksək olmağa, tramplindən dəqiq qalxmağa və havada
öz bədəninizin hərəkətlərini düzgün idarə etməyə cəmləşəcək. Yarışın
nəticəsi, tamaşaçıların iştirakı sizə heç bir maneçilik törətməyəcək. Siz öz
tullanmağınızdan həzz alacaqsınız.
Yadda saxlamaq lazımdır ki, hipnozdan sonrakı təlqin hər konkret
yarışda dəyişir. Burada idmançının fərdi xüsusiyyətləri də nəzərə alınır.
Beləliklə, hipnozdan sonrakı təlqindən
94
idmançının texniki bacarığını təkmilləşdirmək üçün istifadə etmək
mümkündür.
Ikinci əsas amil ondan ibarətdir ki, hipnoz seansından sonrakı təlqin
arasında müəyyən bir vaxt keçir. Təəssüf ki, bu aradakı vaxt uzunmüddətli
olsa, idmançını hipnoz təsiri altında saxlamağın çətinlikləri yaranar.
Çətinliklərdən biri ondan ibarətdir ki, yarış dövrü uzandıqca hipnotik təsir
azalır və hipnozdan sonrakı təlqin öz təsirini göstərə bilmir. Hipnotik və
hipnozdan sonrakı təlqin idmançıda öz gücünə inamı artırmaqla bərabər,
onun qorxu hissini və nigarançılığını da azaldır. Bundan əlavə, hipnozçu
kritik anlarda idmançının diqqətini aydınlaşdırmaq və proqnozlaşdırmaqla
ona kömək edə, ağrı hissiyyatını azalda bilər.
Hipnoz və böhran vəziyyətlər
Böhran vəziyyətinə idmanda çox az rast gəlinir. Bununla belə, o,
idmançının psixikasına və hərəkətlərinə güclü təsir göstərə bilər.
Bilmək lazımdır ki, insanın psixikası kritik böhran vəziyyətinə düşən
kimi, o, başqa təsirlərə hissiyyatlı olur.
Adi hipnoz seansının kritik vəziyyət hipnozundan fərqi ondan ibarətdir
ki, adi hipnoz seansında idmançı fikrini və iradəsini şüurlu surətdə
hipnozçunun ixtiyarına verir. Kritik vəziyyətdə isə onun fikri şüurlu
nəzarətdən çıxır. Ona görə də idmançı təlqinə daha çox həssas olur, ona
verilən məsləhətlərə daha diqqətlə qulaq asır və riayət edir.
Beləliklə, böhran vəziyyəti idmançının psixikasını daha qavradıcı edir.
Dostları ilə paylaş: |