111) Qeyri-infiltrativ axacaq (axacaqdaxili) xərçənginin histoloji variantı:
A) komedokarsinoma (“angviləbənzər xərçəng”)
B) papilyar xərçəng
C) filloid şiş (“yarpağabənzər şiş”)
D) anaplastik karsinoma
E) Pecet xəstəliyi (Pecet xərçəngi)
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
112) Süd vəzlərində perikanalikulyar fibroadenomanın xarakter histoloji əlaməti:
A) paycıqdaxili axacaqların sayının çoxalması
B) şiş toxumasında çoxlu miqdarda oval formalı ocaqlar və yaxud da qısa atmalar şəklində leyomioma sahələrinin meydana çıxması
C) çoxlu miqdarda birləşdirici toxumanın konsentrik olaraq paycıqdaxili axacaqların ətrafında inkişaf etməsi
D) çoxlu miqdarda məməcikli strukturların görünməsi
E) birləşdirici toxumanın paycıqdaxili axacaqların daxilində nazik zolaqlar və ya şaxələnən zolaqlar şəklində inkişaf etməsi (“maral buynuzu” görünüşü)
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
113) Süd vəzlərində intrakanalikulyar fibroadenomanın xarakter histoloji əlaməti:
A) birləşdirici toxumanın paycıqdaxili axacaqların daxilində nazik zolaqlar və ya şaxələnən zolaqlar şəklində inkişaf etməsi (“maral buynuzu” əlaməti)
B) şiş toxuması kəsikdə bozumtul-ağ rəngli paycıqlı quruluşludur, mikroskopik müayinədə oval formalı iri monomorf hüceyrələrdən təşkil olunur
C) çoxlu miqdarda birləşdirici toxumanın konsentrik olaraq paycıqdaxili axacaqların ətrafında inkişaf etməsi
D) şiş toxumasında yarpağabənzər (filloid) strukturların olması
E) mənfəzlərində çoxlu miqdarda çəhrayı homogen maye olan məməcikli strukturların görünməsi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |