403) Aşağıda timusun hansı patologiyası göstərilmişdir?
A) Timusun yaş involyusiyası
B) Timusun kistoz transformasiyası
C) Timusun aksidental involyusiyası
D) Timusun xroniki interstitsial iltihabı
E) Timusun kəskin kataral iltihabı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
404) Hansı patologiya birinci qrup autoimmun xəstəliklərə aid deyildir?
A) Xasimoto zobu
B) Ensefalomielit
C) İmmun mexanizmli qlomerulonefrit
D) Aspermatogeniya
E) İdiopatik Adisson xəstəliyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
405) Göstərilən hansı patoloji proses orqanizmdə I tip yüksək həssaslıq reaksiyası (anafilaktik reaksiya) kimi inkişaf edir?
A) İmmun mexanizmli qlomerulonefrit
B) Şiş toxumasına qarşı immun reaksiya
C) Bronxial astma
D) Transplantatın qopma reaksiyası
E) Artyus fenomeni
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
406) Aşağıda göstərilən hansı patoloji proses birinci qrup (həqiqi) autoimmun xəstəliklərə aiddir?
A) Kəskin kataral xolesistit
B) Simpatik oftalmiya
C) Xroniki qastrit
D) Autoimmun faringit
E) Pielonefrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
407) Aşağıdakı hansı patologiya anadangəlmə immun çatışmazlıq sindromlarına aiddir?
A) Qoşe xəstəliyi
B) Timusun aksidental involyusiyası
C) Tey-Saks xəstəliyi
D) Di-Corc sindromu
E) Kapoşi sindromu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
408) Aşağıdakı hansı patologiya zamanı (finalda) qazanılmış immun çatışmazlıq sindromu inkişaf edir?
A) İnsan immunçatışmazlıq virusu infeksiyası sindromları
B) Timusun ageneziyası xəstəliyi
C) Hüceyrə immuniteti çatışmazlıqı sindromları
D) Hüceyrə və humoral immuniteti çatışmazlığı
E) Humoral immuniteti çatışmazlığı sindromları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |