118) Epitel toxumasının şişi olan xorionepitelioma hematogen yolla əsasən hara metaztaz verir:
A) böyrəklərə
B) bu şişin hematogen metaztazı yoxdur
C) qaraciyərə
D) ağciyərə
E) yumurtalıqlara
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
119) Mikroskopik xüsusiyyətlərindən, o cümlədən də lokalizasiyasından asılı olaraq süd vəzi xərçənglərinə aid edilmir:
A) Pecet xərçəngi
B) qeyri-infiltrativ paycıq xərçəngi
C) infiltrativ xərçəng
D) düyünlü xərçəng
E) qeyri-infiltrativ axacaq xərçəngi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
120) Histogenezindən asılı olaraq uşaqlıq boynunun xərçənginin belə bir növü yoxdur:
A) adenokarsinoma
B) differensiasiya etməmiş xərçəng
C) tünd hüceyrəli xərçəng
D) parlaq hüceyrəli xərçəng
E) yastı epitelli xərçəng
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
121) Süni abortdan sonra döl qişalarının və ya qravidar selikli qişa qalıqlarının kiçik bir hissəsi qopmadan uşaqlıq divarına bitişik şəkildə qalmışdır. Bununla da əlaqədar xəstədə uşaqlıq qanaxmaları başlanmışdır. Diaqnoz:
A) uşaqlıqda iltihabi polip
B) beçəxor
C) plasentar polip
D) uşaqlıq polipi
E) uşaqlığın şişəbənzər törəməsi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
122) Prostat spesifik antigen (PSA) səviyyəsinin yüksək olduğu müəyyən edilən xəstədə prostat karsinomasını inkar etmək üçün aşağıdakılardan hansı daha informativdir?
A) kompüter tomoqrafiya
B) spermoqramma və spermanın mikrobioloji müayinəsi
C) spermanın sitoloji müayinəsi
D) ultrasəs müayinəsi
E) prostatın qalın iynə biopsiyası
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
123) Prostatdan alınan biopsiya nümunələrində materialın 9%-ni təşkil edən, normal asinuslar arasında infiltrativ inkişaf edən, mənfəzə malik, lakin bazal hüceyrələri seçilməyən asinar quruluşlar; eyni zamanda materialın 3%-ni təşkil edən kribriform quruluşlar müəyyən edilir. Xəstəyə “adenokarsinoma, asinar tip” diaqnozu qoyulur. Gleason dərəcəsini təyin edin:
A) (3+4) 7/10
B) (3+3) 6/10
C) (5+4) 9/10
D) (4+3) 7/10
E) (4+5) 9/10
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |