98) Hepatit-B virusların səthi antigenlərinin (HBsAg) histoloji təyini üsulu:
A) Medvedev üsulu
B) Şikata üsulu
C) Suntsov üsulu
D) Aftandilov üsulu
E) Virxov üsulu
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
99) Hansı müddətdən sonra hepatit xronik hesab edilir?
A) 1 ildən sonra
B) 1 aydan sonra
C) 6 aydan sonra
D) 3 aydan sonra
E) 1 həftədən sonra
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
100) Postnekrotik sirrozdan fərqli olaraq portal sirroz:
A) monolobulyar və xırda düyünlü olur
B) paycıqların qalın sklerotik arakəsmələrlə bir-birindən ayrılması ilə özünü göstərir
C) portal hipertenziya sindromunun gec başlaması ilə fərqlənir
D) qısa müdətdə formalaşır
E) hepatositlədə adətən zülal distrofiyasının inkişafı ilə xarakterizə olunur
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
101) Qaraciyərdən götürülmüş materialın mikroskopik müayinəsi zamanı psevdolobulyar quruluş aşkar edilir, yalançı paycıqlar biri-birindən ensiz birləşdirici toxuma arakəsmələri ilə ayrılmışlar. Hepatositlərdə piy distrofiyası da qeyd edilir. Birləşdirici toxuma arakəsmələrində limfo-leykositar infiltrasiya aşkarlanır. Triadaların yaxınlaşması nəzərə çarpmır. Diaqnoz:
A) natamam septal sirroz
B) qaraciyərin qrışıq sirroz
C) qaraciyərin postnekrotik sirroz
D) xronik alkoqol hepatiti
E) qaraciyərin portal sirrozu
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
102) Kəskin qaraciyər çatışmazlığından ölmüş xəstənin daxili üzvlərindən götürülmüş tikələrin mikroskopik müayinəsi zamanı (boyaq: hematoksilin-eozin) geniş sahələrdə hepatositlər ayırd edilmir, onların yerində çəhrayı-qonur rəngdə amorf nekrotik kütlələr qeyd edilir. Nekrotik kütlələrdən kənar hissələrdə içərisində iri şəffaf, vakuollar olan çoxlu miqdarda hepatositlər “üzüyəbənzər hüceyrələr” görünür. Massiv nekroz sahələri içərisində limfo-leykositar elementlər, makrofaqlar və həmçinin Kupfer hüceyrələri qeyd edilir. Ehtimal olunan diaqnozu müəyyən edin:
A) kəskin virus hepatitinin ildırımvari forması
B) xroniki qeyri-aktiv hepatit
C) qaraciyərin portal sirrozu
D) qaraciyərin ocaqlı piy distrofiyası
E) alkoqol hepatiti
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
103) Virus hepatitləri zamanı qaraciyərdə inkişaf edən əsasən də kollikvasion xarakter daşıyan nekrozun belə bir forması yoxdur:
A) körpüyəbənzər nekroz
B) pilləli nekroz
C) multilobulyar nekroz
D) fulminant nekroz
E) kiçik ocaqlı nekroz
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |