104) Xronik pielonefritə xas xüsusiyyətləri ayırd edin:
1. Ləyəndə və böyrək toxumasında limfo-leykositar infiltrasiya ilə yanaşı skleroz.
2. Yumaqcıqların büzüşməsi.
3. Hematoksilin cisimcikləri.
4. Yumaqcıqların bazal membranında immun depozitlər.
5. İrinli kistalar.
6. Kanalcıqlarda atrofiya və skleroz.
7. Kanalcıq epitelində qlikogen infiltrasiyası.
8. “Qаlxanabənzər büzüşmüş böyrək”.
9. “Aypara” strukturlar.
A) 2, 3, 5, 6, 9
B) 1, 2, 5, 6, 8
C) 1, 2, 3, 8, 9
D) 3, 4, 5, 7, 9
E) 1, 2, 4, 5, 7
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
105) Qlomerulonefritlərin klinik formasına aid deyil:
A) hipertonik
B) hematurik
C) latent
D) xronik
E) nefrotik
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
106) Böyrəkdən götürülmüş bioptatın mikroskopiyası zamanı yumaqcıq kapsulunu daxildən örtən epitel hüceyrələri proliferasiya edərək yumaqcıqların periferik hissəsində “aypara” şəkilli qalınlaşmış strukturlar əmələ gətirmişlər. Yumaqcıq kapillyarlarını xaricdən örtən podositlər, həmçinin mezangial hüceyrələrin də proliferasiyası qeyd edilir. Böyrək toxumasının interstitsiyasında ödem, limfo-histositar infiltrasiya ocaqları, kanalcıq epitelində zülal distrofiyaları aşkar olunmuşdur. Diaqnoz:
A) ekstrakapillyar proliferativ qlomerulonefrit
B) xronik tubulo-interstitsial nefrit
C) mezangio-proliferativ qlomerulonefrit
D) membranoz nefropatiya
E) intrakapillyar proliferativ qlomerulonefrit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
107) Böyrəkdən götürülmüş bioptatın mikroskopik müayinəsində interstitsiyada limfosit və plazmatik hüceyrələrdən ibarət diffuz şəkildə infiltrasiya, interstitsiyanın sklerozlaşması, kanalcığın distrofiyası və atrofiyası, kanalcıq mənfəzində homogen kütlələr görünür. Diaqnoz:
A) xronik pielonefrit
B) lipoidli nefroz
C) nekrotik nefroz
D) xronik tubulo-interstitsial nefrit
E) ekstrakapillyar qlomerulonefrit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |