226
Henri Blocett, Meri Miker və Cek Qrubman
1990-cı ilin sonunda Henri Blocett 10 mln. $, Meri Miker 15 mln. $,
Cek Qrubman 20 mln. $ qazanmışdır. Henri, Meri və Cek 1990-cı illərdə
telekommunikasiya və “dotkomlar” bazarında şişmiş fond “köpüyünün”
ağaları idi. Onlar ulduzanlardan az qazanmırdılar, çünki şirkətlərinə küllü
miqdarda gəlir gətirirdilər. Baxmayaraq ki, onların gətirdiyi gəlirlə
aldıqları maaşları arasında təsbit edilmiş əlaqə yox idi, şübhəsiz ki, gəlir
maaşdan bir neçə dəfə çox idi.
Merrill Lynch-dən Henri Blocett onunla məşhurlaşmışdır ki, bum
dövründə o, dotkom səhmlərinin bahalaşmasını qabaqcadan müəyyən
etmişdir; bu hadisə Blocettin peyğəmbər qabiliyyəti kimi qəbul olun-
muşdur və gələcək proqnozlar üçün əsas vermişdir. Sonralar Henri qal-
maqala düşdür, çünki onun Merrill-in bəzi əməkdaşları ilə gizli yazışma-
ları aşkar olunmuşdur. Məktublarında o Amerika investorlarına tövsiyə
etdiyi səhmların gəlirlərindən kinayəli danışırdı. Nəticədə Henri
investisiya biznesini tərk etməli olmuşdur.
Sitigroupn ailəsinə daxil olan Salamon Barney-dən olan Cek
Qrubman rəhbəri Sendi Ueylin xahişi ilə AT&T şirkətinin səhmlərinə dair
rəyini dəyişmişdir. “Xidmətə görə xidmət” prinsipi burada da özünü
göstərmişdir – Sendi ona övladlarını 92-ci küçədə bağçaya qoymağa
kömək etmişdir. Bu bağça Sitigroupdan böyük yardım almışdır. Cek
Salamon Barney şirkətini tərk etmişdir və mükafat kimi 20 mln. $
almışdır. stintaqın nəticəsində Cek 20 mln. $ cərimə ödəmişdir və
investisiya sahəsində işləməmək sözünü vermişdir.
Parlamat (bu ad iki sözün birləşməsindən ibarət idi – Parma şəhəri
və “lette” (“süd”) sözlərindən) – Parma, taliyada, yerləşən ərzaq şirkəti
ə
manət sertifikatlarını saxtalaşdırmaqla öz aktivlərini 4 mlrd. $ artır-
mışdır; saxta sertifikatlar sadəcə surət formasında idi. Bu dəhşətli yalan və
fırıldaqçılıq 10 ildən çox davam etmişdir.
“Boyler” – b investisiya ictimayyətinin aldadılmasının daha bir növü
idi. First Jersley Secuirities şirkətinin əməkdaşı Robert Brennan bu
fırıldaqşılıq sxeminin istifadəsində əsil usta idi, bunun mahiyyəti isə
müəyyən səhmlər ətrafında təşviş yaratmaqdan ibarət idi. Adətən ilkin
dövrdə bu səhmlərin qiyməti çox ucuz idi – hər biri üçün 2-5 dollar. Eyni
227
zamanda, bu səhmlərin əksər hissəsi sxemin iştirakçılarına (insayderlərə)
məxsus idi. nsayderlər bir-biri ilə elə ticarət aparırlar ki səhmlərin
qiyməti, məsələn, 2 dollardan 3 dollara qalxmışdır, nəticədə bu səhmlər
investisiya ictimayyətinə reklam olunurdu və eyni zamanda, qısa müddət-
də 50%-lıq artım xüsusi qeyd olunurdu. Proses investorların sürətlə
bahalaşan səhmlərə investisiya qoymaqlarına əsaslanırdı. Bundan başqa,
qeyri-peşəkar investorlar ucuz səhmlərə üstünlük verirdilər.
Fırıldaqçılıq oğruluqdan onunla fərqlənir ki, birinci etibardan süi
istifadəyə əsaslanır. Daniel Defo hesab edirdi ki, 10 000 dəfə aldadan birja
marleri istənilən işi qurdurda pisdir, çünki o tanıdığı insanları – çox vaxt
qohumları və dostları – heç bir fiziki risk olmayaraq soyurlar.
Xüsusi rolu hökumət nümayəndələrinə və ya bir şirkətin digərinə
rüşvət verilməsi prosesi oynayır. Bu qanunsuz və/ya vicdansız sazişlər
rüşvətin genişlənməsinə və investisiya ictimayətin bazarın iri iştirakçıların
etibarının itməsinə gətirirdi. Bəlkə, Artur Andersen Enrondan aldığı 25
mln. $-a uymuşdur? Berni Ebbers Cek Qrubmana səhmlərin yerləşməsinin
ilk günlərində əldə etmək imkanına görə rüşvət vermişdir? Qiymət
köpüyünün şişməsi dövründə səhm qiymətləri ilk yerləşdirmə günündə
bahalaşmışdır. Bəlkə Berni Qrubmanı xahişini yerinə yetirmədiyinə görə
digər investisiya şirkətinin xidmətlərində instifadə edəcəyi ili hədələyirdi?
Fond və fyuçer birjaların qaydalarının məqsədi hər bir bazar iştirakçısına
bazarın şəffavlığına inandırmaqdır.
Qiymətli Kağızlar dillerlərin Milli assosiasiyası təsbit edilmiş
qaydaları pozanlar üzvlərinə qarşı sərt tədbirləri görürlər. Son illərdə bu
tədbirlər assosiasiyanın yüzlərlə işçilərinə qarşı görülmüşdür.
Rüşvətin tarixi, rüşvət sxemlərinin bazar mexanizmlərində istifadə
ediməsi metodlarını və bundan gəlir əldə etmə prosesi Yakob van
Kleveren tərəfindən tədqiqi edilmişdir. Bu həm Hindistanın Kliv və ya
Qastinqsontərəfindən həyata keçirilmiş talanması kimi qara bazarda
qadağa qoyumuş əməliyyat da ola bilərdi. Van Kleveren, həm də Royal
African Company və Ost-Hind şirkərinin insayderləri arasında əlverişsiz
sazişlərin bağlanmasını və nəticədə səhmdarların gəlirlərinin şirkətlərdən
aparılmasını tədqiq etmişdir. Bu üsulla, 1873-cü ildə Birləşmiş Ştatlarda
Credit Mobilier Union Pacific-dan gəlirləri digər insayderlərin ciblərinə
göndərirdi, onların arasında Massaçusets ştatından konqressmen Ouks
228
Eyms və onun yaxın adları var idi. Dryu, Fiks və Qould həmin sxem üzrə
Erie Railroad dəmiryol şirkətini “sağırdılar”.
Maliyyə bazarlarında yalan müxtəlif formalarda mövcuddur –
direktorlar səhmdarları aldadırlar; anderraiterlər səhmlərin yerləşdiyi
ş
irkətləri və investorları borcalanlar bankları aldadırlar; və hətta şirkətin
bir qrup işçiləri digərini aldatmağa nail olurlar. Bəzi fırıldaqçılar saxta
veksel buraxırlar, onlar əldən ələ saxtakarlıq aşkar olmayana qədər
gedirlər.
Vicdansız və düzgün əməllər arasında sərhər indi əvvəlkinə nisbətən
daha dəqiqdir. Müasir cəmiyyət ibtidaidən etikanın mövcudluğu ilə
fərqlənir. şgüzar münasibətlərin inkişafında ilk dövrlərdə səlislik və vic-
dan yalnız ailə daxilində mövcud idi. Qohumluq oğruluğun qarşısını ala
biləcək ən güclü vasitə idi. 1720-ci ildə şirkət insanın xidmətini ala bi-
lərdi, lakin sadiqliq toxunulmaz qalırdı; klerk olmaq o demək idi ki, insan
fırıldaqçılıq və yalandan azad olan rəqabətli mühitə dəvət almışdır. Sahib-
karlıq və oğurluq, ticarət və quldarlıq arasında sərhəd çox ciddi idi. Ham-
mond qeyd edirdi ki bank işçilərinin kredit götürməsi tamamilə 1799-cu
ildə qadağa olunmuşdur, ona baxmayaraq ki, 1720-ci ildə Cənub dənizlər
ş
irkətinin”köpüyünün” araşdırması zamanı Konqress nümayəndələri
qaydaları pozan insanları investorların itkilərini ödəməyə məcbur
etmişdir.
Nonsiinin bioqrafiyasına ön söz yazan jurnalist 1920-ci və 1970-ci
illər arasında parallel çəkmişdir və iddia etmişdir fırıldaqçılığın miqya-
sının artmasında inflyasiyanın rolu böyük idi; yəni qiymətlər ailə büdcə-
lərini azaltdığına görə onlar gəlirlərini artırmaq üçün əlavə risk üzərlərinə
götürmək qərarına gəlmişdilər. Digər yanaşma ondan ibarətdir ki, düzgün
məlumatın qıtlığı şəraitində möhtəkir qumara bənzəməyə başlayır, və
onun iştirakçıları böyük etimalla uduzacaqlarını bilirlər.
Sual bundan ibarətdir ki, yalanı savadsızlıqla mübahisə metodu kimi
başa düşmək olar və ya yox. Bəzi siniklər həm Fayldsın “Düzgün insanı
aldadmaq olmaz” iddiyası, həm də aldanılanlar bunda özləri
günahkardırlar iddiası ilə razılaşa da bilirlər. Mundus vult decipi – ergo
decipitatur: “Əgər cahan aldanmaq istəyirsə, ona mane olmayın”. Bəzi
psixiatorlar iddia edirlər ki, fırıldaqçı ilə onun qurbanları arasında hər iki
tərəfi qane olan simvolik məhəbbət-nifrət hissi mövcuddur.
229
Fırıldaqlar və bumlar
Müxtəlif fırıldaqların miqyas və kəmiyyəti iqtisadi bum zamanı artır.
Rifah halının artması insanların pul qazanmaq həvəsini stimullaşdırır,
fırıldaqçılar isə bu fürsətdən istifadə edirlər. qtisadi bum gücünü artırana
qədər milyonlarda qoyun qırxılmasını gözləyəcək. “Səfehlər hər an
doğulur”. Dikkensin “Körpə Dorrit” adlı kitabında Ferdinant Bernakl
Artur Klemanna deyəndə ki, cənab Merdlin yalanının ifşa olunması
digərlərinə dərs olacaq, birinci belə cavab verir: ”Əlverişli şərait yaranan
kimi onun yerinin yalana zövqü olan növbəti adam tutacaq”.
Həmin tamahkarlıq insanları çoxlu sayda fırıldaqlara, oğruluqlara
və yalanlara əl atmağa vadar edir. “kornerlər evi” kimi tanınan Overend,
Gurney and Company şirkətinin əyləncə sevən Çempenin əlinə keçdikdən
sonda məsləhətçi vəzifəsinə keçmiş mühasib Edvard Uotkins Edvards
təyin olunmuşdur, o şirkətin fəaliyyət dairəsini taxıl biznesindən geniş-
ləndirmək təklif etmişdir, beləliklə şirkətin fəaliyyət dairəsi dəmir isteh-
salı, gəmi və dəmiryol tikintisi sektorlarına keçmişdir. Şirkət istənilən
möhtəkir növ biznesin partnyoruna çevrilmişdir, Edvards isə hər bir
ə
kilmiş koldan kuponlarını qırxırdı. 1860-cı ildə şirkət 500 min funt təmiz
itkiyə məruz qalmışdır, baxmayaraq ki, yanız diskomt əməliyyatlarından
gəlir 200 min təşkil etmişdir. Uğursuzluğun səbəbi şirkətin dəmiryol
sahəsində yeni partnyorların partlamış qiymət köpüyü nəticəsində
müflisləşmələri idi.
Bu hadisəni daha yaxşı təsvir etmək üçün Onore Balzakın
“Bağışlanmış Melmot” romanını istifadə etmək olar, burada bank kassiri
Kastanye gümüş və xrustaldan olan bahalı əşyaları sevən məşuqəsinə iri
həcmdə pul xərcləyirdi. Bir müddət o veksellər yazmaqla başın saxlayır.
