676) Hansı adda endokardit yoxdur?
A) Polipoz-xoralı endokardit
B) Valvulit
C) Qranulematoz endokardit
D) Qayıdan-ziyilli endokardit
E) Fibroplastik endokardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
677) Tüklü ürək hansı patologiyanın makroskopik görünüşüdür?
A) İrinli perikardit
B) Proliferativ miokardit
C) Hidroperikard
D) Alkoqol kardiomiopatiyası
E) Fibrinoz perikardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
678) Bəzən autopsiyada ürək kisəsini açdıqda visseral epikard üzərində nisbətən qalınlaşmış şəkildə, təxminən 2-3 sm ölçülərə malik süd rəngli, oval formalı, parlaq sahələr görünür. Bu dəyişiklik necə adlanır?
A) Pələng ürək
B) Süd ləkələri
C) Adgeziv perikardit
D) Cor pulmonale
E) Tüklü ürək
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |