Geniş sosial mənadatərbiyə dedikdə, uşağı əhatə edən bütün sosial mühitin ona təsiri nəzərdə tutulur.
Geniş pedaqoji mənada tərbiyə dedikdə, tədris müəssisələrində həyata keçirilən tərbiyə işi nəzərdə tutulur.
Məhdud dar mənada - tərbiyə dedikdə, uşaqda hər hansı bir əxlaqi keyfiyyətin formalaşması nəzərdə tutulur: Məsələn: vətənpərvərlik tərbiyəsi, humanizm tərbiyəsi və s.
Pedaqoji fəaliyyətdə tərbiyənin məqsədini bilməyin əhəmiyyəti böyükdür. Tərbiyənin məqsədi müəllim üçün aydın olduqda, o öz işini həmin məqsədə uyğun qurur, bu məqsədə çatmaq üçün daha münasib üsul və vasitələt seçir və sonda yaxşı nəticələrə nail olur. Tərbiyə məqsədi cəmiyyətin obyektiv həyat şəraitindən və tələbatından doğur. Cəmiyyətin ehtiyac və tələbatları dəyişdikcə, tərbiyənin məqsədi də dəyişir.
Müasir şəraitdə tərbiyənin real məqsədi – şagirdin fərdi qabiliyyətləri, istedadı əsasında onun hərtərəfli inkişaf etdirilməsidir.
Müasir dövrdə demokratik cəmiyyətin tələblərinə uyğun olaraq tərbiyənin məqsədindən irəli gələn bir sıra vəzifələr meydana çıxır. Bu vəzifələr 2009-cu ildə qəbul olunmuş Təhsil haqqında Azərbaycan Respublikaslnln Qanununda öz əksini tapmışdır. Orada qeyd edilir ki, başlıca vəzifə - Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən xalqının milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, milli və ümumi bəşəriyyət dəyərləri qoruyan və inkişaf etdirən, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü, müstəqil və yaradıcı düşünən şəxsiyyət formalaşdırmaqdır.
Bu cür şəxsiyyətlər formalaşdırmaq üçün gənc nəsildə elmi dünyagörüşü formalaşdrımaq, onlara əqli, əxlaqi, estetik, fiziki, əmək, ekoloji, iqtisadi və hüquqi tərbiyə verilməlidir.
Tərbiyə prosesinin bir sıra xüsusiyyətləri vardır:
Tərbiyə məqsədyönlü prosesdir;
Tərbiyə mürəkkəb prosesdir, onun nəticələri təlimdə olduğu kimi tez gözə çarpmır;