Nəhayət, o barclarının ümumi məbləğin sayır və görür ki, kritik həddə
çatıb. Çox güman ki, o məşuqəsini atsaydı xilas ola bilərdi, lakin
məhəbbət çox güclü idi. Ona aydın olur ki maliyyə manevrlardan artıq
istifadə etmək təhlükəlidir və ödəniləcək faizlərin məbləği getdikcə artır –
yeganə çıxış yolu özünü bankrot elan etməkdir. Lakin o başqa yola əl atır-
o kassadakı pullardan istifadə etməyə başlayır.
Fırıldaq və yalanın iqtisadi bum dövründə geniş yayıması tamah-
karlığın gəlirliyi üstələməsindən irəli gəlir; elə gəlir ki, rifahın artması
230
yalnız tamahkarlıq hissini artırır. Kozlovski Amerikada ən varlı
insanlardan biri idi, lakin evində 6000$ duş kabinasını quraşdırmaq
xərcini Tyco şirkətinin hesabına ödəmişdir – direktorların xəbəri olmadan.
Yalanların sayı maliyyə böhranları zamanı investisiya aktivlərin ucuz-
laşması dövründə daha da artır. Bu kimi halllarda fırıldaqçıların əsas
məqsədi tam müflisləşmədən özünü qorumaqdır. Karlo Ponsi partnyor-
ların pulu götürüb aradan çıxmaq təklifini rədd etmişdir, onlar isə, öz
növbələrində, onu aldatmışdılar. Londonlu bankir Henri Fountleroy kredit
almaq üçün girova qoyulacaq torpaq mülkiyyətini təstiq edən sənədlərini
saxtalaşdırmışdır. Bu cənablar Trollopun “Biz necə yaşayırıq” romanının
qəhramanı fırıldaqçı Avqust Melmott üçün nümunə olmuşdular, bu insan
Meksika dəmiryollarının səhmlərindən pul ala bilməyəndə mülkiyyət
hüququnu təstiq edən sənədləri saxtalaşdırmışdır. Cənub Dənizlər
Ş
irkətinin idarə heyətinin sədri Con Blant, Union Generate-dan Yucin
Bontu, Darmstader und Nationalbank-dan (Danatbank) Yakob Vasserman
və həmçinin Credit Anstalt-ın direktorları – açıq bazarda şirkətlərin
səhmlərini lazimi səviyyədə saxlamaq üçün onları iri həcmdə alırdılar. Öz
səhmlərini alan bank nüfuzunu ən azı ona görə itirir ki, o nağd pullarını
səhmlərə qoyur və beləliklə, nağd pulların depozitlərə olan nisbəti azal-
mağa başlayır. 1720-ci ildə ngiltərənin Dövlət Bankı öz səhmlərini girov
qoyumaqla kredit götürməyə əl atmışdır. Klepxem qeyd edirdi ki, ngil-
tərənin Dövlət Bankı Cənub Dənizlər Şirkətinin “vicdansız maliyyə
ə
məliyyatlarında” iştirak etməmişdir.
Yalanların və fırıldaqların ifşa olunması maliyyə fəlakətini daha da
gərginləşdirir və təşviçə çevrilir. 1772-ci ildə Aleksandr Fordis Ayr
Bankın 550 min funt sterliq məbləğində öhdəlik qoyaraq Londondan
Avropaya qaçmışdır. flasın səbəbi fordisin Ost-Hind şirkətinin səhmlərini
ş
ort əsasda alması idi. 1857-ci ildə Ohio Life nsurance and Trust
Company-nin Nyu-York ofisindəki kassiri fond birjasında şəxsi əməliy-
yatlarında iştirak etmək üçün şirkətin demək olar ki, bütün aktivlərin mə-
nimsəmişdir. Bu xəbər sonralar Londonda, Liverpulda, Parisdə, Ham-
burqda və Stokholmda müflisləşmələrlə nəticələnmişdir. Yüz ildən sonra
oxşaq hadisənin qəhramanı Nik Lison olmuşdur.
1929-cu ildə özünə bir sıra investisiya trastını, istehsal və şəkil
avadallığının, kameraların, slot-maşınlarının təchizatı ilə məşğul olan
231
ticarət şirkətlərini daxil edən London imeriaya Xatrisi müflisləşmişdir.
Xatri United Steel şirkətini alaraq polad biznesinə daxil olmaq istəmişdir,
lakin 8 mln. funt sterlinq məbləğində kredit götürərək qirova saxta əmlak
sənədlərini qoymuşdur. Onun müflisləşməsi Britaniyanın pul bazarında
defisitə, Amerika bazarından onkoll kreditlərin çıxarılması və fond
bazarında artan trendin qırılmasına gətirmişdir.
“Köpüklər” və yalanlar
Bəzi köpüklər yalanın nəticəsində əmələ gəlmişdir, digərləri isə yox.
Missisipi şirkətinin köpüyü yalanın özərində yox, Cənub Dənizlər Şirkəti
isə məhz yalanın əsasında şişmişdir. stənilən “köpük” qanuni və yaxud
yarı-qanuni əsasında əmələ gəlir.Missisipi şirkəti köpüyə Con Lou milli
vergilərin yığılmasını üzərinə götürdükdən sonra çevrilmişdir. Louya
Vandom meydanında yerləşən tikintilərin üçdə biri, Parisdə qiymətli
daşınmaz əmlak və həmçinin, kənd zonalarında torpaq sahələri məxsus
idi. Onun fəaliyyəti yalan olmamışdır, lakin onun müflisləşməsi iki yalnış
təsəvvürə əsaslanırdı: 1) səhm və istiqrazlar puldur; 2) tələbə müvafiq
olaraq iri həcmdə pulların buraxılması inflaysiyaya səbəb olmur.
Cənub Dənizlər Şirkətinin köpüyündə Cənub Atlantikada ticarətdə
inhisarçılıq, sadəcə bəhanə idi. Britaniya hökumətinin dövlət borcunun
konsolidasiyasiyasi bu şirkətinin ticarət aspektlərini tamamilə dağıtmışdır,
bundan sonra isə birja oyunu dövlət borcunu tamamilə dağıtmışdır. Con
Blant və onun partnyorları qirova qoyduqları səhmlərinin bahalaşması
hesabına varlanmaq istəyirdilər. Əldə etdikləri pulları onlar daşınmaz
ə
mlakın alınmasına xərcləyirdilər; iflas zamanı Blant 6 əmlakın alın-
masına dair müqaviləyə malik idi; Şurman adlı insan isə ümumi məbləği
100 min funt sterlinq olan 4 müqaviləyə malik idi. Gəlir əldə etmək üçün
Cənub Dənizlər Şirkəti daim kapitalını və səhmlərinin qiymətini artırmalı
idi. Eyni zamanda, hər iki istiqamətdə Ponsinin piramid modelində olduğu
kimi artım artan templərlə getməli idi.
Ponsi əmanətçilərə 45 gün müddətində 40%-lıq gəlir ödəməyə söz
vermişdir. Bu qədər qeyri-adi gəlirlik onunla izah olunurdu ki, o
qiymətsizləşmiş xarici valyutaları alır və bu pullara Beynəlxalq poçt itti-
faqın kuponlarını alırdı. Bu kuponları sonralar rəmzi məzənnə ilə Amerika
232
dollarına dəyişdirilə bilərdi. Çox güman ki, bu növ arbitraj 1922-ci ilin
avqust ayında Ponsi həbs olunduqda gəlirli idi. Ponsi həbs olunmuşdur və
7.9 mln. $ öhdəliyə və 61 mln. $ kupona malik idi.
Ponsidən əvvəl olan insanlar tarixdə daha az iz qoumuşdular.
Münxendən olan aktrisa Bavariya fermerləri tərəfindən alınmış əmanətlər
üzrə 20% ödəməyə söz vermişdir. Ona cəmi 3 mln. qulden verilmişdir.
Nəticədə o və onun köməkçiləri 1872-ci ildə uzun müddətə həbs cəzasını
almışdır. Plaxt adlı keçmiş məmur 1600 dul qadın və yetimlərdən aldığı
pullara görə fond birjasında əməliyyat həyata keçirməklə 40% illik faiz
ödəməyə söz vermişdir. Lakin onun aldığı səhmlər gəlir gətirməmişdir,
nəticədə o, 6 il ömrünü həbsdə keçirmişdir.
qtisadi bum inkişaf etdikcə tamahkarlıq artır və fırıldaqçılar qiymət
köpüyünü şişirtmək üçün mürəkkəb sxemləri icad etmək məcburiyyətində
olmurdular. 1720-ci və bir dəfə 1847-ci ildə fırıldaqçılar bir çox insanları
aldatmağa nail olmuşdurlar, ona baxmayaraq ki, yalan ağ saplarla
tikilmişdir. Məsələn, 1720-ci ildə fırıldaqçı investorlara hər hansı fantastik
ideya üzərində pul qazanmağı təklif etmişdir, sirri isə müəyyən vaxta
açmağa söz vermişdir. Digər sxem isə mövcud olmayan aktivlərin satışına
ə
saslanmışdır. 1990-cı illərdə birja bumunun sonunda şirkətlər əllərində
biznes planları hələ olmadan investorların pullarını cəlb etməyə
bacarmışdı.
Növbəti misalda fırıldaqçılar qadınların maliyyə müstəqilliyini əldə
etmək arzusundan istifadə etmişdirlər:
Bir neçə xanım tərəfindən yaranmış layihə hollandiya analoqla-
rından geri qalmayan rənqli kətan parçaların istehsalını nəzərdə tutur....
Ş
irkət kənar maraqlar üçün qapalı qalmalıdır, lakin hal-hazırda ticarətin
genişlənməsi ilə əlaqədar sizin şirkətin səhmlərini əldə etmək imkanınız
var.
Sonrakı dövrlərəd həm tarixçilər, həm də iqtisadçılar qeyd edirdilər
ki, səhmlərin reklamı həqiqətə uyğun deyil idi: “Yaranan şirkətlərin bir
ş
oxları hər hası istehsal və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq
niyyətində deyildi. Onlar nə yollara, nə də yükə malik olmayan dəmiryol
ş
irkətinə bənzəyirdi”. “Tikinti şirkətləri göbələk kimi böyüyürdü. Onların
bir çoxları tikinti ilə yox, tikinti sahələri ilə məşğul idilər.” “Laymxaus və
Rozerxayze körpüləri ... Ola bilər ki, onlar heç vaxt tikilməzdi... Əgər
233
parlament onların tikintisinə sərmayə ayırıbsa, onda bu layihədə yaxşı
qazanmaq olar”.
Maliyyə fəlakəti itkilərin digərlərin üzərinə keçirilməsinə əsaslanan
fırıldaqların sayını artırır. Əgər bazar qeyri-qanuni brokerlərə qarşı
tədbirlər görməyə başlayırsa, onda onlar tezliklə kontorlarını yığıb aradan
ş
ıxırlar. Yeni əmanətçilər kifayət qədər gəlir gətirməyəndə, Blant pulları
Cənub Dənizlər Şirkətində alırdı; elə əvvəllər qeyd olunan Riqas ailəsində
kimi. 1861-ci ildə Bəyxreder Henri Ştrausberqi ağıllı insan adlandırmışdır,
“lakin onun köhnə deşiklərin örtülməsi üçün yeni təşkilatlar yaratması
üsulu çox təhlükəlidir, əgər o hər hansı gözlənilməz maneəyə rast gəlsə,
onun yaratdığı struktur dağıla və eyni zamanda milyonlarla sadəlöv
səhmdarları özü altında bastıra bilər.” Təbii ki Bləyxreder haqlı idi. Digər
alman maliyyəçisi Qustav Qoddefroy 1873-cü ildə dəmiryol və mədən-
lərin səhmlərini aldığına görə itkilərə məruz qalmışdır və mövqelərini
fond bazarında saxlamaq üçün o özünə məxsus beynəlxalq ticarət şirkətini
tamamilə müflisləşmişdir.
Bu əbədi optimistlər əmin idilər ki, onlar uğura ilk dəfədən nail ola
biləcəklər, lakik uduzanda onlar ikinci dövrə vermək qərarına gəlirlər və
çox vaxt o zaman stavkalarını iki dəfə artırırlar. 1920-ci illərin sonunda
Amerika banklarına anderraytinqlə məşğul olmağa icazə olduqda Chase
Bank-ından Albert Yiqqins və National City Çarlz Mitçel hökumətin faiz
ödənişlərindən imtina etdikdən sonra hələ Çili və Peru istiqrazlarını köhnə
qiymətlərlə satmağa davam etmişdilər. Qoratsi də bu haqqda belə
söyləmişdir: “Pul qazanın; imkan daxilində bunu vicdanlı edin, lakin istə-
nilən halda pul qazanın”. Cənub Dənizlər Şirkətinin köpüyünün
xarakteristikasını verən Conatan Svift də kinaəli ifadə işlətmişdir:
Kassadan kənarlaşmadan pul qazan.
Bundan sonra ərinməsən, kütləyə mədəniyyət gətir.
Bu mövzunun müzakirəsində nöqtəni Balzak qoymuşdur: “Hətta ən
vicdanlı ticarətçilər öz əhlaqsızlığı ilə həddləri aşan bu ifadəni işlədirlər:
“Kim bacararsa, o xilas olacaq”.”
234
Vicdanlı oyunçular
Bir sıra ədəbiyyat əsərlərində şahzadə qanlarından olan qəhrəman-
ların qumar oynamaqları qınanır, çünki bu insanlar vəd verəndə borcların
qaytarılmasını qeyrət məsələsi kimi qələmə verirlər, pulu qaytarmaq vaxtı
çatanda isə qeyrət yaddan çıxır. Avstriyalı ziyalılar Prus yunkerlərinə
nisbətən bu nöqteyi-nəzərdən özlərini çox pis aparırdılar. Eduard Lasker
iddi edirdi ki, “işə qeyri-peşəkarlar əl atanda onlar əsil fırıldaqçılardan
daha pis davranırlar”. Emil Zolyun “Pul” romanında Dayqremeont ona
Banque Universelle
-ni yaratmağa dəstək göstərmək üçün Sakkanı markiz
de Boenın yanına göndərir: “Əgər o udsa, ciblərini dolduracaq; əgər
pulları uduzsa, onda o heç nə ödəməyəcək. Bu çox təbiidir və insanlar
buna öyrəşməlidir”. Yenə də, həm romanlada, həm də real həyatda
ziyalılar direktorlar şurasında yer tutmağa çalışırdılar. Virt dəmiryolların,
bankların və digər sənaye şirkətlərin direktorlar şurasında işdən başı
çıxmayan Avstriya şahzadələrin, land qrafların və digər ziyalıların adlarını
çəkirdi. Banque univarselle-nin hesablarına nəzarət etmək üçün Sakkar
Russo və Lavinye cənabları təyin olunmuşdur. Onlardan birincisi
ikincisinin – hündürboy, sarışın və iddialı birisinin - himayəsində idi.
“Pul” Yucin Bontu və onun Union Generate haqqında real hadisələrə
ə
saslanan romandır, onun əmanətçilərinin siyahısına ziyalı və taxtın
varisləri daxil idi. The Economist nəşriyyatı 1848-ci ildə bu ziyalı və zati-
aliləri rişxənd siyahısını başına qoymuşdur:
Bu gün müşahidə olunan ruhsuzluq və yorğunluq ağılsızlığın,
tamahkarlığın, dözülməz yekəxanalığın, və zati-alilərin qumar oyun-
larında iştirak etmək həvəsinin nəticəsi idi, bu isə cəmiyyətin bu ali
təbəqəsinə silinməz ləkə salmışdır.
Rozenberq iddia edirdi ki fransız və avstriyalı ziyalılar qazanmaq
üçün istənilən əmlakı aldıqları zaman, Berlin zadiganları bu kimi əmə-
liyatları Prusiyada məhdudlaşırırdılar, buna misal kimi Mevissenin 50
mln. taler kapitalı olan bankın idarə heyyətinə daxil olmasının qarşısının
alınması idi. O, fərz edirdi ki, prusiyalı yunkerlər çaxır və kənd təsərrüfatı
bazarında möhtəkirliklə məşğul olmuşdular və bununla əmlak bazarından
yan keçmişdirlər. Ola bilər ki, bu 1857-ci ildə belə idi. Lakin növbəti
onillikdə pullara qarşı münasibət tamamilə dəyişmişdir. Almaniyada
235
dəmiryolların tikintisi ilə əlaqəli qalmaqalda Almaniyanın zadəganlarının
bir çoxlarının adı çəkilmişdir.
Dostları ilə paylaş: |