Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə47/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   43   44   45   46   47   48   49   50   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. O, insanın öz qüvvəsinə inamını, kollektivdə qüvvət və nüfuzunu artırır. Tərbiyə təcürübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür etmək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şagirdin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, uşağın valideynlərinə razılıq məktubu göndərmək , qızıl və gümüş medulla təltif etmək. Rəğbətləndirməyə kiçik məktəblilər və yeniyetmələr daha həssasdırlar. Buna görə də bu yaşlarda rəğbətləndirməyə nisbətən çox yer vermək lazımdır. Mükafatlandırma zamanı çalışmaq lazımdır ki, mükafat uşağın yaxşı hərəkətlərinin təbii nəticəsi kimi verilsin. O, əvvəlcədən müəyyən şərtlə verildikdə öz tərbiyəvi təsirini itirir; uşaq hər xırda uğuruna görə mükafat gözləyir.
Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirməkməqsədi güdür. O, insanda öz xoşagəlməz münasibət və əməllərinə qarşı istirab, utancaqlıq hissləri yaradır. Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır, iradəni möhkəmlətməyə, şəxsi ləyaqət hissini gücləndirməyə, öz səhvini başa düşməyə, münasibət və davranışını başa düşməyə kömək göstərir. Cəza həm də profilaktik xarakter daşıyır: kollektivin digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə çıxarır, pis hərəkətlərə yol verməməyə çalışırlar.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı vəd olunmuş müəytyən tədbirdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək, sinfi (məktəbi) dəyişmək, məktəbdən xaric etmək və s. Bəzi pedaqoqlar təbii nəticə yolu ilə cəza verməyi lazım bilirlər. Məsələn, ev tapşırığını yerinə yetirməyən uşaq dərsdən sonra qalıb tapşırığı icra edir, partanı sındıran, divarı cızan uşaq onu təmir edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən icra edir, oyunda özünü yaxşı aparmayan oyuna buraxılmır və s.
Cəza həm də uşağın şüuruna təsir göstərmək, öz qəbahətinin zərərini dərk etdirmək vasitəsi olmalıdır: uşaq nə üçün cəza aldığını bilməli, onun ədalətli olduğuna inanmalıdır.
Cəzalandırma və rəğbətləndirmə tərbiyəçidən böyük pedaqoji məhəbbət, psixoloji və pedaqoji hazırlıq tələb edir. Düzgün verilməyən, insan şəxsiyyətinə və ləyaqətinə toxunan ədalətsiz cəza müəllim-şagird münasibətlərində gərginlik, münaqişə yarada bildiyi kimi, cəzanın təsir gücünü, tərbiyəçinin nüfuzunu, uşağın öz gücünə inamını zəiflədər, tərbiyə və özünütərbiyə işini çətinləşdirə bilər.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin