41.Tərbiyə metodları və onların təsnifatı.Şüuru formalaşdıran metodlar( inandırma). Tərbiyə metodları – şəxsiyyəti formalaşdırmaq, tərbiyə prosesinin səmərəliliyini artırmaq üçün müəllimin, tərbiyəçinin istifadə etdiyi yollardır. Onların köməyilə müəllim-tərbiyəçi qarşılıqlı ünsiyyət prosesində şagirdlərin şüuruna, hisslərinə təsir göstərərək onlara yüksək insani keyfiyyətlər aşılamağa və davranışlarında təsadüf olunan mənfi təzahürləri aradan qaldırmağa çalışır. Tərbiyə işinin səmərəsi metodların düzgün seçilib tətbiq edilməsindən çox asılıdır
Pedaqoq alimlər tərbiyə metodlarını əsasən aşağıdakı kimi təsnif edirlər:
Şüuru formalaşdıran metodlar (inandırma );
Fəaliyyəti təşkil edən metodlar ( alışdırma );
Fəaliyyəti və davranışı stimullaşdıran metodlar (
Şüuru formalaşdıran metodlar (İnandırma). Bu metodların köməyilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bu metodlara inandırma metodlarıda deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
Əxlaqi söhbətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər. Kollektiv söhbətlər müəyyən qrupla keçirilir və yəni insanı düzgün davranış normaları ilə silahlandırmağa, yalnış təsəvvürlərin və hərəkətlərin qarşısını almağa xidmət edir. Belə söhbətlər müxtəlif mövzularda ola bilər: xeyirxahlıq, vətənpərvərlik, sadəlik, təvazökarlıq, yoldaşlıq, intizam və s. bu söhbətlərin mövzularını sinfin, məktəbin həyatından da götürmək olar.
Kollektiv söhbətlərdən fərqli olaraq, fərdi söhbətlər tək-tək uşaqlarla müəyyən xoşagəlməz hərəkətlərlə bağlı aparılan söhbətlərdir. Belə söhbətin məqsədi yol verilmiş qəbahətin zərərini uşağa başa salmaq, onda peşmançılıq hissi yaratmaqdır. Amma belə söhbəti danlağa çevirmək olmaz.