92) Makroskopik görünüşünə görə yoğun bağırsaq xərçənginin belə bir növü yoxdur:
A) düyünlü xərçəng
B) iriqabarlı xərçəng
C) xoralı-endofit xərçəng
D) yastığabənzər xərçəng
E) diffuz-infiltrativ xərçəng
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
93) Kəskin eliminativ qastritlər zamanı iltihabın xarakteri.
A) irinli
B) fibrinoz
C) hemorragik
D) nekrotik
E) kataral
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
94) Mədədə kobud sklerotik dəyişikliklərə mədənin sirrozuna səbəb ola biləcək kəskin qastriti müəyyən edin:
A) irinli qastrit
B) krupoz-fibrinoz qastrit
C) kataral qastrit
D) nekrotik qastrit
E) diffterik-fibrinoz qastrit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
95) Simptomatik xora olaraq Ellison-Zollinger sindromu zamanı inkişaf edən endokrin xoraların əsas lokalizasiyası:
A) mədənin kardail hissəsi
B) pilorik hissə
C) mədənin kiçik əyriliyi
D) nazik bağırsaq
E) mədənin böyük əyriliyi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
96) Avtoqəza nəticəsində kəllə-beyin travması almış xəstə klinikanın reanimasiya şöbəsinə yerləşdirildikdən 1 gün sonra vəfat edir. Meyitin daxili müayinəsi zamanı mədənin kiçik əyriliyində əsası oval şəkilində selikli qişada, dibi isə xarici qatda yerləşən qıfabənzər toxuma defekti və qarın boşluğunda isə 1, 2 litr duru qan aşkar edilir. Patoloqanatom sonda “Mədənin kəskin xorası və kəskin qanitirmə” diaqnozu qoyur. Baş vermə mənşəyinə görə simptomatik xoranın növü:
A) durğunluq xorası
B) toksiki xora
C) postperasion peptik xora
D) stress xorası
E) endokrin xora
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
97) Xronik xora xəstəliyinin formalaşması zamanı meydana çıxan ardıcıl morfoloji əlamətlər:
A) nekrotik – iltihabi – sklerotik
B) iltihabi – nekrotik – sklerotik
C) iltihabi – sklerotik – maliqnizasiya
D) distrofik – nekrotik – sklerotik
E) distrofik – iltihabi – sklerotik
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |