Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?



Yüklə 1,56 Mb.
səhifə232/369
tarix28.12.2021
ölçüsü1,56 Mb.
#14230
1   ...   228   229   230   231   232   233   234   235   ...   369
683) Pileflebit nədir?

A) Venoz damarların irinli iltihabı

B) Yenidoğulmuşlarda sepsis zamanı Botal axacağının iltihabı

C) Qapı venasının iltihabı

D) Dərin magistral venaların iltihabı

E) Venaların xarici adventisiya qatının iltihabı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
684) Aşağıda sistem vaskulitlərin hansı qrupu göstərilmişdir?

A) Panvaskulit

B) Birincili vaskulitlər

C) Total vaskulitlər

D) Yayılmış limfangit

E) Yerli vaskulitlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
685) Xəstəliyin ikinci mərhələsində aortanın və ondan ayrılan iri arteriyaların divarında proliferativ toxuma reaksiyası inkişaf edir, çoxnüvəli giqant hüceyrələr olan qranulomalar meydana çıxır (proliferativ qranulomatoz panvaskulit). Bundan sonra isə bu damarların divarında sklerozla müşaiyət olunan üçüncü mərhələ başlanır. Düzgün diaqnoz hansıdır?

A) Takayasu sindromu

B) Şönleyn-Genox sindromu

C) Herpetik aortoarteriit

D) Sifilitik mezaortit

E) Vegener qranulomatozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
686) Müayinə zamanı yuxarı tənəffüs yollarında və bronxlarda, ağ ciyər və böyrək toxumalarında orta və kiçik kalibrli arterial və venoz damarlarda (xüsusilə də ağ ciyərlərdə) sistem şəkildə nekrotik və proliferativ dəyişikliklər – qranulomatoz vaskulit müəyyən edilir. Hansı diaqnoz daha düzgün olardı?

A) Vegener qranulomatozu

B) Xorton xəstəliyi

C) Saqqo


D) Qripin ağırlaşması kimi qranulomatoz vaskulitlərin inkişafı

E) Skleroma xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
687) Klinikada şiddətli baş ağrıları və görmə qabiliyyəti get-gedə zəifləməkdə olan 55 yaşlı xəstənin gicgah arteriyasının divarından götürülmüş bioptatda mikroskopik müayinə zamanı qranulomatoz panvaskulit aşkar olunur. Tuberkuloid tipli bu qranulomaların tərkibində limfo-leykositar infiltrasiya, çoxnüvəli giqant hüceyrələr görünür. Bu, hansı xəstəlikdir?

A) Obliterasiyaedici tromboangit

B) Takayasu sindromu

C) Bürger xəstəliyi

D) Xorton xəstəliyi

E) Şönleyn-Genox sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
688) 40 yaşlı siqaret çəkən kişi aşağı ətraflarda ağrı və keyləşmələr, fasiləli axsama və tez yorulma şikayətləri ilə klinikaya müraciət edir. Aşağı ətrafın orta kalibrli venoz damarlarından götürülmüş bioptatda xəstəliyin ikinci mərhələsi üçün xarakter olan proliferativ panvaskulit müşahidə edilir: bütün qatlarda, hətta divarönü tromb kütlələrində belə qranulomalar qeyd edilir. Bu, hansı xəstəlikdir?

A) Qeyri-spesifik aortoarteriit (Takayasu arteriti)

B) Obliterasiyaedici tromboangit (Bürger xəstəliyi)

C) Baldır venasının aterosklerozu

D) Baldırın orta kalibrli damarlarının reaktiv tromboflebiti

E) Temporal arterit (Xorton xəstəliyi)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
689) Mikroskopik müayinə zamanı ürəyin xarici qatında diffuz limfo-leykositar infiltrasiya ilə yanaşı çoxlu miqdarda fibrin telləri də görünür. Belə ürək makroskopik görünüşünə görə necə adlanır?

A) Pələng ürək

B) Tüklü ürək

C) Öküz ürəyi

D) Fibrinoid ürək

E) Fibrinoz ürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin