352) Aşağıdakı hansı hal toxuma emboliyasına misal ola bilər?
A) Ürəkdə miokardın infarktı ilə əlaqədar aşağı ətraflarda ödemin meydana çıxması
B) Borulu sümüklərin yerdəyişməli sınıqları zamanı sarı sümük iliyindən piyin dərin venoz damarlara keçməsi və ağ ciyərdə piy emboliyası törətməsi
C) Ağ ciyər vərəminin hematogen yolla proqressivləşərək qara ciyərə yayılması
D) Düz bağırsaq xərçənginin qara ciyərə metastaz verməsi
E) Dərin baldır venasından trombun qoparaq ağ ciyər arteriyasının şaxələrindən birinin mənfəzini tutması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
353) Doğuş zamanı qadında dölyanı maye emboliyasından ölüm baş vermişdir. Histoloji müayinə zamanı bu növ emboliya üçün daha xarakter hansı dəyişiklik aşkar olunacaqdır?
A) Ağ ciyərin boz bərkiməsi
B) Ağ ciyər damarlarında spazm
C) Ağ ciyərdə infarkt ocaqları
D) Miometriumun venalarında trombozlar
E) Göbək ciyəsi venasında amniotik (dölyanı) maye
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
354) Aşağıdakı hansı xəstəlik böyrəkdə ikincili amiloidozun inkişafına gətirib çıxarmır?
A) Qarın yatalağı
B) Vərəm
C) Mielom xəstəliyi
D) Bronxoektaziya
E) Ağ ciyərlərin xroniki absesi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |