Ç. kindlberqer, R. Aliber


“Zibil” istiqrazlar haqqında yalan v



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix16.02.2017
ölçüsü2,08 Mb.
#8942
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 
“Zibil” istiqrazlar haqqında yalan və həqiqətlə
 
Korporativ  udmalar  və  “zibil”  istiqrazlar  kimi  hallar  bir  sıra 
maraqlı  nəşrlərin  dərc  edilməsinə  səbəb  olmuşdur.  Siz  bu  mövzuya  həsr 
edilmiş  məqalələrin  adlarına  diqqət  edin:  Tom  Volfun  “Yekəxanalıq 
ocağı”  –  Nyu-Yorkun  maliyyə  elitasının  vərdişlərinin  təsviri.  Konni 
Brakın  “Yırtıcılar  balı”  –  “zibil”  səhmlərin  alıcıları  üçün  hər  il  təşkil 
edilən qəbulun təsviri. “Varvarlar qapının ağzında” – RJR Nabisco şirkə-
tinin  potensial  udulması haqqında  məqalə.  Məqalənin  qəhrəmanlarından 
həqiqətən kim qurban oduğunu müəyyən etmək çətindir. Ceyms Styuartın 
“Oğrular məkanı” Milken və onun dostları haqqında bəhs edir. Ben Şteyn 
“Oğruluğa  lisenziya”  kitabında  1980-ci  1990-cı  illərdə  baş  verən  ən  iri 
korporativ  müflisləşmələri  və  bu  şirkətlərin  emissiya  etdiyi  qiymətli 
kağızları təhlil etmişdir.  
 1990-cı  illərin  ikinci  yarısında  Birləşmiş  Ştatlarda  fırıldaqçılıq  
görünməmiş  miqyasa  çatmışdır.  Əvvəllər  qeyd  olunduğu  kimi, 
fırıldaqçılıq  üzrə  birinci  yer  tutan  təşkilat  təbii  qazın  nəqli  üzrə  ixtisas-
laşan  iki  korporasiyanın  birləşməsi  əsasında  qurulmuş  Enron  şirkəti  idi. 
Enronun  nümayəndəlikləri  Hindistanda  elektrik  stansiyanın,  Böyük 
Britaniya  və  Meksikada  su  təchizatı  sisteminin  tikilməsinə  böyük  inves-
tisiyalar  qoyurdular.  Bundan  başqa,  şirkət  elektrik  enerjinin,  təbii  qazın 
istehsalı  və  satışından,  daxili  bazarda  əlverişli  satıla  biləcək  hər  şeydən 
gəlir əldə edirdilər. Mətbuatda deyilirdi ki, Enron elektrik enerji bazarında 
dövlət nəzarətinin ləvğ edilməsində lobbiçilik edən ən böyük qüvvə idi.  
Korporasiyanın  sürətli  genişlənməsi  istehsal  qüvvələrinə,  ticarət 
avadanlıqlarına  və  proqram  təminatına  böyük  investisiyaları  tələb  edirdi. 
Lazım olan vəsaitləri əldə etmək üçün Enron iri həcmdə istiqrazlar burax-
mağa başlamışdır, yeni zamanda Merrill Lynch və Salomon Smith Barney 
kimi  investisiya  banklarına  yaxşı  pul  qazanmaq  imkanını  vermişdir.  Pik 

 
217
nöqtəsində  korporasiyanın  kapitalizasiyası  250  mlrd.  $  təşkil  etmişdir, 
Enronun  hər  bir  səhmin  qiyməti  100$,  istiqrazların  yerləşdirmə  qiyməti 
isə 40$ təşkil etmişdir. General Electric və ya Microsoft kimi nəhənglərə 
nisbətən  bir  o  qədər  də  çox  deyil,  amma  digər  emitentlərlə  müqayisədə 
ə
həmiyyətlidir.  
2000-ci  ildə  Amerika  səhmləri  birdən  ucuzlaşmağa  başlayanda, 
Birləşmiş Ştatların yeddinci ən böyük korporasiyası, Fortune jurnalı tərə-
findən  Amerikanın  ən  qabaqcıl  şirkəti  adlandırılan  Enron  öz  müflis-
ləşməsini  elan  etdi.  Şirkətin  bazar  qiyməti  tədricən  enmişdir,  istiqrazlar 
dəyərdən düşmüşdür.  
Burada əsas məsələ Enronun top menecerləri nə vaxt maliyyə hesa-
batlarının  saxtalaşmasına  əl  atdıqları  maraqlıdır.  Burada  Enrona  xidmət 
göstərən audit və hüquq məsləhətçilərə digər bir sual  yaranır – onlar baş 
verənlərdən xəbərdar idilərmi? 
Gəlirlərin  əsas  hissəsini  Enronun  top  menecerləri  onlara  mükafat 
formasında  verilən  səhm  opsionlar  hesabına  əldə  edirdilər.  Enronun 
gəlirləri  nə  qədər  tez  artırdısa,  səhmlər  bir  o  qədər  bahalaşırdı  və  top 
menecerlər  bir  o  qədər  də  varlanırdılar.  Beləliklə,  Enronun  başçıları  gə-
lirin  daha  da  böyüməsində  maraqlı  idilər.  Mundan  başqa,  onların 
mükafatları də səhmlərin qiymətlərindən asılı idi.  
Hər  kvartal  Enron  Uoll-stritin  analitiklərinin  gözləntilərinə  uyğun 
olaraq  maliyyə  hesabatlarını  dərc  edirdi.  Bir  sıra  hallarda  proqnoz 
qiymətlərə  nail  olmayanda,  səhmlərin  qiymətləri  10-20%  azalırdı. 
Nəticədə,  Enronun  yüksək  rütbəli  məmurları  analitiklərin  gözləntilərinə 
uyğun olaraq maliyyə hesabatlarını tərtib edirdilər.  
Enron Merrill lynch və JP Morganla Nigeriyada enerji layihəsi üçün 
avadanlığın alınması üzrə qarşılıqlı lizinq müqaviləsini bağlamışdır. Eyni 
zamanda, Merrill və Morgan bu sazişi bazar qiymətindən yüksək müəyyən 
etmişdir  ki,  Enron  artıq  ödəmələr  hesabına  öz  maliyyə  göstəricilərini 
yaxşılaşdıra  bilsin.  Merrill  və  Morgan  xeyriyyə  fondu  olmadıqları  üçün, 
bu  saziş  əks  tərəfə  də  malik  idi:  müvafiq  icarə  müqaviləsinə  görə  illik 
ödənişlər  müəyyən  məbləğ  qədər  artırılmışdır.  Lakin  Enron  nöqteyi-
nəzərdən, gəlirin artması faktını növbəti illərə də şamil etmək olar.  
Enronun  iqtisadçıları  gəlir  göstəricilərini  artırmaq  üçün  əllərindən 
gələni  edirdilər  (ona  baxmayaraq  ki,  etdiklərinin  nəticələri  növbəti  illərə 

 
218
nə  qədər  mənfi  təsir  göstərəcək).  Nəticə  etibarilə  cari  ildə  gəlirin  artırıl-
ması tədbirləri, sadəcə növbəti illərə köçürülürdü.  
Bundan başqa Enron əhəmiyyətli məbləğləri 5-10 illik və bazar ko-
tirovkası olmayan hansısa sirli fyuçerslərə qoymuşdur. Öz hesabatlarında 
Enron ildən-ilə bu müqavilələrin dəyərini artırırdı, bu isə illik gəlirə təsir 
edirdi, bu müəyyən mənada 1990-cı illərdə yağ sisternalarıyla fırıldaqçılıq 
ə
məliyyatları aparan Billi Sol Estesin əməlinə bənzəyirdi. 
Maliyyə hesabatlarına edilən əlavələr, Enronun gəlirlərini 1 milyar-
da  qədər  artırmışdır,  əslində  korporasiya  partnyor  layihələrə  (SFV)  aid 
olan  balanslardan  kənar  hesablarda  gizlənmiş  böyük  borclara  malik  idi. 
Bir  çox  banklar  və  sənae  şirkətləri  bu  SFV-ləri  balanslarından  borcları 
silmək  və  beləliklə  kredit  almaq  şansları  artırmaq  üçün  istifadə  edirdi. 
Mühasibat  qaydaları  bu  partnyorluqları  ayrıca  subyeklər  kimi  qeydə 
almağı  tələb  etdiyi  üçün  SFV-lərin  3%  kənar  şəxslərə  malik  idi.  Enron 
korporasiyası 97%-ə malik idi, qalan 3%-i  isə top-menecment üzvlərinə 
malik  idi.  Bu  partnyorluqlardan  bəzilər  filmlərdən  götürülmüş  adlara 
malik idilər. Bu partnyorluqlar banklardan öz adlarına kredit götürüdülər, 
güya onların Enronla əlaqəsi yox idi.  
Bu yolla alınmış pulları Enron öz səhmlərinin qiymətlərini saxlamaq 
üçün  istifadə  edirdi.  Bu  müəyyən  mənada  Nik  Lissonun  strategiyasına 
bənzəyirdi – “ya hər şey, ya heç nə”. Əgər səhm qiymətləri düşərsə, onda 
onlar  dalınca  partnyorluqları  da  aparacaq.  Lakin  bu  XIX  əsrdə 
dəmiryolları  tərəfindən  istifadə  olunan  ən  geniş  praktika  idi.  Şirkətlər 
krediti öz səhmlərini girova qoymaqla götürürdülər, səhmlərin qiymətləri 
düşdükdə  isə,  əldə  etdikləri  pulları  səhmlərin  dəstəklənməsinə  xərc-
ləyirdilər;  əgər  səhm  məzənnələri  birdən  düşürdüsə,  girov  dəyərdən  dü-
ş
ürdü və tələb girovdan əvvəl təqdim olunurdu. 
Aparıcı  investisiya  bankları  asanlıqa  bu  partnyorluqları  kreditləş-
dirirdi, çünki Enron şirkəti həmişə  yaxşı müştəri və  gəlir mənbəyi hesab 
edilirdi. 
Enronun iflası amerikanın ən güclülərdən biri olan Arthur Andersen 
auditor şirkətinin dağılmasına gətirib çıxarmışdır; eyni zamanda, bir neçə 
kreditorlar Arizonanın Baptist Hospitalın, Üaste Management və bir neçə 
digər  müştərilərin  maliyyə  hesablarını  vicdanlı  yoxlamadığına  görə 
Andersenı  məhkəməyə  vermişdirlər.  Enron  işinin  araşdırılması  zamanı 

 
219
qiymətli  kağızlar  üzrə  komitə  Anderseni  audit  şirkətini  vacib  maliyyə 
sənədlərinin ləvğ edilməsində günahlandırmışdır.  
Andersen  şirkəti  Enrondan  audit  xidmətləri  üçün  2  milyon  $,  məs-
ləhət xidmətlərinə görə isə 25 milyon $ alırdı. Gəlir mənbəyini saxlamaq 
istəyi, Andersen-ə vacib müştərisinə onun etdiyi “səhvlərə” göz yummağa 
vadar etmişdir. Andersen Enronun öz tərəfinə cəlb etdity yeganə müstəqil 
nüməyəndə  deyil  idi;  direktorlar  şurasında  bir  sıra  maraqlar  münaqişəsi 
mövcud  idi,  çünki  üzvlərin  bəziləri  “məsləhətlərə”  görə  pul  alırdılar. 
Enron, həm də K V nümayəndələrdən ibarət məsləhətçi qrupuna da malik 
idi, hansılar ki ildə bir dəfə yığışdıqlarına görə 25 000 $ alırdılar. Enronun 
rəhbəri Kennot Ley siyası xadimlərin əsas sponsoru idi. 2002-ci ilin iyun 
ayında  aparılan  araşdırmalar  nəticəsində  bəlli  oldu  ki  Andersen  ədalətə 
qarşı  çıxmışdır.  Nəticədə  şirkət  yuzlərlə  müştərilərinb  itirdiyinə  görə 
fəaliyyətini dayandırmışdır. 
Enron şirkətinin 30 işçilərinə qarşı iddiyalar qaldırılmışdır. Üç əsas 
maliyyə fırıldaqçılığını növləri müəyyən edilmişdir; onların hamısı şirkə-
tin  gəlirlərini  şişirtmək  və  öhdəlikləri  azatmaq  məqsədini  daşımışdılar. 
Bəzi  yüksək  rütbəli  insanlar  hətta  gəlirlərini  vergidən  yayındırmaq 
məqsədilə azaltmışdı. Kennet Ley və başqaları şirkət haqqında ictimayyəti 
çaşdıran  maliyyə  məlumatlarının  yayılmasında  günahlandırılmışdılar. 
stintaqın  nəticəsində  5  nəfər  günahkar  elan  edilmişdir;  15  nəfər  özləri 
günahlarını boyunlarına almışdılar və bəziləri həbs olunmuşdular. 8 nəfərə 
qarşı  kitab  yazıldığı  müddətdə  istintaq  hələ  də  aparılmışdır.  Enronun 
ikinci  adamı  olan  Cefri  Skillinq  35  qayda  pozuntusunda  günahkar  bilin-
mişdir.  Maliyyə  direktoru  Endryu  Fastou  qiymətli  kağızlarla  fırıl-
daqçılıqda günahkar bilinərək ən azı 10 illik həbs cəzasını almışdır; onun 
həyat  yoldaşı  Li  Fastou  vergilərdən  yayındığını  etiraf  edərək  6  ay 
müddətinə həbs olunmuşdur.  nvestisiya departamentinin rəisi ben Qlisan 
qiymətli kağızlarla fırıldaqçılığa görə beş illik müddətə həbs olunmuşdur. 
Maliyyə  direktoru  Maykl  Kuper  özünü  fırıldaqçılıqda  və  pulların 
yuyulmasında  günahkar  bilmişdir.  Enron  başçıları  şirkətin  səhmdarları 
tərəfindən  168  milyon  $-lıq  isk  üzrə  pul  ödəyirdilər;  bu  məbləğin  13 
milyon $-ı direktorların öz ciblərindən ödəməli idilər, qalanları isə sığorta 
polisi  hesabına  ödənilməli  idi.  Bundan  başqa,  məhkəmə  çəkişmələri 

 
220
nəticəsində  investisiya  şirkəri  Lehman  Brothers  222  milyon  $,  Bank  of 
Amerika 69 milyon $ ödəmişdir.  
1990-cı  illərdə  WorldCom  60-dan  artıq  alışlarına  görə  ən  qabaqçıl 
telekomunikasiya şirkətlərindən birinə çevrilmişdir. Missisipi ştatında orta 
məktəbin  keçmiş  tarix  müəllimi  Berni  Ebbers  sürətli  korporativ  geniş-
lənmənin ustası idi. Gəlirlik göstəricisi ona görə artırdı ki, hər bir səhmə 
düşən gəlirin nisbəti hər bir ayrıca alınmış şirkət üçün həmin göstəricidən 
artıq  idi.  WorldCom  öz  alışlarını  yenicə  buraxılmış  səhmləri  alınan 
ş
irkətlərin şəhmlərinə dəyişdirməklə maliyyələşdirirdi.  
Gəlirlik  göstəricilərinin  sürətlə  artmasına  səbəb  böyümə  yox,  əldə 
etdiyi  şirkətlərin  gəlirlərinin  səhm  qiymətlərinə  nisbətən  yüksək  olması 
idi. (WorldCom heç vaxt öz səhmlərindən bahalı səhmli şirkəti almaz idi, 
çünki bu onun məcmu gəlirlik göstəricilərini aşağı salar idi). 
Ebbers ucuz səhmli şirkətləri almaqla WorldCom səhmlərini lazimi 
səviyyədə  saxlaya  bilirdi.  WorldCom  öz  gəlirlik  temlərini  yalnız  ucuz 
ş
irkətlər  almaqla  saxlaya  bilərdi.  Genişlənmənin  bu  metodunda  yeganə 
çatışmazlıq  alınacaq  telekommunikasiya  şirkətlərinin  sayının  məhdud 
olması idi.  
WorldCom-un sonuncu alışı Amerika bazarında ən innovativ hesab 
olunan  MC   şirkəti  idi;  öz  texnologiyalarını  istifadə  etməlkə  bu  şirkət 
ATET  şirkətinin  uzaq  rabitə  xidmətin  sahəsində  inhisarını  əlindən 
almışdır.  MC   o  qədər  böyük  şirkət  idi  ki,  birləşmə  nəticəsində  alınmış 
yeni  şirkət  MC WorldCom  adlanmağa  başlamışdır.  Bundan  sonra 
MC WorldCom korporasiyası gəlirlərini artırmaq üçün US Sprint şirkətini 
də  əldə  etmək  istəyirdi,  lakin  bu  saziş  hökumət  tərəfindən  dayan-
dırılmışdır.  
Bundan sonra MC WorldCom üz iflası haqqında bəyanət vermişdir 
–  bu  Amerika  tarixində  ən  böyük  müflisləşmə  idi.  Sonrakı  araşdırmalar 
onu  göstərmişdirlər  ki,  şirkətin  başçıları  gündəlik  4.8  mlrd.  $-lıq  xərci 
investisiya kimi göstərmişdir; nəticədə ümumi artırma 10 mlrd. $ təşkil et-
mişdir.  Bu  fırıldaqçılığın  aparıcı  qüvvəsi  gəlirlərin  artım  temlərini 
saxlamaq  idi,  çünki  əks  halda  səhmlərin  məzənnələri  birdən  aşağı  düş-
müşdür.  MC WorldCom-un  iki  rəhbəri  günahlarını  etraf  edərək  həbs 
olunmuşdular.  

 
221
Bundan  sonra  məlum  olmuşdur  ki,  MC   Berni  Ebbersa  400  mln.  $ 
kredit vermişdir və bu məbləğ maliyyə hesabatlarında əksini tapmamışdır. 
Ebbers  WorldCom  səhmlərini  girov  kimi  istifadə  edərək,  alınmış  pulları 
yeni səhmlərin alınmasına xərcləmişdir. Çox güman ki, Ebbers investisiya 
elminin ilk dərsini yaxşı öyrənməmişdir – aktivləri diversifikasiya etmək 
lazımdır.  
Enron və WorldCom öz uğurlarının qurbanları olmuşlar. Uolt-stritin 
analitikləri  hər  bir  şirkət  üçün  rüblük  proqnozları  tərtib  etmək  özlərinə 
borc  bilmişdirlər.  Əgər  şirkət  bu  gözləntiləri  qarşılamırdısa,  onda  səhm 
qiymətləri 15-20%-ə enməyə başlayırdı. Böyük zərbədir. Bu kimi halların 
qarşısını almaq üçün aparıcı maliyyə şirkətləri iki üsula əl atırdılar. Əgər 
gəlirlərin  gözləntilərdən  çox  olması  gözlənilirdisə,  onda  menecerlər 
ə
vvəlcədən ödənişlər etməklə, gəlirləri növbəti dövrlərə transfer edirdilər. 
Bu ununla izah olunur ki, birja analitikləri bu kimi birdəfəlik amilləri nəzə 
almadan  sonuncu  nəticələr  əsasında  proqnozlarını  qururdular.  Və  əksinə, 
ə
gər gəlirlər aşağıdırsa, onda menecerlər ödənişləri gecikdirməklə gəlirlik 
göstəricilərini  yaxşılaşdıra bilirdilər. Təbii ki, problemin miqyası növbəti 
dövrlərdə daha da böyüyürdü.  
Berni  Ebbersona  qarşı  ictimayyəti  şirkət  haqqında  yanış  maliyyə 
məlumatlarını  yaymaqla  çaşdırdığına  görə  iddia  2005-ci  ilin  yanvar 
ayında  qaldırılmışdır.  Ebbersin  vəkilləri  deyirdilər  ki,  Ebberson  maliyyə 
meneceri  Skott  Salivan  tərəfindən  aldadılmışdır,  sonuncunun  danışdırları 
isə  yalnış  həbs  müddətini  azaltmaq  məqsədini  daşıyır.  WorldCom-un 
keçmiş  10  direktoru  səhmdarların  54  mln.  $  iddiasını  ödəmək  üçün  öz 
ciblərindən 18 mln. $ ödəməyə razılaşmışdılar. 
200  mlrd.  $  qiyməti  olan  konqlomeratın  sahibi  Dennis  Kozlovski, 
onun  maliyyə  meneceri  Mark  Şvarts  federal  hökumət  tərəfindən 
milyonlarla dollar mənimsənilməsində günahlandırılmışdılar. Bunun üçün 
onlar iki üsuldan istifadə etmişdirlər: direktorlar şurasının icazəsi olmadan 
özlərinə  səhm  üzrə  opsionlar  vermişdilər  və  həmçinin  şirkət  hesabına 
şə
xsi xərclərini ödəyirdilər. Bu kimi xərclərin arasında 6000$ qiymətində 
olan  duş  kabinasının  alınması  və  Kozlovskinin  ikinci  həyat  yoldaşının 
Sardiniya adasında ad gününün keçirilməsi üçün 2 mln. $ xərclənməsi idi, 
Tyco  xərclərin  50%-nı  ödəmişdir.  Xərclərin  əsas  hissələrindən  biri 

 
222
Mikelanjelo  heykəlinin  buzdan  düzəlməsi  və  həmin  heykəldən  arağın 
tökülməsini təşkil etmək idi. 
Tyco bir necə yüz şirkət almışdır, adətən səhmlə və ya istiqrazlarının 
satışından əldə etdiyi nağd pullarla hesablaşırdı. Eyni zamanda, Tyco alın-
mış  şirkətlərin  süni  gəlirlərini  azaldırdı.  Alış  razılığına  gəldikdən  sonra, 
ş
irkətin  gəlirləri  qəstən  azaldılırdı  ki,  sonralar  gəlirlərin  artması  Tyco 
ailəsinə gəlişi ilə izah olunsun. Əlbəttə ki, bu gəlirlərin artmasına və eyni 
zamanda, Tyco səhmlərini bahalaşmasına gətirmişdir. 
Bundan  başqa  Tyco  xərclərinin  və  vergi  ödənişlərinin  optimallaş-
dırılması ilə məşğul idi; şirkətin əməliyyat offisləri Nyu-Xempşirdə (gəlir 
vergisi  götürülməyən  ştatda),  baş  ofisi  isə  Bermud  adalarında  qeydiyata 
düşmüşdür ki, amerikan vergilər ödənilməsin.  
Nyu-York ştatı Kozlovskini Nyu-Yorkda aldığı şəkillərə görə 1 mln. 
$  vergidən  yayıldığında  günahlandırırdı,  on  baxmayaraq  ki,  Kozlovski 
güya onları Nyu-Xempşirə aparmaq üçün almışdır; əslində isə ora  yalnız 
boş  qutular  getmişdir,  şəkillərin  hamısı  isə  onun  Nyu-Yorkdakı  mən-
zilindən çıxmışdır. 
lk  məhkəmə  prosesində  heç  bir  qərara  gəlməmişdilər,  axı 
WorldCom və Enrondan fərqli olaraq Tyco müflis olmamışdır. 
Riqas ailəsini federal hökumət ABŞ-da kabel şəbəkəsinin ölçülərinə 
görə  altıci  olan  Adelphia  Communications  şirkətinə  məxsus  2.3  mlrd.  $ 
məninsənilməsində təqsirləndirirdi. Ailə şirkətin nizamnaməsində 3 mlrd. 
$  kredit  almışdır,  sonralar  isə  bu  məbləğ  kapital  xərclərin  şişirdilməsi 
hesabına  gizlədilmişdir.  Adelphia  şirkəti  Riqas  ailəsinin  tam  mül-
kiyyətində olan kiçik şirkətdən böyümüşdür; bu  kimi hallarda korporativ 
və şəxsi hesablar arasında fərq çox vaxt itirir.  
Ş
irkətin borclarının bir çoxu ailənin zəmanəti altında götürülürdü, və 
ə
ksinə ailənin götürdüyü kreditlərin bir çoxuna şirkət tərəfindən zəmanət 
verilirdi.  Riqas  ailəsi  tərəfindən  cəlb  edilmiş  əksər  kreditlər  şirkət  səhm-
lərini  lazimi  qiymət  səviyyəsində  saxlamaq  üçün  istifadə  olunmuşdur. 
Ş
irkətin keçmiş maliyyə direktoru və vise-prezidenti öz günahlarını qəbul 
etmişdir. Riqas ailəsinin iki üzvü həbs olunmuşdular.  
HealthSouth-ın  təsisçisi  və  rəhbəri  Riçard  Skraşi  3  mlrd.  $  məb-
ləğində fırıldaqçılığa görə günahlandırılmışdır. Məhkəmə istintaqı 2005-ci 
ilin  yanvarında  başlamışdır,  tərəflər  fırıldaqçılığın  olması  haqqında 

 
223
razılığa  gəlmişdilər.  Eyni  zamanda  Skraşı  qeyd  etmişdir  ki  fırıldaqçılıq 
onun əməkdaşları tərəfindən həyata keşirilmişdir və ona qarşı deyilənlərin 
yeganə məqsədi günahlarını azaltmasıdır. 
mClone  şirkətinin  təsisçisi  və  rəhbəri  6  maddə  üzrə  günahını  boy-
nuna  götürdüyünə  görə  federal  həbsxanaya  düşmüşdür.  Bundan  başqa 
dövlət  komitəsinin  dərmanlar  və  ərzaqlar  haqqında  mənfi  rəyinin  dərc 
edilməsindən bir gün əvvəl Uoklson yaxınlarına şirkət səhmlərini satmaq 
göstərişini vermişdir.  
Marta  Styuartın  5  ay  müddətində  federal  həbsxanasına  düşməsinin 
səbəbi də Uolksun göstərişi idi, ona baxmayaraq ki, Marta iddia edirdi ki, 
bütün  səhmlərini  şirkətin  rəhbərindən  heç  bir  məlumat  almadan  satmaq 
qərarına gəlmişdir. Maraqlı təsadüfdür. Federal hökumət Styuarta “ədalətə 
qarşı  çıxmasında”  təqsirli  bilmişdir.  Məhz  bu  maddəyə  görə  o,  həbs 
olunmuşdur.  
Nyu-York  fond  birjasının  sədri  Riçard  Qrasso  qazetlərin  ilk  səhi-
fəsinə təqaüdə çixdığına görə 150 mln. $ məbləğində müavinat alacağına 
görə düşmüşdr. Birja onun üzvlərinin mülkiyyəti hesab olunur. O, yalnız 
ticarət məkanı yox, həmçinin ticarət qaydalarını təşkil edən bir qurumdur. 
Bu  nöqteyi-nəzərdən  birja  nəyin  düz  olub-olmamasını  müəyyən  edən 
hakimdir.  Fond  birjanın  direktorlarının  əksəriyyəti  birja  tərəfindən  tənzim-
lənən şirkətlərin yüksək rütbəli məmurlarıdılar. Qrassonun müavinəti birjanın 
gəlirləri və digər direktorların müavinatinə nisbətən çox böyük idi.  
Buna  görə  Qrassonun  onun  maaşını  müəyyən  edən  direktorların 
ş
irkətlərinə həddindən artıq loyal olmasına şübhə yaranmışdır. Qrassodan 
sonra  gələn və digər direktorlar həm  Qrassoya həm də digər direktorlara 
qarşı məhkəmə iddiyasını qaldırmışdılar.  
Global  Crossing  şirkəti  investorları  cəlb  etmək  üçün  şəbəkəsinin 
buraxma  qabiuliyyətini  digər  operatorların  qüvvələrini  özünə  yazmala 
artırmışdır. Nəticədə şirkət bütün sənədlərini ləvğ edərək müflisləşmişdir, 
lakin bundan əvvəl Harri Vinnik səhmlərinin satışından 800 mln. $ qazana 
bilmişdir.  
Shell  Oil  öz  neft  ehtiyatlarını  kağızlarda  şişirtdiyinə  görə  Amerika 
və  Britaniya  hökumətlərinə  150  mln  $  cərimə  ödəməyə  razılaşmışdır. 
Ş
übhəsiz  ki,  neft  ehtiyatlarını  yoxlamaq  Billi  Sol  Estesin  yağ  sisterna-

 
224
larından daha çətindir. Cərimədən başqa Shell şirkəti bir neşə əməkdaşını 
işdən çıxartmışdır, lakin onlardan heç kim həbs olunmamışdır.  
 
Pay fondları ilə əlaqədar 2003-cü ildə qalmaqallar 
 
2003-cü  idlə  Amerikanın  ən  böyük  pay  fondları  -  ən  böyük           
20-sindən dəmək olar ki, yarısı – pay fondlarının digər payçıları hesabına 
müəyyən  xec  fondlarına  imtiyaz  verməklə  daha  çox  gəlir  əldə  etmək 
imkanını verməklərinə görə ittiham olunmuşdu. Bəzi sazışlər tam qanuni 
idi,  lakin  bütün  payçıları  yeni  dərəcədə  xidmət  almaq  hüquqları  barədə 
yazılmamış  qanun  də  var.  Hər  bir  Amerika  Pay  Fondu  qiymətli  kağızlar 
üzdə  dövlət  komitəsində  qeydiyyatdan  keçməlidir,  və  bu  qurum  payçılar 
üçün  oyun  qaydalarını  müəyyən  edir.  Adətən  investor  tərəfindən  alınış 
paylarla ilk bir neçə gün əməliyyat (girdin-çıxdın əməliyyatları) aparmaq 
qadağan  olunur.  Əgər  investor  fond  payını  aldıqdan  bir  necə  gün  sonra 
satmaq istəsə, o xüsusi komisyon haqqı ödəməli olacaq, əks tədqirdə saziş 
bir  neçə  gün  geciktiriləcək.  Standart  qaydaların  digər  maddəsində  pay 
fondunun  əməkdaşları  fond  tərəfindən  sərmayə  qoyulmuş  şirkətlərin 
səhmlərini  ala  bilməməsi  qeyd  edilir.  Lakin  əgər  belə  bir  ehtiyac  duyu-
lursa,  onda  fond  əməkdaşları  onları  şəxsən  özləri  üçün  ala  bilərlər,  lakin 
ancaq  fond  öz  alış  əməliyyatını  bitirdikdən  sonra.  Bundan  başqa  fondun 
qaydalarına  görə  investisiya  paketinin  tərkibi  haqqında  məlumat  yalnız 
rübün  sonunda  açıqlanır.  Fondun  qiymətli  kağızlarla  əməliyyatları 
haqqında məlumat, ümümiyyətlə müvafiq dərclərin işiq üzü görmədiyinə 
qədər açıqlanmır.  
Bir  çox  xec  fondları  pay  fondların  payları  ilə  əməliyyat  aparırdı. 
Ə
lbəttə ki, xec fondlarına pay fondlarının paylarını o zaman almaq əlve-
rişli  idi  ki,  bazara  xec  fondunun  hər  bir  payına  düşən  xalis  aktivlərini 
artıra  biləcək  məlumatlar  daxil  olsun.  Bu  kimi  məlumatları  əldə  etmək 
imkanı,  xec  fondlara  payları  “dünənki  qiymətlərələ”  satmaq  şəraitini 
yaratmışdır.  lk öncə bu imkan ona görə yaranmışdır ki, bəzi pay fondları 
investisiya  portfellərində  xarici  qiymətli  kağızları  saxlayırdı  və  bu 
kağızların bazarları amerikadakılardan əvvəl bağlanırdı; ikincisi, bəzi pay 
fondları  portfelində  olan  xarici  qiymətli  kağızlar  haqqında  məlumat 
verirdilər  və  həmin  məlumatla  digər  payçılarla  bölüşməyə  yaddan 

 
225
çıxarırdı.  Buna  görə  xec  fondlarına,  məsələn,  yapon  fond  birjasının  bağ-
lanma qiymətlərini bilməklə, Amerika fond birjaları bağlanmamış hər bir 
investisiya  payının  dəyərini  hesablama  qalırdı.  Fondların  bəzi  rəhbərləri 
isə hətta “girdin-çixdın” əməliyyatlarını da aparırdılar.  
Pay fondlarını payçıları qarşısında öhdəliklərini yerinə yetirməməyə 
nə vadar edirdi? 
Hər  şey  çox  sadədir  –  biznesdə  “xidmətə  görə  xidmət”  prinsipi 
mövcuddur.  Xec  fondları  bu  xidmətin  müqabilində  maliyyə  dəstəyinə 
ehtiyacı  ilan  şirkətin  rəhbərliyi  altında  fəaliyyət  göstərən  pay  fondunun 
paylarını aıla bilərdi. 
Canary Capital xec fondu yol verdiyi səhvlərə görə pay fondlarının 
payçılara 20 mln. $ və qiymətli kağızlar üzrə dövlər komitəsinə 10 mln. $ 
məbləğində cərimə ödəməyə razılığını vermişdir. 
Massachusetts Financial Services, Amerikanın ən köhmə pay fondu, 
ona  qarşı  iddianı  200  mln.$  ödəməklə  həll  etməyə  üstünlük  vermişdir. 
Allince  Capital  250  mln.$  cərimə  ödəmək  və  növbəti  bir  necə  il  ərzində 
alacaq  mükafatını  350  mln.$  həcmində  azaltmağa  razılaşmışdır.  Strong 
Funds  pay  fondunun  təsisçisi  və  rəhbəri  vəzifəsindən  imtina  edərək  bir 
neçə milyon cərimə ödəmişdir. Morgan Stanley öz brokerlərinə yalnız öz 
pay  fondunu,  digərlərini  yox  irəli  çəkməyə  göstəriş  vermişdir;  eyni  za-
manda,  Morgan  Stanleyin  müştəriləri  brokerlərin  qərəzli  yanaşmamala-
rından xəbərsiz idilər. 
Yalanların  və  fırıldaqçılığın  miqyasının  artması  iqtisad  nəzəriyyə-
çilərinin marağına səbəb olmuşdur. Maliyyə piramidi pronsipinə əsaslanan 
fırıldaqçılıq  sxemlərinin  əksəriyyəti,  Minskinin  fikirincə,  şirkətin  faizlər 
özrə  ödənişlərinin  onun  əməliyyat  gəlirlərinin  üstələyəndə  əmələ  gəlir. 
Digər  nəzəriyyəçi  qeyd  edir  ki,  borc  alanalar  öz  öhdəlikləri  üzrə  faiz 
dərəcələrini  müəyyən  edə  biləndə  də  piramidin  qurulmasına  cəlb  olu-
nurlar, bu zaman onlar yeni kreditdən alınmış nağd pullarını köhnə borc-
larını  ödəmək  üçün  istifadə  edirlər.  “Ponsi  sxemini”  (piramid  sxemini) 
istifadə  edən  sahibkarka  etdiklərindən  agahdırlar;  hökumətin  onlara  əli 
çatana qədər onlar bir neçə ay və ya il dəb-dəbəli yaşayırlar. Bəzi hallarda 
hökumətin əlinə günahsız qurbanlar da düşür. 
Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin