693) “Məftiləbənzər ilgəklər sindromu” hansı patologiya üçün xarakterdir?
A) Qranulyasiya toxumasının səthindəki kapilyar ilgəkləridir və yaraların ikincili sağalmasını göstərir
B) Böyrək amiloidozunun sonuncu mərhələsində (uremik mərhələ) inkişaf edir
C) Kəskin böyrək çatışmazlıqları üçün xarakterdir
D) Qırmızı qurdeşənəyi zamanı “lyupus-nefrit”i göstərir
E) Mezangial qlomerulonefrit üçün xarakterdir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
694) Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?
A) Perivaskulyar fibrinoid şişmə
B) Üçtaylı qapağın çatışmazlığı
C) Mitral qapağın stenozu
D) Perivaskulyar skleroz
E) Aortal qapaqların bitişməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
695) “Hematoksilin cisimciyi” hansı xəstəlik üçün xarakterdir?
A) Dishemopoetik anemiya
B) Hemoqlobinopatiya
C) Qırmızı qurdeşənəyi
D) Revmatizm
E) Böyrək amiloidozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |