Distrofiyalar. Parenximatoz distrofiyalar
52) Hansı patologiya parenximatoz zülal distrofiyalarına misal ola bilər?
A) Dənəvər (danəli) zülal distrofiyası
B) Vilson xəstəliyi
C) Tey-Saks xəstəliyi (III tip)
D) Heç biri
E) Selik distrofiyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
53) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?
A) Qoşe xəstəliyi
B) İrsi piylənmə
C) Hers xəstəliyi
D) İrsi kalsinoz
E) İrsi Fankoni xəstəliyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
54) “Pələng ürək” nə deməkdir?
A) Parenximatoz piy distrofiyasına məruz qalmış ürək
B) Hipertoniya xəstəliyi zamanı böyümüş ürək
C) Hipertrofiyaya uğramış ürək
D) Xarici qatında pələng dərisi kimi zolaqları olan ürək
E) Mezenximal piy distrofiyasına məruz qalmış ürək
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
55) Qara ciyərin steatozu xarakter olaraq aşağıda göstərilən hansı xəstəlik zamanı rast gəlinə bilər?
A) Mədə-bağırsaq traktının steatozu
B) Qara ciyərin piy distrofiyası
C) İrsi steatozun axırıncı mərhələsində
D) B12-defisitli anemiya
E) Xroniki alkoqolizm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
56) Toxumaların hansı strukturlarında baş verməsindən asılı olaraq aşağıda distrofiyaların hansı növü göstərilmişdir?
A) Membranoz distrofiyalar
B) Parenximatoz və ya hüceyrədaxili distrofiyalar
C) Selikaltı distrofiyalar
D) Piy distrofiyaları (və ya lipidozlar)
E) Zülal distrofiyaları (və ya disproteinozlar)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
57) Aşağıda toxumaların hansı strukturlarında baş verməsindən asılı olaraq distrofiyaların bir növü göstərilmişdir?
A) Qarışıq distrofiyalar
B) Piy distrofiyaları (və ya lipidozlar)
C) Böyrək distrofiyaları
D) Bətndaxili distrofiyalar
E) Tənəffüs sistemində baş verən distrofiyalar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |