126) Poliomielit xəstəliyinin paralitik formasının 4 inkişaf mərhələsindən biri:
A) meningeal
B) qastro-enteral
C) paralitik
D) funksional
E) spinal
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
127) Qripin ağır formasının bir inkişaf variantı:
A) nekrotik nazofaringit
B) orqanizmin ağır ümumi intoksikasiyası
C) kəskin qrip sepsisi
D) kəskin böyrək çatışmazlığının başlanması
E) prosesin alveollara qədər yayılması və qrippoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
128) Sitomeqaliya zamanı aşkar olunan morfoloji dəyişiklik:
A) dərinin epidermisində tikanlı qatın epitellərində hidropik distrofiya nəticəsində çoxlu miqdarda xırda vezikulyoz səpkilər inkişaf edir
B) ocaqlı pnevmoniya və müvafiq seqmentlər üzrə plevritlər inkişaf edir
C) zədələnmiş hüceyrələr həddən artıq böyüyür, nüvələrində ətrafdan parlaq haşiyə ilə əhatə olunan iri substansiyalar əmələ gəlir
D) çəhrayı rəngdə olan dəri səpkiləri (rozeolalar) əmələ gəlir, qısa müddətdə onların əksəriyyəti papulaya (düyüncük) və vezikulaya (qovuqcuq) çevrilirlər
E) xırda kalibrli damarlarda endotel hüceyrələr şişir, nekrozlaşır və deskvamasiyaya uğrayırlar
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |