Qiymətləndirmə standartları şagirdlərin nailiyyətlərinə verilən dövlət tələbidir, Dörd səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır:Birinci səviyyə - aşağı; İkinci səviyyə - orta; Üçüncü səviyyə - yüksək; Dördüncü səviyyə - ən yüksək. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci və 2-ci səviyyə əksər şagirdlər, 3-cü və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər üçün nəzərdə tutul
35. Qiymətləndirmənin növləri ( milli və beynəlxalq qiymətləndirmə). Milli qiymətləndirmədən ilk dəfə 1969-cu ildə Amerikada şagirdlərin təlim nailiyyətlərinin dövlətin təhsil standartlarına uyğun olub olmadığını müəyyənləşdirmək 5məqsədilə istifadə edilmişdir. Milli qiymətləndirmədən istifadə təcrübəsinin verdiyi səmərə onun getdikcə digər ölkələrdə tətbiq olunması ilə nəticələndi. Müasir dövrdə dünyanın əksər dövlətlərində milli qiymətləndirmə tədqiqatları həyata keçirilir.
Milli qiymətləndirməninməqsədlərinə daxildir:
təhsil alanların təlim nəticələrindəki zəif və güclü tərəfləri, ümumi məminsəmə səviyyəsini aşkarlamaq;
təhsil alanların təlim nəticələrinə təsir göstərən amilləri və nəticələr arasındakı fərqləri müəyyənləşdirmək, müqayisəsini aparmaq;
respublikamızda təhsilin vəziyyəti barədə zəruri məlumata malik olmaq, nəticədə təhsil siyasətini formalaşdırmaq;
təhsilin dövlət standartlarının monitorinqini həyata keçirmək və s.
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5-ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir.